Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə253/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   249   250   251   252   253   254   255   256   ...   299

350 

 

qüvvəsindən  bir  neçə  erməni  kəndinə  kömək  edilmiş  və  onlara  nicat  verilmişdir.  Xankəndinin  köməyinə 



qaldıqda,  bu  mövqe  hər  tərəfdən  erməni  kəndləri  ilə əhatə  edilmiş  olduğundan oradakı  əsgərlər  çox  sərhesab 

olub oranı boş qoymamalıydılar. 

Bilxassə  ki,  firqə  komandanının  göstərdiyindən  anlaşıldığı  üzrə  Xankəndi  yaxınında  müsəlləh  erməni 

dəstələri  yığıldığı  haqqında  məlumat  alınmış  imiş.  Bununla  bərabər  kəndlərin  mühafizəsi  üçün  oradan  xırda 

qaraul  dəstələri  və  əsgəri  qitnatı  göndərilmişdir  və  bu  surətlə  nə  mümkünsə 

[803  -  804]

  edilmişdir.  Ermənilər 

özləri  deyirlər  ki,  ayın  5-də  firqə  komandanı,  yanında  qalmış  olan  yeganə  komandanın  16  əsgərlə  Qaybalı 

kəndinin köməyinə göndərmişdir. Fəqət kömək gec yetmişdir. Ancaq 67 adamı xilas edə bilmiş və Xankəndinə 

gətirərək,  iki  gün  yemək-içmək  verdikdən  sonra  general-qubernatorun  yanına  göndərmişdir.  Bundan  əlavə 

Atabekovun  mülkü  dəxi  əsgərlər  tərəfindən  hifz  edilmişdir.  Onun  bütün  şeylərini  ştaba  apararaq  saxlamış  və 

ertəsi gün qaytarmışlardır. Gərək general-qubernator və gərəksən qoşun bu etdiklərindən artıq daha bir şey edə 

bilməzlərdi. 

Bir də Çubaryan dəfn edilməmiş meyitlərdən bəhs etdi. Ola bilər ki, orada meyitlər varmış. Fəqət burası da 

məlumdur ki, general-qubernator kərotla ermənilərə və hətta keşişə meyitlərin dəfni haqqında kağız yazmışdır; o 

meyitləri  müsəlmanlar  dəfn  edə  bilməzlərdi,  çünki  dəfn  zamanı  müəyyən  ayini-ruhani  icrası  lazımdır. 

Meyitlərdən qohum-əqrəbası olan bir qismini onlar dəfn etmişlərdir; yerdə qalan bir qismi isə dəfn olunmamış 

qalmışdır.  Bu  işi  hökumətin  fəaliyyətsizlik  və  səhlənkarlığına  isnad  vermək  həm  də  eşidənlərin  əhvali-

ruhiyyəsinə icrayi-təsir etmək, müəyyən bir nəticə və təsir buraxmaq üçün Çubaryanın danışdığı kimi danışmaq 

lazım deyildi, buna ehtiyac yoxdur: fəzilət bir işdir. 

Kərkicahan məsələsinə gəldikdə qoşun heç vaxt onlara deməmişdir ki, biz müsəlmanlara güllə atmayacağıq. 

Ancaq  bəyan  etmişdir  ki,  qoşun  az  olduğundan  böyük  dəstəyə  müqavimət  edəməz.  Ona  görə  də  ermənilərə 

təklif  edilmişdir  ki,  şeylərini  müsəlmanlara  əmanət  tapşırıb,  özləri  Xankəndinə,  əsgərlərin  mühafizəsi  altına 

getsinlər. Bu əmr-əsgərlərin fəaliyyətsizliyi deyil, bəlkə ayrıca diqqət və iltifat əlamətidir. Bunların hamısından 

əlavə,  ermənilərə  küllə  atılmaması,  onlara  kömək  və  müdafiə  edilməsi  haqqında  general-qubernator  bir  çox 

əmrlər  vermişdir.  (Əmrnamələri  oxuyur).  Telefon  ilə  də  hər  tərəfə  əmrlər  vermiş,  binaqüzarlıqlar  etmişdir. 

Şübhəsizdir ki, böyük bir yanğın  əmələ gətirə biləcək olan hadisat ancaq hökuməti-məhəliyyənin təşəbbüs və 

fəaliyyəti  sayəsində  təhdid  edilmiş,  dayandırılmışdır.  General-qubernatorun  belə  qəti  tədbirləri  olmasaydı, 

erməni  kəndlərinin  hamısı dağıdılardı.  Biz  Qarabağda  olan  zaman  istintaq  icrası  və  müqəssirləri  tapmaq  üçün 

oraya  müddəiyi-ümumi  və  istinaf 

[804  -  805]

  məhkəməsi  sədri  dəxi  gəldilər.  Bu  surətlə  ədliyyə  tədbirləri  də 

görülmüşdür. Bitərəfanə və biqərəz mühakimə edilərsə görülər ki, Qarabağ hadisəsi nəinki yeni təşəkkül etmiş 

bir dövlət, hətta böyük dövlətlərdə də mümkünatdan olan bir anaşi çıxışı imiş; lakin qabaqcadan düşünülmüş bir 

təşəbbüs və Çubaryanın dediyi kimi qəsdən edilmiş səhlənkarlıq deyil, biləks hökumət qara niyyətləri boğmaq 

üçün hər növ tədbir görmüşdür. Bunu biz müəyyən və qəti surətdə bəyan edirik. General-qubrenatorun məqsədi 

ancaq  bütün  şəhərdə  nizam  və  asayiş  bərpa  etmək  olmuşdur.  Mətbuatda  general-qubernator  namı  ətrafında 

qaldırılan  səs-küy  provokasiyadır.  Bu  ancaq  Azərbaycanda  bir  fəna  hadisəni  qeyd  və  müəyyən  surətdə  təsvir 

etmək niyyəti ilə icra olunur. Köhnə Qarabağ məsələsi qaldırılır. bu məqsədlə də Zaqafqaziya həyatında İrəvan 

quberniyası  və  Axısqa  qəzasında  görmüş  olduğumuz  hadisələrə  nisbətən  xırda  bir  məsələ  ətrafında  bunca 

qurultular qoparılır. Biz gərək bu məsələni meydana çıxararaq Qarabağın vəziyyətini aydınlaşdırdıq və erməni 

mütəəssüblərinin hərəkatı və əməlləri müqabilinə nə kimi tədbirlər ittixazı lazım gəldiyini təyin edək. 

Məclisi-Məbusan  və  bütün  azərbaycanlılar  Qarabağı  Azərbaycanın  ayrılmaz  bir  hissəsi  deyə  qəbul 

etmişlərdir.  Bu  iş  son  zamanlar  ermənilərlə  müsəlmanlar  arasında  vasitəçi  rolu  oynayan  xarici  qüvvənin 

rizasıyla  olmuşdur.  Fəqət  həqiqət  halda  Qarabağın  dağlı  qismi  və  şəhərin  yarısı  Azərbaycan  hökumətinin 

məntəqeyi-nüfuzu xaricində qalmışdır. Şübhəsiz dövlət və beynəlmiləl hüquq nöqteyi-nəzərdən bu işə müsəlləh 

üsyan  kimi  baxmalı  və  bunun  müqabilində  hər  bir  hüquqi  dövlət  qüvvə  işlətməyə  qədər  qəti  tədbirlər 

görməlidir.  (Səslər:  doğrudur).  Fəqət  Azərbaycan  parlaman  və  hökuməti  bu  məsələnin  sülhlə  həll  edilməsini 

istəyirdilər.  Buna  baxmayaraq  Azərbaycan  Cümhuriyyəti  təşkil  olunandan  bəri  bəzi  qruplar  oranı 

Azərbaycandan  ayırmağa  çalışırlar.  Az  qala  Qarabağı  bolşevik  Rusiyasının  bir  hissəsi  elan  etmək  dərəcəsinə 

vardılar. Nəticədə orada iki düşmən tərəf əmələ gəldi: biri erməni, biri müsəlman. Həmişə də bunların arasında 

müsəlləh  müsadimələr  baş  verdi.  hökumətimiz  Qarabağda  general-qubernatorluq  təsis  etdikdən  bəri  Qarabağ 

məsələsinin  yeni  bir  səhifəsi  başlanmışdır.  Biz  Qarabağ  ermənilərinin  də,  türklərinin 

[805  -  806] 

də  əhval-

ruhiyyəsini  gördük.  Onlar  həmişə  birgə  yaşamaq  istəyirlər  və  bilirlər  ki,  siyasi  və  iqtisadi  rabitəsiz  yaşaya 

bilməzlər. Şuşa və Zəngəzur Erməni Milli Şuralarının daima rəhbərlik etdikləri mütəəssüb erməni dairələrinin 

fəaliyyəti  həmişə  Azərbaycan  dövləti  əleyhinə  camaatı  qızdırmağa  həsr  edilmişdir.  Açıqdan-açığa  gözümüz 

qabağında  işləyir,  əleyhimizə  çıxışlar  qurur,  yollarımızı,  kəndlərimizi  güllələyirdilər.  Bunun  hamısı  dəlil  və 

sənədlərlə  sübut  olunur.  Fəqət  biz  həmişə  sülh  tərəfdarı  olduq-qaldıq.  General-qubernatorluq  təsisindən  sonra 

müsəlmanlar ermənilərə hücum etməmişlərdir. Fəqət general-qubernatorluq təhti-idarəsində bulunan hər yerdə 

hər daim hökuməti-məhəliyyə sülhcuyanə, tərəfi-müqabil isə təcavüzkaranə iqdamatda bulunmuşdur. General-

qubernatorla əlaqəsi olmayan kəndlərdə həmişə müsəlləh dəstələr olmuşdur. İyunun 4-nədək erməni milli şurası 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə