356
Növbədəki məsələ: Gömrük idarələrində anbar vergisi miqdarının artırılması haqqında qanun layihəsidir.
(Katibə).
Mehdi bəy, oxuyunuz!
Katib - Layihənin birinci maddəsini oxuyur.
Rəis — Əvvəlinci maddəni səsə qoyuram. Kim əvvəlinci maddəni qəbul edirsə, rica edirəm əlini qaldırsın.
(Əllər qalxır). Əvvəlinci maddə əksəriyyət rəylə qəbul olunur. 2-ci maddəni oxuyunuz.
Katib - 2-ci maddəni oxuyur.
Rəis - 2-ci maddəni səsə qoyuram. Kim ikinci maddəni qəbul edirsə, rica edirəm əlini qaldırsın. (Əllər
qalxır). 2-ci maddə əksəriyyət rəylə qəbul olunur. Layiheyi-qanuniyyəni tamamən səsə qoyuram. kim layiheyi-
qanuniyyəni tamamən qəbul edirsə, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Layiheyi-qanuniyyə tamamən
əksəriyyət rəylə qəbul olunur. Növbədəki məsələ: Gürcüstan cümhuriyyətində ki, Azərbaycan siyasi
nümayəndəliyi cümbündə maliyyə nəzarəti agentliyinin təşkili haqqındakı qanun layihəsinin 3-cü qiraətidir.
(Katibə). Əvvəlinci maddəni oxuyunuz.
Katib - Layihənin əvvəlinci maddəsini oxuyur.
Rəis - Əvvəlinci maddəni səsə qoyuram. Kim qəbul edirsə əlini qaldırsın. (Əllər qalxır) Əvvəlinci maddə
əksəriyyət rəylə qəbul olunur. 2-ci maddəni oxuyunuz.
Katib - İkinci maddəni oxuyur.
Rəis - 2-ci maddəni səsə qoyuram. Kim qəbul edirsə rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). 2-ci maddə
əksəriyyət rəylə qəbul olunur. 3-cü maddəni oxuyunuz.
Katib - 3-cü maddəni oxuyur.
Rəis - 3-cü maddəni səsə qoyuram. Qəbul edənlərdən, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). 3-cü maddə
əksəriyyət ilə qəbul olunur. Layiheyi-qanuniyyəni tamamən səsə qoyuram. Kim layiheyi-qanuniyyəni tamamilə
qəbul edirsə, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Layiheyi-Qanuniyyə əksəriyyət ilə tamamən qəbul
olunur. Növbədəki məsələ: Ermənistan sər-həddində Uzun Tala gömrük idarəsi qarşısında gömrükxana təsis
haqqındakı qanun layihəsinin 3-cü qiraətidir. (Katibə) Mehdi bəy! Oxuyunuz!
Katib - Layihənin birinci maddəsini oxuyur.
Rəis - Əvvəlinci maddəni səsə qoyuram. (Rusca). Kim qəbul edirsə, rica edirəm əlini qaldırsın. (Əllər
qalxır). Əvvəlinci maddə əksəriyyət rəylə qəbul olunur. 2-ci maddəni oxuyun.
Katib - 2-ci maddəni oxuyur.
Rəis - 2-ci maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). 2-ci maddə
əksəriyyət ilə qəbul olunur. 3-cü maddəni oxuyunuz.
Katib - 3-cü maddəni oxuyur.
[819 - 820]
Rəis - Üçüncü maddəni səsə qoyuram. Kim 3-cü maddəni qəbul edirsə, rica edirəm əlini qaldırsın. (Əllər
qalxır). 3-cü maddə əksəriyyət rəylə qəbul olunur. 4-cü maddəni oxuyunuz.
Katib - 4-cü maddəni oxuyur.
Rəis - 4-cü maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət
ilə 4-cü maddə qəbul olunur. Laiheyi-qanuniyyəni tamamən səsə qoyuram. Kim layiheyi-qanuniyyəni tamamilə
qəbul edirsə rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Layiheyi-qanuniyyə əksəriyyət rəylə tamamən qəbul
olunur. Növbədəki məsələ xəzinə nəfinə buğ qazanlarından alınan verginin artırılması haqqında qanun
layihəsidir. Məruzəçi Abdulla bəy Əmircanov.
Əmircanov Abdulla bəy-Buxar qazanlarından ötrü 1898-ci ildə vergi qanunu qərar olunubdur. 1914-cü
ildən bəri cəmi vergilər neçə dəfə artırılıb, fəqət buxar qazanlarından ötrü köhnə qərar üzrə qalıb. Başqa şeylərin
üzərinə bir çox xərclər gəlib, naloqlar artırılıb, yalnız buxar qazanlarının vergiləri artırılmayıbdır. Ona görə
ticarət və sənaye naziri böylə bir qanun layihəsi göndərib, onların da beş dəfə artırılması lazım görülmüşdür.
Cəmi mədən dairələrini çıxandan sonra Bakı ətrafında 1100 buxar qazanı var. Bunların hərəsindən bu vaxtadək
alınırdı 37 manat. Gəlirin yekunu bu surətdə olur. 4700 manat, indi onu beş dəfə artırmaq məqsədilə 85 manat
əlavə edilir. Buxar qazanlarının hamısı işdə olmazda, yüzdə səksəni hazırda işdədir. Bu xüsusda fabrika
inspektorundan məlumat alınmışdır. Fəqət maliyyə-büdcə komisyonu hər şeyin artmasına nisbətən bunlarında
beş dəfə deyil, on dəfə artmasını qəbul edir. Ona binaən hər qazandan alınır üç yüz yetmiş manat ki, qazanlarda
1100. Bu surətdə hamısı il-də edir 407000 manat. Buna binaən layiheyi-qanuniyyə parlamana ərz olunur.
(Oxuyur).
Rəis - Layiheyi-qanuniyyənin əsasları üzrə kim danışmaq istərdi. Danışmaq istəyən yoxsa, onda layiheyi-
qanuniyyənin ikinci qiraətinə keçməyi səsə qoyacağam.
Səslər - Səsə qoyunuz.
Rəis - Səsə qoya bilməyəcəyəm. Kvorum yoxdur. İki adama müntəzirəm, gediblər çağırsınlar. Layiheyi-
qanuniyyənin ikinci qiraətini səsə qoyuram. (Rusca). Kim qəbul edirsə, rica
[820 - 821]
edirəm əlini qaldırsın.
(Əllər qalxır). Əksəriyyət rəylə ikinci qiraətinə keçmək qərara alınır. (Oxuyunuz).
Katib — Oxuyur.
357
Rəis - Əvvəlinci maddə xüsusunda kim danışmaq istərdi. Yoxsa səsə qoyuram. Üç hissədən ibarət olan
birinci maddəni qeydlə bərabər səsə qoyuram. Kim qəbul edirsə rica edirəm əlini qaldırsın. (Əllər qalxır).
Əksəriyyət ilə əvvəlinci maddə qeydlə bərabər qəbul olunur.
Katib - 2-ci maddəni oxuyur.
Rəis - 2-ci maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm əlini qaldırsın. 2-ci maddə əksəriyyət ilə
qəbul olunur. 3-cü maddəni oxuyunuz.
Katib - Oxuyur.
Rəis - 3-cü maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). 3-cü maddə
əksəriyyət səs ilə qəbul olunur. Layiheyi-qanuniyyənin 3-cü qiraəti kələn iclasa qalır. Növbədəki məsələ:
Məclisi-müəssisan seçkiləri haqqında qanun layihəsinin 3-cü qiraətidir. Çünki, məruzəçi Məmməd Əmin
Rəsulzadə məzuniyyətdədir, müsaidəniz olsa...
Səslər - Qalsın..., qalsın...
Rəis – Qalsın?. Rica edirəm müsaidəniz olsa bu gün baxaq.
Səslər - Baxaq..., baxaq..., təxirə salmaq haqqında danışmaq olar?
Rəis - Təxir haqqında danışmaq olmaz. Oxuyunuz.
Katib - Oxuyur.
Rəis - Behbud xan, rica edirəm getməyəsiniz,
səsə qoyacağam, Kvorum olmaz.
Rəis - Mən möhtərəm üzvlərdən rica edirəm ki, lamhala bir saat burada otursunlar, yoxsa vaxtımızın çoxusu
onları çağırmağa sərf olur. 1-ci maddə xüsusunda kim danışmaq istərdi, yoxsa səsə qoyuram. Kim birinci
maddəni qəbul edirsə rica edirəm əlini qaldırsın. Birinci maddə müttəhidül - rəy qəbul olunur. 2-cini oxuyunuz.
Katib - 2-ci maddəni oxuyur.
Rəis - 2-çi maddəni səsə qoyuram, kim qəbul edirsə rica edirəm əlini qaldırsın. 2-ci maddə müddəhidül - rəy
qəbul olunur. 3-cü maddəni oxuyunuz.
Katib - 3-cü maddəni oxuyur.
[821 - 822]
Rəis - 3-cü maddəni səsə qoyuram. Bunu təshihlə səsə qoyacağam. Keçən dəfə 23 yaş əvəzində təshih olaraq
20 yaş qəbul olunmuşdu. Bunu təshihlə bərabər səsə qoyacağam. Kim qəbul edirsə, rica edirəm əl qaldırsın. 3-
cü maddə müttəhidül - rəy qəbul olunur. 4-cü maddəni oxuyunuz.
Katib - 4-cü maddəni oxuyur.
Rəis - Təshihi oxuyunuz.
Katib — Oxudum.
Rəis - 2 təshih var.
Katib - İkisini də oxumuşam.
Rəis - Buna iki təshih var: biri Mehdi bəy Hacınski tərəfindən, bir də Xocayev tərəfindən. Keçən dəfə bu
maddəyə baxılanda Xocayevin təklifi qəbul olmamışdı, Mehdi bəy Hacınskinin Təklifi qəbul olunmuşdu.
Parlaman üzvü Xocayevin təshihi belədir. (Oxuyur). Dəli və divanəlik xəstəliyindən dolayı qəyyumluq altında
bulunan adamlar seçkidə iştirak edəməzlər. Bunu səsə qoyacağam. Mehdi bəy Hacınskinin təklifi böylədir.
(Oxuyur). Əşxas kəlməsindən sonra, öylə də həm lal və həm kar olanlar.
Parlaman üzvü Xocayevin təshihini səsə qoyuram. Kim qəbul edirsə əlini qaldırsın. Təshih əksəriyyət rəy ilə
qəbul edilməyir. Onda maddəni keçən dəfə qəbul olunan təshih ilə səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm
əlini qaldırsın. 4-cü maddə əksəriyyət rəylə qəbul olunur. 5-ci maddəni oxuyunuz.
Katib - 5-ci maddəni oxuyur.
Rəis - 5-ci maddəyə qanunun 2-ci qiraətində Xocayev tərə-findən maddənin axırıncı hissəsinə böylə bir
təshih təklif olunmuşdu. (Oxuyur). Qanun gücünə minməmiş məhkəmə qərardadı əsası ilə suiniyyət sahibi
müflis tələqqi edilmişsınmış borclular. 1) Cinayət məhkəməsinin qərarı ilə təyin edilmiş cəzanı çəkdikdən 7 il
sonrayadək. 2) cinayət məhkəməsinin qərarilə müddəiəl-ümumilik işinə-xitam çəkilsə və yainki bəraət
verilənədək. Bu təshih keçən dəfə qəbul edilməmişdi. Bu təshihi səsə qoyuram. Təshihi kim qəbul edirsə, rica
edirəm əl qaldırsın. Kim bunun əleyhinədir? Rica edirəm fikir verəsiniz, çünki qanunun əsasları səsə qoyulur.
Kim bunun əleyhinədir. Bağışlayınız, müsaidəniz ilə Məmmədbəyov və Qara bəy, xahiş edirəm xüsusi söhbət
etməyəsiniz, çünki qanunun əsasları səsə qoyulur. Keçən dəfə Xocayev tərəfində
[822 - 823]
böylə bir təshih
təklif edilmişdi; (Oxuyur). Qanun gücünə minmiş məhkəmə qərarda da əsasilə sui-niyyət sahibi müflis tələqqi
edilmiş sınmış borclular. 1) Cinayət məhkəməsinin qərarı ilə təyin edilmiş cəzanı çəkdikdən 7 il sonrayadək
yaxud; q) Cinayət məhkəməsinin qəti qərarı ilə müddəyi - əl-ümumilik işinə xətimə çəkilsə və yainki bəraət
verilənədək.
Bu təklif keçən dəfə parlaman tərəfindən rədd edilmişdi. Şimdi maddəni səsə qoymadan əvvəl haman təshihi
səsə qoyuram. Kim qəbul edirsə rica edirəm əlini qaldırsın. Təshih əksəriyyət rəylə qəbul olmayır. 5-ci maddəni
keçən dəfə qəbul edilən kimi səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm əlini qaldırsın. 5-ci maddə əksəriyyət
rəylə qəbul olunur. 6-cı maddəni oxuyunuz.
Katib - 6-cı maddəni oxuyur.