Mühazirə 2.
Nəqliyyat vasitələrinin (NV) Tİ-nin əsas problemleri.
NV-nin sürətli artımı.
Texniki istismarın təyinatı və əsas problemləri
Nəqliyyat vasitələri istismarda olarkən onun texniki cəhətdən saz vəziyyətdə olması üçün
böyük miqdarda əmək və material xərcləri (texniki, iqtisadi və təşkilati tədbirlərin yerinə
yetirilməsinə) tələb edir. Bunu, ümumi xarakter daşıyan yük avtomobilinin misalında nəzərdən
keçirək. Yük avtomobilinin son həddinə (silinənə) qədər sərf olunan bütün xərcləri
(layihələndirmə, hazırlanma və istismar) 100% qəbul etsək, onun 2%-i konstruktiv-texnoloji,
7%-i əsaslı təmir, qalan 91%-i isə istismar xərclərinin payına düşür. Göründüyü kimi istismar
prosesində istər əmək və istərsə də material xərcləri (xidmət, ehtiyat hissələri yə texniki
materiallar) başlanğıc xərclərdən dəfələrlə çoxdur. Ümumi halda istismar xərclərini minimuma
endirmək üçün müxtəlif xarakterli və təyinatlı tədbirləri (profilaktik və təmir xarakterli texniki
təsirləri mütəmadi olaraq keyfiyyətlə təşkil etmək, hərəkət tərkibinin texniki vəziyyətini
saxlanılma və təyin olunma üsullarmı tətbiq etməklə, yanacaq-enerji resurslarından düzgün
istifadə etməklə və s.) yüksək səviyyədə təşkil edib həyata keçirmək lazımdır. Ancaq bu halda
nəqliyyat vasitələrinin texniki vəziyyəti səmərəli idarə edilə bilər.
Beləliklə, aydındır ki, nəqliyyat vasitələrinin istismar dövründəki keyfiyyət göstəriciləri
istehsalçılardan çox istismarçılardan asılıdır. Başqa sözlə desək, nəqliyyat vasitələrinin texniki
vəziyyətini qiymətləndirən bu göstəricilər nəqliyyat prosesinin bütün mərhələlərində texniki
istismar tərəfindən idarə edilməlidir, yəni bir sistem kimi nəqliyyat vasitəsinin texniki vəziyyəti
tələb edilən səviyyədə olmalıdır. Müxtəlif avadanlıqlar və üsullar vasitəsilə nəqliyyat parkının
texniki vəziyyətinin səmərəli şəkildə idarə edilməsi ilə məşğul olan elmə nəqliyyat vasitələrinin
texniki istismarı deyilir.
Texniki istismarın əsas məqsədi:
- yük və sərnişin daşımalarmı müntəzəm və təhlükəsiz təmin etmək;
- nəqliyyatın konstruksiyasından nəzərdə tutulmuş texniki imkanlardan maksimum istifadə
etmək;
- müxtəlif istismar şəraitində nəqliyyatın etibarlığını tələb olunan səviyyədə saxlamaq;
-material və əmək xərclərini optimal qiymətə gətirmək;
-hərəkət tərkibinin, xüsusilə avtomobilin ətraf mühitə olan mənfi təsirini minimuma
endirmək və s.-dir.
Bir praktiki fənn kimi nəqliyyat vasitələrinin texniki istismarı minimum əmək və material
xərcləri sərf etmək şərtilə nəqliyyat parkını texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün
texniki, iqtisadi və təşkilati tədbirlərin kompleks şəkildə yerinə yetirilməsinə deyilir.
Texniki vəziyyətin tələb olunan səviyyədə saxlanılması üçün bu tədbirlərin həyata
keçirilməsində həm sənayeçilər (layihəçilər və istehsalçılar), həm də nəqliyyatçılar
(istismarçılar) birlikdə iştirak edirlər. Əgər sənaye işçiləri bu məsələni yüksək etibarlılığa,
rahatlığa, məhsuldarlığa, yanacaq qənaətliliyinə və s. istismar keyfiyyətlərinə malik yeni
konstruksiyalı hərəkət tərkibi istehsal etməklə həll edirlərsə, istismarçılar hərəkət tərkibinin
normal texniki vəziyyətini texniki istismarın mütərəqqi üsullarından istifadə etməklə
yaxşılaşdırırlar.
Texniki istismarın qarşısında duran problemlərin həlli, yəni kompleks texniki, iqtisadi və
təşkilati tədbirlərin həyata keçirilməsi, başqa sözlə desək, sürətlə artan nəqliyyat parkının
saxlanılması böyük xərclər tələb edir. Bu xərclərin əksəriyyəti TQ və CT işlərinin yerinə
yetirilməsinə sərf edilir. Bunu avtomobil nəqliyyatınm misahnda nəzərdən keçirək. Avtomobilin
layihələndirilməsinə başlanan andan silinənə qədər sərf olunan xərcləri 100% qəbul etsək, 25-
35%-ni TQ və CT xərcləri (əsaslı təmir və şin xərcləri də bura daxildir), 15-30%-ni TQ və CT-in
5
aparılma keyfiyyəti ilə əlaqədar olan xərclər təşkil edir. Göründüyü kimi avtomobilin ancaq TQ
və CT-i ilə əlaqədar olan xərcləri 40-65%-ə çatır. Əgər texniki istismarın digər tədbirlərinin
(gələcək bölmələrində nəzərdən keçirilir) həyata keçirilməsi üçün tələb olunan xərcləri də nəzərə
alsaq bütün xərclərin təxminən 75-85%-i texniki istismarın payına düşür.
İstismar xərclərinin konstruktiv-texnoloji xərclərdən dəfələrlə yüksək olması onun mürəkkəb
xarakterli problemlərə malik olması ilə izah edilir. Nəqliyyat vasitələrinin sürətli inkişafı həll
edilməsi tələb olunan bir sıra ciddi problemlərin yaranmasına səbəb olur. Bunlardan, texniki
istismarla əlaqədar olan bir neçəsinə baxaq.
1. İstismar prosesində nəqliyyat vasitəsinin mürəkkəb biı sistem kimi etibarlı və təhlükəsiz
işinin təmin edilməsi üçün böyük miqdarda material və əmək xərclərinin tələb etməsi [istismar
prosesində iştirak edən bir nəqliyyat növünü texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün
tələb edilən orta illik xərclər, bir ildə ehtiyat hissələri və aqreqatlara sərf olunan xərclər, bir
nəqliyyat vasitəsinin istehsalına və istismar dövründəki əmək tutumu (əsasən TQ və CT)
normalan (adam-saat və ya norma-saatla) arasındakı münasibət].
2. Nəqliyyatın, xüsusilə avtomobil nəqliyyatının ətraf mühitə mənfi təsirləri (atmosfer
havasının işlənmiş qazların tərkibində xaricə buraxılan zərərli birləşmələrin hesabına
zəhərlənməsi, hərəkət tərkibinin işinin səslə əlaqədar və yol-nəqliyyat hadisələrinin - qəzalarının
törənməsində iştirakı).
3. Hərəkət sürətinin və gərginliyinin, yük götürmə qabiliyyətinin və tutumunun, xalq
təsərrüfatının müxtəlif sahələrində (sənayedə, kənd təsərrüfatında və s.) işlətmək üçün nəqliyyat
növlərinə (tipinə, modifikasiyasına) olan tələbatın artması ilə əlaqədar olaraq nəqliyyat
vasitələrinin konstruksiyalarının təkmilləşdirilmə zəruriyyəti (daşman yüklərin siniflərinə
müvafiq olaraq ixtisaslaşdırlmış hərəkət tərkiblərinin layihələndirilməsi).
4. Nəqliyyatın məhsuldarlığına, yanacaq qənaətliliyinə, rahatlığına, istismar xərclərinə,
ümumiyyətlə onun texniki-istismar göstəricilərinə (keyfiyyətlərinə) müsbət təsir edən yeni
qurğuların, aqreqatların və sistemlərin yaranması hesabına konstruksiyanın mürəkkəbləşməsi.
Bunlara misal olaraq avtomatik və yarım avtomatik sürətlər qutusunu, yük avtomobillərində və
avtobuslarda pnevmatik asqıları və avtomatik yağlama sistemlərini, işlənmiş qazların tərkibini
neytrallaşdıran qurğuları, ventilyasiya sistemlərini və s. elementləri göstərmək olar.
Konstruksiyanın mürəkkəbləşməsi nəqliyyat vasitələrinin istismar keyfiyyətlərini yaxşılaşdırdığı
halda onun TQ və CT xərclərini yüksəldir.
5. Nəqliyyat prosesində iştirak edən nəqliyyat parkının köhnəlmə dərəcəsinin müəssisənin
yeni hərəkət tərkibi ilə təchiz edilmə səviyyəsinə görə sürətlə getməsi. Göstərilən və digər
problemlərin həll edilməsi üçün texniki istismar prosesində müxtəlif texniki, iqtisadi və təşkilati
tədbirlər həyata keçirilir. Nəticədə son illər texniki qulluğun və təmirin əmək tutumları 15-25%
azalmış, nəqliyyat vasitələrinin, xüsusən avtomobillərin əsaslı təmir resursları yüksəlmişdir.
Ümumiyyətlə, texniki istismarın qarşısında duran problemlərin həll edilməsi üçün
«Nəqliyyat vasitələrinin texniki istismarın»da aşağıdakı bölmələr öyrənilir.
I. Texniki istismarın nəzəri əsasları. Burada nəzərdən keçirilir:
1.
Hərəkət tərkibinin texniki vəziyyəti və istismar prosesində onun dəyişrnəsi.
2.
Nəqliyyat vasitələrinin etibarlılığı.
3.
Nəqliyyatın texniki vəziyyətinin təyin olunma üsulları (o cümbdon diaqnostika).
II. Nəqliyyat vasitələrinin texniki vəziyyətinin saxlanılma üsulları.
1.
Texniki qulluq və təmir sistemi.
2.
Nəqliyyat vasitələrinin istismar və texniki materialları ilə təchiz edilmə
xüsusiyyətləri.
3.
İstehsalat sahələrində işlədilən texnoloji avadanlıqlar.
III. Nəqliyyatın ekologiyası.
Texniki istismarın
ən vacib problemlərindən biri
istismar prosesində nəqliyyat vasitələrinin
Dostları ilə paylaş: |