226
sayı 12 min nəfərə çatdırıldı. Əli Çələb inin məlu matına görə, 1583-cü ildə Ġrəvanda
Fərhad paĢanın baĢçılığı ilə 5600 Osman lı əsgəri vardı. Gəncədə 3500 nəfərədək
Osmanlı əsgəri qulluq edird i. Gü man etmək olar ki, digər A zərbaycan Ģəhərlərində
yerləĢdirilən Osman lı hərbi h issələri də sayca çox deyild i.
XVI əsrin sonlarında Os manlı hakim dairələri ağ ır iqtisadi vəziyyətə düĢmüĢ
Azərbaycandan ordunun və inzibati aparatın saxlanılması üçün zəruri olan vəsait
əldə edə bilmird ilər. Uzun müddət ərzində məvaciblə təmin o lunmayan Osman lı
əsgərləri arasında da narazılıq yaranmıĢdı. Məsələn, illərlə Gəncədə qulluq edən
Osmanlı əsgərlərinə məvacibin verilməməsi III Məh mədin hakimiyyətinin ilk
dövründə (1595-ci ildə) Ġstanbulda dövlət əleyhinə kütləvi çıxıĢa səbəb olmuĢdu.
1590-c ı ilin Osman lı-Sə fəvi sülh müqaviləsinə əsasən Osmanlı imperiyası
tərkib inə qatılmıĢ Azərbaycan torpaqlarında iĢğalçı hakimiyyət orqanlarına qarĢı
üsyanlar cəlalilər hərəkatı adı ilə məĢhur olmuĢdur. Bu hərəkat adını 1518 -ci ildə
Tokatda üsyan baĢçısı ġeyx Cəlaldan almıĢdır. Sonralar Türkiyənin mü xtəlif
vilayətlərində geniĢlənən kəndli hərəkatları Os manlı tarixlərində "cəlali fitrəti" adı
altında yad edilmiĢdir. 1590-cı ildə Ərzuru m yaxınlığında baĢlanmıĢ üsyan Səfəvi
dövlətinin mənafeyinə uyğun gəlirdi. Əhalin in yoxsul h issəsinin iĢtirak etdiyi,
baĢlıca olaraq antifeodal istiqamətli olan bu hərəkat Osmanlı imperiyasının Ģərq
vilayətlərinin Səfəvilər dövlətinə birləĢdirilməsi üçün əlveriĢli Ģərait yaratdı.
Üsyanın baĢında "ġah Təhmasib övladından ġah Ġsmayıl" duru rdu. Yalançı
Ġsmayılın "Çirkin" və "Turabi" ləqəbləri daĢıyan iki vəziri ona kö mək edirdi.
"Cəlali zühur ediyor" - deyən üsyançılarla höku mət qoĢunu arasında baĢ verən
döyüĢdə Osmanlı sancaqbəyilərindən biri öldürüldü. "ġahın oğlu bizi haqlamıĢdır"
xəbərin i alan Os manlı məmurları vahiməyə düĢərək qaçdılar. Bu zaman Ərzuru m
vilayətində yerləĢən Osmanlı qoĢununun baĢçısı Fərhad paĢa vilayətin hakimini
üsyançılara qarĢı göndərdi. Od lu silah larla kifayət qədər təchiz edilmiĢ və sayca
üstünlüyə məlik olan hökumət qoĢunu cəlaliləri ağır məğlubiyyətə uğratdı. Üsyan
rəhbərinin iki vəziri əsir alınaraq edam edildi. "ġah oğlu"nun taleyi isə naməlu m
qaldı.
1591-c i ildə Təbriz əhalisinin üsyanı cəlalilər hərə katın ın növbəti təzahürü
idi. Bu üsyanda Ģəhərdə yerləĢdirilmiĢ Osman lı qarnizonunun bir hissəsi də iĢtirak
edirdi. Üsyan, görünür, Ģiəlik bayrağı altında davam edirdi. Selanikin in
məlu matına görə, "qəzəblən miĢ kütlə xətibi cü mə məscidin in minbərindən
düĢürdü və Ģəhərdə yanğınlar baĢlandı". Gü man etmək olar ki, üsyan çıların qəzəb
obyektinə çevrilmiĢ xətib sünni məzhəbli idi. Os manlı əsgərlərinin bu üsyanın fəal
iĢtirakçısı kimi çıxıĢ etməsi onların uzun müddət ərzində məvacib almaması ilə
əlaqədar idi. Os manlı əsgərlərinin təbrizlilərin üsyanına qoĢulması onların
227
Azərbaycandakı hökmranlığı, üçün böyük təhlükə törədirdi. Üsyançılar öncə
cəbbəxananı ələ keçird ilər. Lakin üsyan rəhbərləri aydın məqsəd və qətiyyət
nümayiĢ etdirmədilər. Təbriz hakimi Cəfər paĢa bundan istifadə edərək üsyanı
amansızcasına yatırdı.
Təbriz üsyanının məğlubiyyəti A zərbaycanda cəlalilər hərəkatın ın hələ sonu
demək deyildi. Ġsgəndər bəy MünĢi Osmanlı-Səfəv i müharibələrinin növbəti
mərhələsi (1603-1607) ərəfəsində Səfəvi dövləti ilə həmsərhəd Osmanlı ərazisində
cəlalilər hərəkatın ın geniĢlənməsini Abbasın Azərbaycanı, Cənubi Qafqazı fəth
etmək məqsədilə hərbi yürüĢə çıxmaq qərarı ilə əlaqələndirir. Ġsgəndər bəy
MünĢinin fıkrincə, Os manlı dövlətinə qarĢı müharibəyə baĢlamaq qərarına gələn I
Abbas belə hesab edirdi ki, "irsən bizim müqəddəs nəslimizə məxsus olan
Azərbaycan və ġirvan ölkələrini sayca az o lan və öz padĢahına qarĢı mübarizə
aparan cəlalilərin hakimiyyəti altında saxlamaq, həmin ö lkələrin fəth olunması üçün
yaranmıĢ əlveriĢli məqamı əldən vermək ağ ıllı Ģəxslərə xas olmayan hərə-kətdir".
I
Səfəvi qoĢunlarının Azərbaycana və qonĢu ölkələrə müda xiləsi cəla lilər
hərəkatının zəifləməsinə səbəb olmadı. Əksinə, I Abbasın talançı siyasəti və
xüsusilə böyük əhali kütləsinin vətəndən zorla köçürülməsi cəlalilər hərəkatın ın
geniĢlənməsi üçün əlveriĢli Ģərait yaratdı. Salnaməçi Arakel Təbrizlinin məlu matına
görə, 1606-cı ildə cəlalilər hərəkatı yenidən yüksəldi. XVII əsrin ilk onilliy i ərzində
Cənubi Qafqaz əhalisi dəhĢətli əzab lara, aclığa düçar oldu və bu vəziyyət əhalini
etiraz çıxıĢlarına sövq etdi. 1606-1609-cu illərdə aclıq nəticəsində on min lərlə insan
dünyasını dəyiĢdi. Ġsgəndər bəy MünĢi də XVII əsrin əvvəllərindəki ağ ır Ģərait
haqqında məlu mat vermiĢdir. Arakel Təbrizli qeyd edir ki, cəlalilər hərəkatı
"Ġstanbuldan Ġrəvana, Bağdaddan Dəmirqapıyadək o lan torpaqları" əhatə etmiĢdi.
II
Azərbaycanda və onunla qonĢu ölkələrdə geniĢlənən cəlalilər hərəkatı
mürəkkəb hadisə idi. Bu hərəkatda həmin tarixi dövrün mü xtəlif ictimai
təbəqələrindən çıxmıĢ Ģəxslər iĢtirak ed irdilər. Onlardan biri cəlalilərin Qafqa zdakı
əməlləri haqqında danıĢarkən qeyd edir ki, "bu səbəbdən torpaq sahibləri və
əkinçilər qorxu və dəhĢətlə öz yerlərini tərk ed ir, qalalarda, qəsrlərdə, mağaralarda
möhkəmlən ir, əkinçiliklə məĢğul ola bilmirdilər". 1605-ci ildə I Abbasın verdiyi
fərmana əsasən Səfəvi qoĢununun osmanlılara qarĢı hərb i əməliyyatları gediĢində
xarabazarlığa çevrilmiĢ ərazilərdə hər bir istehsal fəaliyyəti qadağan edilmiĢdi.
Ġsgəndər bəy MünĢi qeyd edirdi ki, Osman lı dövləti ilə hərbi münaqiĢənin
nəticəsində, Azərbaycanın taleyi müəyyən olunmayınca "həmin ölkənin dağıdılmıĢ,
əkilməmiĢ saxlan ması haqqında fərman verilmiĢdi".
Arakel Təbrizlinin cəlali hərəkatına qarĢı düĢmən münasibəti bəsləməsi də
təbii idi. O, baĢ vermiĢ hərəkata kilsə-feodal mövqeyindən yanaĢır, həmin hərəkatın