254
ġamaxı hər iki tərəfdən ayrıca divarlarla əhatələnmiĢ və iki hissədən ibarət olan bir
Ģəhər idi. "ġəhərin Ģimal hissəsi cənub hissədən bir qədər kiçik idi. Bu rada daĢdan
hörülmüĢ 5 qapı vardı". Əsrin ortalarına yaxın ġamaxı azərbaycanlılardan baĢqa,
gürcü, yəhudi, rus və hind tacirlərinin də ticarətlə məĢğul olduqları ticarət -sənaye
mərkəzi id i. ġəhərdə 700 ev və 26 məhəllə, 40 məktəb, 70 məscid, 7 hamam, 44
karvansara, 200-ə ya xın dükan vardı.
1640-c ı ildə Təbrizdə böyük dağıntılara səbəb olmuĢ zə lzə lə baĢ verdi. 1668 -
ci il yanvarın 4-də belə bir fəlakət ġamaxın ın da baĢına gəldi və 6-7 min adamın
ölümü ilə nəticələndi. Streysin məlu matına görə, artıq 1670-ci ildə ġamaxı yenə də
tərəqqi etməkdə olan b ir Ģəhər idi.
Bakı XVII əsrdə də qala-Ģəhər idi. 1607-ci ildə ġah Abbasın Azərbaycana
yürüĢü ilə əlaqədar o laraq ġirvana gəlmiĢ tarixçi Ġsgəndər bəy MünĢi güclü müdafiə
qurğularına malik olan Bakının adın ı Dərbəndlə birlikdə çəkird i. Öv liya Çələbiyə
görə, Bakı sakinlərin in cəmləĢdiyi sahil hissəsində çoxlu məscid, karvansara,
hamam və böyük bazar vardı. Bu zaman Bakı liman kimi Xəzər hövzəsi ölkələrin in
tranzit ticarətində önəmli ro l oynayırdı. ġəhəri osmanlılardan alandan sonra (1607)
ġirvan bəylərbəyi Zülfüqar xan Qaramanlı onun abadlaĢdırılmasına diqqət yetirmiĢ,
ġimala açılan qala qapısın ı təmir etd irmiĢ və ona "ġah Abbas darvazası" adını
vermiĢdir. 1683-cü ildə Bakıda olmuĢ Kemp fer Ģəhər və neft mənbələri haqqında
dəyərli məlu mat vermiĢdir. Səyyahın çəkdiyi Ģəkil Bakil qalasının dördkünc
olduğunu göstərir, Bakının bir Ģəhər kimi tərəqqisi əsrin ortalarına qədər davam
etmiĢdir. Lakin XVII əsrin son rübünədək bütün Azərbaycanı bürümüĢ ümu mi
iqtisadi tənəzzül prosesinin bu Ģəhərə də təsiri olmuĢdur.
Ərdəbil Ģəhəri Səfəv i Ģeyxlərinin himayəsi sayəsində abad məntəqəyə
çevrilmiĢdi. Mənbəyini Savalan dağından alan Balıqlı çayının suyu Ərdəbilin əksər
küçələrindən axır və Ģəhər Venesiyanı xatırladırdı (Pyetro della -Valle). Lakin
1623-cü ildə A zərbaycanın bəzi yerlə rində və ona qonĢu olan ölkələ rdə baĢ verən
vəba xəstəliy i Ərdəbildə də on minlərlə insanın ölü münə səbəb oldu. Əsrin 30 -cu
illərin in ortalarında Ģəhərə yenidən vəba və taun xəstəliyi yayıld ı. Bu zaman
Ərdəbilə gəlmiĢ F.Kotovun məlu matına görə, bu Ģ əhər ġamaxıya nisbətən böyük
idi, burada ço xlu karvansara vardı. Ərdəbildəki Səfəvi Ģahlarının məqbərələri
buraya çoxlu zəvvar cəlb ed ir və bu, Ģəhər iqtisadiyyatının canlanmasına səbəb
olurdu.
Əsrin 70-ci illərində Ərdəbil "özünün böyüklüyü və qədimdən q almıĢ
gözəlliy i ilə baĢqa Ģəhərlərdən üstün idi" (Streys). Lakin əsrin sonunda bütün
Azərbaycanı bürü müĢ iqtisadi tənəzzü l prosesi Ərdəbilə də mən fi təsir etdi.
255
Dərbənd XVII əsrdə də ġirvanın tərkib ində idi. Dərbənd hakimləri Ġsfahan
sarayı tərəfındən təyin edilirdi. Ətrafı hündür qala ilə əhatələn miĢ Ģəhərin
mərkəzində müdafıə məqsədilə narınqala tikilmiĢdi. 1607 -ci ildə I ġah Abbas
Dərbəndi türklərdən geri aldı və yerli əhalin i dövlət vergilərindən azad etdi.
Marağa Ģəhəri qədimdən bəri özünün bağları və üzü mlükləri ilə məĢhur
olmuĢdur. XVII əsrin əvvəllərində bu Ģəhərin idarə olun ması iĢi Mukri tayfasından
olan ġeyx Heydərə tapĢırıldı. Sonralar mukriləri Qarabağda qərarlaĢmıĢ otuzikilər
qəbiləsinin nü mayəndələri əvəz etdilər. Əsrin ortalarında Marağad a 7000 adam
yaĢayırdı.
Osmanlı təcavüzündən zərər çəkməmiĢ Azərbaycan Ģəhərlərindən biri də
Əhər idi. ġey x ġihabəddin Mahmud Əhərinin (1230-cu ildə anadan olmuĢdur)
qəbri bu Ģəhərdədir. Əhər Ərdəbili və Gəncəni birləĢdirən karvan yolu üstündə
yerləĢdiyi üçün böyük ticarətə də cəlb edilmiĢdi. Lakin bu Ģəhər əsrin sonlarında
tam tənəzzü lə məruz qaldı.
XVII əsrin birinci yarısında iki dəfə dağıdılmıĢ Naxçıvan Ģəhəri sonralar
müəyyən qədər tərəqqi etsə də, özünün əvvəlki əzəmətinə çata bilmədi. Əsrin ikinci
yarısında bərpa iĢləri aparılmıĢ, fəqət Ģəhər xarabalıq lardan xilas ola bilmə miĢdi
(Tavernye). XVII əsrin son rübündə Naxçıvana gəlmiĢ ġarden onu böyük, lakin
dağılmıĢ Ģəhər kimi təsvir edir. O, "hər cür malların və ərzaq məhsulların m
satıldığı" üstüaçıq və üstüörtülü Naxçıvan bazarlarından danıĢır, orada 5
karvansaranın, bir neçə hamamın, 2000 evin o lması barədə məlu mat verir. Digər
Azərbaycan Ģəhərləri kimi Naxçıvan da əsrin sonunda əvvəlki əhəmiyyətini
itirməkdə id i.
Ġlk Səfəvi Ģahlarının d iqqətini cəlb etmiĢ Ordubadda geniĢ miqyaslı abadlıq
iĢləri aparılmıĢ, Ģəhər müəyyən tərəqqi səviyyəsinə çatmıĢdı. Lakin Osman lı
yürüĢləri zamanı Ordubad dəfələrlə talanlara və dağıntılara məruz qaldı. 1604 -cü
ildə I ġah Abbas Ordubadın bütün dövlət vergilərindən azad olun ması haqqında
fərman verdi. Bu tədbir Ģəhərə dəymiĢ zərərin ağırlığını b ir qədər yüngülləĢdirdi.
Həmin fərmanın mətni Cü mə məscidin in divarında, bir daĢ üzərində həkk
olunmuĢdur. Ordubad XVII əsrin b irinci yarısında xüsusilə in kiĢaf etmiĢdi.
Quba hərbi əmə liyyatlardan uzaq bir yerdə yerləĢdiyi üçün iqtisadi və siyasi
mövqeyini qoruyub saxlaya bilmiĢdi.
Osmanlı-Səfəv i müharibələrindən zərər çəkmiĢ Azərbaycanın cənub -qərb
Ģəhərlərindən Urmiyanı, Səlması, Xoyu, Mərəndi Çorsu və Makunu misal
göstərmək olar. Urmiya 1610-cu ildə kürdl feodallarının üsyanından da müəyyən
dərəcədə zərər çəkmiĢdi. Çors IV Sultan Muradın yürüĢü zamanı (1635) tamamilə