hərəkət tərkibinin istismarı
və
texniki istismarı
anlayışları müxtəlif məna
kəsb edirlər. Nəqliyyat vasitələrinin istismarı dedikdə, onların yük və sərnişin daşımalarında
istifadə edilməsi başa düşülməlidir. Nəqliyyat vasitələrinin texniki istismarı isə onlara planlı
surətdə və tələbata görə göstərilən profilaktik və təmir xarakterli texniki təsirlərin yerinə
yetirilməsini, hərəkət tərkibinin texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını, onların müxtəlif
texniki və istismar materialları ilə təchiz edilməsini nəzərdə tutur.
Beləliklə, «Nəqliyyat vasitələrinin texniki istismarı» fənninin mahiyyəti texniki elmlər
bakalavrı üzrə yüksək səviyyəli mütəxəssislər hazırlamaqdır ki, onlar nəqliyyat vasitələrinin hər
bir elementinin yürüşdən (işləmə müddətindən) asılı olaraq dəyişmə qanunauyğunluğunu
öyrənməklə müvafiq qərarlar qəbul edə bilsinlər.
|