Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə262/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   258   259   260   261   262   263   264   265   ...   299

364 

 

Sədr - 528-ci maddəyə etiraz yoxdur ki? Etiraz yoxsa, qəbul edilir. 141-ci maddəni oxuyunuz. 



Bayram Niyazi -Oxuyur. 

Sədr - 141-ci maddəyə etiraz yoxmu? Yoxsa, qəbul edilir. 834-cü maddəni oxuyunuz. 

Bayram Niyazi - 834-cü maddəni oxuyur. 

Sədr - 834-cü maddəyə etiraz yoxmu? Yoxsa, qəbul edilir. 49-cu maddəni oxuyunuz. 

Bayram Niyazi - Oxuyur. 

Sədr - 49-cu maddəyə etiraz yoxsa, qəbul edilir. 438-ci maddəni oxuyunuz. 

Bayram Niyazi - Oxuyur. 

Sədr - 438-ci maddəyə etiraz yoxmu? Etiraz yoxdur. 438-ci maddə qəbul edilir. 443-cü maddəni oxuyunuz. 

Bayram Niyazi - Oxuyur. 

Sədr - 443-cü maddəyə etiraz yoxmu? Etiraz yoxsa, qəbul edilir. 114-cü maddəni oxuyunuz. 

Bayram Niyazi - Oxuyur. 

Sədr - 114-cü maddəyə etiraz yoxdur? Etiraz yoxsa, qəbul edilir. 323-cü maddəni oxuyunuz. 

Bayram Niyazi - Oxuyur. 

Sədr  -  323-cü  maddəyə  etiraz  yoxmu?  Yoxsa,  qəbul  edilir.  Layiheyi-qanuniyyəni  təmamən  səsə  qoyuram. 

Etiraz yoxdurmu? Etiraz yoxsa qəbul olunur. Növbədəki məsələ dəniz idarələrindəki 

[836 - 837]

 vergi alınması 

haqqında qanun layihəsidir. Məruzəçi Əmircanov. 

Katib - Oxuyur. Birinci maddəni. 

Sədr - Birinci maddəyə etiraz yoxsa, qəbul olunur. İkincini oxuyunuz. 

Katib - İkinci maddəni oxuyur. 

Sədr - İkinci maddəyə etiraz yoxsa, qəbul olunur. Üçüncünü oxuyunuz. 

Katib - Üçüncü maddəni oxuyur. 

Sədr - Üçüncü maddəyə etiraz yoxsa, qəbul edilir. Dördüncünü oxuyunuz. 

Katib - Dördüncü maddəni oxuyur. 

Sədr - Dördüncü maddəyə etiraz yoxsa qəbul edilir. 

Layiheyi-qanuniyyəni təmamən səsə qoyuram. Etiraz yoxsa qəbul olunur. Növbədəki məsələ Ermənistanda 

olan müsəlman fərarilərinin ehtiyacını ödəmək üçün smetadan kənar üç milyon manat pul buraxılması haqqında 

qanun  layihəsidir.  Fəqət  məsələyə  keçmədən  qabaq  beş  dəqiqə  tənəffüs  elan  edirəm.  Rica  edirəm  namizəd 

vərəqlərini verəsiniz, tənəffüsdən sonra intixabata şüuru olunsun. 

 

Tənəffüsdən sonra 



 

Sədr  (Zəng  çalır)  -  Məclis  davam  edir.  Rica  edirəm  hər  kəs  səs  verməyibsə  versin.  Vərəqələrin  nəticəsi 

böylədir. 2 namizəddən birisi Əhməd bəy Pepinov 22 səs, digəri Sultan Məcid Qənizadə 18 səs. Əhməd bəy, 

qəbul edirmisiniz? 

Əhməd bəy Pepinov - Mən imtina edirəm. 

Sultan Məcid (qalxır) - Mən də otkaz edirəm. 

Səslər - Prosim, prosim. 

Sədr  -  Siz  otkaz  edirsiniz,  rica  edirəm  təzə  namizəd  göstərəsiniz,  və  o  adamı  göstərəsiniz  ki,  sonra  imtina 

etməsin. 



Mahmud  Mustafayev  -  2-ci  müavin  barəsində  tənəffüs  elan  olunan  əsnada firqələr  arasında  danışıq oldu. 

Şimdi ikisi də qəbul etməyir, ona görə təzə namizədlər göstərmək qeyri mümkündür. Mən təklif edirəm gələn 

iclasa təxirə salınsın. 

Sədr - Təklifi eşitdiniz, gələn iclasa qalsın. Namizədlər hər ikisi. Mən öz tərəfimdən rica və təmənna edirəm 

bu  gün  qurtarasınız  mənim  imkanım  yoxdur.  Nəzərə  alın  keçən 

[837  -  838]

  dəfə  ürəyim  getmişdi,  gücnən 

özümü saxladım, təvəqqe, edirəm mümkün olsa bugün müavin seçəsiniz. Beş-on dəqiqə tənəffüs elan edirəm. 

 

(İkinci tənəffüsdən sonra) 



 

Sədr - İclas davam edir. Zənn edirəm parlaman üzvlərindən heç birisi vaxta ki, parlaman lazım bilib onlara 

bir  vəzifə  həvalə  edir,  imtina  etməyə  haqları  yoxdur  və  imtina  etməməlidirlər.  İki  namizəddən  biri  Əhməd 

Cövdət divani-rəyasətdə olduğuna görə imtina etməyə haqqı var. Sultan Məcid Qənizadənin isə haqqı yoxdur. 

Ələlxüsus ki fraksiyalar müttəhidləri onun namizədliyini təklif edir. Ona görə mən Soltan Məcid Qənizadənin 

namizədliyini qəbul edib səsə qoyacağam (Rusca). 

Sultan Məcid (yerindən) - Söz veriniz mənə. Mən imtina edirəm. 

Sədr - Bu məsələ müzakirə olası deyil. 

Sultan Məcid (yerindən) - Söz istəyirəm. 

Sədr - Buyurunuz. 



365 

 

Sultan Məcid - Əvvəla mən çox razıyam ki, bu təklifi mənə edirlər. Fəqət bəzi səbəblərə görə mümkünüm 

yoxdur.  Mən  qabaqda  riza  verməmişəm  ki,  mənim  namizədliyimi  qoysunlar  fraksiyamız  bilə-bilə  qoymuşdu, 

mən  də  ümid  var  idim,  seçki  vaxtı  başqa  bir  namizəd  çıxar,  keçər,  mən  azad  olaram.  İndiki,  Əhməd  Cövdət 

imtina edir,  namizədlik  qalır  mənə.  Mənim  mümkünüm  olmadığından  qəbul edə  bilməyəcəyəm.  Mən  bir  dəfə 

qəti surətdə imtina etmişəm və sözümdən qayıtmıram. Ona görə namizədliyimə riza verməyəcəyəm. 



Rəfiyev (yerindən) - Bu məsələ gələn dəfəyə qalsın. 

Sədr  -  Əgər  "İttihad"  fraksiyası  namizədliyi  geri  götürürsə  mən  bu  məsələni  növbədən  götürüb  başqa 

məsələyə keçirəm. 



Qara bəy (yerindən) - Fraksiyamız namizədliyi geri götürmür. Ancaq hansı fraksiya namizəd göstərsə qəbul 

eyləyəcəyik. 



Sədr  - "İttihad" fraksiyası təklifi geri götürmür. Bu məsələni kələn səfərə qoyuram. Gələcək iclasda sizdən 

rica  və  təmənna  edirəm  ki,  namizəd  hazırlayıb  bu  məsələni  həll  edəsiniz.  Növbədəki  məsələ  Zəngəzur 

qaçqınlarına 18.750.000 rubla pul buraxılması haqqında qanun layihəsidir. 

Rəfiyev  -  Möhtərəm  məbuslar!  Bu  axır  sənədlərdə  həyatımızda  üz  verən  vüqüatın  ən  dəhşətli  və  ən 

qorxulusu qaçqın məsələsidir. Bu məsələ müharibə əvvəlindən olub indiyə qədər davam edir. Bakı cəmiyyəti-

xeyriyyəsində  o  və  də  gördüyü  işlər  gözümüzün  qabağındadır.  Nə  qədər  qaçqınlara  yardım  etmək 

məcburiyyətində  idi.  Müharibə  zamanda  başlanmış  bu  məsələ,  biz  ümid  edirdik  ki,  müharibə  bitmiş  olsun. 

Məəttəəsüf  görürük  ki,  hələ  də  davam  edir,  hərgah  bizim  həyatımızda  onlara  baxsaq  görərik  ki,  əhalinin  çox 

faizi qaçqın surətində zindakanlıq edir. Onların kəndi yurdları, evləri-eşikləri dağılıb, əllərində olan malları hər 

şeyləri  gedib  yolçu  kökündə  dolanırlar.  Əlbəttə  bir  adam  tapılmaz  ki,  bu  fəlakətləri  görüb  əlindən  gəldiyi 

köməyi  etməsin.  Keçmiş  il  Şamaxıdan  gələn  qaçqınlar  bir  növ  bu  halda  yola  düşüblər.  Sonra  İrəvan  və 

Novobayazid uyezdlərindən gələn qaçqınlarda o idarələr ki, var təşkil olunub yardım olunur və o səbəbə bir növ 

dolana  bilirlər.  Fəqət  indiyəcən  Zəngəzur  uyezdində  13  kənd  əhalisi  dağılıb  Qarabağda  o  kənddən  bu  kəndə 

köçüb yardımsız qalmışlar. Ona görə ümuri-xeyriyy nəzarəti bunlara yardım etməyi lazım bilib qaçqınlar üçün 

buraxılmış  pulu  kafi  görmədiyindən  smetadan  xaric  pul  istəməyə  məcbur  olmuşdur,  tainki  qaçqınlara  yardım 

olsun. Bu yardımı bu hesablarla mülahizə etmişlər.Zəngəzur qəzasından olan qaçqınların miqdarı ən əksik 30 

minə  qədərdir.  Bu  30  min  qaçqının  təkrar  deyirəm  ki,  heç  bir  şeyləri  yoxdur.  Qarabağ  nümayəndələri  və  ora 

gedən  üzvlər  bu  qaçqınların  hallarını  böylə  nəql  edir  ki,  bu  qaçqınların  nə  yeməkləri  var,  nə  paltarları.  Bir 

rəhmli adam onlara bir gün, bir parça çörək versə, onların yeməkləri olacaq, verməsə o gün aç qalacaqlar. Ona 

görə onlara məhsulat, məmulat və yemək üçün çörək və kömək lazımdır. Hər adama bir ayda ən azı 20 girvənkə 

buğda,  ya  un  lazımdır  ki,  kənardan  az  bir  ələfiyyat  qatışdırıb  yesin  ki,  zəifləyib  bir  növ  acından  ölməsin. 

Bunlara  hələlik  3  aylıq  kömək  lazımdır.  Mümkündür,  bəlkə  bu  üç  ayda  əkin  əkələr,  evləri  dağılanlar  özlərinə 

yer, işsizlər özlərinə iş tapsınlar. Fəqət bu 3 ayın müddətində bunları aclıqdan saxlamaq lazımdır ki, özlərini o 

vaxta qədər bir növ dolandırsınlar. Bunun üçün hər gah ayda hər cana 20 girvənkə buğda hesab olunsa 45 min 

put  eylər.  Putu  yetmiş  manatdan  hesab  edilsə  3  milyon  150  min  manat  lazım  olur.  Qaçqınların  paltarları 

olmadığından  və  cındır  paltarda  dolandıqlarından  hökumət  ixtiyarında  olan  paltardan  və  fabrika  bezindən 

yardım edilsə ən əskiyi 50 min arşın bez 

[839 - 840] 

və manufaktura vermək lazımdır ki, 4 yüz minə qədər para 

eyləyir. Bu qaçqın məsələsi böylə həll olunsun ki, qaçqınları hökumət həmişə öhdəsinə götürüb doyulsun olmaz. 

O qaçqınlar ki, dağılıblar, onların çoxu iş əhlidir. Onları gərək öylə hala salasınız ki, ovzailəri bir qədər dəyişib, 

düzəlib işlərinə başlasınlar. Onun üçün də əvvəlcə gərək onların evləri tikilsin. Sonra yer və əkinçilik üçün o 

alətlər ki, lazımdır, alınıb onlara verilsin. Qaçqınların əhvalını yaxşılaşdırmaq üçün böylə məsələlərə əhəmiyyət 

verilməlidir.  Amma  hələliyə  nə  qədər  ki  onların  evləri  dağılıb,  başqa  yerlərdə,  yersiz,  paltarsız,  yeməksiz 

dolanırlar  gərək  hökumət  onlara  kömək  eyləsin  və  bu  da  artıq  hökumət  boynunda  böyük  bir  yük  olar.  Daha 

müvafiq gəlir, ən əvvəl onların evlərini düzəltmək. Onlara toxum vermək, sonra lazımdır ki, bunlara öküz, sonra 

onlar üçün kotan alınsın. Bunlar ilə, onlar öz işlərini düzəldə bilsinlər. Buna görə hesab yazılıb, bu hesab ilə 

onlara  3  milyon  manatlıq  toxum  alınmalıdır.  Evlərini  düzəltmək  lazımdır.  heç  olmazsa  hər  evə  bir  öküz 

lazımdır.  Bunların  hamısını  hesab  edəndə  9  milyon  edir.  Bunların  evlərini  düzəltmək  üçün:  Çünki  bunların 

çoxusu yandırılıb və dağıdılıbdır. Hər əskiyi, hər tüstüyə beş yüz manat hesab edəndə 3 milyon buna lazım gəlir. 

Cəmi otuz min qaçqın üçün (18.750.000) manat edər. Böylə hesab edəndə nəzərə çox gəlir. Ancaq bunu hesab 

etsək ki, hər qaçqın bununla həmişəki işini görəcək. Məmləkət onlara artıq xərc çəkməyəcək. O biri tərəfdən də 

məmləkətin,  əkini,  sərvəti  gündən-günə  artacaq.  Buna  görə  ümuri-xeyriyyə  nəzarəti  bu  layihəsinin  qəbul 

edilməsini rica edir. 

Sədr  -  Kim  danışmaq  istərdi?  Bu  barədə  kim  danışmaq  istərsə  rica  edirəm  vərəqə  ilə  bildirsin.  Rzabəy 

Ağabəyov. 



Rzabəy - Möhtərəm əfəndilər! Ümuri-Xeyriyyə nəzarəti bizim vilayətdə... qabaqda Rusiyada yox idi. Bizdə 

cümhuriyyət olandan sonra  əmələ gəldi. Bunların işinə gələndə bir növ bunlarda az işləmək görünür. Bu saat 

bizdən  qanun  layihəsində  18.750.000  manat  pul  istənilir.  İndi  bunun  paylanmağına  gəldikdə  onlar  nə  cür 

paylanacaq? O zapiskadan böylə görünür hər evə 500 manat verəcəklər. Soruşuram sizdən, bununla kafi olmaq 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə