Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə258/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   254   255   256   257   258   259   260   261   ...   299

356 

 

Növbədəki  məsələ:  Gömrük  idarələrində  anbar  vergisi  miqdarının  artırılması  haqqında  qanun  layihəsidir. 



(Katibə). Mehdi bəy, oxuyunuz! 

Katib - Layihənin birinci maddəsini oxuyur. 

Rəis  — Əvvəlinci maddəni səsə qoyuram. Kim əvvəlinci maddəni qəbul edirsə, rica edirəm əlini qaldırsın. 

(Əllər qalxır). Əvvəlinci maddə əksəriyyət rəylə qəbul olunur. 2-ci maddəni oxuyunuz. 



Katib - 2-ci maddəni oxuyur. 

Rəis  -  2-ci  maddəni  səsə  qoyuram.  Kim  ikinci  maddəni  qəbul  edirsə,  rica  edirəm  əlini  qaldırsın.  (Əllər 

qalxır). 2-ci maddə əksəriyyət rəylə qəbul olunur. Layiheyi-qanuniyyəni tamamən səsə qoyuram. kim layiheyi-

qanuniyyəni  tamamən  qəbul  edirsə,  rica  edirəm  əlini  qaldırsın.  (Əllər  qalxır).  Layiheyi-qanuniyyə  tamamən 

əksəriyyət  rəylə  qəbul  olunur.  Növbədəki  məsələ:  Gürcüstan  cümhuriyyətində  ki,  Azərbaycan  siyasi 

nümayəndəliyi  cümbündə  maliyyə  nəzarəti  agentliyinin  təşkili  haqqındakı  qanun  layihəsinin  3-cü  qiraətidir. 

(Katibə). Əvvəlinci maddəni oxuyunuz. 



Katib - Layihənin əvvəlinci maddəsini oxuyur. 

Rəis  -  Əvvəlinci  maddəni  səsə  qoyuram.  Kim  qəbul  edirsə  əlini  qaldırsın.  (Əllər  qalxır)  Əvvəlinci  maddə 

əksəriyyət rəylə qəbul olunur. 2-ci maddəni oxuyunuz. 



Katib - İkinci maddəni oxuyur. 

Rəis -  2-ci maddəni səsə qoyuram. Kim qəbul edirsə rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). 2-ci maddə 

əksəriyyət rəylə qəbul olunur. 3-cü maddəni oxuyunuz. 



Katib - 3-cü maddəni oxuyur. 

Rəis - 3-cü maddəni səsə qoyuram. Qəbul edənlərdən, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). 3-cü maddə 

əksəriyyət ilə qəbul olunur. Layiheyi-qanuniyyəni tamamən səsə qoyuram. Kim layiheyi-qanuniyyəni tamamilə 

qəbul  edirsə,  rica  edirəm  əlini  qaldırsın.  (Əllər  qalxır).  Layiheyi-Qanuniyyə  əksəriyyət  ilə  tamamən  qəbul 

olunur.  Növbədəki  məsələ:  Ermənistan  sər-həddində  Uzun  Tala  gömrük  idarəsi  qarşısında  gömrükxana  təsis 

haqqındakı qanun layihəsinin 3-cü qiraətidir. (Katibə) Mehdi bəy! Oxuyunuz! 

Katib - Layihənin birinci maddəsini oxuyur. 

Rəis  -  Əvvəlinci  maddəni  səsə  qoyuram.  (Rusca).  Kim  qəbul  edirsə,  rica  edirəm  əlini  qaldırsın.  (Əllər 

qalxır). Əvvəlinci maddə əksəriyyət rəylə qəbul olunur. 2-ci maddəni oxuyun. 



Katib - 2-ci maddəni oxuyur. 

Rəis - 2-ci maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). 2-ci maddə 

əksəriyyət ilə qəbul olunur. 3-cü maddəni oxuyunuz. 



Katib - 3-cü maddəni oxuyur. 

[819 - 820]

 

Rəis  -  Üçüncü  maddəni  səsə  qoyuram.  Kim  3-cü  maddəni  qəbul  edirsə,  rica  edirəm  əlini  qaldırsın.  (Əllər 

qalxır). 3-cü maddə əksəriyyət rəylə qəbul olunur. 4-cü maddəni oxuyunuz. 



Katib - 4-cü maddəni oxuyur. 

Rəis  - 4-cü maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət 

ilə 4-cü maddə qəbul olunur. Laiheyi-qanuniyyəni tamamən səsə qoyuram. Kim layiheyi-qanuniyyəni tamamilə 

qəbul  edirsə  rica  edirəm  əlini  qaldırsın.  (Əllər  qalxır).  Layiheyi-qanuniyyə  əksəriyyət  rəylə  tamamən  qəbul 

olunur.  Növbədəki  məsələ  xəzinə  nəfinə  buğ  qazanlarından  alınan  verginin  artırılması  haqqında  qanun 

layihəsidir. Məruzəçi Abdulla bəy Əmircanov. 

Əmircanov  Abdulla  bəy-Buxar  qazanlarından  ötrü  1898-ci  ildə  vergi  qanunu  qərar  olunubdur.  1914-cü 

ildən bəri cəmi vergilər neçə dəfə artırılıb, fəqət buxar qazanlarından ötrü köhnə qərar üzrə qalıb. Başqa şeylərin 

üzərinə  bir  çox  xərclər  gəlib,  naloqlar  artırılıb,  yalnız  buxar  qazanlarının  vergiləri  artırılmayıbdır.  Ona  görə 

ticarət  və  sənaye  naziri  böylə  bir  qanun  layihəsi  göndərib,  onların  da  beş  dəfə  artırılması  lazım  görülmüşdür. 

Cəmi mədən dairələrini çıxandan sonra Bakı ətrafında 1100 buxar qazanı var. Bunların hərəsindən bu vaxtadək 

alınırdı 37 manat. Gəlirin yekunu bu surətdə olur. 4700 manat, indi onu beş dəfə artırmaq məqsədilə 85 manat 

əlavə  edilir.  Buxar  qazanlarının  hamısı  işdə  olmazda,  yüzdə  səksəni  hazırda  işdədir.  Bu  xüsusda  fabrika 

inspektorundan  məlumat  alınmışdır.  Fəqət  maliyyə-büdcə  komisyonu  hər  şeyin  artmasına  nisbətən  bunlarında 

beş dəfə deyil, on dəfə artmasını qəbul edir. Ona binaən hər qazandan alınır üç yüz yetmiş manat ki, qazanlarda 

1100.  Bu  surətdə  hamısı  il-də  edir  407000  manat.  Buna  binaən  layiheyi-qanuniyyə  parlamana  ərz  olunur. 

(Oxuyur). 

Rəis  -  Layiheyi-qanuniyyənin  əsasları  üzrə  kim  danışmaq  istərdi.  Danışmaq  istəyən  yoxsa,  onda  layiheyi-

qanuniyyənin ikinci qiraətinə keçməyi səsə qoyacağam. 



Səslər - Səsə qoyunuz. 

Rəis  -  Səsə  qoya  bilməyəcəyəm.  Kvorum  yoxdur.  İki  adama  müntəzirəm,  gediblər  çağırsınlar.  Layiheyi-

qanuniyyənin ikinci qiraətini səsə qoyuram. (Rusca). Kim qəbul edirsə, rica 

[820 - 821]

 edirəm əlini qaldırsın. 

(Əllər qalxır). Əksəriyyət rəylə ikinci qiraətinə keçmək qərara alınır. (Oxuyunuz). 

Katib — Oxuyur. 



357 

 

Rəis  -  Əvvəlinci  maddə  xüsusunda  kim  danışmaq  istərdi.  Yoxsa  səsə  qoyuram.  Üç  hissədən  ibarət  olan 

birinci  maddəni  qeydlə  bərabər  səsə  qoyuram.  Kim  qəbul  edirsə  rica  edirəm  əlini  qaldırsın.  (Əllər  qalxır). 

Əksəriyyət ilə əvvəlinci maddə qeydlə bərabər qəbul olunur. 



Katib - 2-ci maddəni oxuyur. 

Rəis  -  2-ci maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm əlini qaldırsın. 2-ci maddə əksəriyyət ilə 

qəbul olunur. 3-cü maddəni oxuyunuz. 



Katib - Oxuyur. 

Rəis - 3-cü maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). 3-cü maddə 

əksəriyyət  səs  ilə  qəbul  olunur.  Layiheyi-qanuniyyənin  3-cü  qiraəti  kələn  iclasa  qalır.  Növbədəki  məsələ: 

Məclisi-müəssisan  seçkiləri  haqqında  qanun  layihəsinin  3-cü  qiraətidir.  Çünki,  məruzəçi  Məmməd  Əmin 

Rəsulzadə məzuniyyətdədir, müsaidəniz olsa... 



Səslər - Qalsın..., qalsın... 

Rəis – Qalsın?. Rica edirəm müsaidəniz olsa bu gün baxaq. 

Səslər - Baxaq..., baxaq..., təxirə salmaq haqqında danışmaq olar? 

Rəis - Təxir haqqında danışmaq olmaz. Oxuyunuz. 

Katib - Oxuyur. 

Rəis - Behbud xan, rica edirəm getməyəsiniz, səsə qoyacağam, Kvorum olmaz. 

Rəis - Mən möhtərəm üzvlərdən rica edirəm ki, lamhala bir saat burada otursunlar, yoxsa vaxtımızın çoxusu 

onları  çağırmağa  sərf  olur.  1-ci  maddə  xüsusunda  kim  danışmaq  istərdi,  yoxsa  səsə  qoyuram.  Kim  birinci 

maddəni qəbul edirsə rica edirəm əlini qaldırsın. Birinci maddə müttəhidül - rəy qəbul olunur. 2-cini oxuyunuz. 

Katib - 2-ci maddəni oxuyur. 

Rəis - 2-çi maddəni səsə qoyuram, kim qəbul edirsə rica edirəm əlini qaldırsın. 2-ci maddə müddəhidül - rəy 

qəbul olunur. 3-cü maddəni oxuyunuz. 



Katib - 3-cü maddəni oxuyur. 

[821 - 822]

 

Rəis - 3-cü maddəni səsə qoyuram. Bunu təshihlə səsə qoyacağam. Keçən dəfə 23 yaş əvəzində təshih olaraq 

20 yaş qəbul olunmuşdu. Bunu təshihlə bərabər səsə qoyacağam. Kim qəbul edirsə, rica edirəm əl qaldırsın. 3-

cü maddə müttəhidül - rəy qəbul olunur. 4-cü maddəni oxuyunuz. 

Katib - 4-cü maddəni oxuyur. 

Rəis - Təshihi oxuyunuz. 

Katib — Oxudum. 

Rəis - 2 təshih var. 

Katib - İkisini də oxumuşam. 

Rəis  -  Buna  iki  təshih  var:  biri  Mehdi  bəy  Hacınski  tərəfindən,  bir  də  Xocayev  tərəfindən.  Keçən  dəfə  bu 

maddəyə  baxılanda  Xocayevin  təklifi  qəbul  olmamışdı,  Mehdi  bəy  Hacınskinin  Təklifi  qəbul  olunmuşdu. 

Parlaman üzvü Xocayevin təshihi belədir. (Oxuyur). Dəli və divanəlik xəstəliyindən dolayı qəyyumluq altında 

bulunan  adamlar  seçkidə  iştirak  edəməzlər.  Bunu  səsə  qoyacağam.  Mehdi  bəy  Hacınskinin  təklifi  böylədir. 

(Oxuyur). Əşxas kəlməsindən sonra, öylə də həm lal və həm kar olanlar. 

Parlaman üzvü Xocayevin təshihini səsə qoyuram. Kim qəbul edirsə əlini qaldırsın. Təshih əksəriyyət rəy ilə 

qəbul edilməyir. Onda maddəni keçən dəfə qəbul olunan təshih ilə səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm 

əlini qaldırsın. 4-cü maddə əksəriyyət rəylə qəbul olunur. 5-ci maddəni oxuyunuz. 



Katib - 5-ci maddəni oxuyur. 

Rəis  -  5-ci  maddəyə  qanunun  2-ci  qiraətində  Xocayev  tərə-findən  maddənin  axırıncı  hissəsinə  böylə  bir 

təshih  təklif  olunmuşdu.  (Oxuyur).  Qanun  gücünə  minməmiş  məhkəmə  qərardadı  əsası  ilə  suiniyyət  sahibi 

müflis tələqqi edilmişsınmış borclular. 1) Cinayət məhkəməsinin qərarı ilə təyin edilmiş cəzanı çəkdikdən 7 il 

sonrayadək.  2)  cinayət  məhkəməsinin  qərarilə  müddəiəl-ümumilik  işinə-xitam  çəkilsə  və  yainki  bəraət 

verilənədək. Bu təshih keçən dəfə qəbul edilməmişdi. Bu təshihi səsə qoyuram. Təshihi kim qəbul edirsə, rica 

edirəm əl qaldırsın. Kim bunun  əleyhinədir? Rica edirəm fikir verəsiniz, çünki qanunun əsasları səsə qoyulur. 

Kim bunun əleyhinədir. Bağışlayınız, müsaidəniz ilə Məmmədbəyov  və Qara bəy, xahiş edirəm xüsusi söhbət 

etməyəsiniz,  çünki  qanunun  əsasları  səsə  qoyulur.  Keçən  dəfə  Xocayev  tərəfində 

[822  -  823] 

böylə bir təshih 

təklif edilmişdi; (Oxuyur). Qanun gücünə minmiş məhkəmə qərarda da əsasilə sui-niyyət sahibi müflis tələqqi 

edilmiş  sınmış  borclular.  1)  Cinayət  məhkəməsinin  qərarı  ilə  təyin  edilmiş  cəzanı  çəkdikdən  7  il  sonrayadək 

yaxud;  q)  Cinayət  məhkəməsinin  qəti  qərarı  ilə  müddəyi  -  əl-ümumilik  işinə  xətimə  çəkilsə  və  yainki  bəraət 

verilənədək. 

Bu təklif keçən dəfə parlaman tərəfindən rədd edilmişdi. Şimdi maddəni səsə qoymadan əvvəl haman təshihi 

səsə qoyuram. Kim qəbul edirsə rica edirəm əlini qaldırsın. Təshih əksəriyyət rəylə qəbul olmayır. 5-ci maddəni 

keçən dəfə qəbul edilən kimi səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm əlini qaldırsın. 5-ci maddə əksəriyyət 

rəylə qəbul olunur. 6-cı maddəni oxuyunuz. 



Katib - 6-cı maddəni oxuyur. 


Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə