Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə35/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   31   32   33   34   35   36   37   38   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
omonimlər 
homogen
,  digər  formalarda  əmələ  gələnlərsə 
heterogen
  omonimlər  adlanır.  Homogen  omonimlər  araşdırma 
və  təhlilə  çətin  gəlir.  Çünki  polisemantik  sözlərin  mənalarının 
bir-birindən  kifayət  qədər  uzaqlaşmasını  aydınlaşdırmaq  özü 
mürəkkəb  prosesdir.  Bu  halda  sözün  omonim  və  ya  çoxmənalı 
olması  dəqiqləşmir.
Çoxmənalı  sözün  mənalarının  uzaqlaşıb  ayrılması  və 
omonim  sözlərin  yaranmasını  təsdiq  edən  ən  yaxşı  əlamət 
linqvistik  mənaların  hər  ikisi  üçün  semantik  dayağın  itməsidir 
(217,  36).
Polisemiyanın  dağılması  həm  ekstralinqvistik,  həm  də 
linqvistik  səbəblərdən  baş  verir.  Burada  daha  üzdə  olan 
realiyanın  və  ya  əşyanın  istifadədən  çıxması  ilə  onu  bildirən 
sözün arxaikləşməsidir.
Omonimlik  və  çoxmənalılığı  fərqləndirməyin  semantik, 
leksik,  sözdüzəltmə, birləşmə və etimoloji  meyarları var.
Mənşəyi  müxtəlif  olan  omonimlərin  çox  hissəsi  alınma 
sözlərin  fonetik  dəyişilməsi  nəticəsində  əmələ  gəlir.  Belə 
omonimlərin  əmələ  gəlməsi  üçün  bir  çox  hallarda  fonetik  amil 
əsas  olur.  Bu  qrupa  daxil  olan  omonimlər  çoxdur  və  onların 
sayı  alınma sözlərin hesabına artır.
Tat  dilindəki  omonimləri  aşağıdakı  kimi  qruplaşdırmaq
olar.
1. 
Tat  dilinin  daxili  imkanları  hesabına  yaranan 
omonimlər  tarixən  müstəqil  leksik  proses  kimi  baş  versə  də, 
mənşə  etibarilə  İran  dillərinə  məxsus  vahidlərlə  eynilik  təşkil 
edir.  Məs: 
var  vor  -
  «külək»;  «yel  xəstəliyi»; 
isbi(h)  sıtbi  -  
«ağ»  (rəng);  «gözdə  pərdə»; 
biyə  -
  «buz»,  «dul»; 
çiran  -  
«yığmaq»;  «qırxmaq»; 
sir  -
  «tox»;  «sarımsaq»; 
saqat  saqot  -  
«dəhrə»;  «üçqat»; 
xuııaZZxımə  -
  «ev»,  «mənzil»;  «bənzəyiş», 
«oxşayış»; 
vakarddiıZZvokdrdaııZZvodkərddiı 
-
 
«asmaq»; 
«qoparmaq»; 
xir  xır  -
  «duman»;  «al»; 
avaz/Zavoz  -
  «səs»;
103


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
«yenə»; 
gində  -
  «qalın»;  «kündə»; 
cira  -
  «ayrı»;  «qışqırtı»; 
ban  -
  «o»  (işarə  əvəzliyi);  «dam»; 
asi  biranZZosi  birən  -  
«darıxmaq»; 
«əsəbiləşmək»; 
par 
-
 
«qanad»; 
«uzan»; 
pəşmanZ peşman  -
  «yun  paltar»;  «peşiman»; 
zan  zən  -  
«qadın»;  «vur»; 
pay  poy  pö  -
  «ayaq»;  «dayan»; 
xan  -
 «qan»; 
«oxu»  (əmr  şəkli); 
çel//çıl  -
  «xal»;  «qırx»; 
tö  -
  «tay»,  «tay- 
bərabər»;  metalın qızdırılıb  soyudulması  prosesi; 
par -
 «dolu»; 
«kök»; 
kələsər  -
  «yekəbaş»;  «ana  arı»; 
izim  -
  «odun»;  «indi»; 
vənoran  -
  «bişirmək»;  «qalamaq»  (ocaq); 
miiri  -
  «muncuq»; 
«çiyələk»; 
zəranZZzərən  -
  «vurmaq»,  «qırxmaq»;  «qatıq 
çalmaq»; 
kəş -
 «hündürlük»,  «təpə»;  «çək»; 
pişin -
 «günorta»; 
«sağ  ol»; 
kəmə  -
  «təzək»;  «qatır  çirk»; 
kösə  -
  «dənli  bitki 
üçün  ölçü  vahidi»;  «çömçə»; 
məsən  -
  «bülöv»;  «et»  (əmr 
forması); 
muqei  -
 «yumşaq»;  «qapaz»; 
çığ saxtənZZçığ soxtan -  
«parçalamaq»,  «kəsmək»;  «qovurmaq»; 
kəm  -
  «az»;  «xəlbir»; 
cibin  -
  «arpa  cadı»;  «xırman»; 
dəstgir  -
  «tutacaq»; 
«köməkçi»; 
fidoştan  -
 «işlətmək»;  «uşağı  çiş tutmaq»; 
cirangə
-
  «salxım»;  «paslanmaq», 
tarsi/Ztərsi  -
  «qorxu»;  «tərslik»; 
zindanZZzindon  -
  «zindan»,  «həbsxana»;  zindan  (dəmirçi 
aləti)  ; 
tanZZtən -
 «insan və heyvan bədəninin bir üzvü,  qadının 
aşağı  hissəsi  (cinsiyyət  aləti)  (137,  83);  «yan»,  «ətraf»; 
karZZkor  -
  «iş»,  «fəaliyyət»;  «kar»  (qulağı  eşitməyən); 
zərdi  -  
«yumurta  sarısı»;  «sarılıq»  (xəstəlik  adı); 
niihəvar  -
  «yayan»; 
«yelləncək»; 
dəzərənZZdəziran  -
  «sancmaq  (gülü və  ya  sancağı 
yaxaya  taxmaq)»;  «vurmaq»; 
ləpə  -
  «ləpəli  bitkilərin  içi», 
«ləpə»,  «kiçik dalğa» və  s.
2. 
Tat  dilində  omonimlərin  digər  qrupu  bilavasitə  tat 
dilinə  məxsus  leksik  vahidlərlə  alınma  sözlərin  hesabına 
yaranır. 
Bu  tipli 
omonimik  cərgədə  alınma  sözlərin 
əksəriyyətini  Azərbaycan  sözləri təşkil  edir.  Məsələn: 
ağoZZağa
-
  «zəhər»,  «ağu»;  «yasda  oxunan  mərsiyə»; 
arağZZərağ  -  
«tər»;  «araq»; 
biiriincZZbirinc  -
  «düyü  (<  əski  az. 
pirin
104


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
«düyü)»;  «bürünc»  (metal); 
bcığ//boğ  -
  «bağ»,  «bağça»; 
«qurbağa»; 
xarə/Vxora  -
  «parça növü»,  «xara»;  «güvə»; 
siris  -  
«yapışqan»;  «yoğur»  (felinin  kökü); 
bağır  bağir  -
  «köks», 
«sinə» (ağ);  «özgə»,  «ayrı»  (< 
begey
) və  s.
Tat  sözü  ilə  Azərbaycan  dilindən  alınma  sözlərdən  əmələ 
gəlmiş  omonimlik  ikinci  sözün  fonetik  dəyişikliyə  uğraması 
nəticəsində  meydana  çıxır.  Məs: 
ələ
  «hin»  -  
ələ
  «alaq» 
(

).
Omonim  sözlərin  bir  hissəsi  tat  və  digər  dillərdən 
alınmalar  hesabına  yaranır.  Məs.: 
moy
  «ana»  -  
moy
  («may ayı»; 
soya
 «arı  səbəti» -  
soya
 paxlalı bitki  adı və  s.
3.  Alınma sözlər hesabına yaranan omonimlər
Bunlar da öz növbəsində aşağıdakı  qruplara bölünür:
a)  Həm  Azərbaycan,  həm  də  tat  dilində  omonim  kimi 
işlənən  sözlər.  Bu  tipli  sözlərin  bir  qismi  ərəb,  fars  və  Avropa 
dillərindən  Azərbaycan  dilinə  keçmiş,  onların  omonimləşməsi, 
fıkrimizcə,  alınma  prosesi  üçün  vasitəçi  olan  Azərbaycan 
dilində  baş  vermişdir: 
qələm  -
  «yazı  ləvazimatı»;  «calaq 
edilmiş  ağac»; 
divan  divon -
 «mebel  növü»;  «məhkəmə»; 
dəm 
-
  «an»;  «plov  dəmi»; 
mal  -
  «əmlak»;  «satılmaq  üçün  bazara 
çıxarılan  əşya»; 
hava//havo  -
  «hava»;  «musiqi  havası»; 
zar  zər  -
  «qızıl»;  «nərd  zəri»; 
tam  -
  «bütöv»;  «dad»; 
giirzə  -  
«ilan»;  «xəmiraşı»; 
ayal  əyal  -
  «həyat  yoldaşı»;  «uşaq, 
övlad»; 
binə  -
  «ev»;  «özül»,  «təməl»; 
Mars  -
  «planet  adı»; 
«mars»  (nərd termini) və  s.
b)  Bu  qrupa  daxil  olan  omonim  cərgənin  tərkib 
hissələrindən  birini  Azərbaycan  dilindən  alınma  söz  təşkil 
edir: 
ağıl  ağ!  -
  «ağıl»;  «ağıl»  (mal-qara  saxlanılan  yer); 
aşığ  aşıığ  -
  «aşıq»;  «topuqda  sümük»; 
qaz  -
  «qaz»  (yanar 
kimyəvi maddə);  «qaz»  (quş adı) və  s.
c)  Eyni  qrupa  aid  omonimik  cərgədə  bəzən  hər  iki  söz 
Azərbaycan  mənşəli  alınmalardan  ibarət  olur.  Məs.: 
tap  -
105


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə