Mühazirə 16.
NV-nin etibarlılığının əsas xüsusiyyətləri :imtinasıziıq, ömüruzunluğu, təmirəyararlılıq,
qorunma qabiliyyəti
Etibarlılıq anlayışı, əsas xüsusiyyətləri, parametrləri
Verilmiş istismar şəraitində və interval yürüşündə, istismar göstəricilərini qəbul edilmiş
normalar hüdudunda saxlamaq şərtilə nəqliyyat vasitəsinin öz funksiyasını yerinə yetirə bilmə
xüsusiyyətinə
etibarlılıq
deyilir.
Hərəkət tərkibinin etibarlılığı onun layihələndirilməsinə
başlanan andan nəzərdə tutulur. Konstruktorların müəyyən etdikləri etibarlılıq istehsalçılar və
istismarçılar tərəfindən müxtəlif texnoloji və istismar tədbirləri vasitəsilə qorunub
saxlanılmalıdır. Konstruksiya detallarının təbii yeyilməsi və başqa səbəblər nəticəsində
imtinaların intensivliyi yürüşlə mütənasib artdığı üçün onların etibarlılığı aşağı düşür. Aydındır
ki, bu baxımdan təzə konstruksiyanın etibarlılığı əsaslı təmir keçmiş analoqunun etibarlılığından
dəfələrlə yüksəkdir. Buna görə də etibarlılıq dərəcəsi nəqliyyat ya da onun hər hansı aqreqatı,
mexanizmi, sistemi, detalı üçün müəyyən yürüş intervalında nəzərdən keçirilir. Burada istismar
şəraiti (xüsusilə yol və iqlim şəraiti) mühüm rol oynayır. Etibarlılıq nəzəriyyəsinin əsas
müddəalarından hərəkət tərkibi üçün istifadə etdikdə nəqliyyat vasitəsinə bir sistem kimi, onun
aqreqatlarına, mexanizmlərinə, sistemlərinə və detallarına isə element kimi baxılır. Əgər
nəzərdən keçirilən obyekt aqreqatdırsa, onda ona da sistem kimi baxmaq olar.
Məlumdur ki, hərəkət tərkibi uzun müddət istismar edilmək üçün hazırlanır. Onun aqreqat
və mexanizmlərinin müxtəlif ömür uzunluğuna malik olmaları tələb edir ki, müəyyən
yürüşlərdən sonra və ya tələbat olduqda profilaktik və təmir xarakterli texniki təsirlər yerinə
yetirilsin. Lakin çalışmaq lazımdır ki, nəqliyyat vasitəsi texniki qulluğa və təmirə az-az gəlsin,
həmçinin bu zaman çəkilən xərclər minimuma endirilsin. Deməli, etibarlılıq göstəriciləri elə
olmalıdır ki, onlar müxtəlif xarakterli texniki təsirlərin minimum vaxtda və xərclərlə yerinə
yetirlməsini təmin etsinlər. TQ-un və təmirin əmək-material xərcləri, həmçinin iş həcmi,
detallarm ömür uzun-luğunu artırmaq, avtomobilin konstruksiyasının təmirəyararlığını
yüksəltmək, istismar materiallarının keyfıyyətini yaxşılaşdırmaq və s. yollarla azaldıla bilər.
Nəqliyyat vasitəsinin etibarlılığı işləmə qabiliyyəti anlayışı ilə sıx bağlıdır ki, bu da bildiyimiz
kimi öz funksiyasını verilmiş normativlər hüdudunda yerinə yetirmə qabiliiyyətinə deyilir.
Nəqliyyat vasitəsi onda işləmə qabiliyyətinə malikdir ki, o, daşımaları normal texniki vəziyyətdə
yerinə yetirə bilir.
Etibarlılıq anlayışını mürəkkəb bir sistem kimi avtomobil nəqliyyatının timsalında
nəzərdən keçirək.
Avtomobilin etibarlılığı
Dostları ilə paylaş: |