Endokrinologiya


) Qızlarda adrenoqenital sindromunun kliniki simptomları hansılardır?



Yüklə 1,62 Mb.
səhifə13/17
tarix30.09.2017
ölçüsü1,62 Mb.
#2508
1   ...   9   10   11   12   13   14   15   16   17

749) Qızlarda adrenoqenital sindromunun kliniki simptomları hansılardır?
A) Vaxtından əvvəl həqiqi izoseksual cinsi inkişaf

B) Pubertat bitdikdə hündürboyluluq

C) Vaxtından əvvəl yanlış izoseksual cinsi inkişaf

D) Xarici cinsi orqanların hermafrodit quruluşu

E) Uşağlıqda fiziki inkişafın geri qalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
750) Adrenoqenital sindromunun diaqnostikası üçün istifadə olan sınaqlar hansıdır?
A) Kiçik deksametazon sınağı

B) Sinakten ilə sınaq

C) Metapiron ilə sınaq

D) Deksametazon-xorioqonin sınağı.

E) İnsulin ilə sınaq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
751) Adrenoqenital sindromunun irsi keçmə yolları hansıdır?
A) Autosom-dominant

B) Autosom-resessiv

C) X-birləşmiş

D) Poliqen

E) Mutasiya de novo ilə bağlı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
752) Feoxromositomanın kliniki simptomları hansıdır?
A) Hipertoniya və hipoqlikemiya

B) Hipertoniya və hipermetabolizm

C) Hipotoniya və hiperqlikemiya

D) Hipertoniya, hipoqlikemiya və hipermetabolizm

E) Hipotoniya və hipermetabolizm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
753) 14 yaşlı pasiyent aşağıdakı şikayyətlərlə müraciyyət edi: halsızlıq, zəiflik, dəri örtüklərinin qaralması, son 6 ay tez-tez soyuq dəymədən əziyyət çəkir. Obyektiv: boy 160 sm, çəki 40 kg. Dəri örtüyü tünd rəngli, areolalar, sürtünmə zonaları və büküşlər hiperpiqmentasiyalı. AT 90/50 mm.c.s. Hansı diaqnozdan şübhələnmək olar?
A) Bağırsaq infeksiyası

B) Hipoaldosteronizm

C) Böyrək-üstü vəzinin çatmamazlığı

D) Anoreksiya

E) Diffuz-toksiki ur
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
754) 14 yaşlı pasiyent aşağıdakı şikayyətlərlə müraciyyət edib: halsızlıq, zəiflik, dəri örtüklərinin qaralması, son 6 ay tez-tez soyuq dəymədən əziyyət çəkmə. Obyektiv: boy 160 sm, çəki 40 kg. Dəri örtüyü tünd rəngli, areolalar, sürtünmə zonaları və büküşlər hiperpiqmentasiyalı. AT 90/50 mm.c.s. Böyrək-üstü vəzinin çatmamazlığı haqqında subut edən simptomlar hansılardır?
A) Arıqlama və dərinin tündləşməsi

B) Hipotoniya

C) AT dəyişilməməsi

D) İştahsızlıq

E) Hündürboyluluq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
755) 14 yaşlı pasiyent aşağıdakı şikayyətlərlə müraciət edib: halsızlıq, zəiflik, dəri örtüklərinin qaralması, son 6 ay tez-tez soyuq dəymədən əziyyət çəkmə. Obyektiv: boy 160 sm, çəki 40 kg. Dəri örtüyü tünd rəngli, areolalar, sürtünmə zonaları və büküşlər hiperpiqmentasiyalı. AT 90/50 mm.c.s. Diaqnozu təsdiq etmək üçün hansı müayinələr aparılmalıdır?
A) Qanda adrenalinin təyini

B) Qanda leykositlərin təyini

C) Qanda eozinifillərin təyini

D) Qanda kortizolun təyini

E) Qanda Ca təyini
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
756) Vaxtından əvvəl cinsi inkişaf hansı xəstəliklərdə müşahidə olunur?
A) Həqiqi hermafroditizmdə

B) 5-alfa-reduktazanın çatmamazlığında

C) Testikulyar feminizasiya sindromunda

D) Yumurtaların qarışıq disqeneziyasında

E) Böyrək-üstü vəzilərinin anadanqəlmə disfunksiyasında (21 –hidroksilaza çatmamazlığında)
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
757) Hiperandrogeniyanın uşaqlarda manifest simptomu hansıdır?
A) Pubarxe

B) Ackne vulqaris

C) Saçların yağlanmsı

D) Alopesiya

E) Hirsutizm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
758) Androsteromanın əsas müalicə metodları hansılardır?
A) Cərrahi əməliyyat

B) Sadalanlardan metodlardan heç biri

C) Şua terapiyası

D) Antiandrogenlər

E) Xloditan
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва
759) Adrenogenital sindrom olan xəstələrdə stress zamanı müalicə taktikası?
A) İmmunostimulyatorlardan istifadə etmək

B) Hormonların dozasını artırmaq

C) Hormonoterapiyanı dayandırmaq

D) Hormonların dozasını azaltmaq

E) Heç bir dəyişiliklik etməmək
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина»
760) Adrenogenital sindrom zamanı qızlarda klitorotomiyanın aparılmasının optimal vaxtı?
A) 2 yaşa qədər

B) Prepubertat dövrdə

C) Diaqnoz qoyulduqdan dərhal sonra (yaşdan aslı olmayaraq)

D) Yeni doğulan vaxtı

E) Pubertat dövrdə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина»
761) Adrenogenital sindrom zamanı qızlarda introiplastikanın aparılmasının optimal vaxtı?
A) 5-7 yaşında

B) 18-20 yaşında

C) Körpə vaxtı

D) 10-11 yaşından sonra

E) 21-25 yaşında
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина»
762) Yeni doğulan uşaqlarda Fridreksen-Uoterxaus sindromunun klinik simptomu deyil?
A) Sianoz

B) Tənqinəfəslik

C) Hipotermiya

D) Febril hərarət

E) Qıc olmalar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина»
763) İkincili hipokortisizm üçün nə xarakterikdir?
A) Mineralokortikoidlərin defisiti yaranmır

B) Kəllə-beyin travmalarının ən çox rast gəlinən ağırlaşmalarındandır

C) Melanodermiya və duzlu qidalara meyl xarakter klinik əlamətidir

D) Birincili hipokortisizmlə müqayisədə daha ağır gedişə malikdir

E) Diaqnozu əsasən kəllənin rentgenoqrafiyası əsasında qoyulur
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
764) Qlükokortikoid preparatlarına aiddir?
A) Doksasozin

B) Deksametazon

C) Yuxarıda sadalananların hamısı doğrudur

D) 9 α-ftorkortizol

E) Propranolol
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
765) Sinaktenlə testi hansı məqsədlə aparılır?
A) Birincili hipokortisizmin diaqnostikası üçün

B) AKTH defisitinin aşkarlamaq üçün

C) Birincili hiperaldosteronizmin diaqnostikası üçün

D) İkincili hipokortisizmli xəstənin əməliyyat öncəsi hazırlığı üçün

E) Hipofizar və böyrəküstü Kuşinq sindromunun differensial diaqnostikası üçün
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
766) Birincili xroniki böyrəküstü vəzi çatmamazlığı üçün aşağıda yazılanlardan biri doğru deyil?
A) Böyrəküstü vəzin qabıq maddəsinin autoimmun destruksiyası ən çox rast gəlinən səbəblərindəndir

B) Dəri və görünən selikli qişaların hiperpiqmentasiyası MSH hipersekresiyası hesabına olur

C) Kortikosteroidlərlə əvəzedici müalicə fonunda böyrəküstü vəzin atrofiyasının reqressinə və funksiyalarının bərpasına nail olmaq olur

D) Autoimmun tireoiditlə birgə rast gəlinməsi Şmidt sindromu adlanır

E) Adrenoleykodistrofiya və böyrəküstü vəzin vərəmi çox rast gəlinən səbəblərindəndir
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
767) Birincili hipokortisizm zamanı aşağıda yazılanlardan biri olmur?
A) Hiponatriemiya

B) Hiperkaliemiya

C) Hiperkaliuriya

D) Sirkulə edən plazmanın həcminin artması

E) Plazma reninin aktivliyinin artması
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
768) Autoimmun mənşəli birincili hipokortisizm üçün nə xarakterikdir?
A) 21-hidroksilazaya qarşı antitellərin olması

B) Uzunzəncirli yağ turşularının yüksək səviyyəsi

C) Kortizolun aşağı və AKTH yüksək səviyyəsi

D) Qamma-qlobulinin yüksək səviyyəsi və plazma zülallarının elektroforez zamanı M-qaradienti

E) ) Kompyuter tomoqrafiyası zamanı böyrəküstü vəzdə kalsinatların olmaması
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
769) Nə üçün İtsenko-Kuşinq xəstəliyi ( hipofizar Kuşinq sindromu ) zamanı böyük deksametazon ( Liddl ) testi zamanı kortizol sekresiyasını azaltmaq mümkün olur?
A) Heç biri düzgün deyil

B) Qlükokortikoidlərin inqibə edici təsirinə qarşı hipotalamo-hipofizar sistemin həssaslığının tam itməməsi

C) )Belə yüksək dozalarda deksametazon böyrəküstü vəzin qabıq maddəsinə inqibəedici effekt göstərir

D) Deksametazonun yüksək dozası hipotalamus-hipofiz-böyrəküstü vəzin qabıq maddəsi arasında əlaqəni normallaşdırır

E) Deksametazon kortizoldan daha çox qlükokortikoid aktivliyinə malikdir
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
770) İtsenko-Kuşinq xəstəliyinin inkişafında əsas patogenetik mexanizm nədir?
A) Hipotalamus kortikoliberinin hipersekresiyası

B) Uzunmüddət çəkən kəllədaxili hipertenziya

C) Uşaqlıqda keçirilmiş pubertat-gənclik dispituitarizmi

D) Adenohipofizin kortikotroplarının şişi

E) İrsi meyillilik
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
771) Böyrəküstü vəzin kəskin çatmamazlığının (adisson krizi ) müalicəsi necədir?
A) Natrii xloridin fizioloji məhlulun köçürülməsi və böyük doz hidrokortizonun yeridilməsi

B) Fentolamin vəya tropafen yeridilməsi

C) İlkin olaraq ağrı şokunu götürmək üçün morfinin yeridilməsi və stasionara yerləşdirmək

D) Çoxlu maye qəbulu, bel nahiyyəsinə buz qoymaq və sidikqovucu qəbulu

E) Venadaxili adrenalinin və digər adrenomimetiklərin yeridilməsi
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
772) Kuşinq sindromu zamanı şəkərli diabetin əmələ gəlməsinin səbəbini göstərin?
A) Qlükoneogenezin aktivləşməsi

B) Lipolizin stimulyasiyası

C) Poliol yolu ilə qlükoza utilizasiyasının zəifləməsi

D) Proteolizin aktivləşməsi

E) Qlikoqenolizin aktivləşməsi
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
773) Aşağıda yazılan klinik simptomlardan hansı Adisson xəstəliyi, Kuşinq xəstəliyi və Nelson sindromu üçün xarakterikdir?
A) Dəri örtüklərinin hiperpiqmentasiyası

B) Ortostatik hipotoniya

C) Sadalanların hamısı

D) Dəri striyaları

E) Amenoreya
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
774) 37 yaşlı qadın qansızmalardan, AT 170/105 mm/c. st. qədər yüksəlməsindən şikayətlənir.Müayinə zamanı striyalar,piylənmə və ayabənzər üz nəzərə çarpır. Bu xəstədə ilkin etapda hansı test keçirilməlidir?
A) Hipofizin KT və MRT

B) Kiçik deksametazon testi

C) Plazma AKTH

D) Böyrəküstü vəzin KT və MRT

E) Böyük deksametazon testi
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
775) Kuşinq xəstəliyi zamanı xloditanın optimal terapevtik dozası neçədir?
A) 4–6 qr/s

B) 12 qr/s

C) 12 mq/s

D) 75 mq/s

E) 1,5 qr/s
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
776) Kuşinq xəstəliyi zamanı nə xarakterikdir?
A) 8 mq deksametazon testi zamanı AKTH ifrazının zəifləməməsi

B) Böyrəküstü vəzin birtərəfli böyüməsi

C) Böyrəüstü vəzin ikitərəfli böyüməsi

D) 1 mq deksametazon testi zamanı AKTH ifrazının zəifləməsi

E) Hipotoniyalara meyllilik
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
777) Aşağıdakı xəstəlik (vəziyyət) ikincili (hipotalamo-hipofizar) böyrəküstü vəzi çatmamazlığına aiddir?
A) 2-ci tip autoimmun poliqlandulyar sindrom

B) Adrenoleykodistrofiya

C) Heç biri düzgün deyil

D) 1-ci tip autoimmun poliqlandulyar sindrom

E) Qlükokortikoidlərlə uzunmüddətli müalicə
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
778) Adrenoleykodistrofiya nədir?
A) Bəzən böyrəküstü vəzin çatmamazlığına gətirib çıxaran, böyrəküstü vəzin birtərəfli zədələnməsi ilə gedən kəskin xəstəlik

B) QİÇS nəticəsində böyrəküstü vəzin zədələnməsi

C) Klinik gedişinə görə xoşxasiyyətli olan,böyrəküstü vəzin xroniki çatmamazlığına gətirib çıxaran səbəblərdən biri

D) Y- xromosomla bağlı sinir sisteminin ağır degenerativ xəstəliyi

E) X-xromosomla bağlı irsi resessiv melanodermik leykodistrofiya
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
779) Aşağıda yazılanlardan hansı daha çox böyrəküstü vəzi çatmamazlığına səbəb olur?
A) Böyrəküstü vəzin autoimmun zədələnməsi

B) QİÇS infeksiyası

C) Adrenoleykodistrofiya

D) Böyrəküstü vəzin göbələk mənşəli zədələnməsi

E) Böyrəküstü vəzin vərəmi
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
780) Böyrəküstü vəzin çatmamazlığına gətirib çıxaran ən az rast gəlinən səbəbi göstərin?
A) Böyrəküstü vəzin autoimmun zədələnməsi

B) Böyrəküstü vəzin vərəmi

C) Uoterxaus- Frederiksen sindromu

D) Böyrəküstü vəzin göbələk mənşəli zədələnməsi

E) Adrenoleykodistrofiya
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
781) Birincili böyrəküstü vəzi çatmamazlığına xarakter olan simptomu göstərin?
A) Çəki itkisi

B) Astenik sindrom

C) Hiperqlikemiya

D) Selikli qişaların və dərinin hiperpiqmentasiyası

E) Arterial hipotenziya
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
782) Adisson xəstəliyi zamanı pəhriz məsləhətlərinə aşağıdakılardan hansı aid deyil?
A) Natriumla zəngin qidaların çox mənimsənilməsi

B) Kaliumla zəngin qidaların çox mənimsənilməsi

C) Qidanın kalorisinin 20–25% artırılması

D) Gün ərzində karbohidrat qəbulunun hissələrlə qəbulu

E) Qida duzunun çox istifadəsi
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
783) Aşağıdakı preparatlardan hansı mineralokortikoidlərə aiddir?
A) Prednizalon

B) Prednizalon

C) Hidrokortizon

D) Kortizon asetat

E) Dezoksikortikosteron asetat
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
784) Kuşinq xəstəliyi səbəbindən xəstədə ikitərəfli adrenalektomiya əməliyyatı keçirilmişdir. Nelson sindromu inkişaf edir və hipofizdə mikroadenoma aşkarlanır. İlkin etap üçün müalicə taktikasını göstərin?
A) Dostineks təyini

B) Adenomektomiya

C) Parlodel təyini

D) Xloditan təyini

E) Hipofizektomiya
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
785) Ağır gedişli Adisson xəstəliyindən əziyyət çəkən xəstədə ümumi zəiflik, ürəkbulanma, qusma, qarında ağrılar, oynaq və əzələlərdə ağrılar, ishal başlayır. Hipotoniya, piqmentasiya başlayır, qarnın palpasiyası zamanı diffuz ağrılar qeyd olunur. Xəstənin vəziyyətinin pisləşməsinə səbəb nədir?
A) Mineralokortikoidlərin artıq dozası

B) Adisson krizi

C) Qida toksikoinfeksiyası

D) Heç biri doğru deyil

E) Qoşulan kəskin pankreatit
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
786) Kortikosteroma əsasən nə ifraz edir?
A) Estrogen

B) Aldosteron

C) Androgen

D) Qlükokortikoid

E) Adrenalin və noradrenalin
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
787) Feoxromositoma - xromofin toxumanın şişi olub, hansı gormon ifraz edir?
A) Androgen

B) Aldosteron

C) Adrenalin

D) Esrogen

E) Qlükokortikoid
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
788) Kortikosteroma zamanı klinik əlamətlərin inkişafına nə səbəb olur?
A) Aldosteron sekresiyasının azalması

B) KRH (kortikotropinrilizinq hormonu) sekresiyasının artması

C) Qlükokortikoidlərin izolə olunmuş hipersekresiyası

D) Androgen sekresiyasının azalması

E) AKTH sekresiyasının artması
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
789) Kortikosteroma və ektopik KRH sindromun differensial diaqnostikası üçün hansı laborator testdən istifadə olunur?
A) Böyük deksametazon testi

B) AKTH səviyyəsinin təyini

C) Kiçik deksametazon testi

D) Kortizolun sutkalıq eksresiyasının təyini

E) Heç biri doğru deyil
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
790) Konn sindromu zamanı aldosteron necə dəyişilir?
A) Çox artır

B) Cüzi artır

C) Cüzi azalır

D) Çox azalır

E) Dəyişmir
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
791) Konn sindromu zamanı renin sekresiyası necə dəyişilir?
A) Dəyişmir

B) Çox artır

C) Cüzi azalır

D) Çox azalır

E) Cüzi artır
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
792) Androsteromanın klinik əlamətləri nə ilə əlaqədardır?
A) Qlükokortikoidlərin və aldosteronun sekresiyasının artması ilə

B) Aldosteron və estrogenlərin sekresiyasının artması ilə

C) Adrenalin və noradrenalin sekresiyasının artması ilə

D) Androgen sekresiyasının artması ilə

E) Estrogen sekresiyasının artması ilə
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
793) Androsteromanın əsas müalicə metodu nə hesab olunur?
A) Xloditanla müalicə

B) Heç biri düzgün deyil

C) Şüa müalicəsi

D) Antiandrogenlərlə müalicə

E) Cərrahi müdaxilə
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
794) Qlükoandrosteroma klinik olaraq özünü nə ilə göstərir?
A) Ginekomastiya və feminizasiya ilə

B) Viril sindrom və hiperkortisizmin simptomları ilə

C) Tək viril sindromla

D) Anoreksiya və dispepsik əlamətlərlə

E) Hiperkortisizmin simptomları ilə
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.

Bölmə 7. Qadın cinsiyyət vəzlərinin xəstəlikləri

795) Şteyn-Levental sindromu üçün hansı simptomlar xarakterikdir?
A) Anovulyator menstrual sikl, hirsutizm, ovarial stromanın hiperplaziyası və hipertrofiyası

B) Normal menstrual sikl, tüklərin tökülməsi

C) Sonsuzluq, disalqomenoreya

D) Ovarial stromanın hipoplaziyası və hipotrofiyası

E) Opsomenoreya
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
796) Reseptorların səviyyəsində androgenlərin təsirini hansı preparatlar blokada edirlər?
A) Estrogenlər

B) 5 alfa-reduktaza

C) Spironolakton

D) Simetidin

E) Prednizolon
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
797) Hirsutizmin patofizioloqiyasında rolu olan dəyişiliklər hansılardır?
A) Qanda progesteronun miqdarının artması

B) Sexsteroidbağlayıci qlobulinin səviyyəsinin azalması

C) 5-alfa reduktazanın aktivliyinin azalması

D) LH artması

E) FSH artması
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
798) Menstrual sikli pozulmuş qadınlarda hirsutizmin müalicəsi zamanı hansı preparatların təyini daha effektivdir?
A) Elektrolizis

B) Tüklərin dartılması

C) Peroral kontraseptivlər

D) Tüklərin saraldılması

E) Kimyavi epilyasiya
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
799) Klimakterik dövr nə ilə xarakterizə olunur?
A) Vegetativ – damar pozğunluqları, neyropsixiki pozğunluqlar

B) Dəri səpgiləri

C) Laktoreya

D) Dispepsiya

E) Tənginəfəslik, quru öskürək
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
800) Klimakterik dövr zamanı hansı əlamətlər müşahidə olunmur?
A) Klimakteritk istibasma

B) Diensefal böhranlarla

C) Hava çatışmamazlığı ilə

D) Laktoreya

E) Ürək ağrıları ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
801) Klimakterik dövrün vegetativ damar pozulmalarının müalicə vasitələri göstərin?
A) Sedativ vasitələr, estrogenlər və ya androgenlərin təyini

B) Antibiotiklər

C) Tireoid preparatlar

D) Somatotrop hormon

E) İmmunodepressantlar
Ədəbiyyat: И.И.Дедов. Эндокринология. «Медицина», Москва, 2004
802) Klimakterik kardiyopatiyaların müalicəsi zamanı təyin edilən preparatlardan hansılar effektiv deyil?
A) Klimakterin

B) İnderal

C) Kalium preparatları

D) Erqotamin

E) Lidokain
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
803) Yumurtalıqların polikistozunun hormonal markeri hansı göstəricidir?
A) Kettle indeksi

B) Testosteron/İnsulin

C) FSH/Testosteron

D) AKTH/Kortizol

E) LH/FSH
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
804) Qızlarda somatotrop hormonu çatmamazlığı ilə ahənglik təşkil edən ikincili hipoqonadizmin müalicəsini hansı yaş dövründə başlamaq lazımdır?
A) 13-14 yaşında

B) 9-10 yaşında

C) 4-5 yaşında

D) 6-7 yaşında

E) 10-12 yaşında
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
805) Qızlarda hansı yaş dövründə ikincili cinsi xüsusiyətlərin olması vaxtından əvvəl cinsi inkişaf haqqında subut edir?
A) 3-4 yaşına qədər

B) 5-6 yaşına qədər

C) 4-5 yaşına qədər

D) 9-10 yaşına qədər

E) 7-8 yaşına qədər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
806) Osteoporozun klassifikasiyası nəyə əsaslanır?
A) Etioloqiyaya

B) Prosessin yayılmasına

C) Patogenezə

D) Xəstəliyin mərhələsinə

E) Simptomatikaya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008


Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə