Endokrinologiya


) Postmenopauzal osteoporozun müalicəsində aşağıdakı dərman qruplarından istifadə olunur



Yüklə 1,62 Mb.
səhifə15/17
tarix30.09.2017
ölçüsü1,62 Mb.
#2508
1   ...   9   10   11   12   13   14   15   16   17

869) Postmenopauzal osteoporozun müalicəsində aşağıdakı dərman qruplarından istifadə olunur.
A) Sintetik estrogen-gestagen preparatları, bisfosfonatlar

B) Antiandrogen preparatları, sintetik estrogen-gestagen preparatları

C) Qonadotropinlərin analoqları, antiestrogen preparatları

D) Bisfosfonatlar, kalsium və D vitamini preparatları

E) Kalsium və D vitamini preparatları, antiandrogen preparatları
Ədəbiyyat: Дедов И.И., 2006
870) Klimakterik sindromun urogenital pozğunluqlarını aşağıdakı preparatlarla müalicə edirlər.
A) Bisfosfonatlar, sintetik estrogen-gestagen preparatları

B) M-xolinolitiklər, bisfosfonatlar

C) Natural estrogen-gestagen preparatları, M-xolinolitiklər

D) Sintetik estrogen-gestagen preparatları, kalsium və D vitamini preparatları

E) Kalsium və D vitamini preparatları, natural estrogen-gestagen preparatları
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
871) Klimakterik sindromun erkən simptomlarına aşağıdakılar aiddir.
A) Sümük ağrıları, “istigəlmə” tutmaları, sidik saxlaya bilməmə

B) Güclü tərləmə, uşaqlıq yolunda quruluq, sümük ağrıları

C) Depressiya, ürək ağrıları, sistalgiya

D) Saçların tökülməsi, dəri quruluqu, ürəkdöyünmə

E) “istigəlmə” tutmaları, güclü tərləmə, əsəbilik
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
872) Yumurtalıqların virilizəedici şişlərinə hansılar aiddir?
A) Tekoma, androblastomalar, qranulyozhüceyrəli şişlər

B) Androblastomalar, prolaktinoma, tireotropinoma

C) Fibroadenoma, prolaktinoma, feoxromasitoma

D) Qranulyozhüceyrəli şişlər, kortikotropinoma, fibroadenoma

E) Tireotropinoma, tekoma, kortikotropinoma
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
873) Yumurtalıqların virilizəedici şişlərinə aşağıdakı simptomlar xasdır.
A) Qalaktoreya, alopesiya, amenoreya

B) Piylənmə, güclü hirsutizm, uşaqlıq qanaxmaları

C) Səsin kobudlaşması, qalaktoreya, dəridə striyalar

D) Amenoreya, güclü hirsutizm, səsin kobudlaşması

E) Kaxeksiya, uşaqlıq qanaxmaları, piqmentasiya
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
874) Yumurtalıqların virilizəedici şişlərinin diaqnozunu təsdiq etmək üçün aşağıdakı müayinələr vacibdir.
A) EKQ, yumurtalıqların KT-sı, kəllənin R-qrafiyası

B) Böyrəküstü vəzilərin KT-sı, döş qəfəsinin R-qrafiyası, yumurtalıqların USM-si

C) Böyrəküstü vəzilərin USM-si, hormonal analizlər, döş qəfəsinin R-qrafiyası

D) Hormonal analizlər, yumurtalıqların və böyrəküstü vəzilərin KT-sı, hormonal sınaqlar

E) Hormonal sınaqlar, yumurtalıqların USM-si, EKQ
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
875) Yumurtalıqların virilizəedici şişlərinində aşağıdakı müalicə məqsədəuyğundur.
A) Qonadotropinlərin analoqları ilə müalicə

B) Cərrahi müalicə

C) Şüa terapiyası

D) Antiestrogenlərlə müalicə

E) Antiandrogenlərlə müalicə
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
876) Yumurtalıqların virilizəedici şişlərində hansı kariotip müşahidə edilir?
A) 45,XO

B) 46,XX


C) 47,XXX

D) 46,XY


E) 47,XXY
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
877) Arrenoblastoma yumurtalıqların hansı hüceyrələrindən inkişaf edir?
A) Yumurtalıqların epitelioid hüceyrələrindən

B) Yumurtalıqların qranuloz hüceyrələrindən

C) Yumurtalıqların interstisial (Leydiq və Sertoli) hüceyrələrindən

D) Yumurtalıqların Leydiq hüceyrələrindən

E) Yumurtalıqların Sertoli hüceyrələrindən
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
878) Arrenoblastomaya aşağıdakı simptomlar hansı xasdır?
A) Uşaqlıq qanaxmaları, kaxeksiya, susuzluq

B) Alopesiya, amenoreya, piqmentasiya

C) Hirsutizm, piylənmə, dəridə striyalar

D) Səsin kobudlaşması, susuzluq, sidiyə tez-tez getmə

E) Oliqo-amenoreya, hirsutizm, səsin kobudlaşması
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
879) Arrenoblastoma zamanı aşağıdakı müalicə məqsədəuyğundur.
A) Sintetik estrogen-gestagenlərlə müalicə

B) Gestagenlərlə müalicə

C) Cərrahi müalicə

D) Antiestrogenlərlə müalıcə

E) Antiandrogenlərlə müalicə
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
880) Arrenoblastomanı hansı xəstəliklərlə differensiasiya etmək lazımdır?
A) Androsteromalarla, yumurtalıqların stromal tekomatozuyla, böyrəküstü vəzilərin anadangəlmə disfunksiyası ilə

B) Addison xəstəliyi ilə, şəkərsiz diabetlə, yumurtalıqların polikistozu ilə

C) Konn sindromu ilə, şəkərli diabetlə, prolaktinomalarla

D) Yumurtalıqların stromal tekomatozuyla, şəkərsiz diabetlə, yumurtalıqların polikistozu ilə

E) Böyrəküstü vəzilərin anadangəlmə disfunksiyası ilə, Addison xəstəliyi ilə, androsteromalarla
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004

Bölmə 8. Kişi cinsiyyət vəzlərinin xəstəlikləri

881) Kişilərdə honadotropinlərin miqdarının azalması nə ilə müşahidə olunur?
A) Libido və potensiyanın artması

B) Görmə qabiliyətinin pisləşməsi

C) Yumurtaların ölçülərinin kiçilməsi

D) Eşitmə qabiliyətinin artması

E) Hirsutizm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004.
882) Qinekomastiya nədir?
A) Qadinlarda süd vəzilərinin deformasiyası

B) Kişilərdə süd vəzilərinin toxumasının artması

C) Qadinlarda süd vəzilərinin toxumasının artması

D) Kişilərdə süd vəzilərinin toxumasının piy toxuması ilə əvəz olması

E) Qadınlarda süd vəzilərinin toxumasının piy toxuması ilə əvəz olması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004.
883) Kişilərdə qinekomastiyanın yaranmasına nə səbəb ola bilməz?
A) Verapamil

B) B-qrupu vitaminlər

C) Nifedepin

D) Narkotiklər

E) Anabolik steroidlər, estroqen tərkibli kremlər
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
884) Hansı endokrin xəstəlikləri zamanı qinekomastiya yarana bilməz?
A) Akromeqaliya

B) Şəkərli diabet

C) Hipotireoz

D) Hiperprolaktinemiya

E) Hipertireoz
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
885) Qonadoliberinlər harada sekresiya olurlar?
A) Hipofizin ön payı

B) Hipotalamusun nüvələrində

C) Hipofizin arxa payı

D) Beyincik neyronlarında

E) Baş beynin qabığının neyronları ilə
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
886) Ən ağır forma hipoqonadizmin yaranmasına qonadların hansı inkişaf dövründə zədələnməsi səbəb ola bilər?
A) Bətndaxili

B) Pubertat

C) Postpubertat

D) Prepubertat

E) Hər hansı dövr
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
887) Bətndaxili testikulaların və yumurtalıqların ağır zədələnməsi nəyə səbəb ola bilər?
A) Sonsuzluqa

B) Qonadların spermatogen disfunksiyasına

C) Hipotireoza

D) Ağır forma hipoqonadizmə

E) İmpotensiyaya
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
888) Embriogenezin erkən mərhələlərində testikulaların zədələnməsi nəyə səbəb ola bilər?
A) Hipospadiyaya

B) Anorxizmə

C) Vaxtından əvvəl cinsi yetişkənliyə.

D) Hermafroditizmə

E) Ağır hipoqonadizmə
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
889) Birincili hipoqonadizm üçün hansı simptomlar xarakterikdir?
A) Sonsuzluq

B) Cinsi hormonların səviyyəsinin azalması

C) Qonadotrop hormonların səviyyəsinin artması

D) Kişilərdə qinekomastiya

E) Bədən proporsiyalarının xədim tipli olması
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
890) Kişilərdə hipoqonadizmin səbəbləri hansılardır?
A) Hemofiliya

B) LH sekresiyasının azalması, FSH sekresiyasının azalması, Hemoxromatoz

C) LH sekresiyasının artması, FSH sekresiyasının azalması

D) AKTH sekresiyasının artması

E) STH sekresiyasının artması, Hemoxromatoz
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
891) Hipoqonadizm diaqnozu 16 yaşında qoyulduğda mualicə prinsipləri hansıdır?
A) Müalicəni testosteron preparatları ilə aparmaq

B) Müalicəni Xorionik və Menopauzal qonadotropin preparatları ilə aparmaq

C) Müalicəni Xorionik qonadotropinlə kurs şəklində aparmaq

D) Müalicəni daimi Xorionik qonadotropin preparatı ilə aparmaq

E) Müalicəni təxirə salmaq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
892) Kişi hipoqonadizminin neçə forması mövcuddur?
A) 2 (birincili, ikincili)

B) 1 (birincili)

C) 3 (birincili, ikincili, üçüncülü)

D) 4 (birincili, ikincili, üçüncülü, dördüncülü)

E) 2 (ikincili, üçüncülü)
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
893) Birincili kişi hipoqonadizmi zamanı hansı hormonal dəyişikliklər müşahidə edilir?
A) Qonadotrop hormonlar artır, androgenlər artır

B) Qonadotrop hormonlar azalır, androgenlər azalır

C) Qonadotrop hormonlar artır, androgenlər azalır

D) Qonadotrop hormonlar azalır, androgenlər artır

E) Qonadotrop hormonlar normada olur, androgenlər azalır
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
894) İkincili kişi hipoqonadizmi zamanı hansı hormonal dəyişikliklər müşahidə edilir?
A) Qonadotrop hormonlar normada olur, androgenlər artır

B) Qonadotrop hormonlar normada olur, androgenlər azalır

C) Qonadotrop hormonlar azalır, androgenlər artır

D) Qonadotrop hormonlar azalır, androgenlər azalır

E) Qonadotrop hormonlar artır, androgenlər azalır
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
895) Üçüncülü kişi hipoqonadizmi zamanı hansı hormonal dəyişikliklər müşahidə edilir?
A) Qonadotrop hormonlar normada olur, androgenlər azalır, lüliberinin analoq-ları ilə sınaq mənfi olur

B) Qonadotrop hormonlar azalır, androgenlər azalır, lüliberinin analoqları ilə sınag müsbət olur

C) Qonadotrop hormonlar artır, androgenlər azalır, lüliberinin analoqları ilə sınaq müsbət olur

D) Qonadotrop hormonlar azalır, androgenlər azalır, lüliberinin analoqları ilə sınaq mənfi olur

E) Qonadotrop hormolar artır, androgenlər artır, lüliberinin analoqları ilə sınaq müsbət olur
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
896) Androgenlərin sintezi kişi orqanizmində hansı vəz və toxumalarda gedir?
A) Piy toxumasında və əzələlərdə

B) Böyrəküstü vəzilərin qabıq qatında, piy toxumasında

C) Hipofizdə və testikullarda

D) Testikullarda və böyrəküstü vəzilərin qabıq qatında

E) Böyrəküstü vəzilərin beyin qatında və hipofizdə
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
897) Birincili kişi hipoqonadizmi zamanı hansı müalicə məqsədəuyğundur?
A) Lüliberinin analoqları ilə müalicə

B) Qonadotrop hormonların analoqları ilə müalicə

C) Antiandrogenlərlə müalicə

D) Androgenlərlə əvəzedici hormonal müalicə

E) Estrogenlərlə müalicə
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
898) İkincili kişi hipoqonadizmi zamanı hansı müalicə məqsədəuyğundur?
A) Antiestrogenlərlə müalicə

B) Androgenlərlə müalicə

C) Antiandrogenlərlə və xorionik qonadotropinlə müalicə

D) Xorionik qonadotropinlə və androgenlərlə müalicə

E) Antiandrogenlərlə müalicə
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
899) Kişi hipoqonadizminə hansı simptomlar xasdır?
A) Sidiyə tez-tez getmə, bədəndə və üzdə tüklənmənin azalması, piylənmə

B) Susuzluq, kaxeksiya, sümüklərdə ağrılar

C) Dəridə striyalar, kaxeksiya, piqmentasiya

D) Libidonun azalması, piylənmə, dəridə striyalar

E) Bədəndə və üzdə tüklənmənin azalması, libidonun azalması, sümüklərdə ağrılar
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
900) Kişi hipoqonadizminin diaqnozunu təsdiq etmək üşün hansı müayinələr vacibdir?
A) Döş qəfəsinin R-qrafiyası, cinsiyyət vəzilərinin USM-si, kariotipin müayinəsi

B) EKQ, böyrəküstü vəzilərin USM-si, hormonal sınaqlar

C) Cinsiyyət vəzilərinin USM-si, hormonal analizlər, EKQ

D) Hormonal analizlər, kariotipin müayinəsi, beyinin MRT-sı

E) Beyinin MRT-sı, döş qəfəsinin R-qrafiyası, böyrəküstü vəzilərin USM-si
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
901) İkincili kişi hipoqonadizminə hansı sindromlar aiddir?
A) Hiperprolaktinemik sindrom, Şereşevski-Terner sindromu, adipozogenital distrofiya

B) Klaynfelter sindromu, del Kastilyo sindromu, Meddok sindromu

C) Şereşevski-Terner sindromu, Klaynfelter sindromu, kraniofaringioma

D) LH izoləolunmuş defisiti, Kalman sindromu, del Kastilyo sindromu

E) Kalman sindromu, Meddok sindromu, LH izoləolunmuş defisiti
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
902) Birincili kişi hipoqonadizminə hansı sindromlar aiddir?
A) Şereşevski-Terner sindronu, hiperprolaktinemik sindrom, kraniofaringioma

B) Del Kastilyo sindromu, Klaynfelter sindromu, natamam maskulinizasiya sindromu

C) Klaynfelter sindromu, Kalman sindromu, Meddok sindromu

D) Natamam maskulinizasiya sindromu, Meddok sindromu, Şereşevski-Terner sindromu

E) Hiperprolaktinemik sindrom, del Kastilyo sindromu, Kalman sindromu
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
903) Meddok sindromuna hansı hormonal dəyişikliklər xasdır?
A) Qonadotrop hormonlar azalır, TTH azalır, androgenlər azalır

B) Qonadotrop hormonlar azalır, TTH azalır, AKTH azalır

C) Qonadotrop hormonlar azalır, AKTH artır, androgenlər azalır

D) Qonadotrop hormonlar azalır, AKTH azalır, androgenlər azalır

E) Qonadotrop hormonlar artır, AKTH azalır, androgenlər azalır
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
904) Del Kastilyo sindromuna hansı kariotip xasdır?
A) 47,XXX

B) 46,XY


C) 45,XO

D) 47,XXY

E) 46,XX
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
905) LH izoləolunmuş defisiti başqa necə adlandırılır?
A) Fertil xədim sindromu, Kalman sindromu

B) Meddok sindromu, Klaynfelter sindromu

C) Paskualini sindromu, fertil xədim sindromu

D) Klaynfelter sindromu, Paskualini sindromu

E) Kalman sindromu, Meddok sindromu
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
906) Paskualini sindromu zamanı aşağıdakı hormonal dəyişikliklər baş verir.
A) LH azalır, FSH azalır, androgenlər azalır

B) LH azalır, FSH normada olur, androgenlər azalır

C) LH azalır, FSH artır, androgenlər azalır

D) LH artır, FSH artır, androgenlər azalır

E) LH artır, FSH normada olur, androgenlər artır
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
907) Kriptorxizmin müalicəsini hansı yaşa qədər aparmaq məqsədəuyğundur?
A) 10-20 yaş arası

B) 15 yaşa qədər

C) 6-10 yaş arası

D) 2 yaşa qədər

E) 10 yaşa qədər
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
908) Kriptorxizmin konservativ müalicəsi hansı preparatlarla aparılır?
A) Antiandrogenlərlə, xorionik qonadotropinlə

B) Androgenlərlə, glükokortikoidlərlə

C) Xorionik qonadotropinlə, qonadotropin-rilizinq hormonun analoqları ilə

D) Glükokortikoidlərlə, estrogenlərlə

E) Estrogenlərlə, qonadotropin-rilizinq hormonun analoqları ilə
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
909) Kriptorxizmə aşağıdakı simptomlar xasdır.
A) Hipoqonadizm əlamətləri, cırtdanboyluluq, sonsuzluq

B) Cırtdanboyluluq, 1 və ya 2 testikulun xayalıqda olmaması, piylənmə

C) Spermatogenezin pozulması, piqmentasiya, piylənmə

D) 1 və ya 2 testikulun xayalıqda olmaması, hipoqonadizm əlamətləri, spermatogenezin pozulması

E) Sonsuzluq, piqmentasiya, qiqantizm
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
910) Kriptorxizmin təcili cərrahi müalicəsini hansı hallarda aparırlar?
A) Testikulun ektopiyası zamanı, yırtığın sıxılmasında

B) Yanaşı yırtıq olanda, enməmiş testikulun burulmasında

C) Konservativ müalicə effektsiz olanda, yanaşı yırtıq olanda

D) Yırtığın sıxılması, enməmiş testikulun burulması zamanı

E) Testikulun maliqnizasiyası, konservativ müalicə effektsiz olanda
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
911) Kriptorxizmin konservativ müalicəsini hansı yaş dövründə aparmaq məqsədəuyğun deyil?
A) Pubertat dövrdə

B) Postpubertat dövrdə

C) Uşaq dövründə (2 yaşa qədər)

D) Uşaq dövründə (2-7 yaş arası)

E) Prepubertat dövrdə
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
912) Kişi klimaksı başqa necə adlandırılır?
A) Meddok sindromu

B) Klaynfelter sindromu

C) Del Kastilyo sindromu

D) Kalman sindromu

E) PADAM sindrom
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
913) Kişi klimaksına aşağıdakı simptomlar xasdır.
A) Piqmentasiya, dəridə quruluq, depressiyalar, susuzluq

B) Piylənmə, piqmentasiya, susuzluq, dəridə quruluq

C) Anemik sindrom, dəridə striyalar, ağızda quruluq, “istigəlmə” tutmaları

D) “istigəlmə” tutmaları, ürəkdöyünmə, depressiyalar, anemik sindrom

E) Susuzluq, ağızda quruluq, ürəkdöyünmə, piylənmə
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
914) Kişi klimaksının patogenezində nə durur?
A) Androgenlərin və estrogenlərin defisiti

B) Tiroid hormonların azalması

C) Estrogenlərin artması

D) Qonadotrop hormonların azalması

E) Androgenlərin defisiti
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
915) Kişi klimaksının diaqnozunu təsdiq etmək üçün hansı müayinələr aparılmalıdır?
A) Döş qəfəsinin R-skopiyası, qanın ümumi analizi, EKQ

B) EKQ, densitometriya, cinsi vəzilərin USM-si

C) Hormonal analizlər, qanın ümumi analizi, densitometriya

D) Cinsi vəzilərin USM-si, hormonal analizlər, döş qəfəsinin R-skopiyası

E) Daxili orqanların USM-si, beyinin R-qrafiyası, hormonal sınaqlar
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
916) Kişi klimaksı zamanı hansı hormonal analizlər vacibdir?
A) LH, FSH

B) TSH, prolaktin

C) FSH, ümumi testosteron

D) Ümumi testosteron, cinsi hormonları birləşdirən qlobulin

E) Cinsi hormonları birləşdirən qlobulin, LH
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
917) Yaşla əlaqədar mütləq androgen defisiti üşün hansı rəqəmlər xasdır?
A) 11 – 20 nmol/l arası rəqəmlər

B) 11 nmol/l aşağı rəqəmlər

C) 5 nmol/l aşağı rəgəmlər

D) 25 nmol/l aşağı rəqəmlər

E) 5 – 10 nmol/l arası rəqəmlər
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
918) Yaşla əlaqədar nisbi androgen defisiti nə deməkdir?
A) Testosteronun sekresiyasının cavan yaşla müqayisədə 25%-dən çox azalması və normanın aşağı səviyyəsində olması

B) Testosteronun sekresiyasının cavan yaşla müqayisədə 100%-dən çox azalması

C) Testosteronun sekresiyasının cavan yaşla müqayisədə 50%-dən çox azalması və normanın aşağı səviyyəsində olması

D) Testosteronun sekresiyasının cavan yaşla müqayisədə 75%-dən çox azalması

E) Testosteronun sekresiyasının cavan yaşla müqayisədə 10%-dən çox azalması
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
919) Kişi klimaksının erkən ağırlaşmalarına aşağıdakılar aiddir.
A) Psixoemosional və trofik pozğunluqlar

B) Trofik və endokrin pozğunluqlar

C) Endokrin pozğunluqlar və anemik sindrom

D) Vegetativ-damar və psixoemosional pozğunluqlar

E) Anemik sindrom və sidik-cinsiyyət sistemində pozğunluqlar
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
920) Mütləq androgen defisiti və fertilliyi saxlamaq şərti olmadığı zamanda kişi klimaksını aşağıdakı preparatlarla müalicə edirlər.
A) Testosteron undekanoat, testosteron propionat

B) Xorionik qonadotropin, testosteron fenilpropionat

C) Testosteron propionat, testosteron fenilpropionat

D) Metiltestosteron, xorionik qonadotropin

E) Siproteron asetat, testosteron undekanoat
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
921) Nisbi androgen defisiti və fertilliyi saxlamaq şərti olmadığı zamanda kişi klimaksını aşağıdakı preparatlarla müalicə edirlər.
A) Testosteron propionat

B) Metiltestosteron

C) Xorionik qonadotropin

D) Testosteron undekanoat

E) Testosteron fenilpropionat
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
922) Fertilliyi saxlamaq şərti ilə kişi klimaksını aşağıdakı preparatla müalicə edirlər.
A) Xorionik qonadotropinlə

B) Siproteron asetatla

C) Metiltestosteronla

D) Testosteron undekanoatla

E) Testosteron fenilpropionatla
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
923) Kişi klimaksını androgenlərlə müalicə etməkdən əvvəl hansı müayinələr aparılmalıdır?
A) Cinsi vəzilərin USM-si, döş qəfəsinin R-skopiyası

B) Qanda PSA səviyyəsinin yoxlanılması, EKQ

C) EKQ, cinsi vəzilərin USM-si

D) Döş qəfəsinin R-skopiyası, manual rektal müayinə

E) Manual rektal müayinə, qanda PSA səviyyəsinin yoxlanılması
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
924) Kişilərdə hipoqonadotrop hipoqonadizm zamanı XQ ilə MQ kombinə edilmiş terapiyanın məqsədi nədir?
A) İkincili cinsi əlamətlərin induksiyası

B) Libidonun qüclənməsi

C) Leydiq hüceyrələrinin stimulyasiyası

D) Prolaktinin miqdarını aşağı salmaq

E) Spermatogenezin induksiyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008


Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə