Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə36/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   32   33   34   35   36   37   38   39   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
«silah  növü»,  «top»; 
top
  (oyun  aləti); 
кик  как  -
  «kök»;  «ağac 
kökü»; 
ara  -
  «məsafə»;  «münasibət»; 
yazı//yazi  -
  «yazı»; 
«çöl»,  «səhra»; 
çapımdan -
 «yal»;  «yalman» və  s.
4. 
Müxtəlif  mənalı  və  quruluşlu  alınma  sözlərin  tat 
dilində fonetik assimilyasiya nəticəsində formaca dəyişməsi  ilə 
yaranan  omonimlər: 
küpük  -
  «köpük»;  «qəpik»; 
furm ə  -  
«ferma»;  «forma»; 
ğəbz  -
  «qəbz»;  «mədə-bağırsaq  xəstəliyi»; 
şııtka -
 «diş fırçası»;  «sayğac»  (şotka) və  s.  (155,  23).
Tat  dilində  omonimlik  hadisəsi  daha  çox  leksik  yolla 
inkişaf  etmişdir.  Hazırda  bu  yolla  omonim  cərgələrin 
formalaşmasında  çoxmənalılıq,  alınma  sözlər  və  fonetik 
dəyişmələrlə bağlı  proseslər daha aktiv rol  oynayır.
Tat dilində sinonimlər.
Tat  dilinin  lüğət  tərkibi  leksik-semantik  söz  qrupları  ilə 
zəngindir.  Bunların  arasında  sinonimlər  xüsusi  yer  tutur. 
Sinonimləri  gerçəkliyin  eyni  əşya,  hadisə,  əlamət  və  ya 
hərəkəti  ilə  bağlı  olan,  lakin  müxtəlif  şəkillərdə  adlandırılan 
semasioloji  hadisə  kimi  təyin  edirlər  (39;  34;  64).  Fikrin  ifadə 
formalarının  zənginləşməsində,  dilin  məna  potensialının 
genişlənməsində,  habelə,  müxtəlif üslubi  çalarların  yaradılma­
sında  sinonimlərin  əvəzsiz  rolu  var.  Məna  ümumiliyinə  və 
üslubi  çalarlara  malik  olması  sinonimləri  başqa  semantik  söz 
qruplarından  fərqləndirən  əsas  əlamətlərdir.  Bütövlükdə, 
sinonimlik  hadisəsi  dildə  ayrı-ayrı  sözlərin  leksik  mənaları 
arasında  semantik  əlaqələri  müəyyən  edir,  məna  yükünün 
müxtəlif  leksik  vahidlər  vasitəsilə  ifadəsini  təmin  edir. 
Sinonimlər  eyni  bir  məhfumla  bağlı  olduğundan,  dildə  ifadə 
rəngarəngliyi  yaradır,  eyni  anlayışın  müxtəlif  çalarlarını 
nümayiş  etdirməyə  imkan  verir.  Sözlər  arasındakı  assosiativ 
əlaqənin  xarakterindən  və  leksik  vahidlərin  mənasının
106


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
dəyişməsindən  asılı  olaraq,  sinonimlər  arasındakı  məna 
əlaqələri  də  dəyişir  və  yeni  sinonim  cərgənin  yaranması 
prosesi  baş  verir.  Bu  baxımdan  sinonimlik  hadisəsi  dildə  baş 
verən  semantik  proseslərlə,  o  cümlədən,  sözlərin  mənası  ilə 
yaxından  bağlıdır.  Sinonimlərin  məna  yaxınlığının  hüdudları 
barədə  dilçilikdə  konkret  fikirlər  yoxdur.  Onların  təyini 
zamanı  çox  zaman  məna  yaxınlığı  əsas  götürülür.  «Fonetik 
tərkibcə  müxtəlif,  məzmunca  bir-birinə  yaxın  olan  sözlərə 
sinonim deyilir»  (69,  12).
Bəzən  sinonimlərin  təyini  zamanı  tam  eyniliyi  əsas 
götürülür.  Sözlərin  bir-birinə  sinonimlik  münasibəti  yalnız  o 
zaman  olur  ki,  onların  bu  və  ya  digər  mənaları  tam  eyniyyət 
təşkil  edir  (üslubi  və  emosional  cəhətdən  yox,  məhz  semantik 
cəhətdən).  Əgər  iki  və  daha  artıq  söz  mənaca  eynidirsə, 
bunlara  mütləq  sinonimlər  deyilir.  Tat  dilində  sinonim  kimi 
qəbul  edilən  bəzi  nümunələr  bu  fikri  təsdiq  edir.  Məsələn: 
qəloğ//vərə
  «qarğa»; 
qırmac  talari
  «şallaq»; 
qırov//ləysəıı 
«dəryaz»; 
əkinçigəri //rəncbəri
 
«əkinçilik»;
handalu//fııfah//fııtolu
 
«əvəlik»; 
pavli/nn  silim  sit lit m 
«nərdivan»  və  s.  Qeyd  olunan  sözlərdə  mənanın  tam  eyniliyi 
özünü  göstərir.  Belə  halın  yaranmasının  əsas  səbəbi  seçilmiş 
nümunələrin  tat  dilinin  müxtəlif  ləhcələrinə  aid  olmasıdır. 
Əvəliyin 
handalıı
  və  ya 
fııtalı
  adlandırılması  onun  ümumi 
mahiyyətində  heç  bir  dəyişikliyi  nəzərə  çatdırmır.  Əvəlik 
bitkidir  və  onun  müxtəlif  sözlərlə  adlandırılması  konkret 
səbəblərlə  bağlıdır.  Qeyd  olunan  halda  bu  səbəb  müxtəlif 
şivələrdə  həmin  bitkinin  (əvəliyin)  müəyyən  nəticəyə,  əsasən, 
adlandırılması  şəklində özünü göstərir.
M.Rzazadə  yazır:  «Sinonimlər  bir-birini  qeyd  və  şərtsiz 
əvəz  etmək  üçün  deyil,  bir  anlayışın  müxtəlif  məna 
incəliklərini  vermək,  ifadənin  təsirini,  bədii  gözəlliyini 
artırmaq,  fikri  konkret,  aydın,  parlaq  etmək  və  onu  rəngarəng
107


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
vasitələrlə  ifadə  etmək  üçündür»  (124,  41).  Tat  dilində 
cümlədə 
handalu
  və  ya 
futalı
  sözünü  işlətməklə,  fikri  konkret, 
parlaq və ya rəngarəng etmək məqsədi  güdülmür.
Sinonimlərin  semantik  meyarı  həmin  sözlərin  eynimənalı 
və  əksər  hallarda  məna  çalarlıqlarına  malik  olmasıdır. 
Sinonimlərin  nitqdə  işlənmə  xüsusiyyətləri  başlıca  olaraq 
aşağıdakılardır:  1)  təkrara  yol  verməmək;  2)  mənanı  daha 
dəqiq  ifadə  etmək;  3)  emosional-ekspressiv  hiss  (münasibət) 
yaratmaq;  4)  ifadə  edilən  əsas  fikri  aydınlaşdırmaq.  Sonuncu 
ilə  bağlı  G.Vəliyevanın  irəli  sürdüyü  nöqteyi-nəzər  səsləşir.  O 
yazır:  Müxtəlif  etnik  qruplarla  ünsiyyətdə  olan  yerli  dialekt 
sahibləri  onlarla  daha  intensiv  anlaşmaya  nail  olmaq  üçün 
müəyyən  məfhumu  onların  dilində  sinonimlə  işlətməyi  etnik- 
linqvistik  zərurət  sayır.  Təkrar-təkrar  baş  verən  bu  proses, 
nəhayət,  dialektin  sinonim  cərgəsində  əcnəbi  sözü  fəallaşdırır 
və  sabitləşdirir»  (145,  106).
Sözlərin 
sinonimliyini 
müəyyənləşdirərkən 
onlar 
arasındakı  assosiativ  əlaqəyə də fikir vermək lazımdır.
Sinonimlər  bir  ümumi  məna  ilə  əlaqədar  olub,  bir 
məfhumu 
müxtəlif  şəkildə 
adlandıran, 
leksik-semantik 
variantlarına görə eyniləşən,  mənaca yaxın  sözlərdir.
Sinonim  sözləri  təyin  etmək  üçün  onların  bir  sıra 
xüsusiyyətlərini  nəzərə  almaq  lazımdır:  1)  məna  yaxınlığı  və 
ya  məna  ümumiliyi;  2)  sinonim  cərgə  düzəltmə;  3)  bir-birini 
qarşılıqlı  əvəzetmə;  4)  müxtəlif  quruluşlara  malik  olma;  5) 
eyni  nitq  hissəsinə  aidolma;  6)  eyni  funksiya  daşıma;  7)  sözün 
çoxmənalılığı.
Sinonimlər  üçün  ümumiləşdirici  əsas  mənadır.  Məna 
ümumiliyində  sinonimlərin  bir  məfhum  ifadə  etmələri  nəzərdə 
tutulur.  Mənaca  yaxın,  formaca  müxtəlif  sözlər  bir  məfhumu 
bildirmələrinə  görə  əlaqəyə  girir.  Sinonimlər üçün ümumi  olan 
əşya  yox,  məfhumdur.  Sinonim  cərgənin  üzvləri  məna
108


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə