Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə38/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   34   35   36   37   38   39   40   41   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
müəyyənləşdirilən  söz  cərgənin  dominantı  olur.  Məsələn: 
ləgərd zər ən
  «təpik vurmaq», 
şıllağ şitdən
  «şıllağ  atmaq».  Və, 
əksinə, 
şıllağ  şitdən,  ləgərd  zər ən.
  Bu  faktı  sinonimlər 
lüğətlərində  verilmiş  nümunələr  də  təsdiqləyir.  Məsələn: 
ayıb- 
qiisur-nöqsan;  qiısıır-ayıb-nöqsan;  nöqsan-qiisur-ayıb-səhv- 
əskik
  (104,  337,  122,  286).  Göründüyü  kimi,  bu  sinonim 
cərgələrdə dominant-sinonimi  axtarılan  sözün özüdür.
Bir  tematik  qrupa  aid  olub,  bir-biri  ilə  növ,  cins 
münasibətində olan məfhumların  adları  olan  eyni  mənalı  sözlər 
də  bir-birinin  əvəz  edə  bilər.  Eynimənalı  sözlərdə  qarşılıqlı 
əvəzetmə  ancaq  təkrardan  qaçmaq  xatirinə  edilir.  Burada  tam 
əvəzlənmə  olur.  Mənaca bir-birinə  yaxn  sözlərdə  isə  təkrardan 
qaçmaqdan  başqa,  məna  çalarlığı  yaratmaq  üçün  belə  bir 
əməliyyat  aparılır.  Buna  görə  də  «qarşılıqlı  əvəzetmə» 
məfhumunu  tam  və  natamam  mənalarda  işlətmək  olar.  Tam 
qarşılıqlı  əvəzetməyə  dubletləri,  natamamlara  isə  sinonimləri 
aid etmək olar.
Əgər  sinonimlərlə  əvəzlənmə  istənilən  vaxtda  mümkün 
olursa,  onda «təbiilik pozulur,  sünilik,  eybəcərlik yaranır»  (39, 
128-129).
Sinonim  cərgənin  bir  üzvü  digər  üzvü  ilə  bütövlükdə 
deyil,  hər  ikisi  üçün  ümumi  hesab  olunan  məna  əsasında 
(leksik-semantik  variant)  qarşılaşdırılır.  Deməli,  qarşılıqlı 
əvəzetmə,  bir  tərəfdən,  sinonim  münasibətində  olan  sözlərin 
mənaca  əvəz  olunması,  digər  tərəfdənsə,  mətndə  leksik 
birləşmənin  xarakterinə  görə  eyni  və  ya  uyğunlaşan  sinonim 
sözlərin birinin digərinin əvəzində işlədilməsi  imkanıdır.
Sinonimlərə  xas  olan  xüsusiyyətlərdən  biri  də  sinonim 
cərgələrin üzvlərinin eyni nitq hissəsinə  aid olmasıdır.
Sinonimlərə  əsas  nitq  hissələrindən  ən  çox  isim,  sifət,  fel 
və 
zərflərdə 
təsadüf  etmək 
olur. 
Məsələn, 
isimlər: 
asbandak  zansıı
 
«üzəngi», 
hirəğ  lırkəmə
 
«ildırım»,
112


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
q/nnac  tatari
  «şallaq»;  sifətlər: 
subi//bəyoz
  «ağ», 
hi'tjh  xırda 
«balaca, 
xırda», 
siyah  tarn к
 
«qaranlıq»; 
fellər: 
quşdaştən//quşvakandən
  «qulaq  asmaq», 
voləndən  ritşımdoran 
«göstərmək»; 
zərf: 
virizə-viriz  döhədöh
 
«qaçaqaç», 
ve
avozi//yavoşlə
  «astaca»,  «yavaşca» və  s.
Sinonimlərdə 
eynifunksiyalılıq 
nominativ 
funksiya 
ümumiliyi  ilə  əlaqədardır.  Sinonim  cərgənin  üzvləri  eyni 
nominativ  funksiya  daşımalıdır.  Əgər  sinonim  cərgənin  əsas 
üzvü  əşyanın  əlamətini  bildirib,  təyin  vəzifəsində  çıxış  edirsə, 
o biri üzvləri  də həmin mənada işlənməlidir.
Çoxmənalı  sözün  bir  mənası  sinonim  cərgədə  əsas  olur, 
digər  sinonim  cərgələrdə  isə  başqa  sözlər  üçün  məna  çalarlığı 
və üslubi  fərqlər yarada bilir.
Potensial  birləşmələrdə  mənaca  bir-birinə  yaxın  olan 
sözlər  leksik-semantik  söz  qrupları  yaradır.  Leksik-semantik 
söz  qrupları  konseptual  sahə  (qarşılıqlı  əlaqədə  olan 
məfhumlar)  əmələ  gətirir.  Bir konseptual  sahədə mənaca yaxın 
olan sözlərin hamısı  sinonim  olmur.
Sinonimlərin  əmələ  gəlməsinə  münasibət  bildirərkən 
aşağıdakı  yollarla yaranma  qeyd  olunur:  1)  çoxmənalı  sözlərin 
mənalarından  birinin  həmin  mənanı  ifadə  edən  başqa  bir  sözə 
uyğun  gəlməsi;  2)  sinonimlərdə mənanın birinin həmin  mənanı 
ifadə edən digər bir sözə uyğun gəlməsi;  3) yeni  söz düzəltmək 
yolu  ilə;  4)  mürəkkəb  sözlər yolu  ilə;  5)  frazeoloji  birləşmələr 
yolu  ilə;  6)  başqa  dillərdən  sözlər  almaq  yolu  ilə;  7) 
evfemizmlə  əlaqədar  əmələ  gələn  sinonimlər  (evfemizm 
sinonimlərin  törəmə  mənbəyi  deyil,  onların  əmələgəlmə 
yollarından  biridir);  8)  kakofemizmlər  yolu  ilə  sinonimlərin 
əmələ  gəlməsi  (kakofemizmlər  evfemizmin  əksidir.  Bunlar 
müəyyən  mənanı  vulqar,  kobud  şəkildə  ifadə  etməkdir: 
qoca- 
kaftar)',
  9) emosional-ekspressiv  sözlər hesabına»  (104,  18).
Dünya  dillərində  sinonimlik universal  hadisə  sayılsa  da,  bu
113


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
semasioloji  kateqoriyanın  meydana  çıxmasında  hər  bir  dilin 
özünəməxsus  qanunauyğunluğu  var.  Tat  dilində  sinonimlərin 
yaranmasında  bir  neçə  mənbə  xüsusi  rola  malikdir.  Tat  dili 
ləhcələrinin  müxtəlif  areallara  səpələnməsi  tarixən  bu  dildə 
mövcud  olmuş  müxtəlif  çeşidli  ifadə  vasitələrinin  qorunub 
saxlanmasında,  qədim  leksik  vahidlərlə  nisbətən  yeni  sayıla 
bilən  sözlərin  arasındakı  semantik  yaxınlıq  əsasında  sinonim 
cərgələrin  yaranmasında  mühüm  amil  kimi  çıxış  edir.  Bu  həm 
də  bir  məna  qrupunu  təşkil  edən  sinonim  cərgənin  tərkib 
hissələrinin  mənşəcə  müxtəlifliyini  də  şərtləndirir.  Buna  görə 
də tat  dilinin  ayrı-ayrı  ləhcələrində  eyni  sinonim  cərgəni  təşkil 
edən  sözlərin miqdarı  artıb-azala bilir.  Bunları  nəzərə  almaqla, 
tat  dilindəki  sinonimləri  aşağıdakı  şəkildə  qruplaşdırmaq 
mümkündür:
M ü xtəlif  tat 
ləhcələrind ə 
olan 
sözlər 
əsasında 
yaranan  sinonim lik.
Bu  qrupa  daxil  olan  leksik  vahidlər  bir  çox  hallarda  tat 
dilinin  və  ümumən  İran  dillərinin  qədim  inkişaf  dövrünü  əks 
etdirir.  Həmin  sözlərin  tat  ləhcələrində  qorunub  saxlanması, 
müəyyən  mənada  bu  dilin  ləhcələri  arasında  tarixi  bağları 
bərpa  etməyə  imkan  verir.  Məsələn: 
ximcı//sov
  «kuzə»;
an/ava  qındı
  «sıyıq»; 
çıxZ/siirvə
  «öskürək»; 
çarpaZZniihəvar 
«lavaş  yaymaq  üçün  istifadə  olunan  alət».  Həmin  sözlərin 
növləri 
maraqlıdır: 
çarpa
 
(«dördayaq»), 
niihəvar
(«çörəkyayan»),  Müq.  et:  azərb.  dial, 
yayacaq
  (eyni  mənada 
Quba  ləhcəsində  geniş  işlənir); 
birəg
  (Qoy). 
// 
tırkəmə 
(Həfts). 
// 
kukrum
  «ildırım»  (Xızı,  Quba); 
əvərsiZ/kürmüri 
«ardıc»; 
hillə/Zbinəguşu
  «sillə,  şapalaq»;  (müq.  et:  azərb.  dan. 
qulaqburması)',  asbandakZZzangu
  «üzəngi» və  s.
M əəsiyə//öü sin ə//q issə 
«nağıl,  hekayə».  Həmin  sinonim 
cərgəsinə  daxil  olan  sözlərin  münasibəti  məhz  eyni  məfhumla 
əlaqələri  ilə  bağlıdır.  Sinonim  cərgənin  hər  bir  ünsürü  nağıl
114


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə