312
və əsasən Ģiəliyin təbliğinə baĢladı. O, Ģiə imamların ı sonsuz Ģəkildə mədh edir,
onların taleyinə acıyırd ı. Lakin Ģair-hökmdar özünü təkmilləĢdirmənin təbliği
zərurətini də unutmur, ruhani rəhbəri - mürĢidi ilah iləĢdirir, ona sədaqət və itaət
hisslərini təbliğ edirdi. Həmin tarixi dövrdə qızılbaĢlığı sufızm təriqəti ilə bağlayan
və Xətainin imtina etmədiyi cəhətlər əsasən bunlar id i.
Ġsmayıl Səfəvi dövləti ərazisində islamın "ifratçı" cərəyanlarının bidətçi -
panteizmini fəal surətdə məhv et məyə can atırdı. Siyasətdə dəfələrlə cəngavər
alicənablığı nü mayiĢ etdirmiĢ ġah Ġsmayıl əsasən ifratçı Ģiə təriqətlərinə mənsub
olan təqibdən yaxa qurtarmaq üçün Kiçik Asiyanı tərk etmiĢ və Səfəvi sarayına
pənah gətirmiĢ xey li qaçqına amansız münasibət göstərdi — 917-ci ildə (1511-
1512) ticarət karvanının qarət olunması bəhanə edilərək, Kiçik Asiyadakı üsyanlara
baĢçılıq etmiĢ, Ģahdan nicat gözləyən Ģəxslər I Ġs mayılın əmrinə əsasən edam
olundular.
ġah Ġsmay ıl bir ço x hallarda xalq üsyanların ın yatırılmasına "ifratçı Ģiələrin
bidətçi əməllərinə qarĢı mübarizə" kimi qələmə verirdi. Məsələn, 1506 -cı ildə ġah
Ġsmayıl yezidi kürd lərin üsyanını yatırdı, 1511-ci ildə isə Xu zistanda "MüĢəĢə"
adlanan ifratçı Ģiə təriqəti ard ıcıllarının yaratdıqları Sərbədar tipli dö vlətin tarix
səhifəsindən sildi, onun tərəfdarlarına d ivan tutdu. Təriqətçilərin Əlini və Sərbədar
hökmdarı Su ltan Feyzi ilahiləĢdirmələri Səfəv i Ģahının hücumu üçün bəhanə kimi
istifadə edildi.
ġah Ġsmayılın din i siyasətini səciyyələndirən Ġ.D.M iklu xo j Maklay
tamamilə düzgün olaraq qeyd edir ki, "...ifratçı Ģiəliyə və ifratçı Ģiələrə qarĢı
mübarizə yeni feodal dövlətinin xalq hərəkatlarına qarĢı münasibətdə siyasətinin
ifadəsi id i". Səciyyəvidir ki, Səfəvilər kütlələrin həyəcanını yatırmaq üçün
bidətçilik Ģəklində kifayət qədər bəhanə tapmadıqda sülalənin hakimiyyətinə
qədərki dövrdə dəfələrlə sınaqdan çıxmıĢ üsula - xalqın bir qismini digərinə qarĢı
qaldırmaq üsuluna əl ataraq, bu yolla kütlələri sosial, siyasi mübarizədən
yayındırırdılar. I Abbasın sənətkarlar arasında dəfələrlə silahlı toqquĢmalar təĢkil
etdiyi bir ço x mənbələr tərəfındən təsdiq olunur.
Beləliklə, XVI əsrdə siyasi vəziyyətin dəyiĢməsi mövcud olan təriqətlərin və
cərəyanların yeni ayrılmaların ı Ģərtləndirird i. Həmin təriqət və cərəyan ların bir
qismi hakim qızılbaĢ məfkurəsi ilə barıĢır, tədricən islam Ģiə ilahiyyatının ideya
əlavəsinə çevrilir, təĢkilati, siyasi və ideoloji cəhətdən hakim qızılbaĢ təriqətinə tabe
olur, tədricən onunla çulğaĢırdı. Mövcud ideya cərəyanların ın digər qis mi isə hakim
məfku rəyə qarĢı kəskin mövqe tutur və bidətçilik kimi q iy mətləndirilird i.
XVI əsrdə qızılbaĢ məfkurəsi mü xtəlif funksiyaları yerinə yetirird i. Səfəv ilər
dövlətində o, hakimiyyətə aparan yolda bidətçiliyin və mü xalifliyin bütün
313
ünsürlərin i itirmiĢ baxıĢlar sistemi id i. Səfəvilər dövlətinin hüdudlarından kənarda
isə (məsələn, Osman lı imperiyasında) o, hakim o lan sünniliyə və Osman lı
hökumətinə qarĢı Ģiə mü xalifətinin təzahürü kimi fəaliyyət göstərirdi. Osman lı
dövlətinin ərazisində qızılbaĢlıq bəktaĢiliklə sıx surətdə bağlı olmuĢdur. Əgər
Səfəvi imperiyasında qızılbaĢlıq ruhanilərlə birgə azadfikirliliyin hər bir təzahürünü
fanatikcəsinə təqib edirdisə, Səfəvi dövlətinin hüdudlarından kənarda o, bir qayda
olaraq, bidətçi mistik-panteist fəlsəfə ilə bağlı olmuĢ, azadfikirliliy in və mü xalifətin
ifadəçisi kimi diqqəti cəlb etmiĢdi. QızılbaĢlıq mü xalifətçi ruhunu Osman lı
imperiyasında XIX əsrədək qoruyub saxla mıĢdır. XIX əsrdə Osman lı imperiyasında
bu təlimin inkiĢaf istiqamətlərini araĢdırmıĢ V.Qord levs ki yazır ki, yaln ız qorxu
hissi qızılbaĢları islamdan açıq surətdə imtina etməkdən saxlayır, çünki onlar Əlini
ilah iləĢdirir, panteizmə əməl edir, məscidlərin zəruriliy i fikrini qəbul etmir, insanın
ölümünü materiyanın sonu kimi q iy mətləndirir, materiyanın sonunu onun yeni
formada aĢkara çıxmasının baĢlanğıcı sayırd ılar.
ġah Ġsmayılın qurduğu dövlətin hərbi qüdrətinə, Ģəriət məh kəmələrinin
əzablı edamlara gətirən amansız fıtvalar təcrübəsinə arxalan masına baxmayaraq,
qızılbaĢ ideologiyası hətta Səfəvilər imperiyası hüdudlarında belə yeganə məfku rə
ola bilmədi. Təq iblər Azərbaycanda bidətçiliy i aradan qaldırmaq iqtidarında
deyildi. Bu rada ilahiləĢdirmə nəzə riyyəsinə əsaslanan ifratçı Ģiə təriqətləri
qalmaqda idi. "Tarixi alə marayi-Abbasi" salnaməsinin materia lla rından görünür ki,
hicri 962 (1554-1555)-c i ildə "qələndərlərin və cəmiyyət törtöküntülərinin bir
dəstəsi" yeni dini təlimlərlə çıxıĢ edərək ġah Təh masibi Ġmam Mehdin in təcəssümü
kimi qələmə verməyə cəhd edirdi. BaĢlanmıĢ hərəkat elə geniĢ miqyas almıĢd ı ki,
Səfəvi hökmdarı onu yalnız üsyan rəhbərlərin i edam etdird ikdən sonra yatıra
bilmiĢdi.
Bu dövrün Səfəvi hökmdarları tərəfındən amansızcasına təqib olunan, geniĢ
yayılmıĢ bidətçi təlimlərindən biri "nöqtəvilik" idi. Materialist mey illi panteist
fəlsəfənin, rasionalizm və islamın bir ço x eh kamlarına qarĢı kəskin surətdə çıxması
"nöqtəviliyin" baĢlıca cəhətləri olmuĢdur. Məlumdur ki, ġah Təh masibin əmrinə
əsasən KaĢan və Qəzvin nöqtəviləri amansızcasına cəzalandırılmıĢdılar. Lakin
"nöqtəvilik" təliminə qarĢı təqib lər I Abbasın dövründə xüsusilə gücləndi.
Salnamələrdə məlu mat verilir ki, I ġah Abbas o zaman dövlətin paytaxtı olan
Qəzv indəki gözəl xanəgahlardan birini ziyarət etmiĢ və nöqtəvilərin rəhbərlərindən
dərviĢ Xosrov Qəzviniyə məxsus həmin xanəgahda söhbət əsnasında öyrənmiĢdi ki,
nöqtəvilərin sayı çoxdur, onlar bütün dövlətin ərazisində yayılmıĢlar, öz təĢkilatları
var, əhalini nöqtəvilik təliminə cəlb ed irlər. Hö kmdar anlamıĢdı ki, dövlətin
ərazisində "nöqtəvilik"dən təhlükəli təlim yo xdur. I ġah A bbas bu "ziyarətindən"