Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə260/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   256   257   258   259   260   261   262   263   ...   299

360 

 

gəlir.  Hər  bir  tondan  50  qəpik  vergi  almağı 



[827  -  828] 

  maliyyə-büdcə  komisyonu  qəbul  etdi.  Bu  layiheyi-

qanuniyyə şimdilik təqdim edilir və qəbulu xahiş olunur. 

Qanun layihəsi böylədir. (Oxuyur). Əhməd bəy mövqei-katibatı gəlir. 

İş burasındadır ki, layihənin bir fəslinə görə o gəmilər ki, iyirmi tondan az idi onlardan bu vaxta kimi vergi 

alınmayır.  Maliyyə  nazirinin  qərarına  görə  iyirmi  ton,  on  ton  edilib.  Yəni  on  tondan  əksik  gəmilərdən  vergi 

alınmayacaqdır. Demək xırda gəmilərdən 600-700 put. (Rusca danışır). 

Rəis  -  Qanunun  əsasları  üzrə  kim  danışmaq  istərdi?  Danışmaq  istəyən  yoxdur.  Onda  2-ci  qiraətə  keçilir. 

(Kyüsterə) Kediniz. Çağırınız adamları, koridorda söhbətdədirlər. 



Səslər - Kvorum yoxmu? 

Rəis - Kvorum yoxdur, səsə qoya bilmərəm. 

Səslər - Kvorum var indi, 41 adam var. 

Rəis - Mən rica edirəm. otaqlarda əyləşiblər, gəlməyən adamları dəfəatla çağırtdırıram. Burada işimiz vardır, 

deyib gəlmirlər. İndi kvorum düzəldi. 2-ci qiraətə keçməyə etiraz yoxdur ki? Əhməd bəy oxuyunuz. 



Əhməd bəy - Oxuyur. 

Rəis - Əvvəlinci maddə xüsusunda kim danışmaq istər? Etiraz yoxsa qəbul olunur. 

Katib - 2-ci maddəni oxuyur. 

Rəis - 2-ci maddə xüsusunda kim danışmaq istər? Etiraz yoxsa 2-ci maddə qəbul olunur. 

Katib - 3-cü maddəni oxuyur. 

Rəis - 3-cü maddəyə etiraz yoxdur? Yoxsa, o da qəbul olunur. 

Katib - 4-cü maddəni oxuyur. 

Rəis - 4-cü maddəyə etiraz yoxsa o da qəbul olunur. Layihənin 3-cü qiraəti qalır gələn iclasa. Müsaidə ediniz 

iclası qapayam. 



Səslər - Rica edirik. 

Rəfiyev - Xahiş edirəm o biri məsələyə də bu gün baxılsın. 

Rəis - Etiraz yoxsa, iclas davam edir. Növbədəki məsələ Ermənistanda olan qaçqınlar üçün 3 milyon manat 

pul buraxılması haqqında qanun layihəsidir. Məruzəçi Musa bəy Rəfiyevdir. 



Musa bəy Rəfiyev - Möhtərəm məbuslar. 

Səslər - Otloji, qalsın kələn dəfəyə - səsə qoyunuz. 

[828 - 829]

  

Rəis - İstəsəniz səsə qoyuram. Mən təklif etdim, məruzəçi razı olmadı, səsə qoyuram. 

Musa bəy Rəfiyev - Burada müzakirəyə qoyulan iki qanun layihəsidir. Biri Ermənistandakı aclara və biri də 

Zəngəzurdakı aclara müavinətdir. Əgər bunu bu gün müzakirə etməsəniz, onların işi dəxi də çətin olacaq, onlar 

bir  aydan  ziyadədir  sizi  gözləyirlər.  hər  gah  siz  bir  saat  ac  qalmağa  davam  etməzsinizsə,  onda  onların  halını 

nəzərə alın. (Alqış). 



Rəis - Söz Mahmudov Mustafanındır. Siz əleyhinə danışacaqsınız. 

Mahmudov - Burada təklif var ki, məsələ qalsın. Bu ondan ötəri deyilmir ki, vaxt təngdir. Heç kim bu işin 

ləngə düşməsini istəməz. Burada güclü məbləğ istənilir. O məbləğdə özgə hökumət cəmaətinə verəcək. Bizim 

fraksiyada müzakirə olmayıbdır. Bilməyirik ki, nədən ötrü, bu tələsikdə özgə hökumət idarəsində olan adamlara 

kömək  olunsun  vəhalanki  o  hökumətlərin  adamları  bizdə  də  var,  biz  onları  özümüzə  qardaş  hesab  ediriz  və 

onlara  kömək  edirik.  Buna  görə  təklif  edirik:  bu  məsələ  qalsın  kələn  iclasda  müzakirə  edək.  Bir  də  deyirlər 

Zəngəzurda acdırlar. Niyə gərək oralarda ac olsunlar. Zəngəzurda aç ola bilməz. Orada hökumət aclara kömək 

edir. Biz təklif edirik ki, qalsın növbədəki iclasa. 

Rəis  -  Təklif  var  ki,  məsələ  qalsın  kələn  iclasa.  Kim  bu  təklifi  qəbul  edirsə,  xahiş  edirəm  əlini  qaldırsın. 

Təklif əksəriyyət rəylə qəbul olunur. Bunun ilə iclası qapayıram. 

İclas qapanır saat 2-45 dəqiqədə 

 

Arxiv, f. 895, siy. 1, iş 100, vər. 107-144. 




361 

 

 



№ 55 

 

Əlli beşinci iclas 

14 iyul 1919-cu il

 

Sədr - Həsən bəy Ağayev 

Katib - Əhməd Cövdət. İclas açılır saat 12-45 dəqiqədə 

Sədr - İclas açılır. Bugünkü müzakirati-yömiyyə böylə tərtib olunub: 

[829 - 830]

 

1) Daxil olmuş kağızlar: a) Zakatala şəhərinə sokaqları və bəndləri və bələdiyyə evinin təmiri üçün faizsiz 



olaraq  on  il  müddətinə  yetmiş  min  manat  borcun  buraxılması  haqqında  qanun  layihəsi;  b)  A.  Dubrovskinin 

parlamandan çıxması haqqında, t) Bəhram bəy Vəzirovun itsedası. 

2 - Parlaman sədrinə ikinci müavin intixabı; 3 - Xəzinə nəfinə buğ qazanlarından alınan verginin artırılması 

haqqında qanun layihəsi, 3-cü qiraət, (Məruzəçi Əmircanov); 4 - Məclisi-Müəssisan seçkiləri haqqında qanun 

layihəsi  (3-cü  qiraət),  məruzəçi  Məmməd  Əmin  Rəsulzadə);  5  Hüquq  məhkəməsi  Nizamnaməsinin  91,  383, 

528-ilə  cəza  mühakiməsi  Nizamnaməsinin  141,  834,  96,  438,  642,  114,  32  maddələrinin  təqyir  və  təbdili 

haqqında qanun layihəsi, 3-cü qiraət, (Məruzəçi Mehdi bəy Hacınski); 6 - Dəniz yolu idarələrində gəmi vergisi 

alınması haqqında qanun layihəsi, 3-cü qiraət, (Məruzəçi Əmircanov); 7  - hökumət əndində xüsusi təftişat və 

təhqiqat  komisyonunın  təşkili  haqqında  qanun  layihəsi  (Məruzəçi  Şəfi  bəy  Rüstəməyov);  8  -  Sənaye 

şəhadətnamələri qiymətlərinin artırılması haqqında qanun layihəsi (Məruzəçi Şəfi bəy Rüstəmbəyov); 9 - Nazir 

müavinlərinin yeni maaş tərtibi haqqında qanun layihəsi; 10 - Şəhərlər nəfinə idxal və ixrac olunan yüklərdən 

alınan  müvəqqəti  vergi  Nizamnaməsi  haqqında  qanun  layihəsi;  11  -  Hökumətin  Qarabağ  hadisəsi  xüsusunda 

əxbarı (növbədən götürülür, bəzi səbəblərə görə natamam olduğundan gələcək iclasa qalır); 12 - Ermənistanda 

bulunan  müsəlman  qaçqınlarına  yardım  etməkdən  ötəri  smetadan  xaric  olaraq  üç  milyon  rüblə  buraxılmaq 

haqqında qanun layihəsi (Məruzəçi Əmircanov); 13 -  Zəngəzur qaçqınlarına yardım etməkdən ötəri smetadan 

xaric olaraq 18.750.000 manat buraxılması haqqında qanun layihəsi (Məruzəçi Əmircanov). 

Bu cür tərtibata etiraz yoxsa, qəbul olunsun. Musa bəy Rəfiyev. 

Musa bəy - Keçən iclasda müzakirə olunmamış və baxılmamış iki məsələ qaldı. Onlar ən ağır məsələlər idi. 

Birisi  Ermənistanda  müsəlman  qaçqınlarına  3  milyon  rüblə  buraxılması,  o  birisi  də  Zəngəzur  müsəlmanlarına 

pul  buraxılması  haqqında  idi.  Bu  günki  ruznamədə  müzakiratda  yenə  ən  axıra  salınmışdır.  Mən  böylə  fikir 

edirəm  ki, bu iki  məsələ keçən iclasdan qaldığı üçün  əvvələ kələ idi. Mən bu məsələni qaldırmaz 

[830  -  831]

 

idim,  əgər  təcili  almasa  idi.  Təklif  edirəm  əvvəlinci  beş  qanun  layihələrinin  üçüncü  qiraətindən  sonra  bu  iki 



məsələ qoyulsun. 

Demək 11 və 13-cü maddələr gəlsin olsun 7 və 8-ci. 



Sədr - 12 və 13 olur. 10-cu məsələ Qarabağ məsələsi olduğu üçün hökumət geri götürür. 

Musa bəy - Xeyir, onda 10 və 11-ci məsələlər olar. 

Sədr  -  12  və  13  təklifinə  etiraz  yoxsa  bu  qədər?  Etiraz  yoxsa  qəbul  olunur.  Axırıncı  iki  layihələr  çəkilir 

qabağa,  7  və  8  olur.  Buna  etiraz  yoxdur?  Onda  6-cıdan  sonra  gəlir  12  və  13-cü  məsələlər.  O  biriləri  də  öz 

sırasilə gəlir. 

Bəhram bəy Vəzirov - Ərazisində məzuniyyətin uzanmasını rica edir. İş buradadır ki, ona bir ay məzuniyyət 

verilmiş-di.  İyunun  28-də  onun  məzuniyyətinin  vaxtı  tamam  idi.  İndi  ərizəsilə  bərabər  birdə  şəhadətnamə 

göndərib.  Məlum  olur  ki,  tif  xəstəliyinə  mübtəladır.  Məzuniyyətinin  nə  qədər  artırılması  barədə  vaxtda 

göstərməmişdir.  Deyir  ki,  yaxşı  olanadək.  Dünəndə  ay  yarım  tamamdır.  İyulun  13-də.  Nakazın  179-cu 

maddəsinə görə bir ilin müddətində bir üzvə bir ay yarımdan artıq məzuniyyət vermək olmaz. Buna görə divani-

parlamana təqdim etməyi münasib bildi. Təklif edirdi ki, iyulun axırına kimi məzuniyyəti uzansın. Buna etiraz 

yoxdurmu? Etiraz yoxdur. Deməli Bəhram bəy Vəzirovun məzuniyyəti xəstə olduğuna görə iyulun axırına kimi 

uzanır. Sonra parlaman üzvü Aleksandr Dubrovskidən rusca böylə bir ərizə varid olub. (Oxuyur). Bəzi səbəblərə 

görə (rusca oxuyur). 

Bunu  bərayi-məlumat  parlamana  xəbər  verirəm.  Deməli,  bu  gündən  Dubrovski  parlamandan  xaric  hesab 

olunur. (Rusca). Sonra bir teleqram da parlaman üzvü Abdulla bəy Əfəndizadədəndir. Bu da məzuniyyətinin bir 

az uzadılmasını rica edir. İş buradadır ki, onun da məzuniyyəti bir ay yarımdan ziyadə olduğuna görə parlamana 

təqdim  ediyoriz.  Nakaz  ilə  bir  ilin  ərzində  üzvlərə  bir  ay  yarımdan  artıq  məzuniyyət  verilməyir.  Abdulla  bəy 

fevralın 25-də üç həftə məzuniyyətə getmişdi. Vaxtı tamamından sonra 18 gün də gecikdi. Bu edir 47 gün bunun 

məzuniyyəti  ay  yarımdan  artıqdır.  İndi  yazır  xəstəyəm,  məzuniyyətinin  uzanmasını  rica  edir.  Yazmışdı 

qızdırıram. Mərkümüş vurdururam. Vaxt müəyyən deyil, nə vaxta kimi vuracaqdır. Bunun üçün vaxt müəyyən 

edilmədiyindən divani-rəyasət 

[831 - 832] 

məzuniyyətini uzatmağı lazım bilmədi. Çünki müalicəni gəlib Bakıda 

da  edə  bilər.  Bu  barədə  özünə  parlaman  tərəfindən  və  fraksiyaları  tərəfindən  məlum  edilmişdir.  Bunun 

müqabilində Abdulla bəydən uzun teleqraf gəlibdir (rusca) nə cür yazıb böylə oxuyacağam. (Rusca oxuyur). 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə