Endokrinologiya


) Birincili osteoporozun patogenezində mühüm rol oynayan faktorlar hansı deyil?



Yüklə 1,62 Mb.
səhifə14/17
tarix30.09.2017
ölçüsü1,62 Mb.
#2508
1   ...   9   10   11   12   13   14   15   16   17

807) Birincili osteoporozun patogenezində mühüm rol oynayan faktorlar hansı deyil?
A) Menopauzada ovarial funksiyanın dayanması

B) Ca homeostazının pozulması

C) Həyat boyu ovarial funksiyanın azalması

D) Na homeostazının pozulması

E) 60 yaşdan sonra fiziki aktivliyin azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
808) Fəqərələrin osteoporozu zamanı rentqenolojı dəyişiliklər hansılardır?
A) Subperiostal rezorbsiya

B) Sümük toxumasının asağı şəffaflığı

C) Fəqərələrin hündürlüyinin kiçilməsı

D) Kəllə sümüklərinin hiperostozu

E) Duzlaşma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
809) Diffuz osteoporoz zamanı rentqenolojı dəyişiliklər hansıdır?
A) Duzlaşma

B) Subperiostal rezorbsiya

C) Kəllə sümüklərinin hiperostozu

D) Sümük toxumasının yuxarı şəffaflığı

E) Fəqərələrin hündürlüyinin kiçilməsı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
810) İnvolyusiya osteoporozunun profilaktikası üçün ən rasional addım?
A) D vitaminin qəbulu

B) Estroqen tərkibli preparatlarının qəbulu

C) Menopauza başlanandan Ca və C vitaminin qəbulu

D) Hərəkət aktivliyinin artması ilə bərabər Ca və D vitaminin qəbulu

E) Zülallarla kəsad olan pəhriz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
811) Sümük sıxlığının azalması hansı preparatlarının qəbulundan yarana bilər?
A) Diuretiklərin

B) İnterferonun

C) D vitamini

D) Antibiotiklərin

E) Aspirinin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
812) Osteomalyasiya zamanı laborator göstəcilərin dəyişilikləri hansıdır?
A) Leykositoz

B) Disproteinemiya və ümumi zülalın artması

C) Oksiprolinin ekskresiyasının artması

D) Hiperkalsemiya və hiperfosfatemiya

E) Ca/kreatinin münasibətinin azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
813) Antirezorbtiv terapiyanın əsas effektləri hansıdır?
A) Osteoidlərin aktivizasiyası

B) Osteositlər inhibisiyası

C) Osteoklastların inhibisiyası

D) Sümük matrisasının bərpası

E) Osteoblastlar inhibisiyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
814) Sümük sıxlığı ilkin olaraq skeletin hansı sahələrində azalır?
A) Bazu önü

B) Onurğa sütununda

C) Oma sümüyü

D) Çanaq-bud oynağında

E) Baldırlarda
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
815) İnvolyusiya osteoporozu zamanı nəyin təyini məqsədəuyğundur?
A) Paratireoid hormonun

B) D vitamininin

C) Estradiol və qonadotropinlərin

D) Osteokalsinin

E) Prolaktinin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
816) Menopauzada osteoporozun kliniki göstəricilərinə aid deyil?
A) Onurğanın əyilməsi

B) Əsəbilik

C) Ağrı sindromu

D) Boyun 10-12 sm azalması

E) Döş qəfəsinin deformasiyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
817) Birincili osteoporoza aid deyil?
A) İrsi osteoporoz

B) Steroid osteoporoz

C) Postmenopauzal osteoporoz

D) Senil osteoporoz

E) İdiopatik yuvenil osteoporoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
818) İdiopatik osteoporoz üçün xarakterik əlamətlər hansı deyıl?
A) Qonadların funksiyasının zəifləməsi

B) Onurğanın əyilməsi

C) Onurğanın kompression sınıqları

D) Boyun 10-12 sm azalması

E) Ağrı sindromu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
819) Sümüyun remodelyasiya markerlərinə aşağıdakılardan hansı aid deyıl?
A) Kreatinfosfokinaza

B) Qələvi fosfataza

C) Sidikdə oksiprolin

D) Osteokalsin

E) Piridinolin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
820) Antirezorbtiv effektə malik olan preparatlara hansı aid deyıl?
A) D vitamin preparatları

B) Ca preparatları

C) Bifosfonatlar

D) Kalsitonin

E) Deksametazon
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
821) Qadınlarda osteoporozun yaranmasının risk faktoru deyil?
A) Antibiotiklərin uzun müddət qəbulu

B) Hipostenik bədən quruluşu

C) İdman ilə məşqul olmaq

D) Artıq çəki

E) Menopauza
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
822) İnsan orqanizmində Ca miqdarının orta göstəricisi?
A) 500 qr

B) 2000 qr

C) 1500 qr

D) 800 qr

E) 1000 qr
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
823) Skeletdə Ca faiz göstəricisi hansıdır?
A) 10%

B) 90%


C) 80%

D) 98%


E) 50%
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
824) Sidik ilə ekskresiya olan Ca miqdarı?
A) 50%

B) 2%


C) 1,5%

D) 20%


E) 10%
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
825) Orqanizmdə Ca haradan sovrulur?
A) Düz bağırsaqdan

B) Ağız boşluğundan

C) Yoğun bağırsaqdan

D) Nazik bağırsaqdan

E) Mədədən
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
826) Hiperkalsemiya nəyə səbəb olur?
A) Tireotrop hormonunun artmasına

B) ТЗ azalmasına

C) Parathormonun sekresiyasının azalmasına

D) АКТH-ın azalmasına.

E) Т4 artmasına
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
827) Sümük sıxlığının azalması hansı hallarda müşahidə olmur?
A) Ağ ciyərlərin xroniki qeyri-spesifik xəstəlikləri zamanı

B) Xroniki böyrək çatmamazlığı zamanı

C) Revmatoid artrit zamanı

D) Hemorraqik diatezlər zamanı

E) Piylənmə zamanı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
828) Osteoporozun risk faktoru deyil?
A) Qlyukokortikoid istifadəsi

B) Nikotin istifadəsi

C) Çaxır istifadəsi

D) Pivə istifadəsi

E) Natural şirə istifadəsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
829) İldə boyun neçə sm kiçilməsi zamanı osteoporozdan şübhələnmək olar?
A) < 1 sm

B) < 2 sm

C) <5 sm

D) <4 sm


E) < 6 sm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
830) Bədən kütləsinin indeksinin hansı göstəriciləri osteoporoz üçün risk faktorudur?
A) <40

B) >20


C) >39

D) >50


E) <20
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
831) Osteoporoz hansı endokrin xəstəlikləri müşahidə etmir?
A) Hipoqonadizm

B) Şəkərli diabet

C) Şəkərsiz diabet

D) Akromeqaliya

E) Hiperkotisizm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
832) Yuvenil osteoporoz hansı yaş dövründə yarana bilər?
A) 7-9 yaş arası

B) 20-24 yaş arası

C) 5-6 yaş arası

D) 8-10 yaş arası

E) 10-14 yaş arası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
833) Osteoporozun əvəzedici hormonal terapiyasının maksimal istifadə müddəti hansıdır?
A) 1-3 il

B) 3-5 il

C) 5-7 il

D) 2-3 il

E) 9-10 il
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
834) Estrogenlərin sintezi qadın orqanizmində hansı vəz və toxumalarda gedir?
A) Böyrəküstü vəzilərin qabiq qatında və hipofizdə

B) Qalxanabənzər vəzdə və əzələlərdə

C) Piy toxumasında və qalxanabənzər vəzdə

D) Yumurtalıqlarda və böyrəküstü vəzilərin qabıq qatında

E) Əzələlərdə və yumurtalıqlarda
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
835) Qonadotrop hormonlara hansılar aiddir?
A) Tireotrop hormon, follikulstimuləedici hormon

B) Prolaktin, somatotrop hormon

C) Adrenokortikotrop hormon, lüteinləşdirici hormon

D) Follikulstimuləedici hormon, lüteinləşdirici hormon

E) Somatotrop hormon, tireotrop hormon
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
836) Yumurtalıqların birincili hipofunksiyasi zamani qanda hansı hormonal dəyişikliklər baş verir?
A) Qonadotrop hormonlar azalir, estrogenlər artır

B) Qonadotrop hormonlar normada olur, estrogenlər azalır

C) Qonadotrop hormonlar artır, estrogenlər artır

D) Qonadotrop hormonlar azalır, estrogenlər azalır

E) Qonadotrop hormonlar artır, estrogenlər azalır
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
837) Yumurtalıqların ikincili hipofunksiyası zamanı qanda hansı hormonal dəyişikliklər baş verir?
A) Qonadotrop hormonlar normada olur, estrogenlər artır

B) Qonadotrop hormonlar artır, estrogenlər artır

C) Qonadotrop hormonlar azalır, estrogenlər azalır

D) Qonadotrop hormonlar artır, estrogenlər azalır

E) Qonadotrop hormonlar azalır, estroqenlər artır
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
838) Yumurtalıqların birincili hipofunksiyası zamanı bu müalicəni aparmaq məqsədəuyğun deyil?
A) Sintetik estrogen-gestagen preparatları ilə əvəzedici hormonal terapiya

B) Sedativ preparatlarla müalicə

C) Kalsium və D vitamini preparatları ilə müalicə

D) Ovulyasiyanı stimullaşdıran preparatlarla müalicə

E) Natural estrogen-gestagen preparatları ilə əvəzedici hormonal terapiya
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
839) Yumurtalıqların ikincili hipofunksiyası zamanı bu müalicəni aparmaq məqsədəuyğun deyil?
A) Osteoporoz əleyhinə müalicə

B) Qonadotropin-rilizinq hormonunun sintetik analoqları ilə müalicə

C) Ovulyasiyanı stimullaşdıran preparatlarla müalicə

D) Qonadotrop hormonlarla əvəzedici terapiya

E) Antiestrogen preparatlarla müalicə
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
840) Yumurtalıqların birincili hipofunksiyasına aşağıdakı simptomlar hansı xasdır?
A) Uşaqlığın və yumurtalıqların hipoplaziyası, virilizm, amenoreya

B) Hirsutizm, amenoreya, piylənmə

C) Sonsuzluq, uşaqlıq qanaxmalari, piylənmə

D) Amenoreya, hirsutizm, sonsuzluq

E) Amenoreya, sonsuzluq, uşaqlığın və yumurtalıqların hipoplaziyası
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
841) Yumurtalıqların üzülmə sindromuna aşağıdakı simptomlardan hansı xasdır?
A) İkincili amenoreya, sonsuzluq, vegetativ simptomlar

B) Birincili amenoreya, sonsuzluq, piylənmə

C) Hirsutizm, ikincili amenoreya, vegetativ simptomlar

D) Sonsuzluq, hirsutizm, uşaqlıq qanaxmaları

E) Piylənmə, virilizm, birincili amenoreya
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
842) Yumurtalıqların rezistent sindromu zamanı aşağıdakı kariotip müşahidə olunur?
A) 46,XY

B) 46,XX


C) 47,XXY

D) 45,XO


E) 47,XXX
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
843) Yumurtalıqların üzülmə sindromunun ağırlaşmaları bunlardır?
A) Ateroskleroz, uşaqlığın xərçəngi, piylənmə

B) Miokard infarktı, ateroskleroz, osteoporoz

C) Uşaqlıq xərçəngi, miokard infarktı, piylənmə

D) Piylənmə, osteoporoz, uşaqlıq qanaxmaları

E) Osteoporoz, ateroskleroz, uşaqlıq qanaxmaları
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
844) Yumurtalıqların ikincili hipofunksiyası diaqnozunu təsdiq etmək üçün aşağıdakı müayinələr aparılır?
A) Döş qəfəsinin R-qrafiyası, EKQ, uşaqlıq və yumurtalıqların USM-si

B) Kəllənin R-qrafiyası, qanın lipid spektrinin öyrənilməsi, EKQ

C) Hormonal analizlər, uşaqlıq və yumurtalıqların USM-si, kəllənin R-qrafiyası

D) Böyrəküstü vəzilərin KT-sı, hormonal analizlər, döş qəfəsinin R-skopiyası

E) Hormonal analizlər, qalxanabənzər vəzin USM-si, böyrəküstü vəzilərin KT-sı
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
845) Kalman sindromu üçün aşağıdakılardan hansılar səciyyəvidir?
A) İy bilmə qabiliyyətinin itməsi, piylənmə

B) Hipoqonadotrop hipoqonadizm, piylənmə

C) Hiperqonadotrop hipoqonadizm, iy bilmə qabiliyyətinin itməsi

D) Hipoqonadotpop hipoqonadizm, iy bilmə qabiliyyətinin itməsi

E) Piylənmə, hiperqonadotrop hipoqonadizm
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
846) Şteyn-Levental sindromuna aşağıdakılardan hansılar səciyyəvidir?
A) Virilizm, hiperprolaktinemiya, hipoqonadotrop amenoreya

B) Anovulyasiya, hiperandrogeniya, uşaqlıq və yumurtalıqların hipoplaziyası

C) Hiperandrogeniya, uşaqlığın hipoplaziyası və yumurtalıqların polikistozu, anovulyasiya

D) Hiperqonadotrop amenoreya, piylənmə, insulinədavamlılıq

E) İnsulinədavamlılıq, virilizm, sonsuzluq
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
847) Şteyn-Levental sindromu zamanı aşağıdakı kariotip müşahidə olunur?
A) 46,XY

B) 45,XO


C) 46,XX

D) 47,XXX

E) 47,XXY
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
848) Şteyn-Levental sindromunda aşağıdakı hormonal dəyişikliklər olur.
A) Qonadotrop hormonlar azalır, estrogenlər artır, prolaktin artır

B) Tireotrop hormon azalır, androgenlər artır, insulin artır

C) İnsulin azalır, androgenlər artir, follikulstimuləedici hormon artır

D) Estrogenlər azalır, androgenlər azalır, tireotrop hormon artır

E) Androgenlər artır, lüteinləşdirici hormon artir, somatotrop hormon normada olur
Ədəbiyyat: Старкова Н.Т., 2002
849) İnsulinədavamlılıqla olan yumurtalıqların polikistoz sindromunda aşağıdakı müalicə məqsədəuyğun deyil.
A) Tiazolidindionlarla müalicə

B) Pəhrizlə və biquanidlərlə müalicə

C) Biquanidlərlə müalicə

D) Biquanidlərlə və tiazolidindionlarla müalicə

E) Sulfanilsidikcövhərinin törəmələri ilə müalicə
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
850) Yumurtalıqların polikistoz sindromu kəskin hiperandrogeniya ilə və insulinədavamlılıqsızlığa keçəndə aşağıdakı müalicə aparılmalıdır.
A) Etinilestradiol siproteron

B) Roziqlitazon

C) Metformin

D) Sibutramin

E) Klomifen-sitrat
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
851) Yumurtalıqların polikistoz sindromunun böyrəküstü formasında aşağıdakı müalicə aparılmalıdır.
A) Klomifen-sitrat

B) Triptorelin.

C) Metformin

D) Deksametazon

E) Etinilestradiol/levonorqestrel
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
852) Yumurtalıqların polikistoz sindromuna aşağıdakı fenotip xasdır.
A) Cırtdanboyluluq, kişi tipli bədən quruluşu

B) Kişi tipli tüklənmə, cirtdanboyluluq

C) İkincili cinsi əlamətlərin inkişaf etməməsi, cirtdanboyluluq

D) Qadin tipli bədən quruluşu, kişi tipli tüklənmə

E) Piylənmə, ikincili cinsi əlamətlərin inkişaf etməməsi
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
853) İnsulinədavamlılığı təsdiq etmək üçün Caro əmsalını bu formulla hesablayırlar.
A) Qanda acqarına şəkərin səviyyəsini (mmol/l)*22,5/qanda acqarına İRİ səviyyəsinə (mkBV/ml)

B) Qanda acqarina İRİ səviyyəsini (mkBV/ml)*22,5/qanda acgarına şəkərin səviyyəsinə (mmol/l)

C) Qanda acqarına şəkərin səviyyəsini (mmol/l)*qanda acqarına İRİ səviyyəsinə (mkBV/ml)

D) Qanda acqarına şəkərin səviyyəsini (mmol/l)/qanda acqarına İRİ səviyyəsinə (mkBV/ml)

E) Qanda acqarına İRİ səviyyəsini (mkBV/ml)/qanda acqarına şəkərin səviyyəsinə (mmol/l)
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
854) İnsulinədavamlılıq HOMA əmsalı ilə bu formulla hesablanır.
A) Qanda acqarına İRİ səviyyəsini(mkBV/ml) qanda acqarına şəkərin səviyyəsinə (mmol/l) 22,5

B) Qanda acqarına şəkərin səviyyəsini (mmol/l)*22,5/qanda acqarına İRİ səviyyəsinə

C) Qanda acqarına şəkərin səviyyəsini (mmol/l) qanda acqarına İRİ səviyyəsinə (mkBV/ml)

D) Qanda acqarına şəkərin səviyyəsini (mmol/l)*qanda acqarına İRİ səviyyəsinə (mkBV/ml)

E) Qanda acqarına İRİ səviyyəsini (mkBV/ml)/qanda acqarına şəkərin səviyyəsinə (mmol/l)
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
855) Hirsutizmi (Ferriman-Qollvey şkalası ilə) hansı rəqəm göstərir?
A) Hirsut rəqəm

B) Hormonal rəqəm+indifferent rəqəm

C) Hormonal rəqəm

D) İndifferent rəqəm

E) İndifferent rəqəm+hirsut rəqəm
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
856) Hirsutizmin ifadə edilməsini qiymətləndirmək üçün bədənin neçə androgenasılı sahəsini tanıyırsız (Ferriman-Qollvey şkalası ilə)?
A) 8

B) 7


C) 10

D) 3


E) 11
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
857) Yumurtalıqların polikistoz sindromunun diaqnozunu təsdiq etmək üçün aşağıdakı müayinələr vacibdir.
A) Kəllənin R-grafiyası, hormonal sınaqlar, anamnezin toplanması

B) EKQ, kəllənin R-grafiyası, böyrəküstü vəzilərin USM-si

C) Hormonal müayinələr, uşaqlığın və yumurtalıqların USM-si, hormonal sınaqlar

D) Anamnezin toplanması, hormonal müayinələr, döş qəfəsinin R-qrafiyası

E) Uşaqlığın və yumurtalıqların USM-si, EKQ, böyrəküstü vəzilərin KT-sı
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
858) Klimakterik sindroma xas olan əlamətlər bunlardır.
A) Hirsutizm, piylənmə, birincili amenoreya

B) Neyropsixiki dəyişikliklər, kaxeksiya, amenoreya

C) Kaxeksiya, oliqo-amenoreya, hirsutizm

D) Vegetativ simptomatika, piylənmə, virilizm

E) Oliqo-amenoreya, vegetativ simptomatika, neyropsixiki dəyişikliklər
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
859) Klimakterik sindromun erkən ağırlaşmalarına bunlar aiddir.
A) Vazomotor dəyişikliklər, emosional-psixi dəyişikliklər

B) Ürək-damar xəstəlikləri, vazomotor dəyişikliklər

C) Emosional-psixi dəyişikliklər, urogenital pozğunluqlar

D) Urogenital pozğunluqlar, osteoporoz

E) Osteoporoz, dəri və onun törəmələrində dəyişikliklər
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
860) Klimakterik sindromun orta dövrünün ağırlaşmalarına bunlar aiddir.
A) Ürək-damar xəstəlikləri, urogenital pozğunluqlar

B) Emosional-psixi dəyişikliklər, ateroskleroz

C) Osteoporoz, vazomotor dəyişikliklər

D) Urogenital pozğunluqlar, dəri və onun törəmələrində dəyişikliklər

E) Dəri və onun törəmələrində dəyişikliklər, vazomotor dəyişikliklər
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
861) Klimakterik sindromun gecikmiş ağırlaşmalarına bunlar aiddir.
A) Osteoporoz, emosional-psixi dəyişikliklər

B) Ürək-damar xəstəlikləri, osteoporoz

C) Vazomotor dəyişikliklər, ürək-damar xəstəlikləri

D) Dəri və onun törəmələrində dəyişikliklər, ateroskleroz

E) Urogenital pozğunluqlar, vazomotor dəyişikliklər
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
862) Klimakterik dövrün başlanğıcında aşağıdakı hormonal dəyişikliklər baş verir.
A) Lüteinləşdirici hormon artır, hiperestrogenemiya olur

B) Follikulstimuləedici hormon artır, hiperestrogenemiya olur

C) Follikulstimuləedici hormon azalır, hiperestrogenemiya olur

D) Lüteinləşdirici hormon azalır, hipoestrogenemiya olur

E) Follikulstimuləedici hormon azalır, hipoestrogenemiya olur
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
863) Klimakterik dövrün orta çağında aşağıdakı hormonal dəyişikliklər baş verir.
A) Qonadotrop hormonlar artır, LH/FSH nisbəti artır, hiperestrogenemiya olur

B) Qonadotrop hormonlar azalır, LH/FSH nisbəti artır, hiperestrogenemiya olur

C) Qonadotrop hormonlar artır, LH/FSH nisbəti normada qalır, hipoestrogenemiya olur

D) Qonadotrop hormonlar artır, LH/FSH nisbəti azalır, hipoestrogenemiya olur

E) Qonadotrop hormonlar azalır, LH/FSH nisbəti azalır, hipoestrogenemiya olur
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
864) Klimakterik sindromun müalicəsində aşağıdakı müalicə məqsədəuyğun deyil.
A) Sedativ preparatlarla müalicə

B) Sintetik estrogen-gestagen preparatları ilə müalicə

C) Natural estrogen-gestagen preparatları ilə müalicə

D) Bisfosfonatlarla müalicə

E) Kalsium və D vitamini preparatları ilə müalicə
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
865) Klimakterik sindromun ağır formasında “istigəlmə” tutmaları gün ərzində neçə dəfə təsadüf edir?
A) 20-dən 30-a gədər

B) 10-dan 20-yə gədər

C) 15-dən 25-ə gədər

D) 20-dən çox

E) 10-na qədər
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
866) Klimakterik sindromun yüngül formasında “istigəlmə” tutmaları gün ərzində neçə də-fə təsadüf edir?
A) 20-dən 30-a gədər

B) 20-ə gədər

C) 10-dan 20-yə gədər

D) 10-na qədər

E) 30-dan çox
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
867) Sağlam qadınlarda klimakterik dövrün başlanması adətən bu yaş dövrünə təsadüf edir.
A) 40-50 yaş

B) 35-45 yaş

C) 50-60 yaş

D) 55-65 yaş

E) 46-55 yaş
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
868) Erkən klimaks bu yaş dövrünə təsadüf edir.
A) 46-55 yaş

B) 35-40 yaş

C) 30-40 yaş

D) 50-55 yaş

E) 40-45 yaş
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.


Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə