Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə270/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   266   267   268   269   270   271   272   273   ...   299

377 

 

Səmərəsi  yüz  dəfə  artıq  olacaq.  Bu  pulları  itmiş  hesab  etmək  olmaz.  Dərslər  haqqında  onu  deyərdim  ki,  ən 



ziyadə  türkcəyə  əhəmiyyət  verilir.  Ünas  məktəbində  çoxu  türkcə  zəifdirlər.  Yarısı  rus  məktəbi  bitirmiş 

xanımlardır. Ona görə ən ziyadə türkcəyə əhəmiyyət verilmişdir. Sonra hesab dərslərinə əhəmiyyət verilmişdir. 

Bundan başqa üsuli tədris və başqa fənnlər ikinci dərəcədədirlər. Hər şeydən artıq ancaq bu iki dərsə əhəmiyyət 

verilmişdir.  Nəzarət  tərəfindən  təqdim  edilmiş  bu  layihəni  maliyyə  və  büdcə  komisyonu  qəbul  edib  təsdiq 

olunmaq üçün parlamana təqdim edir. Layihə budur. (Layihəni oxuyur). 

Sədr - Kim danışmaq istərdi, layiheyi-qanuniyyə xüsusində. Danışmaq istəyən yoxsa, onda layihəni maddə-

maddə səsə qoyuram. Əhməd bəy! Layiheyi-qanuniyyəni oxuyunuz. 



Əhməd Cövdət - Birinci maddəni oxuyur. 

Sədr  -  Kim  qəbul  edirsə,  əvvəlinci  maddəni  rica  edirəm  əlini  qaldırsın.  (Əllər  qalxır).  Əksəriyyət  rəy  ilə 

əvvəlinci maddə qəbul olunur. 2-ci maddəni oxuyunuz. 



Əhməd Cövdət - 2-ci maddəni oxuyur. 

Sədr  -  İkinci  maddəni  səsə  qoyuram.  Kim  qəbul  edirsə,  rica  edirəm  əlini  qaldırsın.  (Əllər  qalxır).  İkinci 

maddə  əksəriyyət  səs  ilə  qəbul  olunur.  Layiheyi-qanuniyyəni  tamamən  səsə  qoyuram.  Kim  qəbul  edirsə,  rica 

edirəm  əlini  qaldırsın.  (Əllər 

[866  -  867]

  qalxır).  Layiheyi-qanuniyyə  əksəriyyət  ilə  təmamən  qəbul  edilir. 

Növbədə məsələ Qarabağ haqqında hökumətin bəyanatıdır. 



Nəsib  bəy  Yusifbəyli  (Rəisi  Vükəla)  –  Möhtərəm  məbuslar!  Qarabağ  hadisatının  təfsilatından  sizə  ərz 

etməyəcəyəm. O vüquat ki, orada olub mən güman edirəm siz onun təfsilatını burada söyləyən yoldaşlarınızdan 

eşitmisiniz. Onları təkrar etməyi mən öz tərəfimdən və hökumət namindən artıq bilirəm. Sizin yoldaşlarınızdan 

dörd  nəfərini  sizə  məlumdur  ki,  hökumət  vüquatdan  sonra  Qarabağa  göndərdi,  onlar  orada  olan  vüquatı 

öyrəndikdən sonra gəlib sizə ərz etdilər. Mən bir şeyi ərz etmək istəyirəm, Məəttəssüf dokladlar ki, burada sizə 

söylənildi, onlarda ifrat və təfrit vardı. 

Bir tərəfdən verilən dokladda səy edilmiş idi ki, Qarabağda vaqe olan hadisələrdə kimsə günahkar olmadığı 

göstərilsin, dikər tərəfdən sizə ərz olunan dokladdan məlum oldu ki, guya orada iki növ adamlar vardır, birisi 

zalim,  o  birisi  məzlum.  Zalımlar  onlardır  ki,  orada  olan  məzlumlara  son  dərəcədə  zülm  etmişlər.  Zalım 

müsəlmanlar,  məzlum  isə  ermənilər  olduğu  göstərildi.  Ermənilər  tərəfindən  heç  bir  hərəkət  vaqe  olmamış 

kimidir. heyətin erməni ərazisi tərəfindən təqdim olunan məruzədə hər bir xüsusda səbəb axtarılmışdır və səbəb 

göstərmişlər  ki,  guya  iki  nəfər  əsgəri  ermənilər  tərki  silah  etmişlər.  Əlbəttə  bu  öylə  böyük  bir  məsələ  deyil, 

bununda  səbəbi  varmış.  O  da  bu  imiş  ki,  müsəlmanlar  tərəfindən  bir  erməninin  tapançası  alınmış  imiş.  Digər 

tərəfdən  Qaybalı  kəndi  dağılmış.  O  kənddə  gördüklərini  həzin  kartinalar,  dəhşətli  mənzələrlər  təsvir  edirlər. 

Amma  həmin  məruzədə  söylənilməmişdir  ki,  Qaybalı  kəndində  olan  müsəlmanların  da  evləri  dağıdılmışdır. 

Dokladda  bu  barədə  heç  bir  söz  söylənilməmişdir  ki,  bütün  müsəlman  ailəsi  dağılmış,  iki  arvad  məqbul 

tapılmışdır. 

Bunu  ərz  etmək  istəyirəm  ki,  dokladlar  öylə  bir  tərzdə  yazılmışdır  ki,  bir  tərəfdən  müdafiə,  dikər  tərəfdən 

hücum edilir. Bir tərəf müqəssir görülərək, digər tərəf özünü təqsirsiz göstərmək istəyir. 

Qarabağa göndərilən heyətdən əsl məqsəd bu deyil idi. Məqsəd o idi ki, cinayətin üstü açılsın və günahkarlar 

tapılsın Çübaryanın dokladına məclisi məbusan üzvlərindən birisi təqsirnamə adı verdi. Burada yəni bir məqsəd 

var.  Bu  məqsəd 

[867  -  868]

  günahkarları  tapmaq  deyil,  general-qubernatoru  təqsirləndirməkdir.  həqiqətən 

general-qubernatorda  günah  varmı  və  ya  yoxdur  -  bu  böyük.  bir  məsələdir.  Bu  xüsusda  hökumətin  fikrini  ərz 

etmək  istərəm.  Əlbəttə  bilirsiniz  ki,  son  zamanlarda  Zaqafqasiyada  qırğınlar  olduğu  zaman  onda  məhəlli 

hökumət məmurlarının əli olmuşdur. Əlbəttə burada da nəzərə gəlir ki, kənd dağılmış, arvad uşaq ölmüş bunda 

general  qubernatorun  da  əli  olmuşdur.  Əgər  qubernator  həqiqətən  yalançı  və  məqsədi  də talan düzəltmək  olsa 

idi, o zaman buna müsaid bir zəmin axtarardı. Baxıb görərəm, o vaxt ki, Qarabağda bu hadisə vaqe olmuş, o 

buna  müsaidəmidir  və  ya  deyildir?  Bütün  Qarabağ  yolları  köçərilər  ilə  dolu  olan  bir  zamanda  talan  fikrinə 

düşmək  dəlilik  olardı.  Çünki,  o  öylə  bir  zaman  idi  ki,  həqiqətən  böylə  bir  iş  görmək  onda  bütün  köçərilərin 

həyatını təhlükə altına buraxardı. Bunu şübhəsiz ki, general qubernator nəzərə almaya bilməzdi. 

İkinci əgər məqsəd yalnız talan idisə məgər general qubernator başqa bir yer tapmayır ki, orada qursun? Öylə 

gərək  Avropa  nümayəndələrinin,  ingilis  və  Amerika  nümayəndələrinin  gözü  qabağında  qura  idi  ki,  gəlib  o 

meyitlərin  şəkillərini  görsünlər  və  rəsmlərini  alıb  aləmə  bildirsinlər.  Yenə  deyirəm:  General-qubernator  talan 

qurmaq istəsəydi başqa bir yer tapardı. Əgər general qubernator istəsə idi bütün Yevlaxdan Şuşaya kimi öylə bir 

proqram  yapa  bilərdi  ki,  bütün  Qarabağ  atəş  içində  qalardı.  Əgər  məmurlarda  suiniyyət  olsa  idi  əlbəttə  böylə 

edərlərdi.  Bilirsiniz  general  qubernatorun  bunu  edə  bilmək  qədər  qüvvəti  və  nüfuzu  vardır.  Görürsünüz  ki, 

burada  suiniyyət  olmamışdır.  Əgər  olsa  idi  bu  hadisə  iki  şeydən  baş  verə  bilərdi.  Əvvəla  general  qubernator 

gərək  divanə  ola  idi.  Çünki,  əqli  başında  olan  şəxs  Şuşanın  iki  verstliyində  paqrom  qayırmazdı.  Yoxsa  ayrı 

səbəb yoxdur. 

İkinci  isə  o  adam  xain  olmalı  idi.  Çünki  həmin  paqromdan  Azərbaycan  cəmaətinin,  istər  müsəlman,  istər 

erməni olsun, bütün Azərbaycan əhlinin canı və malı tələf olmaq təhlükəsi vardır. 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə