Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə34/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   30   31   32   33   34   35   36   37   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
mənalarından  ikisinin  bir-birindən  ayrılması  nəticəsində  baş 
verməmişdir.
Dilçilik  ədəbiyyatında  omonimlər  mənşəyinə  görə  iki 
əsas  qrupa bölünür:  1.  Mənşə  cəhətdən müxtəlif olan,  yəni  bir- 
biri  ilə  qohumluğu  olmayan  omonimlər.  2.  Mənşə  etibarilə  bir 
olan,  çoxmənalılıqdan yaranan omonimlər.
Bir-biri  ilə  qohumluğu  olmayan  omonimlər  alınma  sözlər 
hesabına yaranır.  Tat dili üçün  omonimlərin mənşəcə  aşağıdakı 
növlərini  ayırd  etmək  olar:  1)  omonim  sözlərin  hər  biri 
mənşəyinə görə tat dilinə məxsusdur;  2)  omonim  sözlərdən biri 
tat  sözü,  digəri  alınma  söz  olur;  3)  omonim  sözlərin  hamısı 
alınma olur.
Dildə  leksik  və  qrammatik  omonimlər  fərqləndirilir. 
Leksik  omonimlər  mənaca  müxtəlif,  səslənməyə  görə  eyni 
olub,  eyni  nitq  hissəsinə  aiddir.  Məsələn: 
çiran
  «yığmaq»; 
«qırxmaq». 
Pıır
  «dolu»;  «şişman».  Hər  iki  söz  nitq  hissəsi 
kimi  sifətdir.
Omonimlərin 
xüsusi 
fərqlənən 
növlərindən 
biri 
funksional  omonimlikdir.  Belə  omonimlər  müxtəlif  nitq 
hissələrinə  aid  olduğundan  oxşar  sözdəyişmə  planında 
fərqlənir.  Sintaktik  mövqelərinə  görə  bunları  asanlıqla  seçmək 
mümkün  olur.  Ürə  bə  xordan  qiyə  zərund,  güfti  ki, 
sinim. 
«Onu  yeməyə  çağırdılar»,  «toxam»  dedi.  Ərüs  dı  sər 
sir
  nuho 
bə  süfrə.  «Gəlin iki baş 
sarımsağı
  süfrəyə  qoydu».
Saqat//saqot 
«dəhrə»,  «üçqat»  (Lah., Məl.).
Saqat 
«üçqat».  Sözün  Azərbaycan  dilindəki  qarşılığı 
mürəkkəb  sözdür: 
iiç+qat.
  Tat  dilindəki  sözün  ikinci  hecası 
Azərbaycan  dilindəki  sözün  ikinci  komponentinə  müvafiq 
gəlir.  Bunların  mənaca  müvafıqliyi  də  aşkardır. 
Qat
  sözünün 
izahlı  lüğətdə  dörd  mənası  verilmişdir.  Bunlardan  «dəfə,  kərə» 
semantikası  mürəkkəb  söz  üçün  qəbul  olunandır, 
«...qat 
qoşulduğu  sayın  göstərdiyi  qədər  çox  mənasında  mürəkkəb
1 0 0


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
sifət  düzəldir,  məs: 
birqcıt,  ikiqat
  və  s.».  Dəri,  talış  və  tat 
dillərində 
qat
 sözü eyni  mənada işlənir (RPDS,  642,  TİRS,  60). 
Kürd dilində «təbəqə»  mənasında «qet» və «taq»  sözləri  işlənir 
(PRKS,  628).  Fars  və  tacik  dillərində  «qat»  mənasında  başqa 
sözlər  işlənir.  Buradan  aydın  olur  ki,  «qat»  sözü  tat  və  talış 
dillərinə  Azərbaycan  dilindən  keçmişdir. 
Saqat/saqot
  sözünün 
birinci tərkib  hissəsi 
sa
 «üç» mənasını  ifadə edir.
Saqat/saqot  «dəhrə»  (Lah,  Məl.).  Dəhrə  aləti  ilə  tanış 
olan hər kəs  yaxşı  bilir ki,  onun burnu  əyri  olur  (kəsilən  ağaca 
ilişmək  və  qıçı  zərbədən  qorumaq  üçün).  Qeyd  edək  ki,  tat 
dilində 
qat  karde
  «əymək,  qatlamaq,  bükmək»  mənasını  verir. 
Bu  təsəvvürlərin  hər  biri 
dəhrə
  adının  motivi  ola  bilərdi. 
Amma  göz  qabağında  olan  budur  ki, 
saqat saqot
  söz 
formasınını  ifadə  etdiyi  mənalardan  birincisinə  mücərrədlik 
(abstraktlıq),  ikincisinə  isə konkretlik xasdır və bu  mənalardan 
heç biri  o birisindən törəmə hesab  edilə bilməz.
Sir  «tox»,  «sarımsaq».  Müq.et:  fars, 
suç
  «tox»,
«sarımsaq»,  tal. 
si
  «tox»,  «sarımsaq»  (bu  dildə 
si
  qraf eminin 
daha iki mənası var).
Sir
  sözünün  malik  olduğu  mənaların  başqa  materiallarda 
təkrar  olunmasına  baxmayaraq,  biz  həmin  sözləri  omonim 
hesab  edə bilərik:  hər halda dillərin müasir səviyyəsində biz bu 
mənaları  semantik əlaqədə götürə bilmirik.
Pəşmun/peşmun  «yun  paltar»,  «peşiman».  Müxtəlif İran 
dillərində 
peşiman
  sözünün  həm  tam,  həm  də  müxtəsər 
formaları  təmsil  olunmuşdur.  O,  nitq  hissəsinə  mənsubiyyət 
baxımından  sifət/zərf hesab  edilə bilər.
Pəşmun/peşmun
  sözünün  «yun»  (paltar)  mənasını  belə 
yozmaq  mümkündür.  Bir  sıra  İran  dillərində  (Müq.et:  puştu. 
psə,
  tal. 
pəs)
  bu  sözün  birinci  hissəsinə  uyğun  gələn  fonemlər 
sırası  «qoyun» mənasında işlənir.
Hər  halda  bütün  bunlar 
pəşmun/peşmun
  omonimliyinin
101


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
müvafiq  sözlərin  fonem  tərkibində  baş  verən  hadisələrin 
nəticəsi  olduğunu  söyləməyə  artıqlaması  ilə kifayət edər.
Mu//muy  «saç,  tük»  mənasındadır. 
May
  sözünə  cəmlik 
bildirən  -  
on
  şəkilçisinin  artırılması 
mu on-man
  formasını 
yaradır 
pəş+mun-pəşmun
  «qoyun  tükü»  deməkdir.  «Yun» 
dəricə 
may
 və 
paşm
  sözləri  ilə verilir.  Dəricə 
parça
 mənasında 
«paşmina,  tikkayi  paşmi»  sözləri  də  istifadə  olunur  (RPDS, 
745).  Talış  dilində 
yan
 «paşma»  adlanır (255,  171).  Tat  dilində 
yuna «pəş»  deyilir.
Omonimlər  başlıca  olaraq,  dilin  öz  daxili  imkanları 
hesabına  yaranır,  lakin  alınma  sözlər  də  bu  prosesdə  müəyyən 
rol  oynayır.  Tat  dilində  omonimlər  həm  bu  dilin  daxili 
imkanları 
hesabına, 
həm 
də 
alınma 
sözlər 
əsasında 
yaranmışdır.
Alınma  sözlər  tat  dilinin  fonetik  sisteminə  uyğunlaşaraq, 
ifadə planlarına və ya  səslənməyə  görə  eyni  şəklə  düşürlər.  Bu 
cür  eynilik  həm  alınma  sözlə  tat  dilinin  öz  sözləri,  həm  də 
müxtəlif dillərdən alınmalar arasında müşahidə olunur.
Dilin  sözdüzəltmə  sisteminin  təsiri  nəticəsində  omonim 
sözlərin yaranmasının üç  forması  özünü  göstərir:  1)  eyni  əsaslı 
sözdən  omomorfemin  köməyi  ilə  sözdüzəltmə  nəticəsində 
omonimləşmə;  2)  omonim  əsaslar  üzrə  söz  yaradıcılığı;  3) 
sözdüzəldici  əsasla  semantik  və  morfoloji  bağlılığa  malik 
müxtəlif  morfemlər  əsasında  söz  yaradıcılığı  nəticəsində 
omonimləşmə.  Belə  hallarda  omonim  sözlərin  morfemlər  üzrə 
bölgüsü  üst-üstə  düşmür.  Rus  dilində 
bumajnik
  (kağız  üçün 
qovluq,  pul  kisəsi)  və 
bumajnik
  (kağız  sənayesi  işçisi)  sözləri 
bu  tərtibdən  olan  omonim  sözlərdir.  Onlardan  birincisinin 
yaranmasında 
-nik,
  ikincisinin  yaranmasında  isə 
-ik
  şəkilçisi 
iştirak  edir.  Əsas  birinci  halda 
bumaqa,
  ikinci  halda  isə 
bumajmy
 sözüdür.
Polisemiyanın 
dağılması 
nəticəsində 
əmələ 
gələn
102


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə