Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə27/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   23   24   25   26   27   28   29   30   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
Ç eruvu  (yə) 
-   «heyvan»  (Q.,  Məl.).  Baba  bey  Aysel  ə 
bare  çeruvuyə  nağul  gof  saxtü  -   «Baba  Ayselə  heyvanlar 
barəsində nağıl  danışdı».
P işətə 
-   «əvvəl»  (Şam.,  Q.).  Pişətə  ye  dihə  ədəmiyəyi  u 
yekin  dih  zu-zu  bəraftən  birund  -   «Əvvəllər  bir  kəndin 
adamları  o biri kəndə tez-tez gedib-gələrdilər».
Ö sinə 
-   «nağıl»  (Xaç.,  Qon.  k.).  Nəneymu  beymu  «Dütə 
birar»  ə  öüsineyirə  qaft  saxt  -   «Nənəmiz  bizə  «İki  qardaşın 
nağılı»nı  danışdı».
Şərm 
-  «xəcalət»  (Q.,  Şam.).  Pərviz be dura gof saxteyirə 
şərm keşi -  «Pərviz danışdığı yalana görə xəcalət çəkdi».
Şüküm ,  şüküm üm  
-   «hirs,  qəzəb;  hirsli,  qəzəbli»  (Q.). 
Xədicə  xalə 
ş ü k ü m
 
xaştənə  pönə  nədast  saxtən  -   «Xədicə  xala 
öz qəzəbini  gizlədə bilmədi».
Odəs 
-   (Q.). 
O
 
«su
» + d ə s
 
«əl».  Mənası:  Ayaqyoluna 
gedəndə götürülən  su.
Sərzirava 
-  «eniş» 
(Q.).  Ə 
ye  galə bədə  imu be  sərzirava 
raftem -  «Bir azdan bir enişlə getdik».
B alustun 
-   «dirək»  (Qon.  k.). 
U stə
 
bə  nuqə  duxtə  xunə 
b a lu s tım
 
nahə.  «Usta təzə tikilmiş evə dirək/sütun qoyurdu».
Tirəçu 
-   «yelləncək»  (Qon.  k.).  İmi  bə  hamin  bə 
Qonaqkənd bəraftəni boş  əyalun  ə tütdar tirəçi  imvoşirim.  «Biz 
yayda  Qonaqkəndə  gedəndə  uşaqlarla  tut  ağacından  yelləncək 
asardıq».
Tat dilinin Qonaqkənd və  Quba ləhcələrindən Azərbaycan 
dilinin  Quba  dialektinə  bir  sıra  sözlər  keçmişdir.  Yalnız  Quba 
dialektinə  məxsus  hesab  edilən  sözlərin  bir  qismi  tat  dilindən 
alınmalardır  (18,  248).  Belə  sözlərə  aid  kifayət  qədər 
nümunələr  var.  Məsələn: 
b ə q ə lə
 
«böyürtkən», 
q a ll
 
«tərəf, 
yan», 
q ə c ə lə
 
«sağsağan», 
m ü ş k iir
 
«qışlaq», 
p i l p i r e k
 
«pərvanə», 
s ir t
 
«təpə», 
ç ə s p ə r
 
«sərhəd», 
ş ə tə l
 
«corab» və  s.
Qeyd  etmək  lazımdır  ki,  tat  dilinin  Qonaqkənd
79


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
ləhcəsindən  Azərbaycan  dilinə  keçmiş  sözlər  azlıq  təşkil  edir 
və  onların  bilavasitə  tat  dilindən  və  ya  fars  dilindən  keçməsi 
mübahisə  doğurur.  Bunun  müqabilində  Azərbaycan  dilindən 
tat dilinə keçən  sözlər burada çoxluq təşkil  edir.
Tat  dilinin  lüğət  tərkibində  çoxlu  sayda  Azərbaycan  dili 
mənşəli  sözləri var.  Məsələn: 
s ə r in ,  d ir s ə k ,  u cu z,  s e ç m ə ,  çən g ə , 
q ə ri,  ta va ,  q ə y q ə n a q ,  p u s q u ,  a ç u q ,  ig id ,  ilxi,  in c im iş ,  in c im ə k , 
d a b a n ,  ü zü k,  g ö z ə l,  s ır tıq ,  ara ,  q  ə r a lm ış   « q a r a lm a q » ,  y a r a m a z , 
y iiz b a ş i,  a ç  ər,  tu z   (to z),  g ü l
 
və  s.  Azərbaycan  dilindən  alınma 
sözlərin  bir  qismi  heç  bir  fonetik  dəyişikliyə  uğramadan 
işlənir.  Bəzi  sözlərdə  isə  cüzi  fonetik  dəyişikliklər  müşahidə 
edilir.  Fonetik dəyişiklik daha çox  saitlərdə baş verir.  Məsələn: 
a ç u q ,  q ə y q ə n a q ,  q ə r i.
 
Burada  bir  cəhət  də  açıq-aşkar  nəzərə 
çarpır.  Azərbaycan  dilində  «a»  saiti  ilə  işlənən  sözlər  tat 
dilində  «ə»  saiti  ilə  tələffüz  olunur.  Məsələn: 
q ə y q ə n a q - 
q a y q a n a q , 
q ə r i-q a r ı, 
q ə r a lm ış  
( s a x tə n ) - q a r a lm a q
 
və  s. 
sözlərində  bunu  görürük.  Zənnimizcə,  «qabaq»  sözünün  tat 
dlinin  Qonaqkənd ləhcəsində  «qəbəq»  kimi  işlənməsi  də həmin 
fonetik qanunauyğunluqla  əlaqəlidir.
Amma burada belə bir cəhəti  də nəzərə  almaq lazım  gəlir. 
A > ə
 
əvəzlənməsi  Azərbaycan  dilinin  dialekt  və  şivələrinə  də 
xasdır.  Tat  dili  isə  daha  çox  Azərbaycan  dialekt və  şivələri  ilə 
təmasda  olur.  Belə  olduqda  hər  iki  dildə  eyni  hadisənin 
müşahidə olunması  qəribə deyil.
Tat  dilinin  Qonaqkənd  ləhcəsinə  Azərbaycan  dili 
vasitəsilə  başqa  dillərdən  alınma  sözlər  də  keçmişdir.  Bu 
sözlərin  əksər  hissəsi  rus  dilindən  və  rus  dili  vasitəsilə 
alınmalardır.  Tat  dilinin  bu  və  ya  digər  şivəsinə  rus  dilindən 
birbaşa keçən  sözlər  azdır.  Ümumiyyətlə,  belə  sözlərin birbaşa 
və  ya  Azərbaycan  dili  vasitəsi  ilə  keçməsi  çox  zaman 
mübahisə  doğurur.  Fikrimizcə,  yalnız  o  sözləri  rus  dilindən 
birbaşa  keçmiş  saymaq  olar  ki,  onlar  Azərbaycan  dilində
80


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
alınma söz kimi  qeydə  alınmır.
Tat  dilinin  Məlhəm  şivəsi  öz  fonetik  xüsusiyyətlərinə 
görə Lahıc ləhcəsinə yaxınlıq nümayiş  etdirir.  Bu  şivədə leksik 
vahidlərdə  bir  sıra  fonetik  əvəzlənmələr  baş  verir.  Belə 
əvəzlənmələrə aşağıdakılar aiddir:
1.  A>Ə  əvəzlənməsi. 
Asul-əsil
 (Məl.)  -   «əsil»; 
asıılbənd-
əsilbənd
 (Məl.) -  «əsilli»; 
badə-bədə
  (Məl.) -  «sonra»; 
bar-bər 
(Məl.)  -   «yük»; 
baydəq-bəydoq  -
  «bayraq»  və  s. 
Baydaq
  sözü 
Azərbaycan  şivələrində  də  işlənir.  Bu  əvəzlənmə  sözün birinci 
hecasında  özünü  göstərir: 
amburun-əmrii
  (Məl.)  -   «armud»; 
angul-əngul
  (Məl.)  -   «düyün»; 
başkun-bəşi
  (Məl.)  -   «olsun» 
və  s.  Məlhəm  şivəsində  bəzi  sözlərdə  sözün  son  hecasında  da 
a>ə
 
əvəzlənməsi 
baş  verir: 
bağala-bəğələ
 
(Məl.)  -
«böyürtkən» və  s.
2.  A>0  əvəzlənməsi: 
axır-oxar
  (Məl.)  -   «axır»; 
agah 
birən-ogəh  birən
  (Məl.)  -   oyanmaq; 
alat-olat
  (Məl.)  -  
«paltar»; 
ardava-ardova
 (Məl.) -  «sıyıq» və  s.
3.  A>U əvəzlənməsi: 
astarən-ııstorən
 (Məl.) -  «almaq».
Məlhəm  şivəsində  samitlərin  əvəzlənməsi  də  özünü
göstərir.  Məsələn: 
bafo-vəfo
  (Məl.)  -   «vəfa»; 
bagəstən-
vogərdən
  (Məl.)  -   «qayıtmaq»; 
bafan-vəfrən
  (Məl.)  -  
«demək».  Əvəzlənmə fellərdə daha çox qeydə alınır.
Məlhəm  şivəsində  işlənən  bir  çox  sözlər  Abşeron  və 
Lahıc  ləhcələrində  işlənən  sözlərlə  eyniyyət  təşkil  edir. 
Məsələn: 
divon
  «məhkəmə», 
div on ə
  «divanə», 
diyə
  «artıq», 
dizd
 «oğru» və  s.
Məlhəm  şivəsində  bəzi  sözlərdə  əsaslı  fərqlər  aşkara 
çıxır.  Lahıc  ləhcəsində  «tövlə»  mənası  «ceydun»  forması  ilə 
ifadə  olduğu  halda,  Məlhəm  şivəsində  bu  məna  «qodun» 
forması  ilə  verilir.  Bu  söz  iki  tərkib  hissəsindən  ibarətdir: 
qo+dıın.  Ooqov
 «inək»  sözündəndir.  Bu  söz tat dilinin ləhcə və 
şivələrində  eyni  fonetik  formada  işlənir. 
Çeydıın
  formasında
81


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə