Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə252/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   248   249   250   251   252   253   254   255   ...   299

348 

 

Mehdi  bəy  Hacınski  -  Möhtərəm  üzvlər.  Məsələ  xeyli  mühümdür.  Bu  günlər  Qarabağ  məsələsi  əhali 

arasında  cürbəcür  şayiəyə səbəb  olur.  Ona  görə  mən  rica  edərdim  sabahkı,  iclasda 

[799  -  800]

  baxılıb  bitsin. 

Növbəti  iclasa  qalırsa,  vaxt  keçər.  Məsələ  mühümdür,  uzanmağa  qoysaq  ola  bilər  zehindən  getsin.  Ona  görə 

mən təklif edirəm iclas sabaha qalsın. 

Rəis - Söz İbrahim Əbilovundur. 

Əbilov  -  Möhtərəm  əfəndilər!  Doğurdan  da  məsələ  çox  mühümdür.  Doklad  yazılıb,  fraksiyalara  verilib. 

Lakin bir para kağızlar, bəzi sənədlər var ki, onlar ilə tanış olmaq lazımdır. Tainki bu məsələ haqqında bitərəfinə 

bir  qərar  çıxarılsın.  Sabah  bu  barədə  müəyyən  bir  fikir  çıxartmaq  mümkün  ol-maz.  Qubernatorun  özünün  də 

dokladı  var,  onu  da  dinləməliyik.  Ona  görə  təklif  edirik  bu  məsələnin  müzakirəsi  kələn  növbədəki  iclasa 

qalsın... 

Rəis - Natiq əfəndi, iclas qəbul etdi ki, sabaha qalsın. 

Əbilov — Xeyir! Sabaha deyil, kələn iclasa deyilmişdir. Ona görə təklif edirik cümə axşamına qalsın. 

Rəis - Səsə qoyuram. Təklif var iclas sabaha qalsın. 

Soldan - Təklif etdik. 

Sağdan - Axşama... Sabaha... 

Rəis  -  Rica  edirəm  mane  olmayasınız.  Təklifin  məzmununu  bildiniz.  Kim  iclasın  sabaha  qalması 

tərəfdarıdırsa  rica  edirəm  əlini  qaldırsın?  (Əllər  qalxır).  Kim  əleyhinədir?  (Əllər  qalxır).  Kim  səs  verməyib? 

(Əllər  qalxır).  55-dən  ziyadə  üzv  var,  amma  43  adam  iştirak  edir.  Əvvəl  qərar  qoydunuz  gələn  iclasa  qalsın, 

çünki iclas qapanmayıb dalı ola bilər. Axşam, sabah olsun. İndi təklif edirlər sabaha qalsın. 



Səslər - Axşama... Axşama. 

Rəis - Kim sabaha qalması tərəfdarıdırsa rica edirəm əlini qaldırsın? (Əllər qalxır). Kim əleyhinədir? (Əllər 

qalxır)  Rica edirəm  səs  salmayasınız.  Kim  səs  verməyib.  Lehinə  23,  əleyhinə  də  23.  Neçə  adam  var  sayınız. 

Rica  edirəm  mane  olmayınız.  Cavanşir, ikinci  dəfədir  sizə  deyirəm  mane  olmayasınız.  Mən sizi  qanuna  dəvət 

edirəm  54  adamdan,  46  adam  rəy  verir.  Üçüncü  dəfə  səsə  qoyuram.  Kim  tərəfdardırsa,  ayağa  qalxsın. 

(Qalxırlar).  Rica  edirəm  əyləşəsiniz.  Kim  əleyhinədir?  (Qalxırlar).  Sayınız.  Kim  səs  verməyib  lehinə  24, 

əleyhinə 23, səs verməyən bir. Bir səsin əksəriyyəti ilə təklif qəbul olunur. Qarabağ əhvalının müzakirəsi qalır 

sabaha. Saat neçəyə? 

Səslər - Həmişəki vaxtda... 11, ...12, ...2... 

[800 - 801]



 

Rəis - İclas sabah saat 12-yə qalır. Rica edirəm vaxtında gələsiniz. Dəvətnamə getməyəcəkdir. 

Səslər - Qəzetdə yazılsa yaxşı olar. 

Rəis - İclası qapayıram. 

 

(İclas qapanır saat 4-45 dəqiqədə) 



 

Arxiv, f. 895, siy. 1, iş, 100, vər. 180-170; 

 

Azərbaycan, 11, 13, 15 iyul 1919-cu il № 222, 223, 225. 


349 

 

 



№ 53 

 

Əlli üçüncü iclas 

 

8 iyul 1919-cu il 

 

Sədr - İclas davam edir. Söz Rüstəmbəyli Şəfi bəyindir. 

Rüstəmbəyli  -  Dün  burada  ərz  edildi  ki,  Qarabağ  məsələsi

*

  haqqında  iki  məruzə  var:  birisi  mənimlə 



Qarabəyli əfəndinin; digəri Çubaryanla Xocayevin. 

Fəqət  mütəəssifanə  dün  ikinci  məruzə  oxunmadı.  O  məruzə  deleqat  heyətinin  əlində  bulunan  sənəd  və 

sübutlar  əsasıyla  tərtib  verilməmişdir.  O,  ancaq  general-qubernator  əleyhinə  bir  təqsirnamədən  ibarətdir.  Əsil 

əsasları da bundan ibarətdir ki, Qarabağ hadisatı əsnasında hökuməti-məhəlliyyə fəaliyyətsizlik və səhlənkarlıq 

ifraz  etmişdir.  Bunu  isbat  üçün  sual  edilir  ki,  Üçmıx  səngərinə  qaraul  qoymaq  general-qubernatorun  nəyinə 

lazım  idi?  Məlumunuzdur ki,  Şuşa iki  müsəlləh tərəfdən ibarət  idi:  birisində hökumət  vardır;  digərlərində isə 

hətta ermənilər özləri də etiraf ediyorlar ki, heç bir hökumət olmayıb, müsəlləh çetə dəstələri hökmfərma olaraq 

əhalini dəhşətə salırlardı. General-qubernator da, ingilis heyəti də böylə vəziyyəti təhəmmül edilməz bir hal sa-

yaraq, general-qubernator səltəsinin Ermənistana

1

 da tətbiq və təşkil edilməsini lazım göryorlardı. Bu məqsədə 



qışla olan 

[801  -  802]

  qismə  əsgəri  qitaət  yeridilməsi  təqti-qərara  alınmışdı  və  çünki  general-qubernatorun  bu 

qərara  əməl  etməsinə  müsəlləh  ermənilər  tərəfindən  müqavimət  göstəriləcəyi  və  öz  xahişləriylə  bu  əmrə  tabe 

olmayacaqları gözləniyordu, ona görə də general-qubernator qeyri-məmul hərəkətlərin önünü almaq üçün bəzi 

tədbirlər  ittixaz  etməyə  məcbur  idi.  Bunu  erməni  əhalisi  də  biliyordu,  general-qubernatorun  bəyanatına  görə 

məlumat  varmış  ki,  o  zaman  erməni  kəndlərindən  şəhərə  müsəlləh  gömək  dəstələri  də  gələcəkdi.  Əlimizdə 

məlumat  var  ki,  şəhərə tez-tez  müsəlləh  dəstələr  gəlirmiş,  hətta  Qarabağ  ermənilərinə  səfərbərlik  elan  edilmiş 

imiş. Ona görə Üçmıxa qaraul qoyulmuşdur ki, şəhərə müsəlləh erməniləri buraxmasın. Ermənilər də, türklər də 

təyid ediyorlar ki, silahsız adamlara heç kəs dəymiyordu. 

Hadisat başlanan günü Ağdamdan Şuşayadək bütün Şuşa köçlə dolu imiş və Qarabağ türklərinin bütün var-

yoxu yolda imiş. Bir çox şahidlər göstəriyorlar ki, ermənilər təkərratla məzkur yolu atəşə tutmuşlardı. 

Bu  işlər  isbat  ediyor  ki,  general-qubernatorun  ermənilərə  qarşı  heç  bir  təcavüzkarlıq  fikri  yoxmuş  və  ola 

bilməzdi.  Erməni  mətbuatı  bu  hadisədə  kürdlərin  roluna  böyük  əhəmiyyət  veriyor.  Bu  xüsusi  Çubaryan  dəxi 

qeyd etdi. Qaybalı kəndinin talanında kürdlərin iştirakı haqqında ermənilərlə ingilis heyəti məlumat veriyorlar. 

Fəqət türklər göstəriyorlar və tabor komandanı, hökumət və sairələrinin əldə etdikləri məlumatdan anlaşıyor ki, 

kürdlər dava qurtardıqdan sonra gəlib çıxmışlardır. Ermənilərin hamısı deyir ki, kürdlərin iştirakı onlara məlum 

deyildir.  Mühəqqəqdir  ki,  kürdlərin  hərəkəti  general-qubernatorun  binaqozarlığıyla  dayandırılmışdır.  Təbiidir, 

bir  yerdə  bir  hadisə  olursa,  bəziləri  kömək,  digər  bəziləri  də  qarət  üçün  oraya  qoşurlar.  Bir  də  Çubaryanın 

bəyanatında  əsgərlərimizin  iştirakına  böyük  əhəmiyyət  verilir.  halbuki  məlum  olur  ki,  Üçmıx  və

 

Yarma 


səngərlərindəki  qaraullardan  başqa  ümumi  əsgərlər  ayın  4-də  qışlalarda  imişlər.  Erməni  hissələrindən  atılan 

güllələrlə qışla içində əsgərlərdən qətl edildiyi də bunu isbat edir. Hətta general-qubernator və tabor komandanı 

əmr etmişlər ki, ermənilər güllə atsalar da əsgərlər cavab verməsinlər. (Hökmləri oxuyur). Bu surətlə görülür ki, 

əsgərlərin  güllə  atmamaları 

[802  -  803]

  üçün  hər  növ  ciddi  tədbirlər  görülmüşdür  və  general-qubernator  var 

qüvvəsi ilə çalışmışdır qan tökülməsin. 

Qaybalı hadisatında qoşut qətəatının iştirakı haqqında heç bir dəlil yoxdur və mən bilmiyoram hansı əsas və 

dəlillər üzərində Çubaryan təkid ediyor ki, qoşun iştirak etmişdir. Doğrudur, mütəzərrirləri danışdırarkən mənə 

bur növ çinli adamların dəxi iştirak etdiklərini bəyan etmiş və isbat üçün bir dənə çin dəxi göstərmişlərdir, fəqət 

haman çin məhkəmə məmuruna məxsus bir şey idi. Qaybalı kəndinə kömək verilmişdir, general-qubernatorun 

binaqozarlığında  bulunan  ümum  vasitə  və  qüvvələrdən  istifadə  edilmişdir.  Hətta  elə  bir  vaxt  olmuşdur  ki, 

əhalidən  bir  qismi  ermənilərə  hücum  etmək  istəmiş,  fəqət  general-qubernator  qoymamışdır.  İş  bir  məqama 

çatmışdır  ki,  yerli  müsəlman  əhali  general-qubernatorun  fövqəladə  insaniyyətpərvərinə  və  himayətkaranə 

rəftarından  narazı  qalmışdır.  Qətiyyən  müəyyən  edilmişdir  ki,  Qaybalı  kəndində  yanğın  şəhərdə  atışma  olan 

zaman  başlanmışdır.  Yəni  o  zaman  ki,  hökumət  bütün  fikri  və  zehni  biltəb  şəhər  hadisatıyla  məşğul  imiş. 

Rotmist İştal bəyan ediyor ki, yolları ermənilər elə güllələyirdi ki, ancaq dolama yolla getmək lazım və mümkün 

olurdu.  General-qubernatorun  evi  yaxınında  şəhərlə  Qaybalı  arasında  uca  dağ  var.  Doğrudur,  biz  o  xüsusda 

tədqiqat  icra  etmədik,  lakin  zənnimcə  bu  evdən  tüstü  çətin  görülə  bilərdi.  Şəhidlərin  göstərməsi  əsasıyla  biz 

təyin  etdik  ki,  Qaybalı  kəndində  dava  3-4  saat  çəkmişdir.  General-qubernator  bu  hadisəni  bildikdə,  dərhal 

köməyə  başlamışdır.  Fəqət  şübhəsizdir  ki,  təhti-idarəsində  olan  bütün  qüvvədən  istifadə  edəməzdi,  zira  eyni 

zamanda  yalan-doğru  çox  xəbərlər  çıxmışdır  ki,  sair  kəndlərə  də  hücum  edilir.  General-qubernatorun 

                                                 

*

 Burada və digər yerlərdə Qarabağın ermənilər yaşayan hissəsi nəzərdə tutulur - Tərcüməçi. 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə