Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə268/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   264   265   266   267   268   269   270   271   ...   299

374 

 

açıb yardım diləyəcəklər. Bu bizim şənimizə yaraşmaz. İslam heç vaxt zəlil olmaz. Gərək hər kəs öz işinə sahib, 



öz zəhmətilə dolansın. Başqasının əlinə baxmasına razı ola bilməriz. Ona görə bu 3 milyon ki, verilir, verilsin. 

Deməliyik  verilməsin.  Lakin  onu  demək  istəyirəm  ki,  başqa  yollar  ilə  onları  o  zalımın  altından  qurtarmaq 

lazımdır. Əgər lazım olsa oradan köçürüb Azərbaycanda sakin etmək lazımdır. Çünki, məqsədləri müsəlmanları 

tamamilə qırmaqdır. Ona görə deyirəm  ki, 3  milyon ilə, ümumən pul ilə çarə olmaz. Pul nədir? Onu hər vaxt 

vermək  olar,  Hökumət  kəsir,  indi  də  kəsilib  tökülər  meydana.  mən  deyirəm  biz  ki,  bu  gün  bir  hökumət,  bir 

cümhuriyyət,  bir  səltənət  sahibiyiz.  Onların  hüququna,  namusuna  təcavüz  olmağa  qoyulmasın  təklif  edirəm, 

hərbi, siyasi və diplomatik yollar ilə, qardaşlarımızın buraya köçürülməsinə təşəbbüs olunsun. 

Sədr - Söz ümuri-xeyriyyə naziri Klenevskinindir. 

Klenevski - (Rusca). 

Sədr - Təklif var, müzakirə bitsin, kim əleyhinə danışmaq istəyir. 

Əhməd Cövdət - Zənn edirəm, burada bir iki adamın da ismi yazılıbdır. Müsaidə ediniz onlar da fikirlərini 

söyləsinlər. 



Sədr - Təklifi səsə qoyuram. Kim lehinə, kim əleyhinədir? Hər kəs lehinə isə əlini qaldırsın. Əksəriyyət rəy 

ilə müzakirənin bitməsi barəsində olan təklif qəbul edilmir. Söz Hacı Hüseyn Əfəndinindir. 



Haçı Hüseyn Əfəndiyev - Məbuslar bu qaçqınlar barəsində bir çox sözlər danışdılar. İcab etdiyi zaman biz 

bir  çox 

[859  -  860] 

pullar  buraxdıq  deyildi.  Şimdi  də  3  milyon  rüblə  tələb  edilir.  Doğrudur,  bu  para  onların 

halını  düzəltməz  və  bir  put  unla  onların  halı  yaxşılaşmaz  və  eyni  zamanda  biz  onları  tənbəlliyə  öyrədərik. 

Çünki, onlar daim gözləyəcəklər ki, bizə filan yerdən müavinət gələcəkdir. Və bir də əfəndilər, kağız üzərinə 

yazılan sözlərlə iş olmaz. 

Pulov-pulov  deməklə  qarın  doymaz,  düyü  və  yağ  da  lazımdır.  Biz  bilmirik  bu  pul  yerinə  çatacaqmı.  Ona 

görə biz yenə təklif edirik ki, hökumət lazıma tədbirdə bulunub, onların həyat və istirahətlərini təmin eyləsin, 

bizə həqiqi yollar göstərsin, biz də o yollar ilə gedək. 



Sədr - Söz Rəsulzadə Məmməd Əminindir. 

Rəsulzadə Məmməd Əmin - Müstəəsifanə bəzi cəhətlər vardır ki, o cəhətləri Qara bəy bir əndazə söylədi. 

Çünki ora-da olan şeylərin hamısını söyləmək mümkün deyildir. Parla-man üzvü Malxazyan cənabları deyirlər 

ki, gərək bu məsələ iki millətin arasındakı həyəcanı qaldırsın. Əkər işə həqiqət nəzər ilə baxsaq görəriz ki, bu 

xüsusda  Azərbaycan  Ermənistan-dan  daha  çox  çalışıbdır  və  ədalət  göstəribdir.  Çünki  Ermənistan  Naxçıvan 

müsəlmanları  onları  istəmədiyi  halda  onlara  sahib  oldular.  Və  sonra  orada  ki,  əhalini  hicrətə  məcbur  etdilər, 

mütəəssifanə necə də bu məsələləri meydana gətirdilər. Deyirlər ki, ümumiyyət ilə Ermənistanda aclıq var, bu 

doğrudur. Fəqət bircə fərq var ki, orada erməni aclarına kömək edilir, müsəlmanlara kömək edilməyir. Yalnız 

ermənilər  tərəfindən  deyil,  Amerika  tərəfindən  də  müsəlmanlara  kömək  edilməyir.  Təbii  hal  böylə  ikən 

Azərbaycan onlara müavinət etməlidir. 

Deyirlər  ki,  Ermənistan  hökuməti  rəisi  Xatisov  söyləmişdir  ki,  Azərbaycanda  ermənilərin  halı 

Ermənistandakı  müsəlmanların  halı  qədər  xoş  keçsə  idi,  mən  buna  iftixar  edərdim.  Əvvəla  Allah  eyləsin  ki, 

buradakı  ermənilərin halı, Ermənistandakı müsəlmanların halı kimi olsun və bir də burada bir fikir bəyan etdilər 

ki, guya Ermənistandakı müsəlmanları Azərbaycana köçürmək lazımdır Bu düzgün fikir deyildir. Hu hərəkətlə 

biz ermənilərin arzularına əməl etmiş olurduq. Və onlara kömək edərik, Naxçıvan və Şərur kimi qəzalar var ki, 

onlar  bizim  təbəələrimizdir.  Biz  var  qüvvəmizlə  çalışmalıyıq  ki,  onları  qurtaraq.  hökumətdən  rica  edirəm  ki, 

göndərilən 

[860  -  861]

  unları  yerində  ədalətə  müvafiq  təqsim  etsinlər,  tainki  əhali  naminə  göndərilən  unlar 

vəkillərin cibinə girməsin. 

Sədr - Söz Ağamalı oğlu Səmədağanındır. 

Səmədağa  -  Buradan  verdikləri  3  milyondur.  Amma  o  qədər  danışdılar  ki,  3  milyonluq  ağı  sürtdülər. 

Qoymadılar  bu  məsələ  heç  olmazsa  salamatlıqla  olsun.  Mən  deyirəm  ki,  necə  oldu  ki, bu axır  vaxt  parlaman 

oldu aqitasiya yeri. İki milləti döyüşdürmək yeri. Sizə deyirəm ki, Bakıda, İrəvanda erməni-müsəlman nə qədər 

qırğınları  olubdursa  siz  onların  aralarında  bir  meyit  görməmişsiniz  ki,  buradan  danışılana  oxşasın.  Ölənlər 

tamamilə kasıblar, fəqirlərdir. Deyirəm, erməni də eşitsin, müsəlman da qalxsınlar, bunlara divan eyləsinlər... 

Sədr  -  Natiq  əfəndi!  Natiq  əfəndi!  Burada  milliyyət  ədavəti  qaldıran  yoxdur.  Milliyyət  məsələsini  sizdən 

qabaqkı natiqlərə də dedim. 



Səmədağa - Xeyr... 

Sədr  -  Natiq  əfəndi,  rica  edirəm,  mənimlə  mübahisəyə  kirişməyəsiniz  və  illa  nakaz  üzrə  rəftar  etməyə 

məcbur olacağam. Nitqinizdə davam ediniz. 



Səmədağa  -  Neçə  gündür  ki,  parlamanımızda  insaniyyət  dili  itibdir.  Biri  erməni  dili,  biri  türk  dili  danışır. 

Bizim sədr də deyir bu adam döyüşdürmək deyil... 



Sədr  -  Natiq  əfəndi  sizə  mən  ikinci  dəfə  dedim,  sədrin  əmrinə  etiraz  etməyib,  itaət  edəsiniz.  Abbasqulu 

Kazımzadə, sizdən də rica edirəm, yerinizdə rahat və sakit əyləşəsiniz. Söz Hacı Kərim Saniyevindir. 



Haçı  Kərim  Sanıyev  -  Möhtərəm  məbuslar!  Burada  təklif  olunur  ki,  məclisi-məbusan  3  milyon  manat 

dağılan müsəlmanlara veriləcəyi barəsindəki qanun layihəsini təsdiq eləsin. Amma bu danışıqlar dairədən çıxdı. 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə