224
bu cür tədbirin həyata keçirdiy ini göstərmiĢdir. Əli Çələbi isə siyahıyaalman ın
ġirvanda aparıldığın ı qeyd edir. Görünür ki, iĢğalın ilk mərhələsində Osman lı
hakim dairələri əvvəlki hakimiyyət dövründə müəyyən olunmuĢ vergi məbləğləri
və mükəlləfıyyətlərlə kifayətlənird ilər. Osman lılar bu cür hərəkət edərkən
müharibə əzab larından, vergilərin ağırlığından təngə gəlmiĢ əhalini kütləvi
çıxıĢlara vadar etməmək, yerli əhalinin yeni hakimiyyətə qarĢı loyal münasibətini
təmin etmək haqqında düĢünürdülər. ĠĢğalın sonrakı mərhələsində onlar dövlət
xəzinəsini zənginləĢdirmək, Ģəxsən varlan maq məqsədilə tədricən vergilərin
məb ləğini və mükəlləfıyyətlərin sayını artırdılar.
Osmanlı hakimiyyəti dövründə Azerbaycanın iqtisadi vəziyyəti çox ağ ır idi.
Əhali uzun müddət ərzində yaĢadığı məskənləri tərk edird i. Kəndlilərin yaĢadıqları
yerlərdən getməsi Osman lı zülmünə qarĢı olan etirazın özünəməxsus formalarından
birinə çevrilmiĢdi. YaĢayıĢ yerlərini tərk edənlərin əksəriyyəti Səfəv ilər dövlətin in
mərkəzinə çevrilmiĢ Ġran vilayətlərində məskunlaĢırdı.
XVI əsrin sonlarına doğru yaranmıĢ vəziyyətin Ģahidi olmuĢ bir tarixçi
Osmanlı iĢğalı dövründə Təbrizdəki Ģəraiti belə təsvir edir: 'Təbriz əhalisin in bir
qismi Ģəhər iĢğal o lunarkən q ılıncdan keçirilmiĢ, digər b ir qis mi əsir kimi aparılmıĢ,
qalanları isə Ġraqi Əcəmin Ģəhərlərinə qaçmıĢdılar".
Qeyd etmə k la zımdır ki, 1592-c i ildə Osman lı və Səfəv i dövlətləri hərbi
əsirləri mübadilə edərkən yalnız varlı təbəqələrə mənsub olan Ģəxslər vətənə qayıda
bilmiĢdilər. Mənbələrdən məlu m o lur ki, Səfəvilər dövləti hərb i əsirlərin in
mübadiləsi zamanı qul kimi aparılmıĢ min lərlə insan taleyinə biganəliy ini nü mayiĢ
etdirmiĢdi.
Qəzv indəki Ģah sarayı Səfəvilərin əlində qalan Azərbaycan ərazisin in
hakimlərini mərkəzi hakimiyyətə tabe edə bilmirdi. Kürd Siyahmənsur tayfasının
hakimiyyətini aradan qaldırmaq üçün ġah Abbas xeyli hərbi və siyasi tədbir
görməli oldu. Səfəvi hökmdarı Os manlı hakimiyyəti altında olan baĢlıca
Azərbaycan vilayətlərindəki əhalin in narazılığ ından istifadə edərək dövlətin əsas
mövqelərini bərpa etməyə çalıĢırd ı.
Azərbaycan xalq ının azadlıq mübarizəsi Os manlı imperiyası daxilində baĢ
verən xalq hərəkatı ilə səsləĢir və üzv i Ģəkildə birləĢirdi. Xalq ın azadlıq əhvali-
ruhiyyəsi təbrizlilərin osmanlılara münasibətində daha çox aĢkarlan mıĢdı. Təbriz
Ģəhərinin əhalisi vətəni Osmanlı hakimlərindən müdafiə etmək üçün dəfələrlə
silaha sarılmıĢdı. Ġsgəndər bəy MünĢi qeyd edirdi ki, Təbrizi ələ keçirmək
tapĢırığ ını almıĢ Os man paĢa hücum ərəfəsində tamamilə "ehtiyatlı və təmkin li
olmağa" çalıĢırdı. Çünki o, "dəfələrlə təbrizlilərin dəyanətinin və cəngavərliy inin
Ģahidi olmuĢdu". Ġsgəndər bəy MünĢinin ifadəsinə görə, Osmanlı iĢğalı illərində
225
"Təbriz Ģəhərində əhali qalmamıĢdı". "Abadlığına və əhalisinin sayına görə islam
aləminin Ģəhərləri arasında tayı-bərabəri o lmayan" Təbriz Ģəhərinin əhalisinin
tamamilə köçməsi haqqında Osmanlı mənbələrində də məlu matlar vardır. Təbriz
qalasında yerləĢdirilmiĢ Os manlı hərbi hissəsinin baĢçısı Cəfər paĢa 1586 -cı il
fevralın 7-də, yəni Ģəhərin ələ keçirilməsindən təqribən 5 ay sonra Ġstanbula
göndərdiyi məlu matında qeyd edirdi ki, Təbrizdə yalnız 1500 nəfər qalmıĢdır və bu
adamlar ço x yo xsul həyat sürməkdədirlər. Təbrizlilər doğma Ģəhəri tərk edərək
Qaradağa, Qəzvinə və baĢqa Ģərq bölgələrinə köçmüĢdülər. Təbrizi tərk etmiĢ
əhalinin bir qismini sonralar I ġah Abbas Səfəvilər dövlətinin yeni paytaxtına -
Ġsfahan Ģəhərinə köçürdü. Hökmdar azərbaycanlılara diqqət əlaməti olaraq
paytaxtda Təbriz qaçqınları üçün xüsusi məhəllə saldırd ı. Həmin məhəllə Ģahın
Ģərəfınə Abbasabad adlandırıld ı.
Osmanlı-Səfəv i müharibələrin in yeni mərhələsində (1578-588) daha ço x
zərər çəkmiĢ vilayətlər arasında ġirvan da vardı. Hərbi əməliyyatlar gediĢində
dəfələrlə əldən-ələ keçən ġamaxı Ģəhərin in talan olun ması, dağıntılara məruz
qalması osmanlılara qarĢı mənfı münasibətin yaranmasına səbəb oldu. ġirvanın
1578-c i ildə Sə fəvi hakimiyyəti əleyhinə üsyan edən sünni əhalisi vəd olunan
yardımı osmanlılardan görmədi.
XVI əsrin sonlarına doğru Osmanlı imperiyasının iqtisadi vəziyyəti xeyli
ağırlaĢ mıĢdı. Nəhəng ordunun saxlan ılması dövlət chtiyatlarının tükənməsinə, xey li
gənc iĢçi qüvvəsinin ictimai istehsaldan ayrılmasına, istehlakın və məsrəflərin
həcminin artmasına səbəb olmuĢdu. Feodal torpaq sahibliyi sisteminə sələmçi-
ticarət kap italı da güclü Ģəkildə müdaxilə etməyə baĢlamıĢdı. Xırda və orta miqyaslı
feodal mülklərin in sıxıĢdırılması, iri feodal əyanlarına məxsus olan mülklərin
artması prosesi dövrün mühüm cəhətlərindən idi.
Ġqtisadi həyatdakı böhranın təzahürləri geniĢ əraziyə malik o lan Os manlı
imperiyasının bütün vilayətlərində nəzərə çarpırdı. Ucqar vilayətlərdə, xüsusilə fəth
olunmuĢ ölkələrdə iqtisadi böhranın nəticələri xüsusilə acınacaqlı id i. Osman lı
hakim dairələri həmin ərazilərdə baĢlıca d iqqəti istehsalın təĢkilinə deyil, zəbt
olunmuĢ ərazilərin qarət edilməsinə yönəltmiĢdilər.
ġirvan 1578-ci ildə iĢğal olunduqdan sonra Osmanlı sultanı əsas hərbi
hissələrin ölkəyə geri qayıtması haqqında sərəncam verdi. Osman paĢa baĢda
olmaqla 13 min nəfərdən ibarət qoĢun saxlanıldı. Həmin hərb i hissənin əsgərlərinə
6 ayın məvacibi əvvəlcədən verilmiĢdi. Ġsgəndər bəy MünĢinin məlu matına görə,
Təbriz Ģəhərinin qala hissəsində 2-3 min Osman lı əsgəri yerləĢdirilmiĢdi. ġərəf xan
Bidlisi isə qeyd edir ki, Təbrizdə 7 min nəfərlik Osmanlı qarn izonu vardı. Selan iki
göstərir ki, 1589-cu ildə Fərhad paĢanın təĢəbbüsü ilə bu qalada qulluq edənlərin