Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə40/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   36   37   38   39   40   41   42   43   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
yaranır.  Məsələn: 
siycı(h)  -   tar i к
 «zülmət -  qaranlıq»:  Qəyhayə 
dəri  bəstə  bü,  qəyhayə  rişneyiyi 
siyə-taruk
  bü.  «Çoxlarının 
qapısı  bağlandı,  çoxlarının  işığı  zülmət  qaranlığa  çevrildi»; 
şad-xürrəm
  «şad-xürrəm»:  Bə  axır  hamə 
şad-xurrəm
  birund. 
«Axırda  hamı 
şad-xürrəm
  oldu»  (Ab.); 
zahlə-zibər
  «zəhlə- 
zibər»:  Tı  məgü,  xəlifrə  ə  təhləsir 
zəhlə  -   zibəri
  biraftanbı 
«Sən  demə,  xəlifənin  sarımsaqdan  zəhlə-zibəri  gedirmiş» 
(Lah.); 
koşti-kari
  «əkib-becərmə»:  İmu  bə 
koşti-kari
  bə  may- 
piyər  küməg  saxtenim.  «Biz  əkib-becərmə  işində  ata-anamıza 
kömək  edirik»  (Dəv.);  laif-cöcə  «yorğan-döşək»:  Mənə  bə 
xune  man  hozira 
ləif-cöcə
  hi  «Mənim  evimdə  hazır 
yorğan- 
döşək
  var»  (236,  57); 
xorum-bərum
  «yeyib-içmə»; 
tar-tamiz 
«tər-təmiz» və  s.
2.  Tat  dilində işlənən  sinonimlərin tədqiqi  göstərir ki,  bu 
tipli  sözlər  tat  dili  leksikasının  ayrılmaz  tərkib  hissəsidir. 
Sinonim  cərgələr  və  leksik  dubletlər  tat  dilinin  leksik 
sistemində baş verən dəyişiklikləri bu və ya digər dərəcədə  əks 
etdirir.  Tat  dilinin tarixinin  və bu  dilin  başqa  dillərlə,  xüsusilə 
də,  Azərbaycan dili ilə  əlaqələrinin öyrənilməsində  semasioloji 
kateqoriya  kimi  sinonimlik  hadisəsinin  tədqiqi  mühüm 
əhəmiyyət  kəsb  edir.  Azərbaycan  dilinin  təsiri  ilə  tat  dilində 
müxtəlif  sinonim  cərgələr  əmələ  gəlir: 
xıışhaxt  bəxtə vər:  giiş 
daştan
  «qulaq  asmaq», 
dinləmiş  bir an
  «dinləmək»; 
çiləm 
«necə», 
çi  ciir
  «nə  cür»; 
bobət
  «babat», 
miyona
  «miyanə»; 
dnymiş  bir an
  «duymaq», 
hiss  soxtan
  «hiss  etmək»; 
qe
  «çox», 
xeyli', ye  ruz
  «bir gün», 
ye  vaxt
  «bir vaxt»; 
ye  qoş
  «bir  az», 
ye 
qədər
  «bir  qədər»; 
hiç  kəs
  «heç  kəs», 
hiç  ki
  «heç  kim»; 
iizgə 
«özgə», 
qeyri,  savayi',  amo,  ancağ',  insan,  odom
  «adam»  və  s. 
Bu  sinonim  cərgələrdən  bəziləri  Azərbaycan  dilində  də  sino­
nim  cərgə  kimi  çıxış  edir.  Qeyd  etmək  lazımdır  ki,  alınma 
vasitələr  hesabına  Azərbaycan  dilində  sinonim  cərgələrin 
düzəlmə  xüsusiyyətləri  tat  dilində  də  özünü  göstərir.
118


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
Azərbaycan  dilində  sinonimlərə  dair  tədqiqatda  göstərilir  ki, 
«Alınma 
şəkilçilərin 
sinonimliyi 
nəticəsində 
düzələn 
eyniköklü  sinonimlər  iki  fars,  yaxud  da  bir  fars  və  bir  ərəb 
şəkilçiləri  ilə  düzəlir:  1)  fars  mənşəli 
-pərvər
  və 
-pərəst,  -gir 
və 
-Xor,  -gah
 və 
-gədə,  -bir
 və 
-na,  -gir
 və 
-pərəst,  -kar
 və 
-baz 
sinonim  şəkilçiləri  xasiyyət  mənalı  sinonim  sifətlər  əmələ 
gətirir; 
məs: 
qunaqpərəst-qonaqpərvər, 
maarifpərəst-
maarifpərvər,  dilgir-dilxor,  atəşgah-atəşgədə,  biinsaf-nainsaf 
pıdgir-pulpərəst,  sehrkar-sehrbaz
  və  s.;  2)  fars  və  ərəb 
dillərindən  alınmış 
bi-
  və 
bila-,  -cat
  və 
-iyyət,  bi-
  və 
-la 
şəkilçiləri  də  sinonim  sözlər  əmələ  gətirir;  məs: 
biaram- 
bilaaram,  ədvəcat-ədviyyat,  biməz-həb-laməzhəb
  və  s.;  3)  rus 
və  fars  dillərindən  alınmış  sinonim 
-nik
  və 
-dan,  -turq
  və  - 
nəvis
  şəkilçiləri  ilə  yalnız 
çaynik-çaydan
  və 
dramaturq- 
dramnəvis
  sinonimləri  Azərbaycan  dilində  işlədilir»  (67,  109). 
Bu  halların  tat  dilində  üzə  çıxmasının  əsas  səbəbi  sözlərin 
Azərbaycan  dili  vasitəsi  ilə  birbaşa  alınmasıdır.  Deməli, 
göstərilən  alınma  sinonim  şəkilçilər  bilavasitə  tat  dilində 
sözdüzəltmə  prosesində  sinonim  cərgənin  üzvlərini  əmələ 
gətirmir.  Sinonim  cərgəyə  daxil  olan  sözlər  Azərbaycan 
dilindən  hazır  şəkildə  alınır.  Tat  dilinə  keçərkən  bu  alınma və 
ya alınma ünsürlü  sözlərdə fonetik dəyişmələr baş verir.
Tat  dilində  antonim lər.
Leksik  bir  kateqoriya  kimi  antonimlərin  əsas  xüsusiyyəti 
ondan  ibarətdir  ki,  ziddiyyət,  əkslik  antonim  cüt  yaradan 
sözlərin  leksik  mənasından  irəli  gəlir.  Nitq  prosesində 
müəyyən  əlaməti,  keyfiyyəti  qiymətləndirmək,  predmetin 
məkan  daxilində  yerləşmə  xüsusiyyətini  ifadə  etmək,  əşyanın 
kəmiyyətini  bildirmək,  hadisənin  baş  vermə  zamanına 
münasibətini  aydınlaşdırmaq  lazım  gəlir.  Belə  hallarda
119


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
müqayisə,  iki  xüsusiyyətlə  bağlı  vəziyyəti  dəqiqləşdirmə  tələb 
olunduqda  antonimlik  aşkar  hiss  olunur.  Çox  zaman  antonim 
cütü  təşkil  edən  hər  iki  sözün  eyni  zamanda  istifadə  edilməsi 
vacib  olmur.  Məs.:  Uşuna  xuneyşun 
pirvayiyi.
  «Onların  evləri 
lap  yaxşıdır».  Bu  cümlədəki 
pirvayi
  «yaxşı»  sözü  tat  dilinin 
Abşeron  ləhcəsində,  əsasən,  Balaxanı  tatlarının  dilində  işlənir. 
Söz  evin  keyfiyyətini  təyin  edir.  Təbii  ki,  təyinetmə  müqaisə 
və  qiymətləndirmə  ilə  bağlı  olur.  Evin  yaxşılığı  müəyyən 
əlamətlər  əsasında  təyin  edilir.  Bu  əlamətlər  evin  böyüklüyü, 
genişliyi,  tikiliş  forması,  təmiri  və  s.-lə  əlaqədar  ola  bilər. 
Əgər  danışan  evi  «yaxşı»  sözü  ilə  təyin  edirsə,  onda  bunun 
əksi  olan  obyektlə,  evlə  müqayisə  aşkar  görünməsə  də,  baş 
verir.  Həm  adresant,  həm  də  adresat  «yaxşı  ev»  təsəvvürünə 
malik  olur  və  ya  onların  hər  birinin  belə  bir  qiymətləndirmə 
meyarı  olur.  «Yaxşı  ev»  onunla  əks  mənalı  olan  «pis  ev»lə 
şüuraltı  müqayisə  edilir. 
Beləliklə,  «yaxşı»  və  «pis»  əks 
mənalı  sözlər  kimi  əlaqələnir,  antonim  cüt  yaradır.  Uşuna 
xuneyşun 
xərobi.
  Bu  cümlə  ikincinin  əksi  olan  fikri  ifadə  edir. 
Əkslik antonim  sözlərin işlədilməsində özünü göstərir.
«Real  gerçəklikdə  müəyyən  keyfiyyət  və  əlamətlərin 
daşıyıcıları  bir-biri  ilə  müqayisə  edilərək  qiymətləndirilir. 
Qiymətləndirmə  üçün  istifadə  olunan  sözlər  qiymətləndirmə 
sifətlərini  təşkil  edir.  Məsələn: 
gözəl  qız,  yaraşıqlı  oğlan. 
Qiymətləndirmə  subyekt  tərəfindən  yerinə  yetirildiyindən  o, 
subyektiv  səciyyə  daşıyır.  Bununla  yanaşı,  qiymətləndirmə 
üçün  həmişə  müəyyən  əsas  olur.  Bu  əsas  qiymətləndirmənin 
neytral  və  mərkəzi  nöqtəsi  sayılır.  Mərkəzi  nöqtədən  əks 
qütblərdə  qiymətləndirmənin  mənfi  və  müsbət  halları  yerləşir» 
(67,  127).
Göstərilən  sıralamada  antonim  sözlər  bir-biri  ilə  əks 
qütblərdə  yerləşir.  Fikrimizcə,  bu  hal  bütün  dillər  üçün 
səciyyəvi  olub,  tat  dili  antonimlərinə  də  aid  edilə  bilir.
120


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə