236
Osmanlı qoĢunu Urmiya gölünün Ģimalında yerləĢən Təsucdan keçərək Təbrizin 6
fərsəxliyində yerləĢən Sufıyanda qızılbaĢ ordusu ilə qarĢılaĢdı.
1605-c i il noyabrın 7-də burada həlledic i döyüĢ baĢ verdi. Os manlı ordusu
ağır məğlubiyyətə uğradı. Ciğaloğlu Sinan paĢa Diyarbəkirə qaçdı və tezliklə orada
vəfat etdi. QızılbaĢlar bu döyüĢ zamanı külli miqdarda hərbi qənimətə sahib oldular.
Təsuc əhalisinin bu zaman osmanlılara qarĢı mübarizəsi I ġah Abbas
tərəfındən yüksək qiymətləndirild i. Təsuclular iki il müddətinə malcəhət və digər
vergilərdən azad edildilər.
I ġah Abbas Sinan paĢa üzərindəki qələbədən sonra, qıĢın sərt keçməsinə
baxmayaraq, Qarabağa daxil olub, Gəncəni mühasirəyə aldı. Bu vaxt (1605 -1606-cı
ilin qıĢı) hər iki tərəfın dağıdıcı fəaliyyəti nəticəsində Azərbaycanı və qonĢu
ölkələri aclıq bürüdü. Qarabağ kəndliləri taxıl əkib-becərə bilmədilər. ġah Qarabağa
daxil olan kimi qoĢunu ərzaqla təmin etmək üçün təcili tədbirlər gördü. O,
Azərbaycanın digər bölgələrindən Qarabağa 20 min xalvar (7 min tona yaxın) taxıl
gətirilməsi barədə xüsusi fərman verdi.
Gəncədəki Os manlı qarnizonu Ģəhərin təslim edilməsi təklifi ilə razılaĢ madı.
Gəncə qalasının mühasirəsi 4 aya yaxın davam etdi. Səfəv i ordusu osmanlıların
müqavimətini q ıraraq 1606-cı il iyulun 5-də Gəncə qalasını aldı. Osman lı qarnizonu
qılıncdan keçirild i. Salnaməçinin dediyinə görə, Ģahın əmri ilə onların 2,5 min
nəfəri Həsənçay adlı yerdə edam edildi. Qarabağın hakimi Hüseyn xanı Müsahib
Qacar hakimiyyətdən uzaqlaĢdırıld ı, yerinə Məhəmməd, Ziyadoğlu Qacar təyin
olundu.
Gəncənin ardınca Lori, Tiflis və Dmanisi qalaların ın Os manlı qarnizonları
müqavimət göstərmədən təslim oldular.
I ġah Abbas ġirvanın və Dağ ıstanın tutulması ilə Qafqaz əməlliyyatını
mü mkün qədər tez baĢa çatdırmağa çalıĢırdı. ġah ın təslim təklifı ġirvan bəylərbəyi
Əh məd paĢa tərəfındən qəbul edilməd iyi üçün 1607 -ci il yanvarın 9-da ġamaxı
üzərinə hücum baĢlanıldı.
Lakin hücum b ir tərəfdən ərzaq və ələfin çatıĢ maması, digər tərəfdən isə
qoĢunun hərəkətinə mane olan və günlərlə davam edən leysan yağıĢlar nəticəsində
üç aya qədər təxirə salındı. Bu Ģəraitdə Bakı, Dərbənd əhalisi də osmanlılara qarĢı
üsyana baĢladı.
1607-c i ilin yanvarında Bakıda osmanlıla rın ə leyhinə üsyan qalxd ı. ġəhər
üsyan baĢçılarının əlinə keçdi və Ģah qərargahı ilə əlaqə yaradıld ı. Bakıda baĢ
vermiĢ üsyan ġah Abbası son dərəcə sevindirdi: Səfəvi hökmdarı üsyançıların
əksəriyyətinə "hədiyyələr, soyurqallar, bahalı paltarlar" bağıĢladı. Dərbənddə də
osmanlılara qarĢı üsyan baĢ verdi. Üsyançılar Ģah qoĢunlan ilə b irgə çıxıĢ edərək
237
Dərbəndin hərbi rəisi Həsən paĢanı təslim olmağa məcbur etdilər (Dərbənddə üsyan
1607-c i ilin fevral-mart ayla rında baĢ vermiĢdi). ġəhərdə Osmanlı hakimiyyətinə
son qoyuldu. Rüstəm Qaytaqlı Ģəhər hakimi vəzifəsindən kənar edildi. Çıraq Sultan
Ustaclı Ģəhərin yeni hakimi təyin olundu. ġah Abbas göstərdikləri Ģücaətə görə
Dərbənd əhalisini bütün dövlət vergilərindən azad etdi.
Bu zaman ġamaxı Ģəhərinin mühasirəsi davam edirdi. 1607 -ci ilin iyununda
Səfəvi hərbi hissələrin in Ģəhərə güclü hücumu nəticəsində qala bürclərindən biri ələ
keçirildi. ġəhərdə gərgin döyüĢlər bir həftə ərzində davam etdi. Osman lı hərbi
hissələri iyunun 27-də silah ı yerə qoyaraq təslim oldular. Salnaməçinin yazd ığına
görə, "bir anda 2-3 min nəfər qılıncdan keçirildi və ġamaxı Ģəhəri tamamilə
dağıdıldı". Zülfüqar xan Qaraman lı ġirvanın hakimi təyin edildi.
Beləliklə, XVII əsrin əvvəlində dörd il davam edən Səfəvi-Os manlı
müharibələrin in birinci mərhələsi Səfəvilərin qəti qələbəsi ilə baĢa çatdı.
Azərbaycanın bütün ərazisi və qismən Dağıstan ġah Abbasın hakimiyyəti altına
düĢdü.
I
ġah Abbas Ərdəbildən Təbrizə qayıtdı və osmanlılarla sülh bağlamağa
cəhd etdi. ġah bu məqsədlə dostunun - Krım xanı Qazi Gəray ın vasitəçiliyindən
istifadə etməyi münasib bild i. O, Os manlı sərkərdəsi Xəndan ağanı Qəhqəhə
qalasından azad etdi və onu öz elçisi Əbülqasım Yü zbaĢı Evoğlu ilə Krıma
göndərdi. Onlara ġah Abbasın iĢğal dairəsini tanımaq və Osmanlı dövlətin in Səfəvi
dövləti ilə sülh müqaviləsi bağlamasına nail olmaq tapĢırılmıĢdı. Lakin Krıma
gedərkən yolda Xəndan ağanın öldürülməsi, Ģah elçisinin çərkəzlər tərəfındən əsir
götürülməsi və Qazi Gərayın da ölüm xəbərin in alın ması nəticəsində əldə edilmiĢ
qələbə hüquqi baxımdan rəsmiləĢdirilməd i.
II
Səfəvi sarayı osmanlılarla sülh bağla mağa sonrakı illərdə də cəhd
göstərmiĢdi. 1609-cu ilin fevralında Üskudarda yerləĢən Osmanlı sərdarı Quyucu
Murad paĢa Səfəvi Ģahının ġəmsəddin Ağa Rumlu vasitəsilə göndərdiyi məktubuna
cavabında Ģahın elçiləri göndərilərsə, sülhün yaranmasına təsir gös tərəcəyi qeyd
edilmiĢdi. Os manlı dövləti Azərbaycanın itirilməsi ilə hesablaĢmayaraq hər vəchlə
1590-c ı il sülhünün Ģərtlərini sa xla mağa çalıĢırdı.
Belə bir vəziyyət hərbi əməliyyatların yenidən baĢlanması ilə nəticələndi.
1610-cu ilin aprelində Quyucu Murad paĢanın komandanlığ ı alt ında Osman lı
ordusu Azərbaycana hücum edərək Təbrizə kimi irəlilədi. Təbrizi ələ keçirən
Murad paĢa Ģah qoĢununun hücumundan ehtiyat edərək 5 gündən sonra Ģəhərdən
çıxd ı və Vana qayıtdı. Təbriz Ģəhəri osman lılar tərəfındən böyük dağıntılara məruz
qalaraq yandırıldı.