Gülsüm Hüseynova.
Tat dilinin leksikası
Omonimlər kontekst daxilində müxtəlif söz əhatəsində
işlənir. Bu cəhət onları omonim sözlər kimi ayırmağa imkan
verir.
Bun -
«O» (işarə əvəzliyi);
B a n -
dam.
B a n
sözü
«Kitabi-Dədə Qorqud»da da işlənmişdir. R.Məhərrəmova bu
sözü omonim xarakterli hesab edərək yazmışdır:
B a n
omonim
xarakterlidir, isim kimi azan mənasında işlənib - «hündür»,
«yüksək» mənası da azan sözü ilə bağlıdır. Azan, adətən,
minarədən, yerdən yuxarıda damlarda verilir» (101, 11).
H.Həsənov da
b a n
sözünü omonim sayır, bu sözün
«hündür» və «səs» mənalarını qeyd edir (65, 289-290). Lakin
qeyd olunan mənalarda
b a n
sözü tat dilində işlənmir. «Altun
başlı
b a n
evlər», «altun
b a n
ev» kimi ifadələrdə
b a n
sözünün
tat dilindəki «bun», «dam» mənasında işlənməsi haqqında fikir
irəli sürmək, zənnimizcə, düzgün deyildir.
İ.Tahirov
b a n
sözünün Azərbaycan dialekt və şivələrində
«baca, nəfəslik» (Sal.), «arabanın korpusu» (C., M., Sal., Y.)
mənalarında işlənərək, İran dillərində «dam» mənasında
işlənən
b a n
sözü ilə omonim cərgə yaratdığını qeyd etmişdir
(137, 80).
B a n
sözü tat dilində «səs» mənasında işlənmir. Bu
mənada tat dilində
a v a z
sözündən istifadə olunması məlumdur:
a v a z //a v o z - səs. A v a z
sözü Azərbaycan dilinə fars dilindən
keçmişdir və «səs, səda» mənasını verir. Lakin bu məna «səs»
mənası ilə tam üst-üstə düşmür. Daha çox «xoş səs», «ahəngli
səs» anlamlarını verir. Bu mənada atalar sözünün tərkibində də
özünü göstərir:
A v a z ın
yaxşı gəlir, oxuduğun Quran olsa.
« A v o z ti
xub umoran, xundeti Quroun boşe». Bu söz eyni
mənada tat dilində də işlənir. Ürə
a v o z i
və ödomin xuş umaran.
«Onun avazı adama xoş gəlir».
A v a z
sözünün «səs, səda» mənasında Xətai və Füzulinin
əsərlərində işlənir. Ta əzəldən var mənim guşimdə eşq
a v a z ə s i
94
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
(Xətai). Nalədəndir ney kimi
avazeyi -
eşqim bülənd (Füzuli).
Avaz
sözünün «səs» mənası Vaqifdə də var: Dindirərsən,
dinməz, ağırlıq satar, Sinəsində şıq-şıq pul
avaz
edər. Tat
dilində bu məqamda
səs
və
sədo
sözlərindən istifadə edilir. Ə
küçə
səs
omə. «Küçədən səs gəldi». Bə quşi
sədo
umo.
«Qulağına səs gəldi» və s.
Tat dilində
avoz
«yenə» mənasında çox işlənir. Tı
avoz
bara rəfte? «Sən
yenə
oraya getmisən?» Fariz
avoz
ürə
bəqəştan. «Fariz
yenə
onu axtarırdı». Nümunələr
avoz
sözünün
tat dilində omonim cərgə yaratdığını təsdiq edir.
Omonimlər müxtəlif səbəblərdən yaranır. Həmin səbəblər
onların
təsnifındə
də
əsas
götürülür.
Omonimlərin
yaranmasının başlıca iki səbəbi xüsusi qeyd olunur: 1)
mənşəcə müxtəlif sözlərin fonetik cildinin təsadüfi eyniliyi
zəminində omonimlərin yaranması; 2) dildəki söz yaradıcılığı
nəticəsində omonimlərin əmələ gəlməsi (330). Omonimlər həm
yaranma səbəblərinə, həm də omonim sıranın vahidlərinin
qrammatik və leksik xüsusiyyətlərinə görə təsnif edilir.
Omonimlər qrammatik və leksik olmaqla, iki əsas qrupa
ayrılır. Müasir Azərbaycan dilində omonimlərin beş növünü
qeyd edirlər: 1) leksik-semantik omonimlər; 2) morfoloji
omonimlər-omoformalar; 3) leksik-qrammatik omonimlər; 4)
fonetik omonimlər, yaxud omofonlar; 5) omoqraflar (45, 57-
58). Müasir Azərbaycan dilində omonimlərin leksik və
qrammatik olmaqla iki əsas qrupa bölünməsi, omofon və
omoqrafların yarımçıq omonim olması qeyd edilmişdir (44,
178).
Leksik omonimlər bütün formalarda (hallanmada,
təsrifdə və s-də) şəkilcə eyni olmalıdır. Leksik omonimlər
üçün etimoloji xüsusiyyət əsasdır.
Qrammatik omonimlər (omoformlar) üçün qrammatik
dəyişmələr nəticəsində yaranan oxşarlıq şərtdir. Tat dilində
95
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
omonimlərin bir qurpunu təşkil edən, lakin müəyyən dərəcədə
onlardan fərqlənən şəkilcə eyni, mənaca müxtəlif olan sözlərə-
omoformlara da rast gəlirik. Omoformalar yazılışca eyni,
tələffüzcə və mənsub olduqları morfoloji kateqoriyalara görə
müxtəlif olan sözlərdir (172, 34).
Tədqiqatçılar dildə ifadə planları üst-üstə düşən, lakin
məzmun planlarında heç bir ümumi cəhət olmayan sözlərin
kifayət qədər çoxluğunu qeyd edirlər. Dilçilikdə omonimlərə
geniş planda və dar planda yanaşma özünü göstərir. Geniş
planda yanaşma zamanı leksik omonimlər, omofonlar,
omoqraflar və omoformlar da omonim sözlər sırasına daxil
edilir (330).
Müxtəlif yazılışa, lakin eyni səslənməyə malik olan
sözlərə omofonlar deyilir.
Rus dilində
kot-kod, poroq-porok-parok, lev-Lev, orel-
Orel
kimi sözlər omofon sıralar yaradır. Bu tipli nümunələr tat
dilində də substantivləşmənin nəticəsi kimi özünü göstərir:
Həvo
(şəxs adı - Həvva),
həvo
(hava),
cılxıs
(şəxs adı - cılxıs),
cılxıs - qızılgül və s.
Ləhcədə təsadüf olunan bu cür söz qruplarını yaranma
yollarına görə müxtəlif şəkildə təsnif etmək mümkündür.
T.Əhmədov tat dilinin Quba ləhcəsinə aid omoformları belə
təsnif edir: 1) biri və ya bir neçəsi dilin özünə məxsus,
qalanları isə alınma sözlər hesabına yaranan omoformlar; 2)
ancaq alınmalar hesabına yaranan omoformlar; 3) dilin özünə
məxsus və alınma sözlərlə nidalar və təqlidi sözlərin fonetik
uyğunluğu nəticəsində törənən omoformlar (47, 223). Bu
bölgüdə üçüncü qrup birincisinin tərkibinə daxil olur.
Zənnimizcə, nida və təqlidi sözlərə görə omoformları ayırmaq
vacib deyil. Çünki bu halda digər nitq hissələrinə aid bölgü
tələbi meydana çıxır.
Ümumiyyətlə, omoformalar tat dilində alınmaların
96
Dostları ilə paylaş: |