77
İlişmə muftasında sürüşmələrin miqdarını təyin etmək üçün avtomobili yük altında
işlətməklə kardan valı stroboskopik lampa ilə işıqlandırılır. Əgər sürüşmə yoxdursa, kardan valı
hərəkətsiz kimi görünür.
İnersiyalı diaqnostika stendlərində mühərrikin güc göstəriciləri verilmiş sürət intervalında,
düz ötürmədə qaçış barabanlarının sürətlənmə vaxtına (yoluna) görə təyin edilir. Yanacaq sərfi
sürətlənmə zamanı və qərarlaşmış rejimlərdə (yüksüz) ölçülür.
Diaqnostika stendlərində avtomobilin güc-iqtisadi göstəricilərindən başqa mühərrikin silindr-
porşen qrupunun və qazpaylama mexanizminin texniki vəziyyətini, alışdırmanın qabaqlama
bucağının düzgün qurulmasını və karbüratorun nizamlanmasını (yanacaq sərfinə və aparan
təkərlərdəki gücə görə) ilişmə muftasının, ötürmələr qutusunun, kardan valının, baş ötürücünün
(uyğun olaraq ötürülən burucu momentə, səslərə və istiliyə, indikatorun göstərişinə, döyüntülərə
görə) texniki halını da təyin etmək mümkündür.
Texniki istismarını kompleks göstəricləri
Texniki istismarın son məqsədi nəqliyyat vasitələrinin məhsuldarlığından tam istifadə
etməklə daşımaların maya dəyərini aşağı salmaqdır. Bunun üçün istismarda texniki cəhətdən saz
olan nəqliyyat vasitələrinin sayını artırmaq, TQ və təmir xərclərini azaltmaq, işçilərin əmək
məhsuldarlığını yüksəltmək, əməyin elmi surətdə təşkili məsələlərində nəzəri fənlərdən (ehtimal,
etibarlılıq, kütləvi xidmət nəzəriyyələri) istifadə etmək lazımdır. Texniki istismarın səmərəliliyi
də elə bu deyilən və bunlara bənzər xüsusiyyətlərin göstəriciləri ilə qiymətləndirilir.
İstismar prosesində nəqliyyat vasitəsi müxtəlif texniki vəziyyətlərdə ola bildiyi üçün istifadə
edilmə dərəcəsi də müxtəlif qiymətlərdə dəyişir. Hərəkət tərkibinin istifadə edilmə dərəcəsi
ancaq onun texniki vəziyyətindən asılı deyil. Belə ki, əsas nəqliyyat vasitələrindən biri olan
avtomobil işləmə qabiliyyətinə malik olduğu halda bəzən istismara buraxıla bilmir. Avtomobilin
texniki cəhətdən saz olduğu halda istismar edilə bilməməsinin səbəbi işçi qüvvəsinin
(sürücülərin) olmaması, avtomobilin istismar materialları (yanacaq, yağ, texniki mayelər) o
cümlədən rezinlərlə (şinlə) təmin edilməməsi və s. ola bilər.
Hərəkət tərkibinin texniki vəziyyətini və istifadə edilmə dərəcəsini qiymətləndirmək üçün
uyğun olaraq texniki hazırlıq və istifadə əmsalları hesablanır (avtomobil nəqliyyatı üçün bu
əmsalları nəzərdən keçirək).
Texniki hazırlıq əmsalı ANM-də olan hərəkət tərkibinin hansı hissəsinin texniki cəhətdən saz
vəziyyətdə (işləmə qabiliyyətinin normal səviyyədə) olmasını xarakterizə edir. Bu əmsal
avtomobilin təqvim günləri üzrə nəqliyyat prosesində iştirak edə bilmə dərəcəsini təyin edir.
Texniki hazırlıq əmsalı bir avtomobil və park üçün aşağıdakı riyazi formulalarla təyin edilir:
;
t
i
i
t
D
D
D
,
t
i
i
t
AD
AD
AD
burada D
i
və D
t
– uyğun olaraq avtomobilin istismarda və təmirdə (TQ də nəzərdə tutulmaqla)
olma boş dayanma günlərinin sayı; AD
i
və AD
t
– uyğun olaraq istismarda avtomobil günlərinin
və təmir-texniki qulluqda avtomobil təmir günlərinin sayıdır.
Avtomobildən istifadə əmsalı müəyyən dövr üçün istismarda olma günlərinin həmin
dövrdəki təqvim günlərinə olan nisbəti kimi təyin edilir. Bu əmsal avtomobilin nəqliyyat
prosesində iştirak etdiyi istismar günlərini xarakterizə edir. Avtomobildən istifadə əmsalı bir
avtomobil və park üçün hesablanır:
;
s
t
i
i
i
D
D
D
D
,
s
t
i
i
i
AD
AD
AD
AD
burada
D
ts
– bir tsikldəki günlərin sayı; D
s
– təşkilatı səbəblər təsirindən avtomobilin boş
dayanma müddətidir.
Avtomobildən istifadə və texniki hazırlıq əmsalları hər ikisi texniki istismarın səmərəliliyini
qiymətləndirən göstəricilər olduğu üçün onların arasında qarşılıqlı əlaqəni (nisbəti) nəzərdən
keçirək: