421
təsərrüfat-ticarət və mədəni həyatı pozulmuĢdu. Bu, Ģübhəsiz ki, maarifın inkiĢafına
da mənfı təsir göstərirdi. Maarif müəssisələrinə bağıĢlanmıĢ vəqf torpaqları acgöz
mə murlar və yerli feodallar tərəfındən zəbt olunurdu.
1736-cı ildə Muğanda taxta çıxdıqdan sonra Nadir Ģah maarif müəssisələrinin
və vəqf torpaqlarının idarəsi iĢləri ilə məĢğul olan sədr üssuduru (sədrlər sədrini)
vəzifəsindən çıxarıb edam edərək, vəqf torpaqlarını ələ keçirdi və maarif
müəssisələrini əsas gəlir mənbələrindən məhrum etdi. Beləliklə, nizami tədris
müəssisələri aradan çıxdı və yalnız bəzi molla müdərrislərin öz təĢəbbüsləri ilə
yaratdıqları az əhəmiyyətli məktəblər və mədrəsələr fəaliyyət göstərdi. Xanlıqlar
dovründə (1747-1800) bu sahədə elə bir nəzərəçarpan dəyiĢiklik baĢ vermədi.
Maarif müəssisələrini dolandıran vəqf torpaqları ya xanların əlinə keçmiĢ, yaxud da
ruhanilər tərəfindən mən imsənilmiĢdi.
Məktəblər məscidlərin bir guĢəsində, xüsusi dükanlarda, yaxud Ģəxsi evlərdə
yerləĢir və adətən, onlarm yaradıcılarının, müəllimlərin adını ilə adlandırılırdı.
Məsələn, Qıraq Salahlıda Molla Eəbrayıl məktəbi, ġıxlıda Molla Vəli Vidadi
məktəbi, Gəncədə, ġuĢadına Molla Pənah Vaq if məktəbi və s.
Məktəbdə, adətən, ancaq bir müəllim o lurdu və o, məktəbin həm də rəisi -
məktəbdar idi. Məktəbdarlar məktəb binasına və s. çəkdikləri xərc müqabilində,
habelə tədris haqqı kimi Ģagirdlərin valideynlərindən hər həftə ("həftəlik") pul,
peĢkəĢ, bayramlıq və s. alırdılar. Valideynlərin maddi yardımı, adətən, məktəbləri
dolandırmaq üçün kifayət etməd iyindən müəllimlə r mə ktublar, dualar ya zmaq, kə bin
kəsmək və s. ilə də məĢğul olurdular.
Bir qayda olaraq, uĢaqlar 6 yaĢından məktəbə gedirdilər. Dərs otaqları həsir
və ya kilimlə döĢənir, Ģagirdlər əyləĢ mək üçün özləri ilə evdən döĢəkçə gətirirdilər.
UĢaqlar məktəbdə baĢıaçıq və ayaqqabısız otururdu lar. Dərs müddəti, adətən,
gündə 6-8 saat davam edirdi. Dərs vəsaiti çox məhdud idi. ġagirdlər əlifbanı
öyrəndikdən sonra Quranın "Cü zəmmə" adlı kiçik bir hissəsini, sonra isə Quranı
oxuyub baĢa çatdırır, habelə Sədinin " Gülüstan"ını və s. kitabları o xuyurdular.
Müəllimlərin əksəriyyəti azsavadlı olduğundan həmin kitabların məzmununu izah
edə bilmir və Ģagirdlər onları mexaniki əzbərləyird ilər. Məktəblərdə Ģagird lərin
istirahəti, əy ləncəsi üçün xüsusi vaxt ayrılmad ığı üçün onlar tez yorulur və qavrama
qabiliyyətləri zə ifləyirdi.
Yo xsu lların öz uĢaqlarına təhsil vermək imkanı yo x id i. Öv ladlarını kiçik
yaĢlarından özləri ilə iĢə aparır, onlara sənətlərini öyrədird ilər.
Bir növ ali tədris müəssisələri o lan mədrəsələrdə ixtisaslı ruhani kadrları
yetiĢdirilirdi. Mədrəsələr, adətən, böyük məscidlərin, xüsusilə cümə məscidlərin in
nəzdində yerləĢird i. Mədrəsə binasında qismən geniĢ bir d ərs otağı və tələbələrin
422
yaĢadıqları kiçik otaqlar - hücrələr olurdu. Mədrəsədə təlim edən Ģəxs müdərris,
təhsil alan Ģə xs isə
tələbə adlanırdı. Tə ləbə mədrəsədə əlifbanı, Quran ı öyrənmə klə
yanaĢı, islam fəlsəfəsi, fıqh (islam qanunları), ərəb-fars dillərin i də öyrənirdi.
Mədrəsələrdə müəyyən dərəcədə ədəbiyyat, riyaziyyat, nücum (astronomiya)
elmləri də tədris olunurdu. Fənlərin mü xtəlifliyinə baxmayaraq, onların hamısı bir
müdərris tərəfindən tədris olunurdu.
Mədrəsələrdə yaĢ fərqi nəzərə alın mır, ayrı-ayrı yaĢlılar bir yerdə məĢğul
olurdular. Tədris vəsaiti çox az o lduğundan tələbələr vaxtın ço xunu xətlərini
gözəlləĢdirməyə sərf edirdilər. Ġstər məktəblərdə, istərsə də mədrəsələrdə hüsn-
xəttə xüsusi diqqət yetirilir, hətta bu və ya digər Ģəxsin savadın səviyyəsi onun
xəttinin gözəlliyi ilə müəyyən edilirdi. Buna görə də təs adüfı deyildi ki, mədrəsə
bitirən lərin əksəriyyəti gözəl xəttə, lakin zəif biliyə malik olurdu. Ən isted adlı
tələbəni müəyyən müddət Ģəxsən baĢ ruhani - müctəhidin özü çalıĢdırırdı.
Müctəhidlər əksər hallarda tələbə ilə ö z evində məĢğul olurdular.
Mədrəsələrin saxlanılmasına çəkilən xərc və ərzaq məscidə, mədrəsələrə
vəqf edilmiĢ torpaqlardan alınırdı.
Ġstər məktəblərdə, istərsə də mədrəs ələrdə təhsil müddəti müəyyən və
məhdud deyildi. Bu, Ģagirdin və tələbənin təhsili baĢa vurması haqqında müəllim
və müdərrisin nə vaxt vəsiqə verməsindən asılı id i.
Məktəb və mədrəsələrdə Ģagirdlərə və tələbələrə qarĢı çox ağır cəza növü -
ayağını falaqqaya salınıb döyülməsi tətbiq olunurdu.
Məktəb və mədrəsələrdən baĢqa fərdi tədris növü də möv cud idi. Xan, bir
sıra varlı bəy və tacir uĢaqları ilə onların evində ayrılıqda bir müəllim məĢğul
olurdu. Sərxana müəllimi adlanan bu Ģəxslərin maddi təminatı Ģagirdin valideyni
hesabına olurdu.
XVIII əsrdə Azərbaycanda elm sahəsində elə bir ciddi irəliləy iĢ baĢ
vermə miĢdir. CoğrafiyaĢünas alimlə r Hacı Zeynalabdin ġirvani və onun kiçik
qardaĢı Hacı Məhəmmədəli ġirvani, habelə tarixçi Əbdürrəzzaq bəy o dövrün
tanınmıĢ Ģəxsiyyətləri idi.
XVIII əsrin axırları və XIX əsrin əvəllərində yaĢamıĢ Zeynalabdin Şirvani
demək olar ki, ö mrünün 40 ilin i səyahətdə keçirmiĢ, Avropa, Asiya və Afrika
ölkələrində 60 min kilo metrdən çox yol qət etmiĢdir. O, Hind və Atlantik
okeanlarından, habelə bir çox dənizlərdən keçmiĢ, Kiçik Asiya, Ġran yaylalarını,
Orta və Mərkəzi Ərəb istan səhraların ı, Sudan cəngəlliklərin i, Seylon, Hindistan və
Hind-Çin meĢələrini gəzmiĢ, Nil çayını müĢahidə et miĢ, HindiquĢ, TyanĢan,
Himalay, Pamir və digər çətin dağ silsilələrin i aĢ mıĢdır. H.Z.ġirvani səyahətlər
zaman ı müĢahidə etdiklərini qələmə alaraq "Riyaz üs -səyahə" ("Səyahət