Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə32/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   28   29   30   31   32   33   34   35   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
Omonimlər  kontekst  daxilində  müxtəlif  söz  əhatəsində 
işlənir.  Bu  cəhət  onları  omonim  sözlər  kimi  ayırmağa  imkan 
verir.
Bun  -  
«O»  (işarə  əvəzliyi); 
B a n   -
 
dam. 
B a n
 
sözü 
«Kitabi-Dədə  Qorqud»da  da  işlənmişdir.  R.Məhərrəmova  bu 
sözü  omonim  xarakterli  hesab  edərək  yazmışdır: 
B a n
 
omonim 
xarakterlidir,  isim  kimi  azan  mənasında  işlənib  -   «hündür», 
«yüksək»  mənası  da  azan  sözü  ilə  bağlıdır.  Azan,  adətən, 
minarədən,  yerdən yuxarıda damlarda verilir»  (101,  11).
H.Həsənov  da 
b a n
 
sözünü  omonim  sayır,  bu  sözün 
«hündür»  və  «səs»  mənalarını  qeyd  edir  (65,  289-290).  Lakin 
qeyd  olunan  mənalarda 
b a n
 
sözü  tat  dilində  işlənmir.  «Altun 
başlı 
b a n
 
evlər»,  «altun 
b a n
 
ev»  kimi  ifadələrdə 
b a n
 
sözünün 
tat  dilindəki  «bun»,  «dam»  mənasında işlənməsi  haqqında fikir 
irəli  sürmək,  zənnimizcə,  düzgün deyildir.
İ.Tahirov 
b a n
 
sözünün  Azərbaycan  dialekt və  şivələrində 
«baca,  nəfəslik»  (Sal.),  «arabanın  korpusu»  (C.,  M.,  Sal.,  Y.) 
mənalarında  işlənərək,  İran  dillərində  «dam»  mənasında 
işlənən 
b a n
 
sözü  ilə  omonim  cərgə  yaratdığını  qeyd  etmişdir 
(137,  80).
B a n
 
sözü  tat  dilində  «səs»  mənasında  işlənmir.  Bu 
mənada tat  dilində 
a v a z
 
sözündən istifadə  olunması  məlumdur: 
a v a z //a v o z   -   səs.  A v a z
 
sözü  Azərbaycan  dilinə  fars  dilindən 
keçmişdir və  «səs,  səda»  mənasını  verir.  Lakin  bu  məna  «səs» 
mənası  ilə  tam  üst-üstə  düşmür.  Daha  çox  «xoş  səs»,  «ahəngli 
səs»  anlamlarını verir.  Bu mənada atalar sözünün tərkibində də 
özünü  göstərir: 
A v a z ın
 
yaxşı  gəlir,  oxuduğun  Quran  olsa. 
« A v o z ti
 
xub  umoran,  xundeti  Quroun  boşe».  Bu  söz  eyni 
mənada tat dilində də işlənir.  Ürə 
a v o z i
 
və ödomin xuş umaran. 
«Onun avazı  adama xoş gəlir».
A v a z
 
sözünün  «səs,  səda»  mənasında  Xətai  və  Füzulinin 
əsərlərində  işlənir.  Ta  əzəldən var mənim  guşimdə  eşq 
a v a z ə s i
94


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
(Xətai).  Nalədəndir  ney  kimi 
avazeyi  -
  eşqim  bülənd  (Füzuli). 
Avaz
  sözünün  «səs»  mənası  Vaqifdə  də  var:  Dindirərsən, 
dinməz,  ağırlıq  satar,  Sinəsində  şıq-şıq  pul 
avaz
  edər.  Tat 
dilində  bu  məqamda 
səs
  və 
sədo
  sözlərindən  istifadə  edilir.  Ə 
küçə 
səs
  omə.  «Küçədən  səs  gəldi».  Bə  quşi 
sədo
  umo. 
«Qulağına səs gəldi» və  s.
Tat  dilində 
avoz
  «yenə»  mənasında  çox  işlənir.  Tı 
avoz 
bara  rəfte?  «Sən 
yenə
  oraya  getmisən?»  Fariz 
avoz
  ürə 
bəqəştan.  «Fariz 
yenə
  onu  axtarırdı».  Nümunələr 
avoz
  sözünün 
tat dilində omonim  cərgə yaratdığını təsdiq edir.
Omonimlər müxtəlif səbəblərdən yaranır.  Həmin  səbəblər 
onların 
təsnifındə 
də 
əsas 
götürülür. 
Omonimlərin 
yaranmasının  başlıca  iki  səbəbi  xüsusi  qeyd  olunur:  1)
mənşəcə  müxtəlif  sözlərin  fonetik  cildinin  təsadüfi  eyniliyi 
zəminində  omonimlərin  yaranması;  2)  dildəki  söz  yaradıcılığı 
nəticəsində omonimlərin əmələ gəlməsi  (330).  Omonimlər həm 
yaranma  səbəblərinə,  həm  də  omonim  sıranın  vahidlərinin 
qrammatik və leksik xüsusiyyətlərinə görə təsnif edilir.
Omonimlər  qrammatik  və  leksik  olmaqla,  iki  əsas  qrupa 
ayrılır.  Müasir  Azərbaycan  dilində  omonimlərin  beş  növünü 
qeyd  edirlər:  1)  leksik-semantik  omonimlər;  2)  morfoloji 
omonimlər-omoformalar;  3)  leksik-qrammatik  omonimlər;  4) 
fonetik  omonimlər,  yaxud  omofonlar;  5)  omoqraflar  (45,  57- 
58).  Müasir  Azərbaycan  dilində  omonimlərin  leksik  və 
qrammatik  olmaqla  iki  əsas  qrupa  bölünməsi,  omofon  və 
omoqrafların  yarımçıq  omonim  olması  qeyd  edilmişdir  (44, 
178).
Leksik  omonimlər  bütün  formalarda  (hallanmada, 
təsrifdə  və  s-də)  şəkilcə  eyni  olmalıdır.  Leksik  omonimlər 
üçün etimoloji xüsusiyyət əsasdır.
Qrammatik  omonimlər  (omoformlar)  üçün  qrammatik 
dəyişmələr  nəticəsində  yaranan  oxşarlıq  şərtdir.  Tat  dilində
95


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
omonimlərin  bir  qurpunu  təşkil  edən,  lakin  müəyyən  dərəcədə 
onlardan  fərqlənən  şəkilcə  eyni,  mənaca müxtəlif olan  sözlərə- 
omoformlara  da  rast  gəlirik.  Omoformalar  yazılışca  eyni, 
tələffüzcə  və  mənsub  olduqları  morfoloji  kateqoriyalara  görə 
müxtəlif olan  sözlərdir (172,  34).
Tədqiqatçılar  dildə  ifadə  planları  üst-üstə  düşən,  lakin 
məzmun  planlarında  heç  bir  ümumi  cəhət  olmayan  sözlərin 
kifayət  qədər  çoxluğunu  qeyd  edirlər.  Dilçilikdə  omonimlərə 
geniş  planda  və  dar  planda  yanaşma  özünü  göstərir.  Geniş 
planda  yanaşma  zamanı  leksik  omonimlər,  omofonlar, 
omoqraflar  və  omoformlar  da  omonim  sözlər  sırasına  daxil 
edilir (330).
Müxtəlif  yazılışa,  lakin  eyni  səslənməyə  malik  olan 
sözlərə omofonlar deyilir.
Rus  dilində 
kot-kod,  poroq-porok-parok,  lev-Lev,  orel- 
Orel
 kimi  sözlər omofon  sıralar yaradır.  Bu tipli  nümunələr tat 
dilində  də  substantivləşmənin  nəticəsi  kimi  özünü  göstərir: 
Həvo
  (şəxs  adı  -  Həvva), 
həvo
  (hava), 
cılxıs
 (şəxs adı -  cılxıs), 
cılxıs -  qızılgül və  s.
Ləhcədə  təsadüf  olunan  bu  cür  söz  qruplarını  yaranma 
yollarına  görə  müxtəlif  şəkildə  təsnif  etmək  mümkündür. 
T.Əhmədov  tat  dilinin  Quba  ləhcəsinə  aid  omoformları  belə 
təsnif  edir:  1)  biri  və  ya  bir  neçəsi  dilin  özünə  məxsus, 
qalanları  isə  alınma  sözlər  hesabına  yaranan  omoformlar;  2) 
ancaq  alınmalar  hesabına  yaranan  omoformlar;  3)  dilin  özünə 
məxsus  və  alınma  sözlərlə  nidalar  və  təqlidi  sözlərin  fonetik 
uyğunluğu  nəticəsində  törənən  omoformlar  (47,  223).  Bu 
bölgüdə  üçüncü  qrup  birincisinin  tərkibinə  daxil  olur. 
Zənnimizcə,  nida  və  təqlidi  sözlərə  görə  omoformları  ayırmaq 
vacib  deyil.  Çünki  bu  halda  digər  nitq  hissələrinə  aid  bölgü 
tələbi  meydana çıxır.
Ümumiyyətlə,  omoformalar  tat  dilində  alınmaların
96


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə