Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə265/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   261   262   263   264   265   266   267   268   ...   299

368 

 

Sədr - Musa bəy də danışsınmı? 



Səslər - Musa bəy də danışsın. 

Sədr - Musa bəy, danışa bilərsiniz. 

Musa bəy Rəfiyev - Möhtərəm məbuslar! Bəlli ki, çox sözlər doğru və haqlıdır. Çox arzular olur. Bu sözləri 

düz əmələ gətirmək lazımdır. Ümuri-xeyriyyənin arzusunda olur. Filan şey də olsun. Kazımzadə Abbasqulu bəy 

qaçqın işlərində çox oldu. Camaəti oraya çəkdi. Nə xəyanətlər oldu həpsini bilirik. Vəsiqə olanda da belə heylə 

var. 


Abbasqulu Kazımzadə - Komissiya lazımdır. 

Rəfiyev - Bunlar hamısı doğru sözlərdir. Ancaq övzayə baxanda görürük ki, biz, hökumət eyləmək istəsə də 

az nəticə hasil olur. Onun üçün bu danışıqlara bir məna demirəm, nəticəsini deyirəm. Ağa Aşurov dedi smeta 

yoxdur.  Doğrudur,  smeta  yoxdur.  Amma  bu  ümuri-xeyriyyə  aid  deyil.  Smeta  bir  il  qabaqdan  hazırlanır,  hər 

nəzarət  bilir  ki,  mədaxil,  məxarici  nədir.  Ümuri-xeyriyyə  nəzarəti  isə  əz  məxaricini  bilmir.  Bilə  də  bilməz. 

Ümuri-xeyriyyə nəzarəti nə bilsin ki, 30 mir qaçqın üstünə avqustda da 15 min artmayacaqdır. Bunlar ümuri-

xeyriyyə  nəzarətinə  məlum  ola  bilməz.  Ümuri-xeyriyyə  nəzarətinin  smetası  hazır  burada  var.  Bir  ay 

Novobayaziddən  bir  yekə  dəstə  15  minə  qədər  qaçqın  gəlib,  tökülüb  Gəncəyə.  Ümuri-xeyriyyə  nəzarətindən 

smeta  istəmək  dürüst  deyildir.  Bir  də  deyirlər  bu  qaçqınlara  azuqə  paylamaq  deyil,  iş  vermək  lazımdır.  Bu 

doğrudur.  Amma  qabaqca  evlərini,  yurdlarını  düzəltmək  lazımdır.  Bir  halda  ki,  qaçqınların  oturacaq  yerləri 

məlum  deyildir,  o  halda  necə  işləyə  bilərlər.  Bəlkə  də  istənilən  18  milyon  azdır.  Bununla  nə  qədər  kömək 

eyləmək olar. Hər qaçqına ayda 70 manat xərclənir, smeta belədir. Amma siz bir fikir ediniz, hər adam beş-altı 

yüzlə ancaq dolana bilir. Hərgah hər adama lazımi surətdə 

[846 - 847] 

dolanmaq üçün xərc verilsə, onda gərək 

Azərbaycanın  hər  şeyini  sataq,  biz  o  qədər  verməliyik.  Ancaq  o  qədər  vermək  gərək  ki,  heç  olmasa  bir  hala 

gəlib  özlərini  dolandırsınlar.  Ona  görə  ümidvarıq  ki,  parlaman  bunu  qəbul  edər.  Hərgah  bu  az  olsa  ümuri-

xeyriyyə nəzarəti yenə qulluğunuza başqa bir layihə ilə gələr, lazım bilsəniz verərsiniz, yoxsa-yox. 

Sədr - Sez ümuri-xeyriyyə naziri Klinovskinindir. 

Klinovski - Rusca 

Sədr  -  Kim  danışmaq  istəyir.  Bu  xüsusda  danışmaq  istəyən  yox-dursa,  məsələ  bitmiş  hesab  olunur. 

(Kyüsterə). Üzvləri çağırın. 



Səslər - Adamlar hanı ki, yoxdur. 

Sədr - Onda səsə qoya bilmərəm. Kvorum yoxdur. 

Səslər - Kvorum var! Yoxdur. 

Sədr - Üzvləri çağırın, sayın. 

Kyüster - Kvorum yoxdur (Mehdi bəy gəlir). 

Qara  bəy (yerindən) - Mehdi bəyi üç adamın yerinə hesab edin. Məcburam. Gələn iclas, qapamadan əvvəl 

rica  edirəm  ki,  gələn  səfərə  kitabxana  komisyonuna  namizədlər  göstərəsiniz  ki,  komisyon  intixab  olunsun. 

Parlamana.  Kitabxananın  nə  qədər  lazım  olduğunu  düşünürsünüz.  Ona  görə  təxirsiz  komisyona  namizəd 

göstərmənizi rica edirəm. İclas qapanır. 

İclas saat 4 tamamda qapanır. 

 

Arxiv, f. 895, siy.1, iş.100, vər.98-125. 




369 

 

 



№-56 

 

Əlli altıncı iclas 

17 iyul 1919-cu il. 

 

Rəis - doktor Həsən bəy Ağayev. Katib - Əhməd Cövdət Pepinov. Məclis saat 12.20-dəqiqədə açılır. 

 

Müzakireyi-yomiyyə: 



1.Parlaman  sədrinə  ikinci  müavin  intixabı  haqqında  Nizamnamənin  9-cu  maddəsi;  2.  Məclisi-müəssisan 

seçkiləri haqqında layiheyi-qanuniyyə (üçüncü qiraət); 3. Zəngəzur qəzası qaçqınlarına yardım  etməkdən  ötəri  

smetadan    xaric    olaraq 

[847  -  848]

  (18.750.000)  rüblə  buraxılması  haqqında  layihəyi-qanuniyyə;  4. 

Ermənistanda  bulunan  müsəlman  qaçqınlarına  yardım  etməkdən  ötəri  smetadan  xaric  olaraq  üç  milyon  rüblə 

buraxılması haqqında layihəyi-qanuniyyə; 5. hökumət indində xüsusi təftişat və təhqiqat komisyonunun təşkili 

haqqında  layihəyi-qanuniyyə;  6.  Sənaye  şəhadətnamələri  qiymətlərinin  artırılması  haqqın-da  layihəyi-

qanuniyyə;  7.  Nazir  müavinlərinə  yeni  maaş  haqqında  layihəyi-qanuniyyə;  8.  Şəhərlər  nəfinə  ixrac  və  idxal 

olunan  yüklərdən  alınan  müvəqqəti  vergi  nizamnaməsi  haqqında  layihəyi-qanuniyyə;  9.  İki  aylıq  pedaqoji 

kursların  küşadi  haqqında  layihəyi-qanuniyyə;  10.  Hökumətin  Qarabağ  hadisatı  haqqında  əxbarı.  11.  Spirt 

məhsulatından  alınan  aksiz  vergisi  miqdarlarının  artırılması  haqqında  layihəyi-qanuniyyə;  12.  Azərbaycan 

cümhuriyyət sərhəddində mühafizə bölüyü təsisi haqqında layihəyi-qanuniyyə; 13. Tövcü vergisinin artırılması 

ilə  bərabər  torpaq  gəlir  və  məxariç  smetasının  və  torpaq  vergisi  miqdarlarının  təmdidi  haqqında  layihəyi-

qanuniyyə;  14.  Ticarət  və  ələlümum  işlər  idarəsi  haqqında  verilmiş  vəkalətnamələrin  sürəcəyi  müddətin 

uzadılması  haqqında  layihəyi-qanuniyyə;  (təcili)  15.  Daxil  olmuş  kağızlar.  O  cümlədən:  a)  «Hümmət" 

fraksiyasının  Qasım  bəy  Camalbəyovun  parlaman  üzvlüyünə  daxili  haqqında  əxbari;  b)  Rus-slavyan 

cəmiyyətinin  parlaman  məbusları  Vinoqradov,  Kravçenko  və  Mixailov  haqqında  məşruhəsi.  ç)  Kitabxana 

komisyonu intixabı. d) "İttihad" fraksiyasının hökumətə sualı. 

Rəis - Divani - rəyasət tərəfindən təklif olunur ki, 14-cü məsələ ticarət haqqındakı layihəyi-qanuniyyə ikinci 

olaraq baxılsın. Çünki  əski ticarət qanununun müddəti bu ayın 14-də bitmişdir. Əgər buna etiraz yoxsa qəbul 

olunur. 

Qara  bəy  -  Mən  təklif edirəm  1-ci  məsələni  sonraya  qoyaraq,  əvvəlinci  məsələ  axıra  çəkilsin,  çünki  digər 

məsələlər daha mühümdür. ? 



Sədr - Etiraz yoxmu? 

Səslər - Yoxdur. 

Sədr - Qəbul olunur. Daxil olmuş kağızlardan əvvəlincisi "Hümmət" fraksiyonundan gəlmiş bir məktubdur. 

Parlaman  üzvü  Qasım  bəy  Camalbəyzadə  yenə  firqə  tərəfindən  parlamana  intaxab  olunmuş,  parlaman 

üzvlüyünə qəbulu təklif edilir. Qanun üzərinə parlaman üzvlərindən biri çıxarılarsa, onun yerinə 

[848 - 849]

 bir 

özgəsi  intixab  edilir.  Şimdi  eyni  adamı  firqə  intixab  etmiş  bunu  bir  rəy  məlumat  bildirirəm.  Varid  olmuş 



kağızlardan  bu  məzmunda  bir  məktub  var.  (Rusca  oxuyur).  Rəyi  məlumat  üçün  bəyan  edirəm.  İkinci  qanun 

layihəsi  vəkalətnamələrin  təmdidi  haqqındadır.  Türkcəsi  yoxdur.  Vəkalətnamə  müddəti  bitmişdir,  təmdidi 

lazımdır, altı ay artırılmalıdır. Əgər etiraz yoxsa və müsaidə edərsəniz, oxunsun. Oxuyunuz Mehdi bəy. (Mehdi 

bəy oxuyur). 



Sədr - Layiheyi-qanuniyyənin təcili surətdə baxılmasına etiraz yoxdurmı? 

Səslər - Yoxdur. 

Sədr - Qəbul olunur. Layiheyi-qanuniyyə xüsusunda kim danışmaq istərdi. Bunu maddə-maddə oxuyunuz. 

Katib - 1-ci maddəni oxuyur. 

Sədr - 1-ci maddə xüsusunda kim danışmaq istərdi. Etiraz yoxmu? Etiraz yoxdur. 1-ci maddə qəbul olunur. 

Katib - İkinci maddəni oxuyur. 

Sədr - İkinci maddəyə etiraz yoxmu? Yoxdur, qəbul olunur. 3-cü maddəni oxuyunuz. 

Katib - 3-cü maddəni oxuyur. 

Sədr  -  3-cü  maddə  xüsusunda  kim  danışmaq  istəyir?  Etiraz  yoxmu?  Yoxsa  qəbul  olunur.  Layiheyi-

qanuniyyəni təmamən səsə qoyuram. 



Mehdi bəy - Komisyonun burada bir mülahizəsi vardır. 

Sədr - Mülahizəni oxuyunuz. 

Katib - Oxuyur. 

Sədr  -  Layiheyi-qanuniyyəni,  komisyonun  mülahizəsi  ilə  bərabər  tamamən  səsə  qoyuram.  Etiraz  yoxdur. 

Komisyonun mülahizəsi ilə bərabər qəbul olunur. 



Katib - 49-cu maddənin Məclisi-Müəssisan seçkiləri haqqında. 

Sədr - 49-cu maddəyə etiraz yoxdur? İstəyirsiniz oxunsun. 


Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə