Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə255/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   251   252   253   254   255   256   257   258   ...   299

352 

 

ki,  özünü  erməni  hökuməti  adlandıran  erməni  milli  şurası  bulunduğu  şərait  altında  elə  yaxşı  nizam  və  qayda 



təsis  edə  biləydi.  Bununla belə  bu  gün  yenə  səmimi  surətdə sizə bəyan  edirəm  ki,  Qarabağ  məsələsinin  siyasi 

cəhəti  məni  maraqlandırmır,  əgər  biz  bu  işi  düzgün  müzakirə  edib  müəyyən  qərara  gəlmək  istəyiriksə,  siyasi 

cəhəti  atmalıyıq.  Çünki  nail  olmaq  üçün  general-qubernatorun  var  qüvvəsi  ilə  çalışmağı  siyasi  məqsəd  bir 

məsələdir?  Ona  irişmək  qəsdi  ilə  təvəssül  olunan  çarələr  dəxi  başqa  məsələ.  Orada  lazım  gəldikdə  məhəlində 

təvəssül  edilmiş  çarələrdən  birisi-parlaman  və  ya  hökumət  bilmək  istərsə-siyasi  məqsədə  irişmək  uğurundakı 

tədbir parlaman əksəriyyətinin işidir. 

Fəqət  zənnimcə  belə  yolla gedən  hər halda  yaxşılığa  çıxmaz.  Burası nə  Azərbaycan  üçün  faydalıdır,  nə də 

yeni təşəkkül etmiş digər dövlətlər üçün. Mən hadisatı bəyan edərkən buraxmış olduğum xətaya övdət edirəm. 

Sizə baş ağrısı verməmək  üçün mən keçən dəfə istəməmişdim  və indi də istəməyirəm təqsirnamə adlandırılan 

məruzəmi  oxuyarım.  Mən  burada  danışanları  xüsusən  hadisatın  əməli  cəhətinə  aid  nitqləri  diqqətlə  təqib 

edirdim. 

Zira  qəti  surətdə  tədqiq  olunmamış  dəlillərə  isnadla  elə  məsuliyyətli  nəticələr  çıxarmaq-necə  ki,  burada 

çıxarırdılar  hər  halda  siyasi  kutahbinlik  olur  və  belə  zərbə  məqsədə  endiriləməz.  Çox  tez-tez  Ruben 

Şahnazaryan  adlı  bir  adamın  şəhadətinə  isnad  edirlər.  Mən  siyasi  düşmənlərimin  şəxsiyyətinə  ehtirah  etməyə 

adət  etmişəm.  Binaən-ileyh  istərdim  bunca  böyük  diqqət  və  əhəmiyyət  verilən  Şahnazarovun  kim  olduğunu 

açam. (Səslər: Şuşa ermənilərinin nümayəndəsidir!). Bu şahidin haqqında bunu deyərəm ki, erməni deleqatları 

Qaybalı kəndi əhvalını ondan soruşduqda cavab verdi ki: Mən Qaybalı kəndi haqqında bir şey bilmirəm. Mənim 

vəzifəm bu idi ki, general-qubernator Qaybalıdan qaçqınlar gəldiyini xəbər verdikdə ancaq onları Ermənistana 

apardım.  Pensilvaniya  haqqında,  Pensilvaniya  nefti  barəsində,  ingilis  siyasəti,  Rusiya  işləri,  Denikin  siyasəti, 

Qarabağın  kimə  məxsus  olacağı  və  Milli  Şura  haqqında  çox  danışdı;  anlaşıldı  ki,  bu,  müəyyən  ziyalı  qrupun 

siyasətindən (Səslər: daşnak siyasətindən) narazı qalan ziyalı agentlərdən birisidir. Orada menşeviklər də 

[809 - 


810]

  vardır.  Daşnaklar  da,  kadetlər  də  (Səslər:  kadetlər  də  mi?).  Bəli,  kadetlər  də!  Sonra  bir  də  o  deyirdi  ki, 

beşəxsi  onun  zənninə  görə  belə  siyasət  fəlakətimizdir;  və  qeyri-məmul  nəticələr  verər.  Şəhərdə  hansı  əsgəri 

qitəni iştirak etdiyi və hadisatın necə cərəyan etməsi haqqında müsaidənizlə birinci pulemyot bölüyü komandanı 

rus xidmətində bulunan zabit Aleksey Pavloviç Maksimoviçin şəhadətini ərz edim (Səslər: rus xidmətində!). Bu 

həmən zabitdir ki, Arzumanovla müzakirata bulunmuşdur. (Oxuyur: Bizim taborumuz tamamilə atışmada iştirak 

edirdi və ətraf kəndlərdən kürdlər və sair müsəlmanlar bizə köməyə gəldilər). Bunu deyən nə daşnakdır, nə də 

erməni.  Sizi  də,  bizi  də  maraqlandıran  bir  məsələ  daha  məruzəmdə  tez-tez  göstərdiyim  yol:  general-

qubernatorun  evindən  Qaybalı  kəndinə  gedən  dərətəriqiylə  ən  yaxın  yoldur.  Bu  yol  bu  şose  kimin  əlində  idi. 

Haman zabit bu barədə deyir ki: "Şose yolunu bir zabitin komandası altında general-qubernator məayyətindəki 

kürdlər  işğal  etmişlərdi.  "Həzərat,  bir  şahid  dəxi  var  ki,  buna  inanmamağa  heç  birimizin  ixtiyarı  yoxdur.  Bu 

şahid  general-qubernator  özüdür.  Öz  bəyanatında  o  dedi  ki,  biz  oraya  müsəlləh  adamlar  qoyduq,  çünki 

atışmanın  ən  şiddətli-si  orada  idi.  Burada  ikinci  bir  məsələ  daha  açılır.  Kimlərin  hücum  etdiyi  barəsində  düz 

danışmadılar. Mən heç vaxt demədim ki, atışmada qoşun qitiatı iştirak etmişdir. Mən dedim əsgərlər də varmış. 

Onlar  köçərilər  və  şəhərlilərlə  bərabər  Xankəndi  və  dağ  tərəfdən  kəndlilərin  yolunu  kəsmişlərdir.  Kəndlilər 

əsgərlərin  çinini,  rəngini  təsvir  edirlər  və  bir  dənəsini  də  bizə  gətirdilər.  Deyirlər  o  çin  məhkəmə  məmurana 

məxsus  şeydir.  Fəqət  biz  əhli-xübrə  vəzifəsi  görmürdük.  Ancaq  gördük  ki,  əcəb  bir  şey  idi,  həm  də  mülki 

məmura məxsus idi. 

Fəqət  kəndlərin  talanında  əsgərlərin  iştirakını  şübhəsiz  hesab  etməlidir.  (Səslər:  provokasiya!)  General-

qubernator deyir ki, Qaybalı kənd davası qurtardıqdan 3-4 saat sonra (dava 2-3 saat çəkmişdir) kəndin içindən 

65  kürd  keçmişdir.  Fəqət  kürdlər  davada  iştirak  etməmişlərdir.  Kəndlilər  biz  olmayan  zaman  general-

qubernatora  verdikləri  ərizədə  deyirlər  ki,  davada  Kaçelis  (?)  kürdləri  iştirak  etmişlər.  Zənnimcə  biz  şübhə 

etməyirəm. Mən beşəxsə bu sözlərin doğruluğuna şübhə etməyirəm. General-qubernator gərək kürdlərin şəhər 

üstünə 


[810  -  811]

  gəldiklərini  biləydi  və  biləcək  qabağını  alaydı. Müxtəlif  nöqtələrdən  kürdlərin  yığışıb kələ 

bilməsi üçün əqəllən iki gün lazım idi. Saat 10-dan 01-dək bunu etmək olmazdı. Ona görədir ki, məruzədə dəxi 

göstərilir  ki,  kürdlərin  şəhər  üstünə  gəlmələri  hadisatın  nəticəsi  deyil,  onu  qabaqlamaq  tədbirindən  ibarətdir. 

Mən demirəm qabaqlamaq hərəkəti (Səslər) və sonralar dəxi müxtəlif yığınlar iştirak etmişlərdir. 

Bir də burada qışlaqlardan bəhs edildi. Şəfi bəy bu məsələni şübhəsiz yaxşı təsvir etdi. Bu qışlaqları Şuşanın 

erməni hissəsində nizam və asayişi bərpa etmək və hərc-mərci yatırmaq üçün tutmaq lazım gəlirdi. Mən bunu 

təbrik  edirəm,  fəqət  biz  bunu  bilmək  istərdik  ki,  qışlaqların təslimi  haqqında  general-qubernator  nə  vaxt  tələb 

vermişdir.  Hamımız  siyasətə  alışmamış  ədd  etdiyimiz  digər  bir  şahid  —  Minasbekovdan  sual  edildikdə  ki, 

ingilis komandanlığı tərəfindən qışlanın təslimi haqqında bir tələb varid olmuşmu idi, yoxmu Minasbekov cavab 

verdi  ki,  bəlkə  general-qubernator  və  ingilis  komandanlığı  qışlanın  təslimini  tələb  etmişlərdir  də,  fəqət  milli 

şuraya belə bir tələb təqdim edilməmişdir. (Şəfi bəy yerindən: O vaxt milli şura yox idi!) Həmən qışlada 1500 

nəfərədək  erməni  qaçqını  olurdu.  Ancaq  ayın  5-də  general-qubernator  polismeysterdən  tələb  etmişdir  ki, 

qaçqınlar üçün yer tapsın. Ermənistanda yer tapmaq və qaçqınları yerləşdirmək lazım gəlirdi. Ayın 6 və 7-də 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə