Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə25/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   21   22   23   24   25   26   27   28   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
ola  bilsin  ki,  tat  formasının  təşəkkülündə  iştirak  etmişdir. 
Başqa  İran  dillərində  də  «quyu»  mənasının  ifadəsi  üçün  türk 
dillərindən  alınmaların  olduğu  məlumdur:  tac. 
k u d u k
 
(TRS, 
251),  kürd, 
q ttd i
 
(KRS).
D aq-daq 
«damcı-damcı»  (Kil.).  Ə  düzd 
d a q - d a q
 
xun rixt. 
-  
O ğ r u d a n   d a m c ı- d a m c ı  q a n   a x d ı.
Kür  -   «fərsiz,  zay»  (Kil.).  M.Hacıyev  bu  sözün  Xızı, 
Qonaqkənd,  Mədrəsə  tatlarının  dilində  «bədbəxt,  qara  taleli» 
mənalarında  işləndiyini  qeyd  etmişdir  (Əbülhəsənə  kuki 
k iır 
dürma -  «Əbülhəsənin oğlu 
k iır
 
(fərsiz, zay)  çıxdı»)  (61,  71).
Əlimizdə  bu  sözün  izah  edə  biləcək  və  İran  dillərinə  aid 
faktlar  azdır:  «kənək  (çətin)  qoz»  sözü  (qrafemi)  «oğul,  uşaq» 
mənasında da işləndiyi  məlumdur (PRS,  II,  316).
Azərbaycan  dilinin  dialekt  və  şivələrində 
k iır
 
sözü  daha 
geniş 
surətdə 
təmsil 
olunmuşdur. 
Hələ 
«Kitabi-Dədə 
Qorqud»da  bu  söz  mənfi  mənalı  bir  təyin  kimi  işlənmişdir: 
tanrı  bizə  bir 
k iir
 
oğul  vermiş  (KDQ,  72);  Yarımasın- 
yarçımasın,  sənin oğlun 
k ü r
 
qopdu,  ərcəl  qopdu (KDQ,  36).
Qeyd  etmək  lazımdır  ki, 
k iir
 
sözü  təkcə  «Kitabi-Dədə 
Qorqud»da  işlənmir.  Azərbaycan  dilinin  dialekt  və  şivələrində 
də  bu  söz  geniş  surətdə  işlənir.  Məsələn, 
k ü r
 
sözü  Şamaxıda 
«aciz»,  Salyanda  «tənbəl»  mənasında  qeydə  alınmışdır  (13, 
295).
Azərbaycan  dilinin  Qafan  şivəsində 
k ü r lü k   e lə m ə k
 
ifadəsi 
körpə  uşağın  uzun  müddət  ağlayıb,  haray-həşir  salmasını 
bildirir.
K iir
 
sözünün 
«Kitabi-Dədə 
Qorqud»da 
işlənməsi 
ədəbiyyatçılar  və  tədqiqatçıların  bu  sözə  marağını  birə-beş 
artırmışdır.
Şairlər öz  şerlərində 
k iir
 
sözünü və  yaxud  onun  izahlarını 
işlətməyə  çalışmışdırlar.  Məsələn:  Bir  tayfa 
g ü n lə r i  q a ra , 
ta le y i  k ü r d ü r s ə
...
  (R.Rza);  Kim  deyir taleyi  ayazdı, 
kiirdii,
 
axı,
73


Gülsüm Hüseynova.  Tat dilinin leksikası
gecələr də yarı  ömürdü (M.İsmayıl).
Tədqiqatçıları  hər  şeydən  əvvəl 
k iir
 
sözünün  nə  mənada 
işlənməsi  maraqlandırmışdır.  «Kitabi-Dədə  Qorqud»un  izahlı 
lüğətində  o,  «qışqırıqçı»  kimi  izah  edilmişdir  (88,  122). 
R.Məhərrəmova 
k iir
 
sözünü  omonim  söz  hesab  edib,  «Kitabi- 
Dədə  Qorqud»da  «nankor,  fərasətsiz,  ağlağan,  qışqırıqçı»  mə­
naları  ilə yanaşı,  «pak,  təmiz»  mənalarında da işləndiyini  qeyd 
etmişdir (101,  192).
V.Aslanov 
k iir
 
sözünün 
«Kitabi-Dədə 
Qorqud»da 
«ərkövün»  mənasında  işləndiyini,  müasir  Azərbaycan  dialekt 
və  şivələrində  geniş  şəkildə  işləndiyini  qeyd  etmişdir.  O, 
K iir ə ç a y
 
hidronimini  araşdırarkən 
k iir
 
sözünü geniş təhlilə  cəlb 
etmişdir  (8,  26).  Amma  o, 
k iir
 
sözünü 
q o r
 
sözü  ilə  bağlamağa 
çalışmaqla,  mətləbdən uzaqlaşmışdır.
Micilə//midilə//bitilə//pitilə  —
  «xırda»,  «balaca»;  «zəif». 
Tat  dilinin  Şamaxı  şivəsində,  eləcə  də,  Qonaqkənd  və  Quba 
ləhcələrində  işlənir.  R.Rüstəmov  bu  sözün  Azərbaycan  dilinin 
şərq  şivələrində  (Quba,  Şamaxı)  işləndiyini  göstərmişdir  (121, 
70-71).  M.Hacıyev  onun  Azərbaycan  dilində  «xırda»,  «çox 
zəif»,  «ölüvay»  mənalarında  işləndiyini  qeyd  etmişdir.  Bu  söz 
tat  dilinin  Məlhəm  şivəsində 
b itilə ,  p i t i l ə
 
şəklində  işlənir  (60, 
74).  Talış  dilində 
m iin c ilə
 
(anqıştə)  «çeçələ  barmaq» 
mənasında işlənir (TRS,  290).
İran  dillərində  çox  gödək  boylu  adamlara,  liliputlara 
«məçul»  deyilir.  Bu  sözün  də  əsasında «çox xırda,  çox balaca» 
mənası  durur.  Bizim  fıkrimizcə, 
m ic ilə
 
talış  dilindəki 
m ü n ə c ilə /fm ü c ü lə
 
sözü  ilə  eyni  kökdəndir  və  çox  kiçik 
mənasını  ifadə  edir.  Bu  söz  qədim  sözlər  qrupuna  aid  edilə 
bilər.
M anca 
«ip»  (Kil.).  Mancara  bastand  ə  qeyişi  güllü 
saxtənd  zərva  «İpi  kəmərindən  (kəmərinə)  bağlayıb,  aşağı 
salladılar».
74


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
H ərşəfin 
«qızılı»  (Kil.).  Bi  rav  yeki  rast  imarən  ki,  niştə 
əşrəfin
  stola  bə  səri  -   «Bu  vaxt  birinə  rast  gəlir  ki,  oturub 
əşrəfi
  stolun  üstündə»  (yaxud:  «Bu  vaxt  qızıl  stolun  başında 
oturmuş bir kişiyə rast gəlir»).
Tat  dilinin  digər  şivələrində  işlənən  spesifik  sözlər 
müəyyən  toplu  təşkil  edir.  Belə  sözlər  morfoloji  baxımdan 
müxtəlif nitq  hissələrinə  aiddir.  Onlar  eyni  zamanda  müxtəlif 
leksik-semantik qruplara daxil  olur.  Ayrı-ayrı  şivələrdə işlənən 
spesifik  sözlər  haqqında  daha  geniş  təsəvvür  əldə  etmək  üçün 
onlarla  bağlı  nümunələri  nəzərdən  keçirmək  maraq  kəsb  edir. 
Bu 
nümunələrin 
cümlə 
daxilində 
işlənməsi 
onların 
semantikasının  açılmasında  əhəmiyyət  kəsb  etdiyi  üçün  hər 
sözün  cümlədə  işlənməsinə  dair  misal  vermək  məqsədəuy­
ğundur.
A şdi  birən 
-   «barışmaq»  (Ab.).  Ki  bə  id  hadi  nə  saxtən, 
aşdi  imburund  -   «Kim  bayramda  küsülü  olur,  barışır»  («Kim 
bir-birini  danışdırmır,  bayramda barışır»),
Baranqu 
-   «badımcan»  (Ab.). 
Baranqnrə
  ni  və  nümük 
«Badımcanı  duza qoy».
Bozə 
-   «yenə»  (Ab.).  Digər  tat  ləhcələrində,  lah. 
avoz, 
avozgə\
  Quba,  Dəvəçidə 
bozəm
  formasında  işlənir.  Misal: 
Dirim  ki, 
bozəm
  amares  poyistes  bo  unca.  «Gördük  ki,  yenə 
gəlib  orada dayanıb».
Cora 
-   «süpürgə»  (Ab.).  Quba,  Qonaqkənd,  Xaçmaz 
ləhcələrində 
corır,
  Lahıc  ləhcəsində  «cezi»  formasında  işlənir. 
Məsələn:  Əyal  boş  com  vozi  saxtən  -   «Uşaq  süpürgə  ilə 
oynayır».
D ezirən 
-  
«sancmaq» 
(Ab.). 
Lahıc 
ləhcəsində 
«fırağıstan»  şəklində  qeydə  alınmışdır.  Ənqə  dezirəni  xub  nə 
əbirən.  «Arının  sancmağı  pis olur/yaxşı  olmur».
D ülə  qoğal 
-  «içli  qoğal»  (Ab.).  Bu iki tərkib  hissəsindən 
ibarətdir:  Birinci  tərkib  hissəsi 
(diil)
  «ürək,  iç»,  ikinci  tərkib
75


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə