Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə41/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   37   38   39   40   41   42   43   44   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
Bununla  belə,  qütbləşmə  apardıqda  sözün  həmişə  mənfi  və  ya 
müsbət  mənasından  danışmaq  düzgün  deyil.  Antonim  sözlərin 
mənfi  və  ya  müsbət  səciyyəli  əlamət  və  ya  keyfiyyəti  ifadə 
etməsi  mütləq  xarakter  daşımır. 
Rıığamn  «yağlı»
  və 
rıığansız 
«yağsız»
  «yavan»  antonim  cütünü  təşkil  edən  sözlərdən 
hansının  keyfiyyəti  mənfi  və  ya  müsbət  qiymətləndirməsini 
iddia  etmək mümkün  deyil.  Bir halda yağlı  yemək,  digər halda 
yağsız  yemək müsbət  qiymətləndirilə bilər.  Məsələn: 
Bə  noxıış 
ruğansıza xoram  tind.  -  Xəstəyə yağsız yemək verin.
(irə  cöyi  rohəti.  -   «Omni  yeri  rahatdır»,  (irə  cöyi 
ııorohəti  «Omni  yeri  narahatdır».
  Bu  iki  cümlədə 
rohət  — 
norohət {«rahat» -   «narahat»)
  antonim  cüt funksiyasını  yerinə 
yetirir.  Ü  nərohətə  ödomini. 
O,  narahat  adamdır.
  Bu  cümlədə 
ifadə  olunan fikrin  əksini  vermək üçün 
rahat
 sözündən istifadə 
etmək  olmur.  Bu  halda  antonim  mövqedə  «sakit»  sözü  dura 
bilir.
Antonim  cütlərlə  bağlı  qeyd  olunmuş  bu  xüsusiyyətlər 
hər  hansı  bir  dil,  o  cümlədən  də  tat  dili  üçün  doğrudur.  Fərq 
antonim  cütlüyə daxil  olan  sözlərlə bağlı  olaraq meydana çıxır. 
Bu  isə  fikrin  bir  dildən  başqa  dilə  tərcümə  prosesində  istifadə 
edilən  sözlərin  semantik  xüsusiyyətlərinin  nəzərə  alınmasını 
tələb  edir.  «Antonim  sözlər  üçün  mənanın  ümumi  və  mühüm 
əlamətlərinin  leksik-semantik  paradiqmaya  uyğunluğu  əsas 
götürülür.  Deməli,  məna  əlaqəsinin  ümumi  və  əsas  cəhətlərinə 
görə  qarşılaşdırılan  sözlər  antonim  kimi  qəbul  edilə bilər»  (63, 
s.  3).
Əlamət  və  keyfiyyətin  təyin  edilməsi  meyarları  çox 
olduqca,  hər  bir  meyar  üzrə  qiymətləndirmənin  ifadəsi  üçün 
nitqdə  istifadə  edilə  biləcək  antonim  cütlərin  sayı  da  bir  o 
qədər  artır.  Qeyd  edildiyi  kimi,  evin  yaxşılığı  müxtəlif 
meyarlar əsasında təyin edilir.  Genişlik, böyüklük, təzəlik və  s. 
Bu  xüsusiyyətlər  üzrə  antonim  cütlər  təşkil  edən  sözlər
121


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
aşağıdakılardır: 
firəh  -   təng
  «geniş  -   dar», 
firəhi  -   təngi 
«genişlik  -   darısqallıq», 
kələh  -   kiişkələ
  «böyük  -   kiçik», 
kələgəri  -   kiişkəgəri
  «böyüklük  -   kiçiklik», 
mıg -   kihnə
  «təzə
-   köhnə», 
mıgi  -   kilməyi
  «təzəlik  -   köhnəlik», 
rışıni  nışıni 
«işıqlı»  -  
taruki//toriiki
  «qaranlıq»  və  s.  Təyinetmə  obyekti 
dəyişdikdə  həmin  obyektin  əlamət  və  keyfiyyətləri  barədə 
məlumat  daşıyan  antonim  cütlər  də  dəyişir.  Məsələn: 
xııba  sib
-   xəroba  sib
  «yaxşı  alma  -   pis  alma», 
dodliya  sib  -   dodsiza 
sib,
  «dadlı  alma»  -   «dadsız  alma».  Bu  halda  antonim 
münasibət 
xııb  -   xərob
  «yaxşı  -   pis», 
dodli  -   dodsiz
  «dadlı- 
dadsız»  sözləri  əsasında  formalaşır.  Qeyd  etmək  lazımdır  ki, 
bəzən  müqayisə  obyektinin  elə  keyfiyyəti  olur  ki,  onları  əks 
mənaları  ilə  qarşılaşdırarkən  mənalar  bir-birilə  əkslik  təşkil 
etməyən  sözlərdən  istifadə  edilir.  Həmin  sözlər  lüğət  vahidi 
kimi  antonim  cütlər  təşkil  etmir.  Məsələn: 
şırma  sib  -   tıırşa 
sib
  «şirin  alma»  -   «turş  alma», 
ola  sib  -   isbihə  sib
  «qırmızı 
alma»  -   «ağ  alma», 
qələmə  sib  -   cıra  sib
  «calaq  alma»  -   «cır 
alma», 
kola  sib  -   narasirə  sib
  «kal  alma»  -   «yetişmiş  alma», 
piisirə  sib  -   sofa  sib
  «çürük  alma»  -   «saf  alma»  və  s.  Oxşar 
paralelləri  başqa  predmetlər  üzrə  də  aparmaq  mümkündür. 
Məsələn: 
xinikə  öv  -   gərmə  öv
  «soyuq  su»  -   «isti  su», 
bilində 
binö  -   tapıma  binö
  «hündür  bina»  -   «alçaq  bina», 
dııroza 
ödomin  -   tapını  ödomin
  «uzun  adam»  -   «gödək  (törə)  adam», 
şiirə  xorum  -   şitə  xorum
  «duzlu  yemək»  -   «duzsuz  yemək», 
şiirə  öv  -   şırma  öv
  «şor  su»  -   «şirin  su»  və  s.  Qeyd  olunanlar 
göstərir  ki,  antonim  sözlərin  digər  vahidlərlə  əlaqəsində  fərqli 
cəhətlər  var.  Dilin  başqa  leksik  vahidləri  kimi,  müxtəlif 
kontekstlərdə  antonim  sözlər  yalnız  müəyyən  qrup  sözlərlə 
əlaqəyə  girə  bilir.  İlk  baxışdan  belə  görünür  ki, 
gurun-suk 
«ağır-yüngül»  antonimləri  həcm,  çəki  bildirən  sözlərlə 
əlaqələnməlidir.  Məsələn: 
güruııa  bor  -   siikə  bor
  «ağır yük»  -  
«yüngül  yük».  Lakin  antonimlərin  əlaqəyə  girə  biləcəyi  sözlər
122


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
dairəsini  dəqiq  müəyyənləşdirmək  çətindir.  İstər  Azərbaycan 
dilində,  istərsə  də  tat  dilində 
giiruna  ödomin  -   sukə  odomin 
«ağır adam» -  «yüngül  adam», 
guruna xosiyyət -  sukə xosiyyət 
«ağır  xasiyyət»  -   «yüngül  xasiyyət», 
giiruna  öv  -   sukə  öv 
«ağır  su»  -   «yüngül  su», 
giiruna  xorum  -   sukə  xorum
  «ağır 
yemək»  -   «yüngül  yemək»  və  bu  kimi  ifadələr  işlənir.  Həmin 
ifadələrdə  həcm  və  çəki  ilə  bağlılıq  yoxdur.  Ağır yemək 
yağlı, 
içərisində  çətin  həzm  olunan  tərkib  hissələri  olan  yeməkdir. 
Ağır  və  yüngül  su  tərkibindəki  minerallara,  maddələrə  görə 
təyin 
olunur. 
Bütün 
bunlar 
dilin 
lüğət 
tərkibindəki 
antonimlərin  yararlılıq  dərəcəsini  müəyyənləşdirməyin  çətin 
olduğunu  göstərir.  Bu  isə  antonimlərin  müxtəlif  növlərinin 
meydana  çıxmasına  səbəb  olur.  Elə  ona  görə  də  antonimlərin 
üç  növü  fərqləndirilir:  1)  qütblənən  antonimlər;  2)  konversiv 
ziddiyyəti  tamamlayan  antonimlər;  3)  anlayışın  dixotomik 
bölünməsindən yaranan antonimlər.
Antonimlərin 
bütün 
növlərində 
sözlərin 
mənaları 
arasında  əkslik  əsasdır.  Növlərə  bölünmə bu  əksliyin  forma və 
məzmunu  ilə  müəyyənləşir.  Qütblənən  antonimlərdə  sözlərin 
mənaları  arasındakı  əkslik aydın  şəkildə təzahür edir.  Məsələn: 
isbi
  «ağ»  -  
siyə
  «qara»; 
xobl/xub
  «yaxşı»  -  
bəd
  «pis»; 
kələ 
«böyük»  -  
kuçək
 «kiçik»; 
duraz
  «uzun» -  
quiəlı  quiəx
 «qısa» 
və  s.
Konversiv  ziddiyyəti  tamamlayan  antonimlər  müəyyən 
hadisə,  proses,  cəhətlə  bağlılığı  ilə  seçilir.  Məsələn: 
subay - 
evli,  təcavüzkar-sülhsevər
 və  s.;
Dixotomik  bölünmə  nəticəsində  yaranan  antonimlər, 
adətən,  müəyyən xüsusiyyyətin,  keyfiyyətin varlığı  və yoxluğu 
əsasında  formalaşır.  Məsələn:  «haqlı»  -   «haqsız»;  «dadlı»  -  
«dadsız»;  «qanuni»  -   «qanunsuz»,  yağlı»  -   «yağsız»,  «duzlu» 
-  «duzsuz»;  «rəngli» -  «rəngsiz» və  s.
Antonim  sözlərin  linqvistik təbiəti  onların  leksik,  leksik-
123


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə