Endokrinologiya



Yüklə 1,62 Mb.
səhifə1/17
tarix30.09.2017
ölçüsü1,62 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   17

Endokrinologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu
Bölmə 1. Hipotalamo-hipofizar sistemin xəstəlikləri

1) Akromeqaliyanın aktiv mərhələsi üçün aşağıdakılardan hansı əlamətlər xarakterik deyil?
A) Artropatiya

B) Qanda STH səviyyəsinin azalması

C) Yumşaq toxumanın hipertrofiyası

D) Karbohidrat mübadiləsinin pozulması

E) Qanda somatomedin C səviyyəsinin yüksəlməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
2) Serebral – hipofizar çatışmamazlığa aşağıdakılar səbəb ola bilməz?
A) Şəkərli diabet

B) Türk yəhərinin şişi

C) Qansızma ilə müşahidə olunan kəllə travması

D) Meninqoensefalit

E) Vərəm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
3) Serebral – hipofizar çatışmamazlıq zamanı aşağıdakı hormonlardan hansıların sintezi azalmır?
A) Prolaktin

B) Lyuteinləşdirici hormon (LH), follikullstimulyasiyaedici hormon (FH)

C) Adrenokortikotrop hormon (AKTH), somatotrop hormon (STH)

D) Tireotrop hormon (TTH)

E) Glyukaqon, insulin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
4) Qalaktoreya – amenoreya sindromu üçün xarakterik əlamət deyil?
A) Laktoreya

B) Hipertrixoz

C) Arıqlama

D) Sonsuzluq

E) Artıq bədən çəkisi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
5) Hansı preparatlar uzun müddətli təyin edildikdə yatroqen qalaktoreya inkişaf edir?
A) Neyroleptiklər, antidepressantlar, peroral kontraseptivlər

B) Sedativ preparatlar, APF-inhibitorlar

C) Nitratlar, trankvilizatorlar

D) İmmunostimulyatorlar

E) Qeyri-steroid iltihab əlehinə preparatlar, antibiotiklər
Ədəbiyyat: И.И.Дедов, Г. Мельнишенко. Эндокринология. «Медицина А. Москва, 2004»,
6) Şerşevski – Terner sindromu üçün aşağıdakilardan hansılar xarakterik deyil?
A) Hirsutizm və sümüklərin vaxtından tez inkişafı

B) Qonadların birləşdirici toxuma lifləri ilə əvəz olunması

C) Hipoqonadizm

D) Somatik pozğunluqlar

E) Alçaqboyluluq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
7) Qalaktoreya – amenoreya sindromu üçün hansı hallar xarakterik deyil?
A) Tüklərin tökülməsi

B) Sonsuzluq

C) Hipertrixoz

D) Laktoreya

E) Artıq bədən çəkisi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
8) Akromegaliya xəstəsinin ölüm səbəbi aşağıdakılardan hansıdır?
A) Gecə apnoesi, ürək çatmamazlıgı

B) Hiperqlikemiya

C) Hipoqlikemiya

D) Hipertermiya, böyrək çatmamazlığı

E) Şəkərli diabet
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
9) Somatotrop hormonun sekresiyasını aşağıdakılardan hansıları azaldır?
A) Somatomedinlər

B) Serotonin

C) Estrogenlər

D) Somatostatin

E) Qlyukagon
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
10) Somatotrop hormonu sekresiya edən şiş harada lokalizasiya edə bilər?
A) Hipofizdə, hipotalamusda

B) Aşağı ətraflarda

C) Divararası

D) Yumurtalıglarda və uşaqlıqda

E) Mədəaltı vəzində və dalaqda
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
11) Akromegaliyalı xəstələrin operativ müdaxiləyə mütləq əks göstəriş hansıdır?
A) Qörmə gabiliyətinin pozulması

B) Makroadenoma

C) Bədxassəli şiş

D) Şua terapiyasının effektsizliyi

E) Ahıl yaş
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
12) Akromegaliyanın yaranma səbəbləri hansılar deyil?
A) Sümük-əzələ sisteminin patoloqiyası

B) Somatotrop hormonu ifraz edən qeyri-hipofizar şişlər

C) Hipofizin makroadenoması

D) Hipotalamusun birincili patologiyası

E) Hipofizin mikroadenoması
Ədəbiyyat: И.И.Дедов, Г.А Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004.
13) Şəkərsiz diabet hansı simptomlarla xarakterizə olunur?
A) Polidipsiya, poliuriya, sidiyin hipoosmolyarlığı

B) Polidipsiya, poliuriya, sidiyin hiperosmolyarlığı

C) Hiperqlikemiya

D) Polidipsiya, poliuriya, hiperqlikemiya

E) Plazmanın hipoosmolyarlığı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
14) Şəkərsiz diabetin laborator markerləri hansılardır?
A) Sidiyin xüsusi çəkisinin artması

B) Sidiyin ümümi miqdarının artması, sidiyin xüsusi çəkisinin azalması

C) Sidiyin ümümi miqdarının azalması, sidiyin xüsusi çəkisinin azalması

D) Sidiyin ümümi migdarının azalması

E) Bakteriyuriya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
15) Şəkərsiz diabetin yaranma səbəblərinə hansılar aid deyil?
A) ADH defisiti, ADH qarşı rezistentliyi

B) ADH gen reseptorun mutasiyası

C) Plasentar fermentlər təsirindən ADH-ın parçalanması;

D) AKTH-ın defisiti

E) Prepro-ADH-ın sintezinin genetik defektləri
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
16) İtsenko-Kuşınq xəstəliyinin yaranma səbəbi nə ola bilər?
A) Hipofizin bazofil adenoması

B) Yumurtalıqların şişləri

C) Prolaktinoma

D) Tireotropinoma

E) Kortikoesteroma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
17) Glukokortikoidlərin hipersekresiyasının nəticəsi nə ola bilər?
A) Dəridə striyalar

B) Arterial hipotoniya

C) Qanda şəkərin miqdarının azalması

D) Arıqlama

E) Dərinin nəmliyi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
18) Cərrahiyə əməlliyatı öncəsi somatostatin analoqlarının istifadəsi hansı məqsəd daşıyır?
A) Arterial təziqin stabilləşdirilməsi

B) Əvvəlki terapiyanın qeyri-effektsizliyi

C) Psixolojı hazırlıq

D) Adenomanın ölçüsünün kiçilməsi və somatik statusunun yaxşılaşması

E) Adenomanın konsistensiyasının dəyişilməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
19) Nelson sindromu özünü necə büruzə verir?
A) Qanda AKTH-ın miqdarının azalması ilə

B) Qanda kortizolun miqdarının artması ilə

C) Böyrək-üstü vəzilərin xroniki çatmamazlığı ilə

D) Dərinin nəm olması ilə

E) Böyrək-üstü vəzilərin vərəmi ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
20) İtsenko-Kuşınq xəstəliyi zamanı yaranan şəkərli diabet hansı xüsusiyətlərə malikdir?
A) Mütləq insulinoterapiyaya qöstəriş

B) İnsulinrezistentlik

C) Ketoasidoza meyillik

D) Hipoqlikemiyalara meyillik

E) Peroral şəkərsalici preparatların effektivliyi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
21) İtsenko-Kuşınq xəstəliyinin ağır forması zamanı nə baş verir?
A) Onurğa sütunun differensiyasının sürətlənməsi

B) Sümüklərin patolojı sınıqları

C) Dərialtı piy qatının düzqün paylanması

D) Tranzitor arterial hipertenziya

E) Ay başının dəyişilməməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
22) İtsenko-Kuşınq xəstəliyinin fəsadlarına hansılar aiddir?
A) Böyrək çatmamazlığı

B) Hipotermiya

C) Trombositopeniya

D) Kəskin arıqlama

E) Hipotenziya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
23) İtsenko-Kuşınq xəstəliyinin hansı xəstəliklərlə differensial diaqnozu aparılır?
A) Xroniki alkoqolizm

B) Xroniki piyelonefrit

C) Hipotireoz

D) Böyrək-üstü vəzinin xroniki çatmamazlığı

E) Üzülmüş yumurtalıqlar sindromu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
24) İtsenko-Kuşınq xəstəliyi zamanı adrenalektomiyaya göstəriş hansıdır?
A) Kəskin arıqlama

B) Qanda kortizolun miqdarının daim yüksək olması

C) Hipokaliyemik alkaloz

D) Elektrolit-steroid kardiopatiya

E) Konservativ terapiyanın qeyri-effektivliyi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
25) Xloditanın terapevtik effekti nədən ibarətdir?
A) Kortikoliberin sekresiyasının tormozlanması

B) 17-a-hidroksilaza fermentinin tormozlanması

C) Böyrək-üstü vəzinin qabıq maddəsinin destruksiyası

D) AKTH-ın sekresiyasının tormozlanması

E) 11-b-hidroksilaza fermentinin tormozlanması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
26) Çoxsaylı endokrin neoplaziya 1 tip üçün nə xarakterik deyil?
A) Yumurtalıqların kistası

B) Feoxromositoma

C) Hipofizin adenoması

D) Mədəaltı vəzin Lanherqans adacıqlarının hiperplaziyası

E) Hiperparatiteoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
27) Vermer sindromu hansı xəstəliyin sinonimidir?
A) Çoxsaylı endokrin neoplaziya 3 tip

B) Çoxsaylı endokrin neoplaziya 2A tip

C) Çoxsaylı endokrin neoplaziya 1 tip

D) Çoxsaylı endokrin neoplaziya 2 tip

E) Çoxsaylı endokrin neoplaziya 2B tip
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
28) Simppl sindromu hansı xəstəliyin sinonimidir?
A) Çoxsaylı endokrin neoplaziya 2B tip

B) Çoxsaylı endokrin neoplaziya 2A tip

C) Çoxsaylı endokrin neoplaziya 1 tip

D) Çoxsaylı endokrin neoplaziya 2 tip

E) Çoxsaylı endokrin neoplaziya 3 tip
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
29) 30 yaşlı qadın son 6 ay ay başının olmamasından şikayət edir. Hamilə deyil. Son bir neçə həftə döş vəzilərindən süd ifrazına fikir verib. Son 3 ay kəskin baş ağrıları və yan qörmə qabiliyətinin zəifləməsi narahat edir. Laborator müayinələr hansı dəyişilikləri aşkarlaya bilər?
A) Hiponatriyemiya

B) TSH miqdarının artması

C) STH miqdarının azalması

D) Prolaktinin miqdarının artması

E) Kortizolun miqdarının artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
30) 55 yaşlı qadın son 3 ay 4 kg arıqlayıb, əllərin ölçülərinin boyüməsindən narahatdır. Son 10 qün qormə qabiliyətinin zəifləməsindən və baş ağrılarından şikayət edir. KT zamanı-türk yəhəri nahiyəsində 15 mm törəmə aşkarlanıb. Mümküni diagnoz hansıdır?
A) Hipotalamik qlioma

B) Hipofizin makroadenoması

C) Hipofizin mikroadenoması

D) Beyinin travması

E) Meninqit
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
31) 29 yaşlı qadin hamiləliyin 38 həftəsində qan axma ilə xəstəxanaya çatdırılıb. Kesar əməlliyatı aparılıb və plasenta çıxarılıb. Xəstə 6 saat hipotenziv vəziyyətdə qalıb, qan köçürülüb. Əməliyyatdan sonra ay başı kəsilib. Xəstə zəiflikdən, halsızlıqdan və arıqlamaqdan şikayət edir. Laborator müayinələr zamanı hiponatriyemiya, hiperkaliyemiya və hipoqlikemiya aşkarlanıb. Mumkün diagnoz hansıdır?
A) Beyinin zədələnməsi

B) İnsulit

C) Hipofizin nekrozu

D) Xorionkarsinoma

E) Yarımkəskin tireoidit
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
32) Simmonds sindromu zamanı nə müşaidə olur?
A) TSH-ın sekresiyasının artması

B) AKTH-ın sekresiyasının azalması

C) FSH-ın sekresiyasının artması

D) AKTH-ın sekresiyasının artması

E) LH-ın sekresiyasının artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
33) Simmonds sindromu zamanı həzm pozğunluğu özünü necə büruzə verir?
A) Mədə sekresiyasının artması ilə

B) Bağırsaq atoniyası ilə

C) Mədəaltı vəzinin xarici sekresiyasının artması ilə

D) İştahın artması ilə

E) Mədə-bağırsaq traktının motorikasının sürətlənməsi ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
34) Simmonds sindromu zamanı endokrin dəyişiliklər hansı orqanlarda təzahür edir?
A) Döş vəzilərini

B) Qalxanvariətraf vəzilərini

C) Qalxanvari vəzini

D) Tər vəzilərini

E) Tüpürcək vəzilərini
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
35) Şıxen sindromunun diaqnostikası zamanı hansı əlamətlər səciyyəvidir?
A) İkincili cinsi əlamətlərin qorunması

B) Hiperkortisizm

C) Hipokortisizm

D) Hipertireoz

E) Xolesterinin miqdarının azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
36) Simmonds sindromu zamanı yaranan koma nə ilə müşaidə olur?
A) Proqressivləşən hipokortisizmlə və hipotireozla

B) Proqressivləşən hiperkortisizmlə

C) Hiperprolaktinemiya ilə

D) Hipertermiya ilə

E) Hipernatriyemiya və hiperqlikemiya ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
37) İtsenko-Kuşınq xəstəliyinin etiolojı faktorları hansı deyil?
A) Hipofizin şişləri

B) Böyrək-üstü vəzinin hormonal aktiv şişləri

C) Kəllə travmaları

D) Böyrəklərdə şişlər

E) Hipotalamo-hipofizar sistemində iltihabi proseslər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
38) Uşaqlarda İtsenko-Kuşınq xəstəliyinin hansı xəstəliklərlə differensasiyası zəruridır?
A) Prader-Villi sindromu ilə

B) Hipotalamik sindrom ilə

C) Nelson sindromu ilə

D) Kretinizm ilə

E) Klaynfelter sindromu ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
39) İtsenko-Kuşınq xəstəliyinin mümkün müalicə metodlarına aid deyil?
A) Müalicəsi yoxdur

B) Etiotrop

C) Simptomatik

D) Patogenetik

E) Cərrahi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
40) İtsenko-Kuşinq xəstəliyinin müalicəsinə nə daxil deyil?
A) Böyrək-üstü vəzilərdə kortizolun sekresiyasını blokada edən preparatlar

B) Kombinə terapiya (cərrahi əməliyyat və şualanma)

C) AKTH blokada edən preparatların istifadəsi

D) Kortikotropin sekresiya edən şişin cərrahi yolla çıxarılması

E) Hipofizar nahiyyənin şualanması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
41) AKTH-ın sekresiyasını blokada edən preparat hansıdır?
A) Mitotan

B) Xloditan

C) Bromokriptin

D) Mammomit

E) Orimeten
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
42) İtsenko-Kuşınq xəstəliyinin simptomatik müalicəsində hansı preparatlardan istifadə olunmur?
A) Anaboliklərdən

B) Ca preparatlarından

C) Tireostatiklərdən

D) Hipotenziv preparatlardan

E) Şəkərsalıcı preparatlardan
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
43) Oğlan 12,5 yaşlı. Şikayətləri: alçaqboyluq, piylənmə, kəskin baş ağrıları. 3240 qr. çəki ilə tam normal doğulub. 7 yaşından bədən çəkisi artmağa başlayıb. 10 yaşından – boyun inkişafdan qalması. Obyektiv: fiziki inkişaf 10 yaşa uyğundur, ayvari üz quruluşu, yanaqların ruberozu müşaidə olur. Qoltuqaltı nahiyyədə tüklənmə. Cinsi orqanlar 10 yaşına uyğundurlar. Bədənin piylənməsi və ətrafların nazik olması nəzərə çarpır. Dəri quru, follikulyar hiperkeratoz, akne. AT 130/80 mm.c.s. Hansı xəstəlikdən şübhələnmək olar?
A) Hipotireozdan

B) Kallman sindromundan

C) İtsenko-Kuşınq xəstəliyindən

D) Serebral-hipofizar nanizmdən

E) Moriak sindromundan
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
44) Oğlan 12,5 yaşlı. Şikayətləri: alçaqboyluq, piylənmə, kəskin baş ağrıları. 3240 qr. çəki ilə tam normal doğulub. 7 yaşından bədən çəkisi artmağa başlayıb. 10 yaşından – boyun inkişafdan qalması. Obyektiv: fiziki inkişaf 10 yaşa uyğundur, ayvari üz quruluşu, yanaqların ruberozu müşaidə olur. Qoltuqaltı nahiyyədə tüklənmə. Cinsi orqanlar 10 yaşına uyğundurlar. Bədənin piylənməsi və ətrafların nazik olması nəzərə çarpır. Dəri quru, follikulyar hiperkeratoz, akne. AT 130/80 mm.c.s. Diaqnozu təsdiq etmək üçün hansı hormonal müayinələri aparmaq vacibdir?
A) Qanda kortizolun və AKTH-ın təyini

B) Prolaktinin təyini

C) STH-ın təyini

D) Tireoid hormonların təyini

E) Mineralokortikoidlərin təyini
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
45) Akromeqaliyanın kliniki əlamətlərinə hansı aid deyil?
A) Baş ağrıları

B) Striyalar

C) Yumşaq toxumaların hipertrofiyası

D) Proqnatizm

E) Tərləmə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
46) Qiqantizmin müalicəsi zamanı istifadə olan preparatlar hansıdır?
A) Tiroksin

B) Sandostatin

C) Metoklopramid

D) Lizurqid

E) Prednizolon
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
47) Pubertat zamanı boyun inkişafı və sümük toxumasının differensiyası hansı hormondan asılı deyil?
A) Prolaktindən

B) Tireoid hormonlardan

C) Estrogenlərdən

D) Androgenlərdən

E) Boy hormonundan
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
48) STH defisitinin orqanik variantının mümkün səbəbi hansı deyil?
A) Hipotalamo-hipofizar sisteminin anevrizması

B) Somatomedinlərin defisiti

C) Hipofizə qansızmalar

D) Hipofizin aplaziyası

E) Kraniofarinqioma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
49) Kraniofarinqiomanın kliniki əlaməti hansı deyil?
A) Şəkərsiz diabet

B) Nevrolojı simptomlar

C) Hipoqonadizm

D) Alçaqboyluluq

E) Hipertireoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
50) Serebral-hipofizar nanizmin kliniki əlamətlərinin patogenezində hansı hormonun defisiti rol oynayır?
A) AKTH-ın və kortizolun

B) Mineralokortikoidlərin

C) Prolaktinin

D) Qonadotropinlərin və STH-nun

E) TSH-nun
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
51) Laron sindromunun kliniki əlamətlərinə aid deyil?
A) Boy hormonunun normada olması

B) Boy hormonunun az olması

C) Boy hormonunun normadan artıq olması

D) Alçaqboyluluq

E) Somatomedin-C defisiti
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
52) Silver sindromunun kliniki əlaməti deyil?
A) Doğulandan boy defisiti

B) “Balıq” ağız

C) Vaxtından əvvəl cinsi inkişaf

D) STH-ın defisiti

E) Hündürboyluluq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
53) Serebral-hipofizar nanizmi hansı xəstəliklərlə differensasiyası zəruri deyil?
A) Addison xəstəliyindən

B) Primordial nanizmdən

C) Ailəvi alçaqboyluluqdan

D) Boyun və cinsi inkişafın konstitusional qeri qalmasından

E) Xromosom xəstəliklərdən
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
54) Primordial nanizm üçün hansı əlamət xarakterik deyil?
A) Pubertatın vaxtında başlanması

B) Sümük yaşının pasport yaşına uyğun olması

C) Uşağın normal boylu və çəkili doğulması

D) Boy hormonunun normada olması

E) Uşağın boy və çəki defisiti ilə doğulması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
55) Serebral-hipofizar nanizmin kompleks müalicəsi zamanı istifadə olunmayan preparat hansıdır?
A) Parlodel

B) Cinsi hormonlar

C) Xorionik qonadotropin

D) Boy hormonu

E) Tireoid preparatlar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
56) Hiperprolaktinemiyanın yaranma səbəbi hansı deyil?
A) Hipotireoz

B) Süd vəzilərində şiş

C) Hipofizin travması

D) Hipotalamusun şişləri

E) Hipofizin prolaktin-sekresiya edən şiş
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
57) Hansı preparatın qəbulundan hiperprolaktinemiya yarana bilməz?
A) Metoklopramidin qəbulundan

B) Rezerpinin qəbulundan

C) Qeyri-steroid preparatlardan

D) Peroral kontraseptivlərin qəbulundan

E) Narkotiklərin qəbulundan
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
58) Hansı preparatın qəbulundan hiperprolaktinemiya yarana bilər?
A) Tireoid preparatların qəbulundan

B) Qlyukokortikoidlərin qəbulundan

C) Psixotrop maddələrin qəbulundan

D) APF-inhibitorların qəbulundan

E) Ca preparatlarının qəbulundan
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
59) Qadınlarda hiperprolaktinemiya nə ilə müşaidə olur?
A) Hiperproqesteronemiya ilə

B) Ovulyasiyanın olmaması ilə

C) Hiperpiqmentasiya ilə

D) Arterial hipotoniya ilə

E) Bədən çəkisinin itirilməsi ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
60) Hiperprolaktinemiya ilə müşaidə olan endokrin xəstəliklər hansıdır?
A) Nelson sindromu

B) Addison xəstəliyi

C) Simmonds xəstəliyi

D) Şəkərsiz diabet

E) Birincili hipotireoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
61) Hiperprolaktinemiya hansı xəstəlikləri müşaidə edə bilər?
A) Xroniki prostatiti

B) Xroniki böyrək çatmamazlığını

C) Arterial hipertoniyaları

D) Dəmirdefisitli anemiyaları

E) Bronxial astmanı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
62) Hiperprolaktinemiyanın etiopatoqenetik variantlarına aid deyil?
A) İdiopatik forma

B) Posttravmatik forma

C) Medikamentoz forma

D) Şua forması

E) Şiş forma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə