Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə30/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   26   27   28   29   30   31   32   33   ...   85

Gülsüm Hüseynova.  Tat dilinin leksikası
(M.Füzuli).
T ən
 
digər  İran  dillərindən  olan  gilyan  dilində  «bədən» 
mənasında işlənir (QRS,  242).
Talış  dilində  «bədən,  can»  mənasında 
ta n
 
sözü  işlədilir. 
Bu  dildə 
ta n   k a r d e
 
feli  «geyinmək,  geymək»  mənasını  verir. 
«Bərabər»,  «eyni»,  «eyni  boyda»  mənasını  vermək  üçün  talış 
dilində 
to
 
sözündən  istifadə  olunur.  Söz  «tay»  mənasını  da 
verir.  Nə  bəziçe,  iştə 
to
 
peydo  vəka  «Eşşək  anqırar, 
ta y ım  
tapar;  əv işti 
to
 
ni  «O  sənin 
ta y ın
 
deyil». 
To
 
«yaşıd»,  «tay-tuş» 
mənasına  da  uyğun  gəlir.  Söz  cəm  şəkilçisi  qəbul  etdikdə 
to n  
formasını  alır:  Bışi  dıştə 
to n
 
hənək  bikə  «Get 
ta y - tu ş la r ın la  
oyna». 
T o n
 
«istiqamət»,  «tərəf»  məqamında  tat  dilindəki 
to n //ta n
 
sözü  ilə  eynilik təşkil  edir,  hərəkətin  çıxış  və  ya  giriş 
istiqamətini,  yerini  bildirən  qoşma  kimi  işlənir.  Çəy 
to n  o
 
şey 
«Onun 
y a n ın d a n
 
getdi».  Çəy 
to n o
 
şeydə  «Onun  yanına  gedir». 
Çəy 
to n o
 
mpandə «Onun
y a n ın d a
 
qalır» (225,  347,  363,  365).
Fars  dilində  tən  «can»,  «şəxs,  adam»,  «tənbəl» 
mənalarındadır.  Sözün  «can,  bədən»  mənası  tat  dili  ilə  eynilik 
təşkil  edir. 
T ən   k a r  d ə n
 
«geymək,  geyinmək»  feli  fars  dilində 
də var.
L.Blumfild  bu  məsələyə  münasibətdə  yazır  ki,  «Biz  çox 
hallarda  verilmiş  formaya  bir  neçə  mənaya  malik  olan  bir 
forma,  yaxud  omonimlər  sırası  kimi  baxmaq  lazım  gəldiyini 
dəqiq  təyin  edə  bilmirik»  (155,  154-155). 
T ə n
 
sözünün 
müxtəlif  dillərdən  alınma  olması  ilə  bağlı  aparılmış  təhlildən 
və  verilmiş  nümunlərdən  görünür  ki,  o,  tat  dilində  çoxmənalı 
söz olmayıb,  müxtəlif dillərdən alınmış omonimlər sırasıdır.
A.Reformatski 
çoxmənalılığı 
bir 
sözün 
müxtəlif 
mənalarının  olması,  omonimləri  isə  eyni  fonetik  tərkibə  malik 
müxtəlif sözlər  kimi  şərh  edir  (269,  84).  Sözün  ilk  və  sonrakı 
mənaları  var.  Dilçilikdə  əsas  və  əlavə  məna  anlayışlarından 
istifadə edilir.
88


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
Çoxmənalılıq  hadisəsinə  əsaslanaraq,  müəyyən  konkret 
dilin 
leksik 
zənginliyi 
haqqında 
mülahizə 
söyləmək 
mümkündür.  Bu  leksik-semantik  hadisə  çox  vaxt  sözün 
işlənmə  dairəsinin  genişlənməsi  ilə  yaranan  prosesdir  (99, 
146).  Çoxmənalılıq  tədricən  baş  verir.  Yəni,  söz  əvvəl  bir 
mənaya  malik  olur.  Lakin  zaman  keçdikcə  müxtəlif  səbəblər 
nəticəsində  söz  yeni  mənalar  qazanır.  Bu  cəhət  bütün  sözlərə 
aid  deyil.  Sözlərin  yalnız  müəyyən  bir  qisminə  çoxmənalılıq 
xasdır.  Leksik vahidlərin məzmun planı  ilə ifadə planı  arasında 
birbaşa  əlaqə  yoxdur.  Başqa  sözlə  desək,  məzmun  və  ifadə 
forması  arasında müvafıqlik  axtarmaq  düzgün  deyil.  Söz  tarixi 
inkişaf  prosesində  çoxmənalılıq  kəsb  edir.  Çoxmənalı  sözün 
bütün  mənaları  ümumi  semantik  əsasa  malik  olur:  bu
mənaların  hamısı  bir  leksemin  tərkibinə  daxil  olur... 
Çoxmənalılıqda  söz  həqiqi  və  məcazi  mənaya  malik  olur. 
Sözün  həqiqi  mənası  bilavasitə  əşyaya  yönəldilmiş  olur. 
Həqiqi  məna  motivləşmiş  və  motivləşməmiş  ola  bilər  (140, 
303).
Çoxmənalı  sözlərin  əsas  və  sonrakı  mənalarını  təyin 
etmək üçün onların mənaları  arasındakı  oxşar və fərqli  cəhətlər 
müəyyənləşdirilir.  Bu  zaman  sözün  ifadə  etdiyi  məfhumların 
zaman  baxımından  daha  əvvəl  və  daha  sonrakı  olması  da 
nəzərə alınır.
«Ümumi  məna  sözdəki  bütün  mənaları  ehtiva  edir.  Bu 
ümumi  və  zəruri  məna  xüsusi  və  təsadüfi  mənalara  qarşı 
qoyulur.  Çoxmənalı  sözün  bütün  mənaları  məhz  bu  ümumi 
məna  zəminində  birləşib,  bir-biri  ilə  əlaqələnir.  Sözün  ümumi 
mənası  onun  bütün  işlənmə  məqamlarında  sabit,  dəyişməz 
qalır.  Bu  mənaya  «semantik  invariant»  demək  mümkündür. 
Ümumi  məna sözün nüvəsini təşkil  edir (140,  304).
A nqul//ənqul. 
Tat  dilində 
anqul//ənqul
  sözünün  üç 
mənası  qeydə  alınır:  1)  yumru  sarılmış  ip,  sap;  2)  düyün;  3)
89


Gülsüm Hüseynova.  Tat dilinin leksikası
boxça.  Bu üç məna arasında ümumi  mənanı tapmağa çalışaq və 
mümkün  əlaqəni  aydınlaşdıraq.  Ümumi  məna  çox  vaxt  ilkin, 
yeni  sözün  əldə  etdiyi  digər  mənalar  əlavə,  ikinci  məna  olur. 
Yəni,  sözün  əldə  etdiyi  digər  mənalar  ilkin  mənadan  inkişaf 
edir.  Belə  olan  halda,  «yumru  sarılmış  ip»,  «boxça» 
realiyalarının  tarixən  düyün  məfhumundan  sonralar  yaranması 
heç  bir  şübhə  doğurmur.  Deməli,  çoxmənalı  sözün  mənalar 
cərgəsində  birinci  yerdə  «düyün»  mənası  durur.  Bu,  ilkin 
mənadır.  Düyün  iki  və  daha  artıq  ilmək  yeri,  bir-birinə 
bağlanmasından  əmələ  gələn  yumru  ilmək  yeri,  habelə  ipin 
özünün  ilmək  halına  salınmış  yeridir.  Təbii  ki,  daha  qədim 
dövr  nəzərə  alınarsa,  ipin  yaxud  sapın  düyünlənməsindən 
alınan  ilgək  yeri  mənasını  da  bir  kənara  qoymaq  lazım  gəlir. 
Yəni, 
diiyim
  sözü  sapın,  ipin,  kəndirin hazırlanmasından  alınan 
«ilgək yeri»  mənasını  da bir kənara  qoymaq  lazım  gəlir.  Yəni, 
düyün
  sözü  sapın,  ipin,  kəndirin  hazırlanmasından  əvvələ 
təsadüf  edəcəkdir. 
Düyün
  sözünün  semantikasında  müxtəlif 
şeylərin  (xüsusi  halda iplərin) bir-birinə ilişməsi,  birləşməsi  və 
bu birləşmə,  ilişmə yeri haqqında informasiya var.
Düyün
  sözünün  Azərbaycan  dilindəki 
diiymək
  feli  ilə 
bağlılığı  vardır.  Bu  felin  kökü  «düy»dur. 
Diiymək
  felinin 
məcazi  mənası  «bağlamaq,  calamaq»dır.
İran  dillərində 
düyün
  sözünün  daha  geniş  yayılmış 
variantı 
gir
  köklüdür.  Bu  kök  «yumruluq»,  «dəyirmilik», 
«topalıq»,  «girdəlik»  semlərini  daşıyır.  İran  dillərində  ağacın 
gövdəsindəki  budaqların  çıxdıqları  yer  də 
anqul/fanqd
 adlanır. 
Eyni  yerdən  çıxan  budaqların  sayı  çox  olduqda  düyün  daha 
möhkəm,  qarışıq  və  topa  olur.  Çoxlu  sayda  ipin  bağlanması 
zamanı  da  eyni  hal  müşahidə  edilir.  Buradan  belə  nəticə 
çıxarmaq  olar  ki, 
an qul
  sözünün  əsas  mənası  düyün,  düyün 
yerinin  topalığı,  yumruluğu  və  düyündə  çoxelementlilikdir 
(məs.  iplər).
90


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə