Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə37/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   33   34   35   36   37   38   39   40   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
ümumiliyinə  əsasən  daxili  məna  qrupu  yaradaraq,  bir-biri  ilə 
əlaqədar olur,  başqa sözlərə münasibət bildirir, birləşir.
Sözalma  nəticəsində  müxtəlif  dillərdə  sinonimlər  əmələ 
gəlir.  Bu  cəhət  Azərbaycan  dilinə  olduğu  kimi,  tat  dilinə  də 
xasdır.  Alınma  söz  sinonim  cərgənin  ya  təşkiledicisi,  ya  da 
cərgə  elementlərindən  biri  olur.  Bəzən  sinonim  cərgədə  eyni 
zamanda  iki  alınma  söz  yer  tutur.  Müasir  Azərbaycan  dilində 
sinonimlik 
məsələsinin 
tədqiqi 
zamanı 
söz 
alınması 
nəticəsində 
əmələ 
gələn 
sinonimlərin 
qruplaşdırılması 
məsələsinə  diqqət  yetirilmişdir.  «Alınma  sözlər  həm  əsl 
Azərbaycan  sözlərinin,  həm  də bir-birinin  sinonimii  olur.  Buna 
görə  də  həmin  sinonimləri  alınma  sözlərlə  əsl  Azərbaycan 
sözlərindən  və  alınma  sözlərdən  əmələ  gələn  sinonimlər  kimi 
qruplaşdırmaq  olar»  (113,  194).  Fikrimizcə,  tat  dilindəki 
sinonimləri  qruplaşdırarkən  bu  bölgüyə  əsaslanmaq  yerinə 
düşür.  Burada  fərqli  cəhət  odur  ki,  tat  dilinin  öz  sözlərindən 
əmələ  gələn  sinonim  cərgələri  tat  ləhcələri  üzrə  də  qurmaq 
mümkündür.  Tat  dilində  sinonimlərin  ən  azı  aşağıdakı 
qruplarını  ayırmaq  olar:  1)  tat  dilinin  müxtəlif  ləhcələri
əsasında  yaranan  sinonimlər;  2)  ümumiran  və  tat  dili  sözləri 
vasitəsi  ilə  yaranan  sinonimlər;  3)  tat  dili  sözləri  və  alınma 
sözlər  hesabına  əmələ  gələn  sinonimlər;  4)  yalnız  alınma 
sözlər əsasında gələn  sinonimlər.
Alınma  sözlərlə  tat  dili  sözlərindən  əmələ  gələn  sinonim 
cərgələrə  daxil  olan  sözlər  quruluşca  həm  eyni,  həm  də 
müxtəlif 
ola 
bilir: 
xuşbaxt/Zbaxtəvər,
kələh//kələ//pevi//pəzəvənq
  «böyük,  iri,  pəzəvəng».  Avestada 
bu  söz  «pəzə»  formasında  «yekəpər»  anlamında  qeydə 
alınmışdır. 
Giizdl//giizel//gugçeg//göyçəy,  bica  hico  ıtohzıqq 
«bica,  nahaq» və  s.
Sözlər  arasında  sinonimik  münasibətinin  yaranması,  təbii 
ki, 
onların  leksik  mənaları  ilə  bağlıdır.  «Əkinçigəri»  və
109


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
«rəncbəri» 
sinonimlərində  məna  eyniliyi 
(məşğuliyyət) 
aşkardır.  Hər  iki  söz  eyni  məna  verir.  Bunlardan  birinci  söz 
(əkinçigəri)
 
tat 
dilində 
formalaşmışdır. 
Onun 
əsasını 
Azərbaycan  dilinə  mənsub 
əkinçi
  sözü  təşkil  edir.  Rəncbəri 
sözünün  əsası  tat  və  fars  dillərinə  mənsub  olan 
rəncbər 
sözüdür.
Burada  belə  bir  cəhət  diqqəti  cəlb  edir.  Azərb. 
əkinçi
  və 
tat.,  fars, 
rəncbər
  sözləri  eyni  təşəvvürü bildirir.  Yəqin  ki,  bu, 
tatlara  yaşxı  məlumdur.  Buna  baxmayaraq,  tat  dilinin 
daşıyıcıları 
rəncbəri
  sözünə  yeni  bir  sinonim  yaradarkən  bu 
sözün  sözdüzəltmə  modelindən  istifadə  etməmişlər.  Onlar 
əkinçi
  sözündən 
-gər
  şəkilçisinin  köməyi  ilə  yeni  bir  söz 
düzəltmiş,  artıq  bu  sözdən 
rəncbəri
  sözünün  müqabilini 
düzəltmişlər.
Bir  sinonim  cərgədəki  sözlər  məna  ümumiliyinə,  bir 
məfhum  ifadə  etməsinə  və  eyni  qrammatik  formalı  olmasına 
görə  birləşsələr  də,  bir  sıra  xüsusiyyətlərinə  görə  bir-birindən 
seçilir:  1)  mənaca  tam  eyni  olmamalarına,  2)  üslubi 
çalarlarına,  3)  ənənəvi  yoxsa  müasirliyinə,  4)  işlədilmə 
sahəsinə,  5)  başqa  sözlərlə  birləşməsinə  görə  və  s.  Məsələn, 
əkinçigəri
  və 
rəncbəri
  sözlərində  həm  müasirliyə,  həm  də 
başqa sözlərlə birləşməyə görə fərqlər nəzərə çarpır.
Sinonim  cərgələrin  hüdudunu  müəyyənləşdirmək  üçün 
məna  əsası,  məna  eyniliyi  və  mənaca  yaxın  sözlər  arasındakı 
fərqlərin xarakteri  kimi  meyarlar irəli  sürülür.
Sinonim  cərgənin  bir  üzvü  və  ya  hamısı  çoxmənalı  ola 
bilər.  Bir cərgədə çoxmənalı  sözün bir mənası  əsas götürülür.
Sinonim  cərgələrin hər bir üzvü başqa  sözlərlə birləşərək, 
müxtəlif  sinonim  cərgələr  yaradır.  Köhnəlmiş  və  ya  məhəlli 
sözlər  cərgənin  ümumişlək  sözünün  üslubi  variantı  kimi 
cərgəyə daxil  olur.
Tat  dilində  sinonim  cərgələr  tərkibcə  müxtəlif  olur.
110


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
Azərbaycan  dili  üçün  sinonim  cərgələri  tərkib  elementlərinə 
görə  dörd  qrupa  bölmüşlər:  1)  ikiüzvlü  sinonim  cərgələr;  2) 
üçüzvlü  sinonim  cərgələr;  3)  dördüzvlü  sinonim  cərgələr;  5) 
çoxüzvlü  sinonim  cərgələr  (145,  107).  Tat  dili  materialları 
əsasında  cərgələrin  bu  şəkildə  bölünməsi  özünü  doğrultmur. 
Bunun  səbəbi  ondadır  ki,  tat  dilində  yazılı  mətnlər,  əsərlər  az 
olduğundan,  ədəbi  dilin  fəaliyyət  sahəsi  dardır.  Dilin  istifadə 
dairəsinin  məhdudluğu  onun  sinonimlərlə  zənginləşməsinə 
mane  olur.  Ona  görə  bu  dildə,  əsasən,  ikiüzvlü  sinonim 
cərgələr  müşahidə  edilir.  Qeyd  olunanları  nəzərə  alaraq,  tat 
dilinin  sinonim  cərgələrini  tərkibə  daxil  olan  üzvlərin  sayına 
görə iki  əsas  qrupa  ayırmaq  olar:  1)  ikiüzvlü  sinonim  cərgələr; 
2) ikidən artıq üzvlü sinonim  cərgələr.
İkiüzvlü  sinonim 
cərgələr: 
ximcı//sov
 
«küzə»;
an/ava  qındı
  «sıyıq», 
çıx//siirvə
  «öskürək»  və  s.  İkidən  artıq 
çoxüzvlü  sinonim  cərgə: 
bəndam  -   miçə//miiçə  -   səplağ 
(saplaq); 
loxşur//qabşur//qəmqal
 «qabyuyan parça».
Sinonim  cərgədəki  sözlərdən  biri  dominant  adlanır. 
Dominant  cərgənin  əsas  üzvü  sayılır,  əsas  mənanı  ifadə  edir, 
sinonim  cərgənin  məna  əsasını  daha  dəqiq  əks  etdirir.  Ona 
görə  də  sinonim  cərgənin  üzvləri  dominanta,  əsasən,  sıralanır. 
Cərgənin  əvvəlndə  dominant,  sonra  isə  o  biri  üzvlər  gəlir. 
Bəzən  isə  sinonim  cərgədə  əsas  sözü  müəyyənləşdirmək  çətin 
olur.  Sinonim  cərgədəki  dominant  sözlə  bağlı  bəzi  məqamlara 
aydınlıq  gətirmək lazım  gəlir.  Belə  hesab  edirlər ki,  «Cərgənin 
məna  əsasını  o  biri  üzvlərə  nisbətən  daha  aydın  ifadə  edən, 
üslubi  cəhətdən  tipik  normativ,  neytral,  emosional-ekspressiv 
xüsusiyyətlərdən  azad  olan  və  daha  çox  işlənən  söz  dominant 
ola bilər» (104,  15).
Bu  fikir  ekspressivlik,  emosionallıq,  məcazi  məna 
baxımından  doğrudur.  Başqa  hallarda  sinonim  cərgənin  hansı 
söz  əsasında  qurulması  amili  nəzərə  alınmalıdır.  Sinonimi
111


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə