Cari təmir
avtomobil istismar müəssisələrində və TXC-da yerinə yetirilir. Bu təmirdə
aqreqatların baza detallarından başqa bütün hissələrin işləmə qabiliyyəti bərpa edilir, yəni
istismar prosesində avtomobildə baş vermiş imtinalar və nasazlıqlar sökmə-yığılma, qaynaq,
dəmirçi, çilingər və s. bu kimi işləri yerinə yetirməklə aradan qaldırılır. Cari təmir zamanı
avtomobilin baza detallarından başqa digər bütün elementləri əvəz edilə bilər. Cari təmirin əsas
vəzifəsi avtomobilin və ya onun hər hansı aqreqatının, mexanizminin işləmə qabiliyyətini ən azı
növbəti TQ-2-yə qədər saxlamaqdır. Avtomobilin cari təmirdə durması təsadüfi proseslərə aid
olduğundan əmək tutumunun (vaxt normasının) normalaşdırılması ehtimal xarakter daşıyır.
Əsasnamədə cari təmir üçün hər 1000 km yürüşə görə xüsusi əmək tutumu (avtomobilin tipindən
asılı olaraq), hər bir hərəkət tərkibinin TQ və CT-də boş dayanma müddəti nəzərdə tutulur
(uyğun olaraq adam-saat/1000 km və gün/1000 km ilə).
Texniki qulluq əsnasında bir sıra təmir işlərinin (xüsusilə avtomobilin hərəkət
təhlükəsizliyini təmin edən mexanizm və sistemlərdə) də görülməsi, Əsasnamədə baxılır. Bu
halda görüləcək CT işlərinin həcmi TQ-2 işlərinin iş həcminin 15-20%-dən çox olmamalıdır. Bu
cür təmirə bəzən
xəbərdar edici təmir
deyilir. Bu təmiri planlı surətdə yerinə yetirməklə baş
verəcək imtinaların və nasazlıqların qarşısı qabaqcadan alınır.
İstisna olmaq şərtilə bir sıra ağır rejimli istismar şəraitində avtomobildə orta təmirin də
aparılmasına icazə verilir. Bu halda avtomobilin mühərriki dəyişdirilə bilər, digər aqreqatlarda
baş vermiş nasazlıqlar aradan qaldırıla bilər, kuzovun rəngi bərpa oluna bilər və s. işlər yerinə
yetirilə bilər.
Avtomobil nəqliyyatında olduğu kimi dəmir yolu nəqliyyatında da TQ və təmir sistemi
fəaliyyət göstərir. Burada da nəqliyyat vasitəsinin texniki vəziyyəti müxtəlif təyinatlı kompleks
işləri (əməliyyatları) vaxtaşırı olaraq yerinə yetirilməklə tələb edilən səviyyədə saxlanılır və
bərpa olunur.
Dəmir yolu nəqliyyat üçün aşağıdakı texniki qulluqlar nəzərdə tutulur: TQ-1, TQ-2, TQ-3
və TQ-4. Bu nəqliyyat növü üçün TQ-un yerinə yetirilməsində əsas məqsəd lokomotivlərin və
vaqonların texniki hazırlıq dərəcəsini yüksəltmək, qatarların hərəkət qrafiki üzrə fasiləsiz və
qəzasız işləmə qabiliyyətini təmin etməkdir. Hərəkət hissələri, tormoz avadanlığı, lokomotiv
siqnalizasiya qurğuları, rabitə cihazları, qatarların təhlükəsiz hərəkətini təmin edən aqreqatların
texniki vəziyyəti xüsusi nəzarətdə olmalıdır.
Təmir adı altında dəmir yolu nəqliyyatı elementlərinin istismar zamanı və ya texniki
qulluq prosesində aşkar edilən imtina və nasazlıqların aradan qaldırılması ilə işləmə
qabiliyyətinin bərpa edilməsi kimi başa düşülür.
Təmirə lokomotivin deposunda yerinə yetirilən CT-1, CT-2, CT-3 və lokomotiv təmiri
zavodunda icra olunan ƏT-1, ƏT-2 əsaslı təmirləri aiddir.
Ümumi şəkildə Respublikamızın dəmir yollarında fəaliyyətdə olan TQ və CT sisteminin
struktur sxemi şəkildə göstərilmişdir. Sxemdən aydın görünür ki, sistem iki alt sistemdən
ibarətdir: a) istismar zamanı pozğunluqların baş verməməsi üçün etibarlılığın tələb edilən
səviyyədə saxlanılması; b) konstruktiv etibarlılığm bərpa edilməsi.
Beləliklə, yuxarıda deyilənlər və sxemdə göstərilənlər əsasında aşağıdakı nəticələrə gəlirik
(lokomotivlərin TQ və təmir növləri baxımından):
1) Təmirlər arası dövrdə müəyyən həcmdə yerinə yetirilən TQ və CT (normativ sənədlər
əsasında);
2) Periodik nəzarətlə icra edilməsi nəzərdə tutulan texniki qulluq (əməliyyatların həcmi
profilaktik təsirlər başlanan zaman hərəkət tərkibinin sazlığını və işləmə qabiliyyətini saxlamaq
baxımından təyin edilir);
81
3) Fasiləsiz nəzarətlə aparılan texniki qulluq (bu halda əməliyyatlar texniki vəziyyəti tələb
edilən səviyyədə saxlamaq üçün fasiləsiz müşahidə əsasında tələbata görə yerinə yetirilir);
4) Texniki vəziyyətlərin səviyyəsinə və ya tələbata görə təmir (təmirin həcmi və icra anı hər
bir nəqliyyat vasitəsinin sazlığına və işləmə qabiliyyətinə görə müəyyən edilir, texniki vəziyyət
isə texniki sənədlərdə göstərilmiş həcmdə və müddətdə nəzarətdə saxlanılır).
Hər bir texniki qulluq və təmir üzrə qəbul edilmiş iş həcmi onun xarakteristikası adlanır.
Eyni xarakteristikaya malik qarşılıqlı münasibətdə olan TQ və təmirlər arasındakı yürüş (vaxt)
təmirlər arası dövr adlanır.
Dəmir yolu nəqliyyatında tələbata görə təmir lokomotivin yürüşündən asılı olmayaraq
təyin edilir (istismar vaxtı faktiki aşkar olunan imtinalara və ya texniki qulluq prosesində
müəyyənləşdirilən nasazlıqlara görə təyin edilir).
Xəbərdar edici təmir (planlı) lokomotivin (vaqonun) müəyyən yürüşündən sonra təyin
edilir. Bu təmirin əsasını isə normal istismar şəraitində imtinalara səbəb olan lokomotivin texniki
vəziyyəti üzərində aparılmış müşahidələr təşkil edir.
Dəmir yolu nəqliyyatında fəaliyyətdə olan TQ və təmir sistemi üçün aşağıdakı xarakter
xüsusiyyətlər nəzərə alınır:
a) Lokomotivin (və ya vaqonun) təmirə saxlanılması müəyyən (normalaşdırılmış) yürüşdən
və ya işləmə müddətindən sonra yerinə yetirilir;
b) Təmir işləri faktiki qeyd edilmiş iş həcminə əsaslanır;
c) Profilaktik təmir işləri avadanlıqda imtinalar baş verdikdən sonra deyil, onların
qabaqcadan qarşısını almaq üçün təşkil edilir və s.
Dəmir yolu nəqliyyatında qüvvədə olan TQ və təmir sistemi (planlı) aşağıdakıları əhatə
edir.
- TQ-1, TQ-2 və TQ-3 - lokomotivlərdə pozğunluqların qarşısını almaqla onların işləmə
qabiliyyətini tələb edilən səviyyədə saxlamaq, fasiləsiz və təhlükəsiz imtinasız hərəkətini təmin
etmək, həmçinin sanitar- gigiyena tələblərini ödəmək;
- TQ-4 - təkər cütlərini çıxarmadan kəmərlərini (çənbərini, qovşağını) yonmaq; bu TQ-u
bəzən TQ-3 ilə birləşdirərək icra edirlər.
Məxsusi olaraq sərnişin və yük (o cümlədən avtomat refrejerator) vaqonları üçün texniki
qulluq növləri təyinatlarına görə planlaşdırılır.
- CT-1, CT-2 və CT-3 - əsas istismar xarakteristikalarını bərpa etmək (müxtəlif aqreqatları,
qovşaqları və detalları əvəz etmək, sınaq və nizamlama işlərini yerinə yetirməklə);
- ƏT-1- dəmir yolu nəqliyyatının bütün təşkil edicilərinin tam resursunu və istismar
xarakteristikaların bərpa etmək;
- ƏT-2 ƏT-l-ə əlavə olaraq baza detallarını (aqreqatları, qovşaqları) bərpa etmək, elektrik
xətlərini tam əvəz etmək.
Dəmir yolu nəqliyyatı üçün verilmiş TQ və CT növlərinin xarakterik xüsusiyyətləri və
yerinə yetirilmə prinsipləri texniki ədəbiyyatlarda və s. geniş şərh edilir. Bununla belə, nəzərdə
tutulmalıdır ki, vaqonlara olan TQ işlərindən başqa onun bəzi məsul hissələri (buks, avtotormoz,
təkər cütü) də əlavə olaraq yoxlamadan keçirilir. Müvafiq texniki ədəbiyyatlarda həmçinin yük
və sərnişin vaqonlarının təmir periodiklikləri, texniki qulluqlar arası yürüşləri, əmək tutumları və
s. xüsusi normalar vaqonların tipindən asılı olaraq şərh edilir.
Dostları ilə paylaş: |