Texniki qulluq və təmir sisteminin Əsasnaməsinə görə profilaktik xarakterli işlər məcburi
olaraq müəyyən yürüşlərdən sonra yerinə yetirilir. Profilaktik xarakterli işlərin müəyyən
Texniki qulluq texnoloji prosesinin əsas vəzifəsi odur ki, minimum vaxt sərf etməklə
görülən işlər yüksək keyfiyyətlə yerinə yetirilsin. Bununla işçilərin əmək məhsuldarlığı yüksəlir.
Texniki qulluq bir çox əməliyyatlardan ibarətdir ki, bunların hər biri qulluğun texnoloji
hansı aqreqatında, mexanizmində, sistemində texniki xidmət zamanı kompleks şəkildə ardıcıl
82
Texniki qulluq zamanı avtomobildə aparılan əməliyyatların sayı çoxdur. Bu əməliyyatlar
öz xarakterlərinə, istifadə edilən avadanlığa və yerinə yetirilmə şəraitlərinə görə aşağıdakı
qruplara bölünür: a) yığışdırma, yuma və qurutma (xarici qulluq) işləri; b) diaqnostika və
nizamlama işləri; c) elektrotexniki işlər; q) bərkitmə işləri; d) yağlama işləri; e) şin işləri; j)
avtomobilin istismar materialları ilə (xüsusən yanacaqla) təchiz olunma işləri. Avtomobildə
xarici qulluq işləri
sürücünün kabinəsində, platformada, kuzovda, kapotun içərisində görülən
yığışdırma, yuma və qurutma işlərini əhatə edir.
Diaqnostika və nizamlama işlərinə
aqreqatların, mexanizmlərin və sistemlərin (xüsusilə
alışdırma və qida sistemlərinin) işləmə qabiliyyətlərinin yoxlanılması, nasazlıqların yaranma
səbəblərinin aydınlaşdırılması və avtomobildə yerinə yetirilən bütün nizamlama (alışdırmanın
qabaqlama bucağının və s.-nin) işləri daxildir.
Detalların yivli birləşmələrinin (boltların, sancaqların, qaykaların) texniki vəziyyətlərinin
yoxlanılması, çatışmayan bərkitmə elementlərinin yerinə qoyulması, nasaz detalların yeniləri ilə
əvəz edilməsi və bu kimi işlər
bərkitmə işlərini
təşkil edir.
Elektrotexniki işlər
qida mənbələrinin (akkumulyator, generator) və enerji sərfedicilərin
(bata-reyalı alışdırma sisteminin cihazları, starter, işıqlandırma, siqnal və nəzarət-ölçü cihazları)
texniki vəziyyətlərinin xaricdən yoxlanılması, kontakt nöqtələrinin (birləşmələrinin) çirkdən
təmizlənməsi, elektrik avadanlığı elementlərinin diaqnostikası, nasazlıqların aradan qaldırılması
və nizamlama işlərini əhatə edir.
Yağlama işləri
avtomobilin karterindəki yağların dəyişdirilməsi, karterlərə yağın əlavə
edilməsi, transmissiyanın oynaqlı birləşmələrinin və yastıqlarının, hərəkət hissələrinin açıq
düyünlərinin, həmçinin sükan idarəsində yerinə yetirilən yağlama işlərini əhatə edir. Yağlama
işlərinə həm də av-tomobilin müxtəlif texniki mayelərlə (tormoz, amortizator) təchiz edilməsi və
süzgəclərin təmizlənməsi (əvəz edilməsi) işləri də daxildir.
Şin isləri
şinlərin daxili təzyiqlərinin yoxlanılması, onların normal qiymətə gətirilməsi,
protektora ilişib qalmış iti əşyaların kənar edilməsi, şinlərin xaricdən texniki vəziyyətlərinin
yoxlanılması (təmirin iş həcmini müəyyən etmək üçün) və texniki qulluq zamanı şinlərin yerinin
dəyişdirilməsi işlərindən ibarətdir.
Texniki qulluqda görülən əməliyyatların yuxarıdakı qayda ilə qruplara bölünməsinin
zəruriliyi ondadır ki, bu halda işlərin xarakterinə uyğun olaraq müvafiq ixtisaslı işçilərdən,
böyük məhsuldarlığa malik mexanikləşdirmə və avtomatlaşdırma vasitələrindən istifadə edilir.
Texniki qulluğun bir və ya bir neçə eyni adlı işləri (əməliyyatları) istehsalat sahəsinin
müəyyən hissəsində yerinə yetirilir ki, həmin sahə lazımi avadanlıqla (cihazlarla, tərtibatlarla,
qurğularla, alətlərlə və s.) təchiz edilir. Bu istehsalat sahəsinə
Dostları ilə paylaş: