Azərbaycan türkləRİNİN



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə26/90
tarix19.07.2018
ölçüsü1,82 Mb.
#56766
1   ...   22   23   24   25   26   27   28   29   ...   90

downloaded from KitabYurdu.az
 
55 
əsasında izah olunur. Türk dillərində bir sözün çox hallarda  mü xtəlif, həm də hərfi 
və  məca zi  mənaları  vard ır.  Bundan  başqa,  bir  söz  mü xtə lif  dövrlərdə  mü xtə lif 
məna  kəsb  edə  bilər.  Manna  və  Midiya  adlarının  Qədim  Şə rq  dillərin in 
fonetikasına  uyğun  şəkildə  gəlib  çatması  da  onların  həqiqi  formaların ı  müəyyən 
etməyə  çətinlik  yarad ır.  Çət inliklə rdən  biri  də  odur  ki,  assur  dilində  adların 
sonlarına  əlavə  olunan  “u”  adlıq  hal  şəkilçisini  bəzi  adlarda  köklü  “u” 
sonluğundan ayırmaq olmur.  
 
 
 
 
 
 
P a r s i n d u (er. əv. 881-880-ci  il).  E. A. Qrantovski bu adı İran mənşəli 
saymış  və  onu  ―Fars  (Pars)‖  etnonimi  ilə  bağlamışdır.(88).  Bu,  yanlış  fikirdir. 
Mənbədə  deyilir  ki,  Pa rsindu  Ame ka  adlı  bir  hakimin  qalasıd ır.  Aşağıda  Ameka  
şəxs  adının  türkcə  olduğunu  deyəcəyik.  Ehtimal  ki,  bu  qala  er.  əv.  820-ci  ildə 
Midiyada  qeyd  olunan  Parsan  (bəlkə  də  Parsin)  qa lasının  eynidir.  Türkcə  bair, 
bayir  ―təpə‖,  ―yüksəklik‖,  ―yarğan‖,  ―sıldırım‖  (buryat-monqolca  boori  ―hündür 
yer‖,  ―yüksəklik‖  -145,64  ),  sin  ―dağ  beli‖  yaxud,  çin(q)  ―çox  hallarda  şaquli 
sıldırımlı  yayla‖,  ―sıldırım‖,  ‖sıld ırım  dağ  yarğanı‖  (145,64)  və  tu  ―dağ‖ 
sözlərindəndir.  Aydındır  ki,  qala  çətin  keçidli,  sıldırım  yerlərdə  tikilə  bilərdi. 
Toponimin  birinci  ko mponenti  Çal-Bair  (Kəlbəcər  rayonu),  Qızıl-Bair 
(Zəngəzurun Mehri rayonu), Çil-Bair (Şa ma xı rayonu) dağ adlarındakı ―ba ir‖ sözü 
ilə , ikinc i ko mponenti is ə ―Cindağ‖ (Ordubad rayonu) oronimindəki “çin” sözü ilə  
müqayisə olunur.  
 
 
 
 
 
 
 
Parsindu qalasının adı ehtimal ki, Cənubi A zərbaycanda Mərənd şəhərinin 
12  kilo metrliyində  xa rabalıqla rı  qalmaqda  o lan  Baruc  ad lı  qalan ın  (17)  adında 
qalmışdır.  Bu  qalanın  türk  əfsanəvi  Əfrasiabın  tikdird iyi  Barcuq  qalasının  adı  ilə 
(erkən  orta  əsrlə rdə  uyğurlarda  Ba rçuk-Yurt  toponimi  mə lu mdur)  (127,154) 
oxşarlığ ı  da  diqqəti  cəlb  edir.  Yaqut  Həməvi  (XIII  əsr)  yazır  ki,  Səfid rud  çayı 
Parsis  dağlarından  başlanır  (32).  Ehtimal  ki,  müəllifin  “Parsis”  kimi  qeyd  etdiyi 
oronim əslində “Parsin”  kimi o xun ma lıdır, başqa sözlə, kat iblərin səhvi ü zündən 
adın sonundakı “n” (nun) səsi “s” (sin) kimi yazılmışdır. 
 
 
 
B a r a (e r. əv. 881-c i il). Y. B. Yusifov mətndən çıxış edərək bu toponimi 
türkcə bərə (qoyun-quzu saxlanılan yer) sözü hesab etmişdir (186,18).  
 
Qeyd  edilmə lid ir  ki,  sonrakı  assur  mənbələrində  Manna  və  M idiya  
ərazisində  Barrua  (er.  əv.  728-ci  il),  Uba-Bara  (er.  714-cü  il),  Barunakka  və  b. 
toponimlə r  də   çəkilir.  Bu  toponimlə rin   də  ―bərə‖  sözündən  olduğunu  demək 
çətindir.  E. A. Qrantovskiyə görə, bu toponimlər  Bara tayfasının  adını əks etdirir 
(88,126).  Maraqlıdır  ki,  Savalan   dağının  ətəyində  indi  də  əhalisi  türk-
azərbaycanlılardan ibarət Baru kəndi vardır.  
 
 
 
 
A  r  a  k   d  i.  Er.  881-c i  ildə  Assur  çarı  Aşşurnasirpal  Urmiya  gölünün 
ətrafına basqın edir və Ata adlı hakimin Arakdi qalasını tutur. Toponim iki cür izah 
oluna  bilə r.  Türkcə  erik ,  xalxa-monqolca   ereq,  buryatca  erye,  kalmıkca   erqe 
(sıldırım,  yarğan,  uçuru m-―(qayanın,  dağın)  kənarı,  sahili‖  –   (145,638-639) 
sözündən və - di(-li) şəkilçisindən ibarətdir. Er. əv. 728-ci ildə adı çəkilən Arakuttu 


downloaded from KitabYurdu.az
 
56 
toponimi də belə izah edilə bilər.    
 
 
 
 
 
S  a  n  q  i   u  (e r.  əv.  744  və  737-ci  il).  Müasir  Səhənd  dağı  ilə   lo kalizə  
olunur. E. Qrantovskiyə görə, Avesta dilində sanqha – ―əmr‖ sözündəndir (88,229). 
Aydındır ki, ―əmr‖, ―göstəriş‖ sözündən heç vaxt toponim yaran maz, bu  müəllifin 
Manna və Midiya ə ra zisində İran  mənşəli əhali a xtarmaq  təşəbbüsündən irə li gə lir. 
Türkcə çanq, çınq (türk d illərində ç-s əvəzlən məsinə görə sanq, sınq) ―sıld ırım dağ 
yarğanı‖,  ―əlçat ma z  dağ‖  ―çətin  alınan  zirvə‖  (145,626)  sözündəndir.  Altayda 
―Sanqin-Dalay‖  (35,201)  toponimi  ilə  müqayisə  olunur.  Hazırda  Səhəndabad 
mahalında Çin ibulaq adlı A zərbaycan kəndi vard ır.   
 
 
 
S u r i k a ş (er. əv.714-cü il). Türkcə sori – ― alçaq,hamar dağ beli‖, ―iki 
dağ  zirvəsini  birləşdirən  dağ  keçidi‖  (145,  517)  və  kaş  –  ―qaya‖,  ―dağ  çıxıntısı‖, 
―kənar‖,  ―sahil‖  (100,  431)  sözlərindəndir.Cənubi  Azərbaycanda  Süleymaniyyə 
yaxınlığında  indi  Suridaş  adlı  kənd  vardır.Balakən  rayonundakı  Soorqaş  dağının 
adı ilə müqayisə olunur.    
 
 
 
 
 
 
U i ş d i ş (er. əv. 714- ci il). Y.B.Yusifov bu toponimi türkcə Bişdiş (Beş 
diş) hesab edir və beş diş formalı qayası olan dağ kimi mənalandırır (184, 107). O, 
Hə mdullah  Qə zvin inin  XIV  əsr  qeyd  etdiyi  ―Beşbarmaq‖dağının  adına  əsaslanır. 
 
E r e ş t e y a  n a (er. əv.714-cu il). Araz çayın ın adından (?) və türkcə tey 
– ―təpə‖, ―qabarıq‖ (145, 548) sözlərindəndir.‖Araz‖ sözünün Urartu mənbələrində 
çəkilən  ―Eriaxi‖  əyalətin in  adından  ibarət  olması  haqqında  erməni  tarixçilərin in 
fikri  səhvdir.  Eria rxi  adı  Urartu  d ilində  kitabədə  Eriahi  (ni)  adın ın  rusca 
yazılışıdırsa  (―hi‖  ko mponentinin  ―xi‖  kimi  yazılışı),  bu  addan  ―Araks‖,  yaxud 
― Araz‖ necə alınır? Bu toponimin mənası haqqında başqa mülahizə də irəli sürmək 
olar:  Ereşteyana  toponimi  Ara zdöyən  (Cənubi  A zərbaycanda  Arazbaran  maha lı 
adının  məhz  qədim  Arazdöyən  adından  alın ması,  ―döyən‖  sözünün  farsca bəran- 
―sahil‖,  ―kənar‖sözü  ilə  əvəzlən məsidir)  və  Şimali  A zərbaycandakı  Arazdöyən 
adının  asur  dilində  yazılmış  forması  hesab  edilə  bilər.  Qeyd  edilməlid ir  ki, 
toponimin  ―Ereş‖  forması  indi  də  Cənubi  Azərbaycanda  Eris  (danışıqda  əvvəlinə 
―h‖ səsinin əlavəsi ilə heris) adlan ır.  
 
 
 
 
 
A  r  s  i  a  n  ş  i  (er.  əv  VIII  əsr).  Y.B.Yusifovun  şifahi  məlu matına  görə, 
Arsi dağ adıdır və bəlkə də şam ağaclığı ilə fərq lənirmiş. M ixi yazıda qeyd edilir ki, 
Arsiyanşi  Arsi dağının yanında yerləşir. Buna uyğun olaraq Y.B.Yusifov toponimi 
―Arsi  enişi‖,  ―Arsi  yanı  kənd‖  kimi  mənalandırır.  Bizcə  ad  türkcə  arça-  ―ardıc 
kolu‖,  ―şam  ağaclığı‖  və  enşi  –―malikanə‖,  ―padşahlıq  mü lkü‖  (166,  1,  361) 
sözlərindəndir.  Urartu  mənbələrindən  Urmiya  gölü  ətrafında  ―Harsi‖,  ―Arsita‖  və 
―Arsindu‖  toponimləri  də  məlu mdur.  Cənubi  A zərbaycanda  Savalan  dağın ın 
ərazisində  Ərçə,  Ərçistan,  Əcir,  Ərcan  və  b.yaşayış  məntəqələrinin   adları  ilə 
müqayisə oluna bilər. 
 
 
 
 
 
 
 
D  u  r  d  u  k   k   a  (Zurzukka,  Sirdakka,  Zirda kka   variantla rı  da  vardır). 
Mannada  bir  qalanın  adı.  Toponimin  mü xtəlif  yazılış  formaları  onun  əslinin 
müəyyən  olunmasını  çətinləşdirir.  Durdukka  (asur  dilində  ―k‖  səsinin 


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə