Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə31/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   27   28   29   30   31   32   33   34   ...   85

Gülsüm Hüseynova.  Tat dilinin leksikası
Anqul
  yumru  şəkildə  sarılmış  ipə  də  deyilir.  Bu  məna 
düyün  sözünün  əsas  mənasından  irəli  gəlir.  Uzun  ipi  bir  yerə 
toplamaq,  yumrulamaq,  bağlamaqdan  alınan  yeni  məfhuma 
düyünlə  oxşar  cəhətlərinə  görə  bu  ad  verilmişdir.  Bu  adın 
verilməsində  məhz  sapın  sarınmasının  da  rolu  var.  Təsadüfi 
deyil  ki, 
diiyim
  sözünü  izah  edərkən  ipin,  sapın  bir-birinə 
calanması  əsas götürülür.
Boxça  dördkünc  və  ya  düzbucaqlı  şəklində  parçanın 
üstünə müəyyən  şeyləri  topladıqdan  sonra onun çarpaz uclarını 
bir-birinə  düyünləməklə  alınan  şeydir.  («Boxça.  İçinə  dəyişək, 
parça  və  s.  qoyulub  bükülmüş  bağlama»)  (ADİL,  I,  298). 
Deməli, 
boxça
  son  düyünləmə  prosesində  əldə  olunduğu  üçün 
ona  da  «anqul»  adı  verilmişdir.  Puştu  dilində 
düyün
  sözünün 
bir  mənası  kimi 
bağça,  boxça
  da  verilmişdir  (RPDS,  705). 
Aparılmış təhlil  göstərir ki,  tat dilində  anqul  çoxmənalı  sözdür. 
Onun  hər üç  mənası  arasında  əlaqə  var.  Talış  dilində  quruyub 
bərkimiş torpaq  parçasına  (kəsək) 
anqülü
  deyilir (225,  40).  Bu 
söz də eyni  əsasdan yaranmışdır.
Tat  dilindəki 
vəşundan
  sözünün  «yaymaq,  açmaq 
(xəmiri)»;  «qaytarmaq  (qusmaq)»;  «yunu  açmaq,  daramaq» 
mənaları  var. 
Vəşundan
  çoxmənalı  sözdür.  Sözün  birinci  və 
üçüncü  mənaları  arasındakı  əlaqə  aydın  görünür.  Burada  topa 
şəklində  olan  şeyi  yaymaq,  topanı  ayırmaq  mənası  əsasdır. 
Əlbəttə,  xəmiri  yaymaq  «kündəni  yastılamaq»  anlamını  da 
verir.  Lakin  əsas  məna  məhz  «açmaq»,  «yaymaq»  və 
«təmizləmək»dir.  «Qusmaq»  mənasının  qeyd  olunan  ümumi 
məna  ilə  bağlılığını  aydınlaşdırmaq  bir  qədər  çətindir.  Yunu 
açmaq,  daramaq prosesinin təmizləmə xüsusiyyəti  var.  Darama 
və  açmada  artıq  şeylər,  zir-zibil  yundan  çıxarılır.  Qusmaq  da 
orqanizmdə  olan  zərərli  maddələrin  xaric  edilməsi  prosesidir. 
Fikrimizcə,  qeyd  olunan  mənalararası  bağlılığı  bununla  izah 
etmək mümkündür.
91


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
Tat  dilindəki 
d ə k a r d a n
 
felinin  üç  mənası  var:  «tökmək 
(suyu)»;  «geyinmək»;  «örtmək».  Verilmiş  mənalardan  sondan 
ikisi  arasında bağlılıq  var. 
G e y in m ə k
 
«paltarla bədəni  örtmək» 
anlamını  verir.  Ona  görə  də  «geyinmək»  və  «örtmək 
mənalarının 
d ə k a r d ə n
 
feli 
ilə  ifadə 
olunması 
sözün 
çoxmənalılığını  təsdiqləyir.  Lakin 
d ə k a r d ə n
 
felinin  «su 
tökmək»  mənasının  əvvəlki  iki  məna  ilə  bağlılığı  yoxdur.  Bu 
baxımdan 
d ə k a r d ə n
 
feli  tat  dilində  həm  omonim,  həm  də 
çoxmənalı  söz kimi  qəbul  oluna bilər.
Çoxmənalı  sözlər  müəyyən  cəhətdən  bir-birinə  oxşar 
əşya,  əlamət  və  hərəkət  bildirən  söz  qruplarıdır.  Tat  dilində 
çoxmənalılığın  daha  geniş  yayılmasında  alınma  sözlər  xüsusi 
rol  oynayır.  Bir  çox  hallarda  çoxmənalılıq  alınma  sözlərin 
hasabına  yaranmışdır.  Aşağıdakı  misallarda  bunu  aydın 
görmək  mümkündür: 
a m a n //a m o n  
-
  «bağışlama»,  «rəhm 
etmə»;  ağrıdan  çıxarılan  səs  (nida); 
a fta r ə n ı  u fto r a n  
-
  «yola 
düşmək»;  «başa  düşmək»;  «fikrə  düşmək»;  «gözü  düşmək»; 
k u k   k iik  
-
  «oğul»;  «dolu,  kök»;  «kefi  kök»; 
m o l  m a l  -  
«əmlak,  varidat»;  «satılmaq  üçün  bazara  çıxarılan  şey»; 
«iribuynuzlu  mal-qara»; 
r a s t// r o s t 
-
  «üz-üzə  gəlmək, 
rastlaşmaq»;  düz  (sifət);  düz  danışmaq; 
h a v a //h ə v o  
-
  «hava»; 
«mahnı»,  «musiqi»;  «dəli  olmaq»,  «havalanmaq»;  «göy», 
«səma»; 
h ə l i m /  h ə liim  
-
  «xoşxasiyyət»;  «düyü  suyu»,  «həlim»; 
«yaxşı  bişmiş  xörək»; 
şur/Z şiir 
-
  «duzlu»;  «şor  (ağartı 
məhsulu); 
k e ş ir ə n   k ə ş ir a n
 
«şəkil  çəkmək»;  «dərd  çəkmək»; 
«dözmək»;  «sürümək (şeyi,  kisəni  və  s)»; 
x a r ə //x o r ə  
-
 «güvə»; 
«parça»;  «dərz  tayası»,  «bərdək»; 
zə r a n /Z z ə rə n  
-
  «qırxmaq»; 
«vurmaq»;  «çalmaq (musiqi  alətində)» və  s.
Tat  dilində  om onim lər.
Tat  dilinin  lüğət  tərkibinin  zənginləşməsində  digər
92


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
leksik-semantik  söz  qrupları  ilə  yanaşı,  omonimlər  də  xüsusi 
yer  tutur.  Omonimlik  sözlər  arasında  semantik  münasibət 
tipidir.  Omonimlik zamanı  sözlərin mənaları bir-biri  ilə heç bir 
əlaqəyə  malik  olmadığı  halda,  onlar  eyni  fonetik tərkibə  malik 
olur.  Ona  görə  də  dilçilikdə,  adətən,  eyni  səs  tərkibinə  malik 
olub,  bir-biri  ilə  əlaqəsi  olmayan  mənaları  ifadə  edən  sözlər 
omonim  sözlər  adlandırılır.  Bəzi  tədqiqatçılar  bu  tərifi  bir 
qədər  genişləndirir,  onu  daha  da  açmağa  çalışırlar.  Məsələn, 
S.Cəfərov  «bir-biri  ilə  əlaqəsi  olmayan  və  ya  məna  əlaqələrini 
çoxdan  itirmiş  məfhumları  ifadə  edən  eyni  səs  tərkibinə  malik 
sözləri»  omonim  kimi  səciyyələndirir  (33,  24).  Aydındır  ki, 
omonimləşmə  dilin  tarixi  inkişafı  prosesində  baş  verir. 
Müəyyən  mənası  olan  sözdən  bu  məna  ilə  heç  bir  əlaqəsi 
olmayan  başqa  bir  məfhumu  adlandırmaq  üçün  istifadə 
olunması  fikri  özünü  doğrultmur.  Bunun  müqabilində  sözün 
ilkin  mənasının  zaman  keçdikcə  inkişaf  etməsi,  bu  məna 
əsasında  yeni,  bir  qədər  fərqli  mənaların  meydana  çıxması 
hadisəsi  baş  verir  ki,  bu  da  sözün  polisemantikliyə  doğru 
inkişafıdır.  Elə  ona  görə  də  omonimlər  şəkil  və  məna  etibarı 
ilə  çoxmənalı  sözlərə  oxşayır.  Lakin  bu  leksik-semantik 
kateqoriyalar  arasında  ciddi  fərqlər  mövcuddur.  Onların 
yaranması  müəyyən  hallarda  eyni  leksik-semantik  prosesin 
davamı  kimi  baş  versə  də,  forma  və  məzmun  münasibətinə, 
yazılışına  və  tələffüzünə,  nitq  hissələrinə  aidiyyətinə  və  s. 
cəhətlərə  görə  omonimlərin bir sıra  spesifik xüsusiyyətləri  var. 
Həmin 
xüsusiyyətləri 
H.Həsənov 
aşağıdakı 
şəkildə
müəyyənləşdirir:  1.  Mənaca müxtəliflik.  2.  Formaca eynilik.  3. 
Tələffüzcə  eynilik.  4.  Qrafik  cəhətdən  eynilik.  5.  Eyni  və 
yaxud  müxtəlif  nitq  hissələrinə  aidlik.  6.  Eyni  və  müxtəlif 
sintaktik  funksiyalılıq.  7.  Eyni  və  müxtəlif  mənşəlilik.  8. 
Omonim  cərgələrdə tərkib  hissələrinin həm  kök,  həm  də leksik 
və qrammatik əlamətlərə görə  eyniliyi  (67,  44).
93


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə