258
Taxta məmu latı istehsalı ilə bağlı o lan sənətkarlıq sahələrindən ən ço x
nəzərə çarpanı nəccarlıq id i. A zərbaycan məiĢətində kətil və s. kimi taxta
məmu latına ehtiyacın çox məhdud olması nəticəsində dülgərlik zəif inkiĢaf etmiĢdi.
Azərbaycan dülgərlərinin istehsal alətləri Avropa ustalarına nisbətən az idi.
Rəndənin indi məlu m o lan təkmilləĢ miĢ forması yalnız XVII əsrin ortalarında
meydana gəldi. Gəmiqayırma sahəsində gerilik xüsusilə nəzərə çarpırdı. Bunun
baĢlıca səbəbi Azərbaycanın və bir sıra qonĢu ölkələrin əsas dəniz yollarından,
dünya gəmiçiliyində əldə edilmiĢ nailiyyətlərdən təcrid olun masında idi.
XVI əsrin sonu - XVII əsrin əvvəllərində baĢ vermiĢ dağıdıcı müharibələr
tikinti iĢinə olan tələbatı xey li artırmıĢdı. Ġri Ģəhərlərdə təmtəraq lı saraylar, daĢdan,
biĢmiĢ və çiy kərpicdən çoxlu yaĢayıĢ binası, karvansaralar, körpülər, b azarlar,
emalatxanalar, mü lki binalar inĢa edilird i. XVII əsr mülki b inaların, xüsusilə
karvansaraların və bazarların tikilməsi baxımından ən əlamətdar dövr olmuĢdur.
ġəhərlərdə mü xtəlif növ bədii sənətlərlə məĢğul olan min lərlə usta - həkkak,
nəqqaĢ, cildçi yaĢayırdı. Təbriz bütün ġərqdə ən mühüm bədii sənətkarlıq
mərkəzlərindən biri id i. Burada yaĢayan, bədii sənət ustalarının yaradıcılıq üslubları
uzun əsrlər ərzində ġərq üçün örnək olmuĢdur. Lakin orta əsr sənətkarlığına xas
olan texn iki gerilik bu sahələr üçün də səciyyəvi idi. Məsələn, kitab çapı te xnikası
Avropa ölkələrində ço xdan təĢəkkül tapmıĢdı. Lakin Azərbaycanda və qonĢu
ölkələrdə əlyazma üsulu hakim id i. Avropanın çap texnikasıın öyrənmiĢ məĢhur
usta Yaqubcan NəccarbaĢının 1641-ci ildə ilk kitab çap etmək təĢəbbüsü
müvəffəqiyyətsizliyə uğradı. Çap olun muĢ kitabların mü rəkkəbi çap texnikasına
uyğunlaĢdırılmadığı üçün yazılar tez pozulurdu. Rəsmi dairələr və xəttatlar Səfəvi
dövlətində baĢ vermiĢ bu tarixi yeniliyə tərəfdar çıxmadılar, onu bigan əliklə
qarĢıladılar. Bu münasibətin səbəbi texniki təfəkkürün aĢağı səviyyədə olması idi.
ġəhərlərdə mü xtəlif yeyinti məmu latı hazırlayan sənətkarlar (çörəkçilər,
qənnadı ustaları, Ģərbətçilər, çaxırçəkənlər, sabunçular və b.) əsasən yerli
ehtiyacları təmin edirdilər. ġərbətçilər və çaxır çəkməkdə ən mahir ustalar
Təbrizdə, ġamaxıda və Azadabadda cəmləĢ miĢdilər.
XVII əsrdə Bakıda təxminən 500 min puda qədər neft çıxarılırdı. Neftdən
əldə edilən gəlir əsasən xəzinəyə daxil olurdu (xalis gəlirin məbləğ i 7000 tü mən
idi). Neftin çıxarılması iĢinə əsasən Bakının ətraf kəndlərinin iĢçi qüvvəsi cəlb
edilird i. Suraxan ıdakı neft quyularmda 32 kəndli iĢləy irdi (Kempfer). Onlarm əmək
haqqı təxminən 7-8 abbasıya bərabər idi. XVII əsrin 80-ci illərində Bakıdan neft
daĢıyan 80 arabaç ı xə zinədən pulla ə mə k haqqı a lırdı. Bütün bunlar ə mtəə -pul
münasibətlərinin XVII əsrdə nisbətən yüksək səviyyəyə çatmasının göstəricisidir.
259
Azərbaycanda Ģəhərlərin əsas istehsaledici qüvvəsi sənətkarlar idi.
Sənətkarlar əsasən üç qrupa bölünürdü: 1) fərdi fəaliyyət göstərən sənətkarlar; 2)
xüsusi təĢkilatlarda (əsnaflarda) b irləĢmiĢ sənətkarlar; 3) iri feodal emalatxanalarına
(karxanalara) mənsub olan sənətkarlar. Son qrupa mənsub olan sənətkarlar hüquqi
və iqtisadi cəhətdən feodallardan daha çox asılı idilər. ġəhərlərdə sayca üstünlüyü
fərdi sənətkarlar təĢkil edirdi. Ġlk iki qrupa aid olan sənətkarların feodaldan hüquqi,
Ģəxsi asılılığı yo x id i. Lakin onlar mü xtəlif inzibati yollarla feodaldan asılı
vəziyyətə salınmıĢdılar. ġəhərlərdə mövcud olan mühüm istehsal vasitələri, ticarət
obyektləri (karvansaralar, bazarlar, dükanlar və emalatxanalar) feodalların,
xəzinənin və d ini müəssisələrin əlində cəmlən miĢdi. Bazar ərazisində dükan və
emalatxana sahəsi tutmuĢ hər bir sənətkar, xırda tacir xüs usi sənət və ticarət
vergiləri (dəzgahbaĢı, toxucu pulu və s.) ilə yanaĢı, Ģəhər əhalisinin aĢağı təbəqəsi
kimi digər vergiləri də verməli, mü kəlləfiyyətlər daĢımalı id i.
ġəhər həyatındakı dəyiĢikliklər, sənətkarlıq istehsalının inkiĢafı sənətkarların
ictima i və siyasi rolunun nisbətən artmasına gətiri ç ıxa rdı. Ordubaddakı Cü mə
məscidin in kitabəsi əsnaf təĢkilatlan Səfəv i dövlətinə tabe olan bütün ölkələrin
Ģəhərləri üçün səciyyəvi hal olduğunu göstərir. ġəhərlərdə nəinki sənətkarlar və tac
irlər, habelə "baĢqa peĢə sahibləri" də xüsusi kooperasiyalarda birləĢirdi (ġarden).
Lakin əsnaf təĢkilatları quruluĢ etibarilə Qərbi Avropa sexlərindən xey li fərqlənirdi.
Feodalların Ģəhərlərdə hakim olması nəticəsində əsnafların özünüidarəetmə hüququ
xeyli məhdud idi.
Əsnaflar mü xtəlif inzibati Ģəxslərə (kələntərə, nəqibə, darğaya və s.) tabe idi.
Bu Ģəxslər, adətən, əsnafların daxili iĢlərinə qarıĢaraq əsnaf daxilində baĢ verən
mübahisəli məsələləri ço x zaman in zibati yolla həll ed ird ilər.
Ustalar əsnafın tamhüquqlu üzvləri olub, onun bütün istehsalı fəaliyyəti və
satıĢ iĢləri üçün məsuliyyət daĢıyırdılar. Əsnaflar üzərinə verg i ustaların sayına
görə təyin edilird i.
Əsnafın ən mühüm daxili məsələlərindən biri Ģagird lərin qəbul edilməsi,
onların müəyyən sənətlərə yiyələn məsi üçün ustalaraj təhkim o lunması və ustalığa
keçirilməsi id i. ġagirdin ustalığa keçirilməsi zah irən din i xarakter daĢıyan xüsusi
mərasimlə bağlı olmuĢdur. Nəqibin, ustabaĢının, əsnaf ağsaqqalların ın, ustaların
iĢtirakı ilə keçirilən bu mərasimdə Ģagird d ini qaydaların icrası, nü munəvi
məlu matın təqdim olun ması ilə öz sənətinə yiyələnmə dərəcəsini nümayiĢ etdirməli
idi.
Həm Ģagirdliyə qəbul olunarkən, həm də ustalığa namizəd verilən zaman
Ģagirdlərdən yazılı Ģəhadətnamə tələb edilmirdi. Usta istədiyi zaman Ģagirdini