Diyirlənmə sürtünməsi
iki səth arasında əmələ gələn elə sürtünməyə deyilir ki, həmin
səthlərin toxunma nöqtələrindəki sürətlərin qiymət və istiqaməti eyni olsun. Bu sürtünmə ən çox
kürəli və diyircəkli yastıqlar üçün xarakterikdir.
Sürtünmədə iştirak edən səthlərin toxunma nöqtələrindəki sürətləri qiymət və yaxud
istiqamətcə fərqlənərsə belə səthlərin arasında əmələ gələn sürtünməyə sürüşmə sürtünməsi
deyilir. Sürüşmə sürtünməsi dirsəkli valın əsas və şatun boyunlarında, paylayıcı valın
yastıqlarında daha çox müşahidə edilir.
Mürəkkəb sürtünmədə
həm diyirlənmə və həm də sürüşmə sürtünməsi eyni zamanda baş
verir. Buna görə bu sürtünməyə bəzən qarışıq sürtünmə də deyilir. Belə sürtünmə dişli çarx
ötürmələrində meydana çıxır.
İstər sürtünmə prosesi və istərsə də detalların yeyilməsi bir sıra amillərdən
(deformasiyaların növündən və xarakterindən, sürtünən səthlərin texniki vəziyyətindən, işləmə
rejimindən, şəraitindən və s.) asılıdır.
Sürtünmənin kəmiyyətcə xarakteristikası sürtünmə əmsalı
f
ilə qiymətləndirilir ki, bu da
sürtünmə qüvvəsinim (
F
) detalların səthinə təsir edən xarici qüvvələrin normalına (
N
) nisbəti
kimi təyin edilir:
f = F/N
Sürtünmə əmsalının qiyməti materialın keyfiyyətindən, səthlərin yerdəyişmə sürətindən,
onlara düşən yükləri, yağların fiziki-kimyəvi xüsusiyyətlərindən, verilmə üsulundan və s.-dən
asılıdır. Sürtünmə əmsalının (o cümlədən sürtünmə qüvvəsinin) qiymətini aşağı salmaq üçün
sürtünmə səthlərinin arasına yağ vurulur. Sürtünən səthlərin arasında yağın iştirakına görə
detallarda
üç növ
sürtünmə müşahidə edilir: a) quru; b) mayeli və v) sərhəd sürtünmələri.
Əgər sürtünmə qarşılıqlı əlaqədə detalların bilavasitə materialları arasında gedirsə
(sürtünən səthlər arasında üçüncü element yoxdur) belə sürtünməyə
quru sürtünmə
deyilir. Quru
sürtünnməyə ilişmə muftasındakı, tormoz sistemindəki sürtünmələri misal göstərmək olar.
Əgər sürtünmə detalların səthləri arasında olan yağın layları (molekulları) arasında
gedirsə, yəni, yağ qatının qalınlığı sürtünən səthlərin çıxıntılarının hündürlüyündən böyükdürsə,
bu halda əmələ gələn sürtünməyə
Dostları ilə paylaş: |