Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə251/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   247   248   249   250   251   252   253   254   ...   299

347 

 

Bunların  həbsi  göstərir  ki,  sırf  hərbi  bir  nümayiş  icra  edilmişdir.  Dava  başlanan  zaman  müsəlman  hissəsində 



olan  ermənilərin  həbsi  yox  olmuşdur.  Hökumət  nə  yapmışdır?  General-qubernator  deyir  ki,  o  danışdırdığı 

adamlar  bəyan  etmişlər  ki,  atışma  başlandıqda  haman  erməniləri  müsəlman  hissəsi  sərhədinədək  yola 

salmışlardı.  Sonra  necə  olmuşsalar  onlara  məlum  deyildir.  hökumətin  belə  hərəkəti  müqəssirləri 

ruhlandırmaqdır. 

Qaybalı kəndindən qaçıb qurtaranların bəyanatından görülür ki, orada dava ayın 5-də deyil, 4-də başlamışdır. 

Saat  11-də  general-qubernator  görmüşdür  ki,  xəlifəlilər  Qaybalı  kəndini  mühasirə  etmişlər.  General-

qubernatorun  evindən  Qaybalı  kəndinin  görünməsi  doğru  deyil,  amma  mühasirə  edənlərin  keçəcəyi  təpələr 

yaxşıca görükürlər. Mən bir xanımla bərabər 2 saat zərfində piyada endim dərəyə və hər yeri gəzdim. General-

qubernator  isə  deyir  ki,  o  adamını  dolama  yol  ilə  göndərmişdir.  Qaybalı  kəndliləri  deyirlər  ki,  onlar  qaçıb 

qurtarmaq  üçün  kənddən  çıxdıqda  bir  tərəfdən  köçərilərlə  əsgərlər,  digər  tərəfdən  də  şəhərin  adamları  ilə 

əsgərlər  onları  mühasirəyə  almışlardır.  Ona  görə  də  kəndlilər  geri  qayıtmağa  məcbur  olmuşlardır.  Bu  zaman 

böyük  bir  dövlətin  nümayəndələri  ilə  ermənilər  mühafizəsiz,  köməksiz  ermənilərin  qırılmağına  tamaşa 

edirlərmiş. Telefon daima general-qubernatorun binagüzarlığında olmuşdur. Binaən-ileyh telefon 

[797 - 798] 

ilə 

də tədbirlər ittixaz edə bilərdi. Deyirlər ki, mühafizə əsgərləri erməni qüvvələrinin hücumu təhdidi altında imiş; 



fəqət heç bir sual etmirlərmi ki, bu qüvvələr nə yerdən kələ bilərlərdi. Əsgərlər kazarmada oturmamalı, əhalini 

mühafizə etməli idilər. Hamı bir səslə təkid edir ki, Qaybalı kəndində dava ayın 5-də qurtarmamış hətta 6-da da 

davam  etmişdir.  Binagüzarlığında  qoşun  və  süvarilər  olan  general-qubernator  bunu  dayandıra  bilməzmi  idi? 

Kürdlər  ayın  5-də  gəlmişlərdi.  Mən  bu  barədə  general  qubernatoru  təqsirləndirmək  fikrində  deyiləm,  fəqət 

güman  edirəm  ki,  onların  vuridi  hadisatın  nəticəsi  deyil,  onlar  belə  bir  şey  gözləyirmişlər.  Onun  üçün  də 

gəlmişlərdir. Məhəlli hadisələri mən gəzmişəm, dərədə meyitlər vardı. Meşə meyitlərlə dolu idi. Çayda meyitlər 

vardı. Qəbirlər açılıb dağılmışdır. Çünki camaat belə güman etmişdir ki, qəbirlərdə şey gizlətmişlərdir. General-

qubernatorun belə rəftarını nə ilə izah edirsiniz. O vaxtadək meyitləri də dəfn etməmişlərdir. Camaat özü ərizə 

verərək  meyitlərin  dəfni  üçün  izn  istəmişdir.  Fəqət  ayın  11-də  ancaq  30  meyit  basdırılmışdır.  Mən  bu  xüsusi 

general-qubernatora dedikdə cavab verdi ki, keşişə demişdir, fəqət nədənsə bu vaxtadək əməl edilməmişdir. 

Bizim  cəmi  ümidimiz  şübhəsiz  ki,  qoşunadır.  Binaən-ileyh  cavan  ordumuza  toxunan  hər  növ  şeyə  elə 

ehtisasla baxılmasını anlayıram. Fəqət bizim ümidimiz sağlam orduyadır. Kərkicahana göndərmiş olan dəstənin 

zabiti yerli əhaliyə demişdir ki, kəndin üstünə kəlməyə dəstələr yığılır. Əsgərlər də əlbəttə öz müsəlmanlarının 

əleyhinə çıxmayacaqlar. Ona görə təklif edir ki, ermənilər kənddən çıxıb Xankəndinə köçsünlər. Ermənilər də 

qulaq asmışlardır. Sonra kənd talan edilmişdir. 

Bəhlul kəndi bilmərrə mühafizəsiz imiş. Camaat kənddən çıxıb getmiş, sonra kəndi yandırmışlardır. Bunlar 

hökumətin fəaliyyətsizliyi deyilmi? Bunun həbsi isbat edir ki, əhalinin qismi digərinə nisbətən xüsusi imtiyazata 

malikdir  və  hərnə  istəsə  edə  bilər.  Dedilər  ki,  yolun  kənarındakı  kəndlərdə  şoseni  güllələyirmişlər.  Əgər  bu 

kəndlər  təcavüz  etmək  istəsəydilər  burada  zikr  olunduğu  kimi  Ağdamdan  Şuşayadək  bütün  yolu  tutmuş  olan 

köçəriləri buraxmazlardı. Ancaq bir ittifaq olmuşdur ki, o da burada zikr edildi. Kəndlilər heç bir təcavüzkaranə 

hərəkatda bulunmamışlardır. 

[798 - 799]

 

Mən bir neçə söz də bu məsələnin müzakirəsi barədə demək istəyirəm. Anlamıram məsələ nə üçün, bu qayda 



ilə müzakirə olunur. Bizi parlaman göndərməmişdi və ümumiyyətlə mən bilmirəm oraya nə üçün getdik. Əgər 

məhəllidə  hər  şey  təhqiq  və  tədqiq  edilmiş  olsaydı  nə  üçün  getdik.  Əgər  məhəllidə  hər  şey  təhqiq  və  tədqiq 

edilmiş olsaydı biz dəxi müfəssələ təhqiq etmək və məlumat toplamağa imkan bulardıq. 

Mən istərdim ki, biz  əqəliyyət nümayəndələri də məmləkətdə ümum vətəndaşların istifadə etdikləri ümumi 

hüquqa malik olaydıq. Mən bir şey istəyirəm ki, Azərbaycanın müxtəlif yerlərində bəlkə azlıqda qalan ermənilər 

var, onlar dəxi ümumi vətəndaşlarla bərabər hüquqa malik olsunlar. 



Rəis - Dinlədiyiniz məruzələrin müzakirəsinə keçməkdən qabaq iki təklif varid olub; biri budur ki, Qarabağ 

əhvalı müzakirəsi qalsın gələn iclasa, biri də vaxt gec olduğundan sabaha qalsın. 



Səslər - Axşama... sabaha... gələn iclasa. 

Rəis - Təklifləri səsə qoyacağam. Əvvəlinci təklif deyir, qalsın gələn iclasa; hansı iclasa qaldığı bəlli deyil. 

İkinci  təklif  müəyyən  vaxtını  göstərir  ki,  qalsın  sabaha  yenə  məclis  müntəzir  olsun.  Əvvəlinci  təklifi  səsə 

qoyacağam. Səsə qoymadan əvvəl əleyhinə, lehinə danışmağa söz verəcəyəm. Kim əleyhinə danışmaq istəyir? 

(Salonda  danışıq).  Rica  edirəm  fikir  verəsiniz.  Kim  Qarabağ  əhvalı  müzakirəsinin  gələn  iclasa  qalması 

tərəfdarıdırsa rica edirəm əlini qaldırsın. 

Səslər - Axşama... Sabaha... 

Rəis - Rica edirəm təklif səsə qoyulan zaman danışmayasınız. Təklif iki cürdür. Biri müəyyən deyir sabaha, 

o biri isə deyir gələn iclasa. Gələn iclas ola bilər axşam olsun, sabah olsun, ya biri gün olsun. Hələlik bunu səsə 

qoyuram, nə vaxta təyin ediləcəyini sonra səsə qoyacağam. Kim təklif tərəfdarı isə rica edirəm əlini qaldırsın. 

(Əllər qalxır). Təklif əksəriyyət ilə qəbul olunur. İndi təklif var sabah olsun. 



Səslər - Bugün axşama... Sabaha... 

Rəis - Təklif var sabah olsun. Kim bu barədə lehinə, ya əleyhinə danışmaq istər? Söz Mehdi bəyindir. 


Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə