67
Görünən- (
14
14
10
5
,
7
...
10
4
), Hs;
Ultrabənövşəyi- (
16
14
10
3
...
10
5
,
7
), Hs;
Rentgen- (
20
16
10
3
...
10
3
), Hs;
Qamma-şüalar- (
22
19
10
3
...
10
3
), Hs;
Kosmik şüalar- (
21
10
3
), Hs;
Nəqliyyat vasitəbrinin texniki istismarmda müxtəlif diaqnostika növbrindən istifadə edildiyi kimi
müxtəlif diaqnostika üsulları da geniş tətbiq edilir. Diaqnostikanm üsullarını müəyyən etmək
üçün sistemin texniki vəziyyətini daha düzgün, dəqiq, daha dolğun qiymətləndirən və
diaqnostika prosesinin qənaətliliyi baxımından daha səmərəli olan diaqnostik parametr (əlamət)
əsas qəbul edilir. Bu halda məsələyə iki yanaşma mümkündür:
Şəkil ... Sistemin struktur-izləmə blok-sxemi
-
sistemi hərtərəfli xarakterizə edən əsas diaqnostik parametrin ölçülmə üsulu
diaqnostika üsulu hesab edilir;
-
işçi proseslərin parametrlərindən hansının əsas diaqnostik əlaməti düzgün
qiymətləndirməsindən asılı olaraq diaqnostika üsulu müəyyən edilir.
Diaqnostika üsulunu müəyyən etmək üçün sistemin struktur-izləmə blok-sxemi (şəkil... )
tərtib edilir ki, bu da onun elementləri ilə struktur və diaqnostik parametrləri arasındakı
əlaqəni göstərir
Obyekt (sistem, aqreqat, mexanizm)
Obyektin elementləri
Struktur parametrləri
Diaqnostik əlamətlər
Diaqnostik parametrlər
68
Şəkil …
Mexanizmin (qovşağm) struktur blok-sxemi hərtərəfli analiz edilir, əsas diaqnostik
parametrin ən səmərəli ölçülmə üsulu təyin olunur və bu üsul diaqnostika üsulu kimi qəbul
edilir. Bu baxımdan diaqnostikanm mövcud üsulları şəkil -də verilmişdir.
Nəqliyyat vasitəsinin kompleks şəkildə işləmə qabiliyyətini qiymətləndirmək üçün işçi
proseslərinə görə diaqnostika üsulundan istifadə edilir. Bu halda onun real istismar şəraitin-
dəki işləmə rejimi müxtəlif diaqnostika stendləri vasitəsilə yaradılır və ayrı-ayrı aqreqatları
xarakterizə edən əsas parametrlər ətyin edilir. Məsələn, mühərrik üçün belə parametrlər onun
gücü və yanacaq sərfi, tormoz sistemi üçün tormozlama yolu və yavaşıma təcili,
transmissiyanın mexanizmləri üçün mexaniki itkilər, yəni, f.i.ə. və s. ola bilər.
Şəkil … Diaqnostikanın üsulları
Birləşmələrin kipliyinə görə diaqnostika üsulundan mühərrikin silindr-porşen qrupunun,
soyutma və yağlama sistemlərinin, şinlərin, avtomobilin hidro- və pnevmosistemlərinin
texniki vəziyyətlərinin təyin edilməsində istifadə edilir.
Avtomobilin yüksək yüklənmə və sürət rejimlərində işləyən aqreqatlannın (ötürmələr qutusu,
arxa körpü) texniki vəziyyətlərinin qiymətləndirilməsində istiliyə görə (temperatur və qızma
sürəti) diaqnostika üsulu xüsusi əhəmiyyət kəsb edir.
Həndəsi ölçülərinə (araboşluqlara, yerdəyişmələrə, lüftlərə) görə diaqnostika üsulu
transmissiyanın reduktorlarının, sükan idarəsinin, tormoz mexanizminin, yastıqların,
şkvorenlərin işləmə qabiliyyətlərinin təyin edilməsində işlədilir.
Mühərrikin və transmissiya aqreqatlarmm ümumi halda texniki vəziyyəllərinin
öyrənilməsi üçün rəqsi proseslərə (səslərə, titrəmələrə) görə diaqnostika üsulundan istifadə
olunur.
İstismar materiallarmın tərkibinə görə diaqnostika üsulu mühərrikin detallarının yeyilmə
intensivliyinin qiymətləndirilməsində (karter yağınm tərikbi analiz edilməklə) işlədilir. Bu
diaqnostika üsulundan işlənmiş qazların tərkibinin öyrənilməsi üçün də geniş istifadə edilir. Bu
halda xaricə çıxan qazların tərkibində CO-nun miqdarı təyin olunur və mühərrikin qida
sisteminin texniki vəziyyəti haqqında mühakimə yürüdülür.
Bu diaqnostika üsullarının müsbət xüsusiyyəti ondan ibarətdir ki, onlar avtomobilin həm
dinamiki, həm də statiki vəziyyətlərində istifadə edilə bilirlər. Belə ki, işçi proseslərin qiy-
mətləndirilməsi dinamikada, həndəsi ölçülərin təyin edilməsi statikada öyrənilir.
İşçi proseslərin parametrlərindən hansının əsas diaqnostik əlamət (simptom) kimi qəbul
edilməsindən asılı olaraq aşağıdakı diaqnostika üsullarından islifadə edilir:
a) akustik; b) vibrometrik; v) funksional; q) qarışıq (kombinələşmiş) diaqnostikalar.
69
Akustik diaqnostikada diaqnostik əlamət kimi səs suqnallarından istifadə edilir. Bu üsul bir çox
mexaniki sistemlər üçün tətbiq edilə bildiyindən universal diaqnostika üsulu hesab edilir. Çünki,
elastik rəqslərin yaranmasında sistemin bütün elementləri iştirak edir. Buna görə akustik
siqnallar bütün kinematik birləşmələrin texniki vəziyyəti haqqında kifayət qədər məlumat
daşıyırlar. Sistemin texniki vəziyyəti səs siqnallarını qiymətləndirən parametrlərin (səs-küyün
səviyyəsi, taqqıltının xarakteri və şiddəti, ampliluda) cari qiymətləri ilə buraxıla bilən
qiymətlərinin müqayisə edilməsi nəticəsində təyin edilir.
Vibrometrik diaqnostika üsulunun mahiyyəti ondan ibarətdir ki, burada sistemdə baş verən
zərbələrin enerjisi və titrəmələrin amplitudaları birləşmələrin araboşluqlarına mütənasib qəbul
edilir. İstənilən mexanizm üçün titrəmələrin təcilinin qiymətlərini bilərək onları etalon qiymətləri
ilə müqayisə edirlər və sistemin texniki vəziyyəti sökülmədən müəyyən edilir.
Adətən mexanizmlərdə səs siqnallan titrəmələrin nəticəsində yarandığı üçün avtomobillərin
texniki vəziyyətinin öyrənilməsində vibroakustik diaqnostika üsulu da geniş tətbiq edilir.
Burada diaqnostik əlamətlər kimi həm zərbələrin enerjisindən və həm də səs
siqnallarının parametrlərindən. istifadə edilir. Bu halda mexanizmdəki rəqslərin
amplitudalarının dəyişmə qanunauyğunluğu xüsusi qurğu - spektrometr vasitəsilə qurulur.
Alınan amplituda qiymətləri öz nominal qiymətləri ilə müqayisə edilir və sistemin texniki
vəziyyəti haqqında mülahizə irəli sürülür.
Funksional diaqnostika üsulu ilə avtomobilin texniki vəziyyətini müəyyən etmək üçün onun
işləmə qabiliyyətini qiymətləndirən parametrləri nəqliyyat prosesində və ya laboratoriya
şəraitində təyin edilir. Bu parametrlər özlərinin buraxıla bilən qiymətləri ilə müqayisə edilir,
nəticədə sistemin texniki vəziyyəti aydınlaşdırılır. Məsələn, ümumi halda tormoz sisteminin
texniki vəziyyəti təkərlərdəki tormozlama qüvvələrinə, sükan idarəsinin işləmə qabiliyyəti
sükan çarxının lüftünə, mühərrik detallarının yeyiilmə dərəcəsi karter yağınən tərkibinə görə
müəyyən edilir.
Qarışıq diaqnostika üsulu yuxarıda göstərilən üsulların bir neçəsinin eyni zamanda istifadə
ediilməsinnə əsaslanır. Bu halda çıxış proseslərinin o diaqnostk parametrləri əsas qəbul
edilir ki, onlar sistemin texniki vəziyyətini daha düzgün qiymətləndirir və ölçülmə prosesi
sadədir.
Kombinələşmiş diaqnostika üsuluna vibroakustik diaqnostika üsulunu misal göstərmək olar.
Bir sıra hallarda avtomobilin ətraf mühitə təsiri, mühərrikin güc-iqtisadi göstəricilərinin
təyini, tormoz sisteminin səmərəli işləməsinin yoxlanılması və s. xüsusiyyətlər
baxımından texniki vəziyyətinin öyrənilməsi diaqnostika üsulu kimi qəbul edilir.
Texniki diaqnostika həm də subyektiv və obyektiv olmaqla iki yerə bölünür. Subyektiv
diaqnostikada mexaniklərin, sürücülərin və ya fəhlələrin təcrübəsinə və vərdişlərinə
əsaslanmaqla sadə ölçmə metodları (stetoskop, manometer, xətkeş və s. köməyilə) istifadə
olunur. Obyektiv diaqnostikada diaqnostik simptompların aşkar edilməsi və diaqnostik
parametrlərin ölçülməsi üçün diaqnostika edilən obyektin texniki vəziyyətinin obyektiv
qiymətləndirilməsini təmin edən xüsusi avadanlıq və cihazlar istifadə olunur. Bu iki
diaqnostika növü əksər hallarda bir-birini tamamlayır.
Obyektiv diaqnostika baxımından təsnifata görə texniki diaqnostikanın metod və üsulları 5
əsas qrupda toplanır.
1. Energetik metodlar; 2. Vibroakustik metodlar; 3.İstilik metodları; 4. Stroboskopik
metodlar; 5. Xüsusi metodlar.
Energetik metodlar həm də yüklənmə-sürətlənmə və ya effektivlik parametrlərinə görə
diaqnostika metodları adlandırılır.Bu metodlar əsasən ümumi diaqnostikada istifadə olunur.
Stroboskopik metodlar
stroboskopik effektin (stroboskopik effekt- fırlanan detal onun
fırlanma tezliyinə bərabər və ya tam dəfə fərqlənən tezlikli qısa müddətli işıq parıltıları ilə
işıqlandırıldıqda insan gözünə tərpənməz görünür) istifadəsinə əsaslanır. Bu metodlar
detalların ( mühəırikdə- klapanların itələyiciləri, minik avtomobinin qabaq asqısı – yaylar,
ilişmə muftası - fırlanan disklər, kardan ötürməsi – kardan valı və s.) periodik hərəkəti baş
verən bütün qovşaqları stroboskop cihazı ilə diaqnostika etməyə imkan verir.