65
Mühazirə 23.
Diaqnostikanın növləri və üsulları.
Diaqnostikanin növləri
Nəqliyyat vasitələrinin texniki vəziyyətlərinin təyin edilməsi üçün diaqnostikanın müxtəlif
növlərindən istifadə edilir. Diaqnostikanm növləri onun təyinatmdan, aparılma rejimindən və
periodikliyindən, iş həcmindən, TQ və CT-in texnoloji prosesində tutduğu mövqedən,
avadanlıqdan və s. əlamətlərdən asıh olaraq təsnif edilir. Şəkil -də diaqnostikanın növləri
göstərilmişdir. Diaqnostikamn növləri əsasən aşağıdakı əlamətlərə görə müəyyən edilir:
Şəkil… Diaqnostikanın növləri
1. Məsələnin qoyuluşuna görə - ümumi (D-1) və xüsusi (elementlər üzrə - D-2) diaqnostika.
Ümumi diaqnostika TQ -1-in periodikliyi ilə hərəkət tərkibinin bütövlükdə texniki vəziyyətini
(onun saz və yaxud nasaz olmasını) müəyyən etmək üçün yerinə yetirilir. Nəqliyyat vasitəsi
yüksək təhlükəli istismar şəraitində işlədikdə (böyük şəhərlərdə, dağlıq yerlərdə,daim sərnişin
daşınmasmda və s.) ümumi diaqnostikanın aparılma periodikliyi 3-4 dəfə qısa götürülür və
tələbata görə nizamlaına işləri yerinə yetirilir. Diaqnostikanın bu variantına ekspress-diaqnostika
deyilir ki, burada tormoz sisteminin, sükan idarəsinin, şinlərin, işıq-səs siqnallarının və
cihazlarının texniki vəziyyəti təyin edilir, işlənmiş qazlarun tərkibi analiz ohunur. Ekspress-
diaqnostika, adətən, avtomobil xəttə çıxmazdan qabaq texrıiki nəzarət postunda yerinə yetirilir.
Elementlər üzrə diaqnostika zamanı diaqnostika obyektinin gizli nasazlıqları təyin edilir. Bu
diaqnostikada məqsəd konkret olaraq hərəkət tərkibinin nasaz aqreqat yaxud mexanizmini
müəyyən etmək və nasazlıqların yaranma səbəblərini aydınlaşdırmaqdır. Xüsusi diaqnostika
(buna bəzən dərin diaqnostika da deyilir) TQ-2-nin periodikliyi ilə ondan 1-2 gün qabaq aparılır.
D-2-də nizamlama və təmir işlərinin həcmi müəyyənləşdirilir, nəqliyyatın TQ-2 və CT
zonalarından hansına keçəcəyi təyin edilir. Əgər hərəkət tərkibinin təmir işləri varsa və böyük
həcmə malikdirsə, onda hərəkət tərkibi əvvəlcə CT zonasına göndərilir. Xüsusi diaqnostikanın
nəticələrinə görə obyektin imtinasız işləmə resursu proqnoz edilir və onun növbəti D-2-yə qədər
işləmə qabiliyyətinin saxlanması üçün görüləcək işlərin həcmi təyin edilir.
2. Aparılma üsuluna görə - stasionar və səyyar diaqnostika.
66
Stasionar diaqnostikada nəqliyyat vasitəsinin (aqreqatın, mexanizmin və s.) işi laboratoriya
şəraitində xüsusi stendlər vasitəsilə imitasiya edilir. Səyyar diaqnostika isə (hərəkət vaxtı
aparılır) müxtəlif yerlərdə istifadə edilə bilən diaqnostik cihazlar işbdıilir. Bu diaqnostika
növlərinin hər ikisinin aparılmasında nıəqsəd mühərriki tələb olunan gücü yarada bilməyən və
yanacaq sərfı normadan çox olan nəqliyyat vasitələrini aşkara çıxarmaqdır.
3. Təyinatına görə - ixtisaslaşdırılmış (sərbəst postlarda) və TQ, CT-lə birləşdirilmiş
diaqnostika. Sərbəst postlarda təşkil edilmiş diaqnostika bir sıra yoxlama sınaqlarının və
diaqnostika əməliyyatlarının yerinə yetirilməsi üçündür. Bu diaqnostikanm əsas məqsədi
əvvəlcədən nəzərdə tutulmuş kompleks diaqnostika işlərini TQ-1, TQ-2 və CT-dən qabaq yerinə
yetirməklə nəqliyyatın profilaktik və təmir xarakterli texniki təsirlərə olan tələbatını və görüləcək
iş həcmini təyin etməkdir. İxtisaslaşdırılmış diaqnostikadan TQ və CT işlərinin yerinə yetirilmə
keyfiyyətini yoxlamaq üçün də nəzarət diaqnostikası kimi istifadə edilir. TQ və CT -lə
birləşdirilmiş diaqnostikada əməliyyatlar texniki qulluq və təmir zonalarında yerləşdirilmiş
postlarda görülür.
4. TQ və CT-in texnoloji prosesində avadanlığm tutduğu yerinə görə - diaqnostika
postlarında və TQ və CT zonalarında yerləşdirilmiş diaqnostik avadanlıqlarla yerinə yetirilən
diaqnostika.
Diaqnostika işlərinin yüksək keyfiyyətlə görülməsi baxımından birinci, əməliyyatların
operativ yerinə yetirilməsi nöqteyi-nəzərindən isə ikinci növ diaqnostikanın istifadə edilməsi
daha məqsədəuyğundur.
5. Aparılma rejiminə görə - planlı surətdə və tələbata görə yerinə yetirilən diaqnostika.
Planlı surətdə görülən diaqnostika ixtisaslaşdırılmış diaqnostika olub adətən TQ-1, TQ-2 və
CT-dən qabaq (texniki qulluqlar üçün onların periodikliyinə müvafiq olaraq) yerinə yetirilir.
Burada qabaqcadan nəzərdə tutulmuş kompleks diaqnostika işləri görülür. Tələbata görə
diaqnostika isə obyektin texniki vəziyyətində qeyri-müəyyənlik müşahidə olunduqda onun aşkar
edilib aradan qaldırılması üçün profılaktik və təmir xarakterli işləri yerinə yetirərkən aparılır.
6. Nəhayət, diaqnostika növlərindən biri də nəzarət diaqnostikasıdır ki, bunun də məqsədi
TQ və CT-də görülən işlərin keyfiyyətini yoxlamaqdır.
Texniki diaqnostikanin metodlari
Diaqnostika metodları diaqnostikanın qarşıya qoyulmuş məsələləri və göstəricilərinə görə
təyin edilir, əsasən, aşağıdakı amillərdən asılıdır: diaqnostik simptom və ya parametrlərin fiziki
mahiyyəti; ölçmə texnikasının imkanları; avtomobilin texniki diaqnostikasının hansı növünün
tətbiq edilməsi. Metod obyektin diaqnostik modelini, diaqnostik parametrləri ölçmə qaydalarını,
onların təhlilini və emal edilməsini əhatə etməlidir.
Diaqnozun qoyulmasının məntiqi prosedurunun əsasını fiziki kəmiyyətlər təşkil edir. Ölçmələr
zamanı bunların vasitəsilə diaqnostika edilən obyektin struktur parametrləri təyin edilir. Fiziki
kəmiyyətlərin sayı məhduddur və 200-dən artıq deyildir.Texniki diaqnostika praktikasında
aşağıdakı ölçmə növləri daha geniş yayılmışdır:
-
elektrometriya;
-
vibroakustika;
-
defektoskopiya;
-
strukturoskopiya;
-
introskopiya;
-
mexaniki xassələrin, maddənin tərkibinin, ölçülərinin, qüvvənin, deformasiyaların,
təzyiqin, temperaturun, zamanın, kütlənin, rütubətin, sərfin və səviyyənin ölçülməsi.
Obyektin mürəkkəb texniki vəziyyətini tədqiq etmək üçün elektromaqnit şüalanmanın
bütün məlum növləri tətbiq olunur:
Aşağı tezlikli- (
0
…
3
10
), Hs;
Radiodalğalar- (
10
4
10
...
10
),Hs;
Infraqırmızı- (
14
11
10
4
...
10
), Hs;