154
hərəkətdədir. Mah mud Pasihani məntiqi təfəkkürün dindən üstün olduğunu aĢkar
surətdə iddia edirdi.
Ġnsanın ilahiləĢdirilməsi nöqtəvilik təlimində xüsusi yer tuturdu. Nöqtəvilər
üçün "Özünə müraciət et, səndən baĢqa bir Ģey yoxdur" fikri əsas idi. Nöqtəvilik
zahirən islamı in kar etmir və Ģiəlik pərdəsi altında çıxıĢ edirdi.
XV əsrin sonlarında mistik-panteist, bidətçi istiqamətli qızılbaĢ təlimi
Azərbaycanda fəlsəfi fikrin mühü m gerçəkliy i idi.
QızılbaĢ-Ģiə hərəkatında mövcud vəziyyətdən narazı olan bütün qüvvələr,
hakimiyyətə can atan gənc Ġsmayıl Səfəvi, hakim Ağqoyunlu feodallarına mü xalif
çıxan lar, Ģiə ruhaniləri, istismar olunan kütlələr iĢtirak edirdilər. Bu dövrdə Ģiəlik
mübarizlərin ideologiyası kimi xüsusi yer tuturdu.
XV əsrdə Azərbaycanda sufilik fəlsəfəsi ġah Qasım Ənvar, ġəms Məğribi,
Seyid Yəhya Bakuvi, Yusif M iskuri və digər mütəfəkkirlərlə təmsil olun muĢdur.
Şah Qasım Ənvar fəlsəfi poeziyanın gözəl nü munəsi olan "Divan"ın, sufizm
dünyagörüĢünü Ģərh edən bir sıra traktatların müəllifidir. Bu traktatlar arasında ən
məĢhuru "Ənis ül-arifin" ("Müdriklərin dostu") adlanan fəlsəfi səciyyəli poemadır.
Sufi panteizmi ġah Qasım Ənvarın fə lsəfi görüĢlərin in əsasını təĢkil edir. Onun
təliminin aparıcı xətti insanın ilah iləĢdirilməsindən ibarətdir.
Şəmsəddin Mahmud Şirin Təbrizi Məğribi sufilik ruhunda yazılmıĢ
"Divan"ın, "Came-cahan nüma" ("Aləmi əks etdirən cam") və "Fi mərifəti ət-
tovhid" ("Allahın vahidliy inin dərkinə dair") ad lı əsərlərin müəllifidir.
Azərbaycanda sufizmin tanın mıĢ nümayəndələrindən biri də Seyid Yəhya
ibn Bəhaəddin Bakuvi olmuĢdur. O, "ġərhe-gülĢəni-raz", ("Sirlər gülĢəninin Ģərhi"),
"Əsrar ət-talibin" ("Həqiqət axta ranların sirləri") ad lı fəlsəfi əsərlərin müəllifidir.
Seyid Yəhya Bakuvi astronomiya və tarixə dair əsərlər də yazmıĢdır.
Yusif Misk uri (XV əsr) Seyid Yəhya Bakuvin in ardıc ıllarından biri id i. O,
"Bəyan ül-əsrar" ("Sirlərin bəyanı") və "Silsilət ülüyun" ―Eyniliklər silsiləsi") adlı
fəlsəfi əsərlərini ərəb dilində yazmıĢdır.
XV əsrdə Azərbaycanın fəlsəfi fikrin in inkiĢafı üçün keçmiĢ dövrlərdə
yazılmıĢ sufi-panteist istiqamətli əsərlərin Azərbaycan dilinə tərcümə olun masının
müəyyən əhəmiyyəti vardı. Məsələn, virazi təxəllüslü bir Ģair Mah mud
ġəbüstərinin "Gü lĢəni-raz" əsərini Azərbaycan dilinə çevirmiĢdi. 1478-ci ildə Ģair
Əhmədi Fəridəddin Əttarın "Əsrarnamə"sini Azərbaycan dilinə tərcümə etdi. Bu
dövrdə Azərbaycan mütəfəkkirlərindən Seyid Yəhya Xəlvət ġirvani, ġəmsəddin
Məhəmməd ibn Əli Lahici, Kəmaləddin Hüseyn Ərdəbili və baĢqaları Mahmud
ġəbüstərinin ―GülĢəni-raa‖ əsərinə Ģərhlər yazd ılar:
155
Məntiq sahəsində tədqiqatlara da bu dövrdə böyük diqqət yetirilirdi. ġükrulla
ġirvani və Bədrəddin Seyid Əhməd Laləvi (1436-1506) məntiqə dair maraqlı əsərlər
yaratmıĢdılar.
Qaraqoyunlu sülaləsindən olan hökmdar Cahanşah Həqiqinin yaradıcılığı da
XV əsrə təsadüf edir. Onun fəlsəfi poeziyasının hürufizm təlimi özünün geniĢ əksini
tapmıĢdır. Həqiqi antifeodal bidətçi ruhlu hürufilik təlimini təmsil edən ilk hökmdar
kimi diqqəti qəti cəlb edir. Lakin poeziyada və siyasi əməllərində onun bu təlimə
münasibəti mü xtəlifdir. Həqiqi öz Ģerində Fəzlullah Nəimini özünün bələdçisi elan
etsə də, Təbrizdə hürufi üsyanı qaldırmaq cəhdinə görə Nəiminin qızını və 500 nəfər
hürufilik tərəfdarını edam etdirmiĢdi. CahanĢah Həqiqini əsasən hürufiliyin mistikası
cəlb edirdi. Hökmdarın hürufiliyə aludəçiliyi ruhanilərin ona düĢmən münasibət
bəsləməsinə səbəb olmuĢdur.
Ölkənin ideoloji və siyasi həyatında əxilik də xüsusi yer tutmaqda idi. Yazılı
mənbələr, epiqrafik abidələr bunu sübut edir. Əxilərin bir ço xu Səfəvi Ģeyxlərinin
müridləri olmuĢdur.
1406-cı ildə Təbrizdə Əxi Qəssabın baĢçılığı ilə Teymuri hakimiyyəti əleyhinə
üsyan baĢ vermiĢdi. Təbrizin üsyan etmiĢ sənətkar və yoxsulları Ģəhəri ələ keçirdilər.
Üsyançılar Təbrizi bir neçə ay ərzində idarə etdilər. Əxilər Səfəvilərin hakimiyyət
uğrunda mübarizəsinə də yardım göstərirdilər. Lakin əxilik tədricən ideya, siyasi və
təĢkilat baxımından pozulma prosesi keçirirdi. Əxiliyin aĢağı zümrələri I ġah Ġsmayılın
qazilərinə qoĢuldular, yuxarı təbəqəsi isə feodallaĢdı və əxilik prinsiplərindən
uzaqlaĢdı.
Mahiyyətcə bidətçi, mistik-panteist səciyyəli ideoloji cərəyanların geniĢ
inkiĢafı XV əsr üçün səciyyəvi olmuĢdur. Məhz bu cərəyanlar Ġsmayıl Səfəvinin
rəhbərlik etdiyi, ölkədə geniĢ miqyalar almıĢ mü xalifətin ideya silah ına çevrildi.
Maddi mədəniyyət. XIII əsrin 20-30-cu illərində monqol ordusunun
hücumları ilə əlaqədar bütün Yaxın və Orta ġərqdə olduğu kimi Azərbaycanda da maddi
mədəniyyət böyük dağıntılara məruz qaldı. Xüsusilə maddi mədəniyyət mərkəzləri olan
Ģəhərlər daha çox zərər çəkdi, əzəmətli qala divarları, memarlıq abidələri, saraylar,
mədrəsələr, məscidlər, digər mədəni-məiĢət və təsərrüfat tikililəri, istehsalat ocaqları
və s. yerlə yeksan edildi. Azərbaycan Ģəhərlərinin təqribən hamısı bu və ya digər
səviyyədə həmin dağıntıların qurbanı oldu. Bunu tarixi mənbələrlə yanaĢı, arxeoloji
qazıntıların nəticələri də aydın surətdə sübut edir. Bu dağıntıların dərəcəsini göstərmək
üçün Beyləqan Ģəhərində aparılmıĢ qazıntıların nəticələrini nəzərdən keçirmək
kifayətdir. Arxeoloji qazıntılar sübut edir ki, Beyləqan XIII əsrin birinci rübünün
sonlarında güclü dağıntılara və yanğınlara məruz qalmıĢdır. Ġstər Ģəhərin içərisində,
istər qala divarlarında, istərsə də sənətkarlar məhəlləsində aparılmıĢ qazıntılar