Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə29/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   25   26   27   28   29   30   31   32   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
II  FƏ SİL
TAT  D İLİN D Ə   SÖ ZLƏR İN   L E K SİK -SE M A N T İK  
VƏ  STR U K TU R  X Ü SU SİY Y Ə T L Ə R İ
Tat  dilində  çoxm ənalı  sözlər.
Polisemiya  və  ya  çoxmənalılıq  sözün  bir  neçə  mənanı 
ifadə  etməsi  hadisəsidir.  Sözün  həmin  mənalardan  hansını 
bildirməsi  onun  başqa  sözlərlə  əlaqəyə  girməsi  nəticəsində 
təyin  edilir.  Çoxmənalı  sözün  mənaları  arasında  müəyyən 
semantik  əlaqə  olur.  Bu  semantik  əlaqə  həmin  mənalar 
arasında  əsas  olur  və  müxtəlif  mənalara  müvafıqliyi  ilə 
səciyyələnir.  Çoxmənalı  sözlərin  mətndə  işlədilməsi  imkanları 
onların ifadə etdiyi  müxtəlif mənalarla şərtlənir.
Çoxmənalı  sözlər  müəyyən  cəhətdən  bir-birinə  oxşar 
əşya,  əlamət  və  hərəkətləri  bildirən  söz  qruplarıdır.  Bu  halda 
eyni  bir  söz  müxtəlif  mənaları  ifadə  etmiş  olur.  S.Cəfərov 
sözün  ilkin  mənasından  əmələ  gələn  yeni  mənaları  onun  məna 
çalarlığı  adlandıraraq  yazır:  «Müxtəlif məna  çalarlığına  malik 
olan  sözlərə  çoxmənalı  (polisemantik)  sözlər  deyilir»  (33,  18). 
Sözün  çoxmənalılığı  onun  mətndə  müxtəlif  mənalarda 
işlənməsində təzahür edir.
Çoxmənalılıq  dilin  tarixi  inkişafı  prosesində  yaranmışdır. 
«Müəyyən  denotatı  adlandırmaq  üçün  işlədilən  söz  işarəni 
fonomorfoloji  qabığını  dəyişmədən  başqa  bir  məfhumla  da 
əlaqələnməsi  olduqca  mürəkkəb  psixoloji  və  qnoseoloji  aktdır 
ki,  dilin  öz  təbiətində  var  olan  xüsusiyyəti  üzə  çıxaran  bu 
proses  insanın  müəyyən  intellektual  səviyyədə  dayanmasını 
tələb  edir»  (132,  153).
M.Falkoviç  qeyd  edir  ki,  «Çoxmənalı  sözlər  bu  və  ya 
digər  sözün  müxtəlif  mənalarının  bir  əsas  məna  ətrafında
85


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
birləşməsi  deməkdir  və  omonimdən  omonimik  sözlərin 
mənalarının  bir-biri  ilə  qətiyyən  əlaqəsi  olmaması  ilə 
fərqlənir» (295,  86).
Tat  dilində  çoxmənalı  sözlər  az  deyil.  Məsələn: 
ta n //tə n :
1)  yanına,  bir  şeyin  (şəxsin)  olduğu  yerə;  2)  bərabər,  tən;  3) 
bədən; 
a la t 
-
  1)  paltar;  2)  yorğan-döşək; 
v a r   d a rə n :
 
1) 
çevirmək;  2)  döndərmək;  3)  hərlətmək; 
d a h a r  
-
  1)  dağ;  2) 
qaya; 
d ə m kə /Z y e d əm g ə :
 
-   1)  bayaq;  2)  bir  az,  bir  qədər  əvvəl; 
d ə g iiftə n :
 
1)  geyinmək;  2)  örtmək.  Qeyd  etmək lazımdır ki,  bu 
sözün  Qonaqkənd  ləhcəsində 
d ə k ə r d ə n
 
şəklində  işlənməsi 
göstərilmişdir  (59,  145). 
A s i  b ira n /Z ə si  h i ran : 
-
  1)  darıxmaq;
2)  özünü  narahat  hiss  etmək;  3)  əsəbiləşmək,  hirslənmək və  s. 
Müq.et:  azərb. 
a s i  o lm a q .
Fonetik 
tərkibcə 
eyniliyə 
fonemlərin 
kombinator 
xüsusiyyəti  kimi  baxan  V.Solntsev göstərir ki,  çoxmənalılıq və 
omonimlik  hadisələrini  birləşdirən  əsas  cəhət  eyni  bir  səs 
kompleksindən  təşkil  olunmuş  sözün  bir  və  ya  bir  neçə  məna 
daşımasıdır.  Burada mənalararası  bağlılığın mövcudluğu,  eləcə 
də,  yoxluğu  əhəmiyyətli  deyil.  Hər  bir  danışıq  aktında 
çoxmənalı  sözün  (yaxud  omonimin)  yalnız  və  yalnız  bir 
mənası  reallaşır  (285,  256-257).  Doğrudan  da,  sözün  məhz 
hansı  məna  daşıması  kontekstdə  üzə  çıxır.  Bu  baxımdan  tat 
dilində  bir  sıra  sözlərin  bütün  mənalarının  təyin  olunub- 
olunmamasını  demək  çətindir.  Bu  çətinlik  dildə  olan  yazılı 
mətnlərin  azlığından  irəli  gəlir.  Ləhcələr  üzrə  toplanmış 
materiallarda  qeydə  alınmış  sözlər,  təbii  ki,  tat  dilinin  bütün 
lüğət  fondunu  əhatə  etməməklə  yanaşı,  bir  sözün  müxtəlif 
mənalarda  işlənib-işlənməməsini  də  aydınlaşdırmağa  imkan 
vermir.  Sözün  müxtəlif  mənaları  isə  həmin  sözün  ayrı-ayrı 
sözlərlə  birləşməsi  və  cümlələrdə  işlədilməsi  prosesində  aşkar 
olur.  Uşun  bə  kilon  duzdəh  dəst 
o la t
 
cihiz  dora  birund.  -  
«Onlar  qızlarına  on  iki  dəst 
y o r ğ a n - d ö ş ə k
 
cehiz  vermişdilər.
86


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
Həmidə  gedeyi  nüğə 
o la t
 
dəyiftabi.  «Həmidin  oğlu  təzə  paltar 
geymişdi».
T ən
 
sözü  ilə  bağlı  bəzi  məsələlərə  aydınlıq  gətirmək 
lazım  gəlir. 
T an/Z tən
 
sözündə  çoxmənalılıq,  eləcə  də, 
omonimlik  eyni  sözün,  yaxud  oxşar,  yaxın  fonetik tərkibdə  bu 
sözün  müxtəlif  mənalarda  işlənməsi  ilə  əlaqədardır.  Müasir 
Azərbaycan  dilində 
tə n
 
sözünün  mənaları  arasında  böyük  fərq 
var.  Türk  mənşəli  söz  kimi 
tə n
 
həm  sifət,  həm  də  zərf  olur. 
Onun  mənası  «ölçü,  boy  və  s.  cəhətdən  eyni»  olmaqdır.  Dost 
dosta 
tə n
 
gərək; 
T ən
 
olmasa,  gen  gərək  (Məsəl);  Qalxdın  şahin 
kimi  üfüqlərə 
tən
  (N.Xəzri).  Azərbaycan  dilində 
tə n   g ə lm ə k  
frazeoloji  birləşmədir  «tam  uyğun  gəlmək»,  «bərabər  olmaq», 
«düz gəlmək» (16,  162).
M.Kaşğaridə 
tə n
 
sözü  «bədən,  vücud»  mənasında  verilir. 
Lüğətdə 
tə n q  
-
  tay,  tay-tuş,  yaşıd; 
tə n q ə r  
-
  iki  şeyi  bir-birinə 
müvaziləşdirmək,  tən  etmək; 
tə n g ə ş  
-
  müvaziləşmək,  iki  şeyin 
bir-birinə  tən  olması; 
tə n q lə
 
iki-şeyi  bir-birinə  tən  etmək; 
tə n q lə ş  
-
  iki  şeyi  bir-birinə  tənləşdirmək,  bərabərləşdirmək 
sözləri  də  verilmişdir  ki,  bunlar  müasir  Azərbaycan  dilində 
işlənən  «tən»  sözünə  uyğundur  (86,  528).  Müasir  Azərbaycan 
dilində 
işlənən 
tə n i ə ş d ir  ilm  ə, 
tə n i ə ş d ir  ilm ə k

tə n lə ş m ə
, 
tə n lə ş m ə k ,  tə n lik
 
(riy.)  sözləri  «tən»  kökü  əsasında  əmələ 
gəlmişdir.
Dilmizdə  ərəb  dilindən  alınma  «tə  n»  müasir  dildəki 
tə n ə  
sözünün  «tən»  variantı  şəklində  klassik  ədəbiyyatda  qeydə 
alınır.  Alma  ağacı  dibində  sayə; 
T ə n
 
eylər  idi  bulud  da  ayə 
(Xətai);  Mənə 
tə n
 
eyləyən  qafil  səni  görgəc  utanmazmı? 
(Füzuli).
Müasir  Azərbaycan  dilində  «bədən,  vücud»  mənasında 
istifadə  olunan  «tən»  sözü  fars  dilindən  alınmadır.  Daha  çox 
klassik  ədəbiyyatda  işlədilmişdir.  Can  əgər  çıxsa 
tə n im d ə n  
əsəri-mehrin  ilə;  Əsəri-mehrini  sanma  ki,  çıxar  canımdan
87


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə