Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə43/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   39   40   41   42   43   44   45   46   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
dilində  ilkin  anlamını  saxlamışdır.  Yaxşı-yaman  antonim 
cütündəki 
yaman
  bəzən  müsbət  anlamda  işlənir.  Eyni 
xüsusiyyət  tat  dilində  də  özünü  eyni  sözlərdə  (məsələn, 
yamon)
 göstərir.
Antonim  cütlükdəki  sözlərdən  eyni  sözdüzəltmə  yolu  ilə 
əmələ  gələn  yeni  sözlər  də  antonim  olur.  Məsələn: 
xıtb- 
xəra b ^xıtb i -x ə ra b i
  («yaxşı-pis»  —►
  «yaxşılıq-pislik»),
Antonim  cütü  təşkil  edən  sözlərin  mənşəyindən  asılı 
olaraq  onları  üç  əsas  qrupa  ayırmaq  olar:  1)  hər ikisi  tat  dilinə 
məxsus  olan  antonimlər;  2) biri  əsl  tat  sözü,  digəri  alınma  söz 
olan antonimlər;  3) hər ikisi  alınma söz olan antonimlər.
1.  Dilin  özünə  məxsus  sözləri  əsasında  formalaşan 
antonim  cütlər: 
isbi  -   siyə
  («ağ»,  «qara»); 
xııb  -   bəd
 («yaxşı», 
«pis»); 
vərmorən  -  firm  or ən
  («qalxmaq»,  «düşmək»); 
təng  -  
firə
  («dar»,  «enli») və  s.
2.  Biri  tat,  digəri  alınma  söz  olan  antonimlər: 
av or ə
  (tat)
-  
işgüzar
  (al.)  («avara-işgüzar»); 
div on ə,  gic
  (tat.)  -  
əğüllü 
(al.)  («divanə,  gic-ağıllı»); 
xisrə
  (tat.)  -  
nyağ
  (al.)  («yatmış- 
oyaq»); 
nadan
  (tat.)  -  
alim  alim
  (al.)  («nadan-alim»); 
lağar 
(tat.)  -  
kük
  (al.)  («arıq-kök»); 
zu-zu
  (tat.)  -  
yovoş-yovoş
  (al.) 
(«tez-tez,  yavaş-yavaş»); 
şagıım  şağıım
  (tat.)  -  
səbəh
  (al.) 
(«axşam-səhər»); 
bəstə
  (tat.)  -  
əçuğ
  (al.), 
rahə
  (tat.)  («bağlı, 
örtülü»,  «bağlı-açıq»); 
baho
  (tat.)  -  
iicuz
  (al.)  («baha-ucuz»); 
niməkar
  (tat.)  -  
bitou//biitoii
  (al.)  («yarımçıq-bütöv»); 
tie
  (tat.)
-  
küt
 (al.) («iti-küt») və  s.
T.Əhmədov  tat  dilində  fellərin  antonim  cütlər  əmələ 
gətirməsi  prosesində  alınma  sözün  iştirak  etməsi  ilə bağlı  dilin 
özünə  məxsus  və  alınma  sözlərlə  dilin  öz  felləri  ilə  təmsil 
olunan  antonimləri  ayrıca  qrupda  birləşdirmişdir.  Məsələn: 
xisrən  -   ayılmiş  birən
  («yatmaq-ayılmaq»); 
cirə  saxtənllcnrə 
saxtən  -   birləşdirmiş  saxtən
  («ayırmaq-birləşdirmək»); 
lağar 
birən  -   kuk  birən
  («arıqlamaq-kökəlmək»); 
xiiş  küftən  -   barıtş
127


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
birən
  («küsmək-barışmaq»)  (47,  241); 
varastən  -   boşləmiş 
saxtən//boşdəmiş  saxtən
  («qurtarmaq-başlamaq»).  Göründüyü 
kimi, 
alınma 
sözlərlə  tat 
dilinin 
köməkçi 
fellərinin 
birləşməsindən  əmələ  gələn  mürəkkəb  fellər  (antonimlər)  də 
müəyyən  qrup  təşkil  edir: 
ağarmiş  birən  -   qaralmiş  birən 
(«ağarmaq-qaralmaq»); 
azalmiş  birən  -   çaxalmiş  birən

artmiş 
birən
  («azalmaq-çoxalmaq,  artmaq»); 
alçalmiş  birən  -  
yüksəlmiş  birən
  («alçalmaq-yüksəlmək»); 
qazanc saxtən -  xərc 
saxtən
  («qazanmaq-xərcləmək»); 
düzəlmiş  birən  -   puzulmuş 
birən
  («düzəlmək-pozulmaq»); 
geyinmiş  birən//geymiş  birən  -  
suyummuş  birən
 («geyinmək-soyunmaq») və  s.
3. 
Ancaq  alınma  sözlər  hesabına  yaranan  antonimlər: 
məs.: 
əvam-mədənv,  ağo-nükər,  alxış-qarğış

alici-satici
;
amonat-xəyanət,  artuğ-əksik,  arxəlü-kımsəsiiz\  axmağ-əğıdlır, 
ax ir-ə vəl  əvvəl',  axirimci-əvvəlimci',  əciz-dirboş\  varlü-kosib', 
bitişik-ayri', 
bul-qit',
 
«bol-qıt»; 
qarxağ-qaççağ', 
dəvo- 
sülhllsülh

dayimi / / daimi-müvəğğəti',  daxili-xarici

məğrib- 
məşricp  zıdmət-işiğ\  çalışğan//tənbəl,  yeylağ-qişlağ
  «yaylaq- 
qışlaq» və  s.
Tat  dilində  antonimlik  spesifik  sözlər,  ümumiran  mənşəli 
sözlər və  alınmalar  hesabına  yaranır.  Bəzən  eyni  əksmənalılıq 
müxtəlif  antonim  cütlərlə  ifadə  olunur.  Amma  yaddan 
çıxarmaq  olmaz  ki,  ümumiran  mənşəli  sözlərdə  tat  dildinin 
özünə  məxsus  olan  sözdür.  Tat  dilinin  lüğət  tərkibinə  daxil 
olan 
daşman  duşmon
  sözü də ümumiran mənşəlidir.
Tat  dilində 
dost-daşman
  antonim  cütü  ilə  ekvivalent  olan 
başqa  cüt  də  qeydə  alınır: 
kund-duşman.
  Abşeron  tatlarının 
dilində  «kund  biran»  söz  birləşməsi  «yaxın  olmaq»  mənasında 
işlənir.  Bu  cütün  birinci  elementi  olan 
künd
  sözü  tat  dilinin 
spesifik  leksik  layına  aiddir.  Bu  söz  həm  də  çoxmənalıdır. 
Onun  ifadə  etdiyi  digər  məna  «yaxın»  mənasıdır.  «Dost» 
mənasının  «yaxın»  mənası  əsasında  formalaşması  şübhə
128


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
doğurmur.
Antonim  sözlərdən  eyni  sözdüzəltmə  üsulu  ilə  əmələ 
gələn törəmə  sözlər  də  əks  mənaları  ifadə  edir.  Məsələn: 
d u s ti 
(«dostluq»)  -  
d u ş m a n i
 
(«düşmənçilik»).  Maraqlıdır  ki, 
Azərbaycan  dilində  belə  qarşılaşma  zamanı  sözdüzəldici 
vasitələrdə 
dəyişiklik 
müşahidə 
edilir: 
d o s t+ lu q  
-
d iiş m ə n + ç ilik
 
və s.
T ü n iik -q ə lin
 
«nazik-qalın».  Tat  dilinin  Abşeron  şivəsində 
tiin iik
 
«nazik»  mənasında  işlənir.  Bu  söz  eyni  mənada 
Azərbaycan  dilinin  Bakı  dialektində  də  qeydə  alınmışdır  (131, 
195).
Tünük//tünık.
  Bu  antonim  cütdəki  hər  iki  söz  tat  dilinin 
Abşeron  şivəsində qeydə alınır.
G.Vəliyeva 
tiin iik
 
sözünün 
a d a m
 
sözü  ilə  birləşərək, 
məcazi  məna  qazanması  və  «həssas  adam»  anlamında  istifadə 
edilməsini  qeyd  etmişdir (144,  41).
İ.Tahirov  «tünük»  sözünün tarixi-etimoloji  inkişaf yoluna 
nəzər  salmış  və  belə  bir  qənaətə  gəlmişdir:  «Göründüyü  kimi, 
İran  və,  eləcə  də,  hind-Avropa  dillərinin  çox  böyük  bir 
arealında  işlənən  bu  sözün  hind-Avropa  mənşəli  olmasına 
şübhə  ola  bilməz  və  (onun)  dialektlərimizin  leksikasına  İran 
dillərindən keçməsi  şübhəsizdir»  (137,  70-71).
M.Hacıyev 
tiim ik
 
sözünün  tat  dilində  həm  də  «sıyıq 
(xörək)» mənasında işlənməsini  qeyd  etmişdir (60,  108).
Antonimlər  çoxmənalılıq  və  sinonimlik  hadisələri  ilə  sıx 
bağlıdır.  Belə  ki,  çoxmənalı  sözün  həm  əsas  mənası,  həm  də 
başqa  mənalarının  müxtəlif  antonimləri  olur.  Dildə  eyni  bir 
sözün  müxtəlif  antonimləri  ola  bilər.  Bu  cəhət  sözün 
çoxmənalılığından irəli  gəlir (44,  201).  Bu özünü tat dilində də 
göstərir: 
y a x ş ı- p is ,  y a x ş ı- y a m a n ,  q ıs a -u z u n ,  u z u n - g ö d ə k
 
və  s. 
Nəticədə  dildə  eyni  bir  sözün  müxtəlif  antonimləri  ola  bilər. 
Bu  cəhət  sözün  çoxmənalılığından  irəli  gəlir  və  özünü  tat
129


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə