Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə33/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   29   30   31   32   33   34   35   36   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
hesabına  əmələ  gəlir.  Tat  dilində  omoformaların  bir  qismi 
T.Əhmədov 
tərəfindən 
Quba 
ləhcəsi 
üzrə 
toplanıb- 
qruplaşdırılmışdır.  Tədqiqat  prosesində  eyni  omoformaların 
başqa  ləhcələrdə  də  özünü  göstərməsi  aşkara  çıxmışdır. 
Omoformlarla bağlı  konkret nümunələri  nəzərdən keçirək.
Tat  dilindəki 
ki
  sual  əvəzliyi, 
ki
  bağlayıcısı  ilə  omoform 
olur. 
Cır
  «qışqırıq,  çığırtı,  bağırtı,  çığırtı  bağırtı  səsi»  -  
cır 
«peyvənd  olunmamış»,  «yabanı»  sözü  ilə  omoform  təşkil  edir. 
Cır
  sözü 
dərən
  «vermək», 
xardəıı
  «yemək»  felləri  ilə  işlənib, 
mürəkkəb  felin  birinci  tərkib  hissəsi  kimi  «cırmaq,  cırılmaq» 
mənalı  fel  əmələ gətirir.
Şəxtə  -   adətən 
birən
  «olmaq», 
saxtən
  «etmək»  köməkçi 
felləri  ilə  işlənərək,  -   «çiləmək»,  «çilətmək»;  «çilənmək» 
mənalarını  ifadə  edir.  Bu  söz 
şəxtə
  «şaxta,  bərk  soyuq», 
şəxtə 
«şaxta,  kömür mədəni»  sözləri  ilə omoform  əmələ gətirir.
Əxtə  tat  dilində  müraciət  məqsədilə  işlədilən 
ay  diixtər 
(«ay  qız»)  ifadəsinin  qısaldılmış  formasıdır.  Bu  söz 
əxtə 
«axta»  sözü ilə omoform  cütü təşkil  edir.
Nöğül 
«dərin»
 və 
ııöğiıl
 omoform təşkil  edir.
Qir  «əyri,  düz  olmayan»  -  
qir
  (qırov)  (göz  xəstəliyi)  -  
qir
 «qır»  sözləri  omoformlar kimi  çıxış edir.
Tat  dilində  alınma  sözlərin  tərkibindəki  səslərdən  biri  və 
ya bir neçəsinin zəifləməsi,  bəzi  hallarda isə tamamilə  düşməsi 
nəticəsində  dilin  özünə  məxsus  leksemləri  ilə  omoformalaşma 
hadisəsi  də  özünü  göstərir.  Məs.: 
sərin səri
  «üstdəki,  üstdə 
olan» və 
sərin/Zsəri.
Omofonlar və  omoqraflar yarımçıq  omonim  sayılır və bir 
sıra  dillər  üçün,  o  cümlədən  tat  dili  üçün  çox  da  səciyyəvi 
deyil.
Qeyd  olunduğu  kimi,  dildə  omonimlərin  yaranması  bir 
sıra  amillərlə  bağlıdır.  R.A.Budaqov  omonimlərin  çoxmənalı 
sözlərin  parçalanması,  sözün  mənalarının  bir-birindən  tam
97


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
ayrılması  nəticəsində  əmələ  gəldiyini  göstərmişdir  (163,  15). 
Omonimlərin bu  şəkildə  yaranmasının təsdiqi  üçün  nümunələr, 
bir  qayda  olaraq,  geniş  şərh  və  izah  tələb  edir.  Ümumiyyətlə, 
dilin  tarixi  inkişafı  prosesində  çoxmənalı  sözün  mənalarından 
birinin  ayrılması  və  əvvəlki  məna  ilə  əlaqəsini  itirməsinin 
təsdiqi  sözün  ilk  variantlarının  və  ilkin  semantika  ilə 
bağlılığının  aşkara  çıxarılmasını,  ilk  kökün  bərpasını  istəyir. 
Tat  dilinin  omonimləri  arasında  belə  bir  nümunəni  nəzərdən 
keçirək.
Gində  -   «qalın»,  «kündə». 
Qalın
  və 
kiində
  mənaları 
arasında  semantik yaxınlıq var. 
Qalın
  sözündə  sıxlıq,  qatılılıq, 
çoxluluq,  doluluq,  materialın  çoxluğundan  əmələ  gələn 
dəyirmilik mənaları  özünü göstərir. 
Qalın
  sözü çoxmənalıdır.
Tat  dilində 
gində
  xəmirin  çörək  üçün  ayrılmış  parçası 
(kündə)  anlamındadır.  Gində  dəyirmi  formada  olur,  qalınlığı 
ilə  seçilir.  Çörəyi  bişirmək  üçün  təndirə  və  ya  sobaya  daxil 
etdikdə  gində//kündə  yastı  formaya  salınır,  yəni  kündə  yayılır. 
Bundan  başqa,  lüğətlərdə  fars  dilindən  alınma 
kiində
  keçmişdə 
(qaçmasın  deyə),  dustaqların  ayaqlarına,  boyunlarına  və  ya 
əllərinə  vurulan  ağır  şey  mənasını  ifadə  edir.  Xəlil  paşa  hökm 
elədi,  üçünün  də  ayağına 
kiində
  vurub,  zindana  salsınlar 
(«Koroğlu»),
İran  dillərində 
kiində//kındə
  ağacdan  kəsilmiş  yumru 
əşyanı  bildirir.  Qəssab  ağacı  da bu formada olur,  onun üstündə 
ət  doğrayırlar.  Tat  dilində 
kiində
  sözünün  «yumru,  qalın»  ilkin 
mənasının  ayrılması  nəticəsində  formalaşması  qənaətinə 
gəlmək  mümkündür.  İ. Tahirov 
kiində
  sözünün  omonim 
olduğunu  göstərir  və  omonimliyin  sözün  «kötük»  və  «bir 
çörəklik  xəmir  parçası»  mənaları  əsasında  formalaşmasını 
qeyd  edir  (130,  81). 
Kiində
  sözü  Bakı,  Masallı  və  Yardımlı 
dialektlərində  «üzərində  ət  doğranan  kötük»  mənasında 
istifadə  olunur.  İran  dillərində,  o  cümlədən  tat  və  talış
98


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
dillərində 
kimdə
  sözü  məcazi  mənada  da  işlənir.  Bu  halda  söz 
köməkçi  fellə  işlənir.  Çımı  lınq  kində  bə.  Ayağım 
kimdə
  olub 
(keyləşib).
T.M.Əhmədov,  Z.S.Peysikova  istinad  edərək,  yazır  ki, 
«Sözlərin  məna  tutumunun  genişlənməsi  və  omonimlərin 
yaranması  əsas  nitq  hissələri  olan  isim,  sifət  və  fellərdə  daha 
aydın  müşahidə  olunur  (47,  214). 
Kiində
  sözünə  aid  təhlil  bu 
fikri təsdiq edir.
Omonimlərlə çoxmənalı  sözlərin fərqi  haqqında dilçilikdə 
belə  bir  fikir  mövcuddur  ki,  çoxmənalı  sözün  bütün  mənaları 
bir-biri 
ilə 
əlaqədardır 
və 
bu 
mənalar 
müəyyən 
qanunauyğunluqlar  əsasında  bir-birinə  keçə  bilir.  Omonim 
sözlərinsə  hər  biri  müstəqil  şəkildə  xarici  aləmin  hadisələrini 
əks  etdirir və  bu  sözlər  arasında  assosiativ  əlaqə  yoxdur  (143, 
149).  Bu  fikri  nümunə  əsasında  aydınlaşdırmağa  çalışaq.  Tat 
dilində 
biyə
  sözünün  iki  mənası  qeydə  alınır:  «buz»;  «dul». 
Biyə
  sözünün  bu  mənaları  arasında  heç  bir  semantik  əlaqə 
yoxdur.  Bunlar tamamilə fərqli mənalardır.
Başqa  İran  dillərində  müvafiq  mənaların  tamamilə  ayrı 
şəkildə  ifadə  olunduğunu  görürük.  Fars  dilində 
bivezen
  «dul 
qadın», 
bivemerd
  «dul  kişi»  formaları  işlənir.  Kürd  dilində 
müvafiq  olaraq 
ста  bi,  külfeta  bemar
  işlənir  (RKS,  78).  Puştu 
dilində  dul  qadına 
kvatıda,
  dul  kişiyə 
kvatıd
  deyirlər  (RPDS, 
90).  Talış  dilində  «dul»  mənası 
vev
  sözü  ilə  əmələ  gəlir: 
vevə 
cen
 (dul  qadın), 
vevə  merd
 (dul kişi)  (255,  40).
Göründüyü  kimi,  tat  dilində  omonim  sıra  yaradan 
biyə 
«buz», 
biyə
  «dul»  sözləri  ayrı-ayrı  semantik  xətlər üzrə  əmələ 
gəlmişdir. 
Dul
  sözü  inkarlıq  bildirən 
bi//be
  ön  şəkilçisi  ilə 
 
sözünün  birləşməsi  əsasında  yaranmışdır. 
Biyə
  isə  müstəqil 
sözdür. 
Biyə
  «buz»  sözü  tat  və  talış  dillərində  işlənir.  Bir  sıra 
İran  dillərində  buz  «yox»  sözü  ilə  ifadə  olunur. 
Biyə
  «buz», 
biyə
  «dul»  sözlərinin  omonimləşməsi  çoxmənalı  sözün
99


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə