87
14(iv) (h)
Qəbul olunduğu vaxtdan
keçən bir ildən gec olmayaraq
assosiasiyaların qeydiyyat və
müraciət prosedurlarını
nizamlayan qaydaları yenidən
nəzərdən keçirmək və
təkmilləşdirmək.
Avropa Şurası ekspertlərinin və yerli
QHT-lərin yaxından əməkdaşlığı ilə
hazırlanmış
Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında
Qanun 12 dekabr 2003-cü ildə qəbul
olunmuşdur. Qanun QHT-lər də daxil
olmaqla, hüquqi şəxslər üçün
tamamilə yeni qeydiyyat proseduru
nəzərdə tutur. Azərbaycan
Respublikası Prezidentinin sərəncamı
ilə 27 iyul 2007-ci ildə "Azərbaycan
Respublikasının qeyri-hökumət
təşkilatlarına dövlət dəstəyi
Konsepsiyası" qəbul edilmişdir.
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı ilə 13 dekabr
2007-ci ildə Azərbaycan Respublikası
Prezidenti yanında QHT-lərə Dövlət
Dəstəyi Şurası yaradılmışdır. Şura
2009-cu il üçün 226 layihəyə dəstək
olaraq 1 milyon 848 manat vəsait
ayırmışdır. 2009-cu il iyun ayının 30-
da QHT-lər haqqında qanuna
dəyişikliklər edilmişdir.
15(i)
Qəbul olunduğu vaxtdan keçən
üç ildən gec olmayaraq Vəkillik
haqqında qanunu yenidən
nəzərdən keçirmək və
təkmilləşdirmək.
"Vəkillər və vəkillik fəaliyyəti
haqqında" 28 dekabr 1999-cu il tarixli
Qanuna müxtəlif dövrlərdə
dəyişikliklər edilmişdir. Son belə
dəyişikliklər 2005-ci il iyunun 14-də
Milli Məclis tərəfindən qəbul
olunmuşdur. Həmin dəyişikliklər AŞ
ekspertləri tərəfindən də müsbət
qiymətləndirilmişdir.
15(ii)
Qəbul olunduğu vaxtdan keçən
iki ildən gec olmayaraq
Konstitusiya Məhkəməsinə
müraciət şərtlərini yenidən
nəzərdən keçirmək və hökumət,
Baş prokuror, bütün səviyyəli
məhkəmələr və xüsusi hallarda
isə fərdlərə müraciət hüququ
vermək.
Konstitusiya Məhkəməsi haqqında yeni
Qanun 23 dekabr 2003-cü ildə qəbul
olunmuşdur. Qanun şəxslərə, bütün
instansiya məhkəmələrinə, o
cümlədən ombudsmana Konstitusiya
Məhkəməsinə birbaşa müraciət etmək
hüququ verir. 2004-cü ilin
iyununda Venesiya Komissiyası
Konstitusiya Məhkəməsinin Prosedur
Qaydalarına dair rəy vermişdir. 2009-
cu il 18 mart referendumu nəticəsində
Konstitusiyanın 130-cu maddəsinin IX
hissəsinə Konstitusiya Məhkəməsinin
88
qərarlarının dərc edilməsi ilə əlaqədar
müddəa əlavə edilir.
15(iii)
Qəbul olunduğu vaxtdan keçən
üç ildən gec olmayaraq
hakimlərin təyin edilməsi və
fəaliyyət müddətləri
prosedurlarını yenidən nəzərdən
keçirmək və təkmilləşdirmək.
24 avqust 2002-ci ildə keçirilmiş
referenduma əsasən, hakimlərin
təyinedilmə proseduru və onların
fəaliyyət müddətinə dair
Konstitusiyanın müvafiq müddəalarına
düzəlişlər edilmişdir. Hal-hazırda
apellyasiya məhkəmələrinin hakimləri
parlament tərəfindən təyin olunur.
Onların fəaliyyət müddəti 10 ildir.
Konstitusiya Məhkəməsi hakimlərinin
fəaliyyət müddəti 15 il
müəyyənləşdirilmişdir. Hakimlərin
təyinatı qaydasının təkmilləşdirilməsi
üzrə Fəaliyyət Planı tərtib edilmişdir.
Fəaliyyət Planına uyğun olaraq
hazırlanmış və Avropa Şurasında
ekspertizadan keçirilərək 2005-ci il
yanvarın 31-dən qüvvəyə minmiş
"Məhkəmə-Hüquq Şurası haqqında"
və "Məhkəmələr və hakimlər
haqqında Azərbaycan Respublikası
Qanununa əlavə və dəyişikliklər
edilməsi haqqında" qanunlara əsasən,
yeni demokratik üsullarla
formalaşdırılmış Məhkəmə Hüquq
Şurası fəaliyyətə başlamışdır. Ədliyyə
naziri Şuranın sədri seçilmiş,
beynəlxalq mütəxəssislərin
tövsiyələrinə uyğun hazırlanaraq
Avropa Şurasında ekspertizadan
keçirilmiş "Hakimlərin Seçki Komitəsi
haqqında Əsasnamə" və "Vakant olan
hakim vəzifələrinə hakim
olmayan
namizədlərin seçilməsi Qaydaları"
təsdiq olunmuşdur. Eyni zamanda,
yeni qanunvericiliyin tələblərinə
əsasən, 20-dək normativ sənədin, o
cümlədən hakimlərin fəaliyyətinin
qiymətləndirilməsi, intizam icraatının
aparılması qaydaları haqqında
təlimatların və s. sənədlərin
hazırlanması üzrə tədbirlər
görülmüş, bəzi sənədlər qəbul
olunmuşdur. Avropa Şurasının
ekspertləri Azərbaycanda məhkəmə
fəaliyyətinin təkmilləşdirilməsi və
ədalət mühakiməsinin səmərəliliyinin
artırılması üzrə tədbirləri yüksək
qiymətləndirmiş, bu sahədə yeni qəbul